TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə127/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   123   124   125   126   127   128   129   130   ...   141
DƏRSLİK

İlıq və yapışqan dəri

Şok zamanı toxumaların perfuziyasının azalmasını kompensasiya etmək üçün çox güclü 
vazokonstriktiv mexanizmlər nəticəsində qan periferiyadan həyati vacib orqanların - koronar, serebral və qarındaxili 
(splanxnik) orqanların - perfuziyasının təmin edilməsi üçün yönəldilir. Bu isə şok üçün tipik olan ilıq və yapışqan dəri efekti 
yaradır. Lakin, qeyd etmək lazımdır ki, heç də bütün xəstələrdə ilıq və yapışqan dəri müşahidə edilmir. Distributiv şokun 
erkən mərhələsində və ya terminal şokda olan xəstələrdə hətta hiperemik dəri müşahidə edilə bilər. Distributiv şokda bu 
kompensator vazokonstriksiyadan öncə baş verir. Terminal şokda isə bu kompensator vazokonstriksiyanın çatışmaması 
səbəbindən yaranır. 
Metabolik asidoz

Metaboli asidoz xəstələrdə şok inkişaf etdikcə yaranır. Buna səbəb isə qaraciyər, böyrəklər və bədən 
əzələləri tərəfindən laktatın qandan təmizlənməsi prosesinin pozulmasıdır. Şok inkişaf etdikcə, toxumaların perfuziyası 
azaldıqca, qan dövranın çatışmazlığı dərinləşdikcə və hipoksiyası artıqca laktatın hasilatı daha da artır. 
 
Şokun olmasına işarə edən tapıntılar. 
Şokun əsas əlamətləri və xüsusiyyətləri ilə yanaşı xəstənin müayinəsindən, anamnezin toplanmasından, laborator 
analizlərin nəticələri və ya görüntüləmələrdən şokun müvafiq növünün olmasını təyin etməyə yardım edə biləcək tapıntılar 
əldə oluna bilər. Lakin bu tapıntıla nə həssasdır, nə də ki, spesifik və sadəcə yardımçı funksiyasını oynayır. 
Hipovolemik şok

Hipovolemik şokun yaranması səbəbindən asılı olaraq xəstələr hematemezis, hematoxeziya, melena, 
qusma, ishal və ya abdominal
 
ağrıdan şikayət etmiş olur. Bəzən bu penetrasiya olunan və ya küt travma almış xəstələrdə, 
bəzən isə postoperativ xəstələrdə baş verir. Fiziki əlamətlərə dəri turqorunun enməsi (gənc xəstələrdə), dərinin quruluğu
qoltuqaltılar quruluğu, dilin quruluğu və ya selikli gişaların quru olması
 
müşahidə edilir. Əlavə olaraq, xəstələrdə ayaq üstə 
durduqda hipotenziya, yuqulyar (vidaci) venoz təzyiqin aşağı düşməsi və ya mərkəzi venoz təzyiqin azalması müşahidə 
edilə bilər. Xəstələrdə anemiya ola bilər və ya amilaza və lipazanın səviyyəsi yüksək ola bilər. 
Kardiogen şok

Kardiogen şokun səbəbindən asılı olaraq, xəstələrdə təngənəfəslik, sinədə ağrı və ya ürək döyüntüsünün 
artması müşahidə edilə bilər. Əksər xəstələrin anamnezində ürək-damar xəstəliyinin olması müəyyən edilə bilər. Ağ 
ciyərlərin müayinəsində diffuz xırıltılar və ürəyin auskultasiyasında küy, ürək səslərinin yumşalması və çapma eşidilə bilər. 
Mərkəzi venoz təzyiq və vidaci venoz təzyiq yüksək, lakin distal arteriyal nəbz azalmış olur. Döş qəfəsinin rentgenində ağ 
ciyərlərin ödemi, yeni EKQ-də isə işemiya əlamətləri müəyyən edilə bilər. Ürəyin fermentlərinin yüksəlməsi də müşahidə 
edilə bilər. Exokardioqram isə bəzi hallarda etioloji faktorun müəyyən edilməsinə yardım edə bilər 
Distributiv şok

Distributiv şokun səbəbindən asılı olaraq xəstələr təngənəfəslik, bəlğəmin gətirilməsi ilə nəticələnən 
öskürək, dizuriya, hematuriya, titrətmə, mialqiyalar, səpgi, halsızlıq, baş ağrısı, fotofobiya, ağrıdan şikayətlənə bilər. 
Xəstələrdə həm də yüksək hərarət, taxipnoye (sürətli tənəffüs), taxikardiya, leykositoz, pozulmuş mental status və ya 
dərinin qızarması da müşahidə oluna bilər. 


Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə