TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə126/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   122   123   124   125   126   127   128   129   ...   141
DƏRSLİK

Hədəf orqanların disfunksiyası

Hədəf orqanların proqressiv disfunksiyası orqanların geriyə dönməyən zədələnməsi və 
xəstənin ölümü ilə nəticələnir. Bu mərhələdə sidik ifrazı daha da azalır (anuriya və kəskin böyrək çatışmazlığı ilə 
nəticələnərək), asidemiya ürəyin hasilatını daha da azaldır və hüceyrələrin metabolik proseslərini pozur, və nəhayət 
xəstənin rahatsızlığı ajitasiya, keyləşmə və komayadək inkişaf edir. 
 
 
KLİNİKA: 
Şokun növündən, səbəbindən və xəstənin müayinəsi zamanı olduğu şokun mərhələsindən asılı olaraq, klinika fərqli ola 
bilər. Bəzi xüsusiyyətlər bütün növ şoklara şamil edilə bilər (əsas xüsusiyyətlər), digərləri isə hansı növ şokun olmasını 
təyin etməyə yardım edə bilər. 
Əsas xüsusiyyətlər

Şokun əsas xüsusiyyətlərinə hipotenziya, oliquriya, mental statusun pozulması, metabolik asidoz və 
bəzi xəstələrdə ilıq və yapışqan dəri aid edilir. 
Hipotenziya

Şokda olan xəstələrin əksəriyyətində müşahidə edilir. Bu zaman ya absolyut hipotenziya (yəni sistolik AQT-
nin < 90 mm c.s.-
dan aşağı düşməsi), ya da nisbi hipotenziya da (sistolik AQT-nin baza səviyyədən > 40 mm c.s.-dan çox 


aşağı düşməsi) ola bilər. Nisbi hipotenziyaya xüsusi diqqət yetirmək lazımdır, çünki şokda olan xəstənin AQT-nin baza 
səviyyədən >40 mm c.s.-dan çox düşməsinə baxmayaraq, AQT-i yenə də normal və ya hətta normadan yüksək qala bilər. 
Şokda olan xəstələrdə dərin hipotenziya müşahidə edilə bilər. Bu cür dərin hipotenziya zamanı orqanların adekvat 
perfuziyasını təmin etmək üçün vazopressor dərmanların tətbiqi tələb oluna bilər. 
Oliquriya

Oliquriya əsasən qanın böyrəklərdən digər həyati vacib orqanlara istiqamətləndiriıməsindən, damardaxili maye 
həcminin azalması və ya bunların hər ikisi səbəbindən inkişaf edir. Əgər oliquriyanın səbəbi damardaxili həcmin 
azalmasıdırsa, bu zaman xəstələrdə ortostatik hipotenziya, dəri turqorunun azalması, qoltuqaltından tərin olmaması və ya 
selikli gişaların quru olması müşahidə edilir. 
Mental statusun dəyişməsi - Şok zamanı xəstələrdə mərhələli şəkildə ajitasiya, keyləşmə və ya delirium və nəhayət koma 
müşahidə edilir. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə