TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə128/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   124   125   126   127   128   129   130   131   ...   141
DƏRSLİK

 
DİFFERENSİAL DİAQNOSTİKA. 
 
Hipovolemik şok

iki kateqoriyaya bölünə bilər: 
Qanaxma səbəbindən

Səbəblərə küt və ya deşici travma, yuxarı və ya aşağı mədə-bağırsaq qanaxması, hematomanın 
partlaması, hemorraqik pankreatit, sınıqlar və ya torakal və ya abdominal aortanın və ya sol mədəcəyin sərbəst divar 
anevrizmasının partlaması aiddir. 
Maye itkisi səbəbindən

Səbəblərə ishal, qusma, gün vurması, qeyri-həssas maye itkilərinin qeyri-adekvat bərpası, 
yanıqlar və "üçüncü sahəyə" mayenin sızması aid edilə bilər. "Üçüncü sahəyə" maye itkisi daha çox postoperativ 
xəstələrdə və həmçinin bağırsaq obstruksiyası, pankreatit və ya sirrozu olan xəstələrdə müşahidə edilir. 
Kardiogen şok

Ürək çatışmazlığının səbəbləri çox müxtəlif ola bilər, lakin onları 4 əsas geniş kateqoriyaya bölmək 
mümkündür: miopatik, aritmik, mexaniki və ya obstruktiv (ürəkdən xaric). 
Kardiomiopatiyalar - 
Kardiomiopatiya səbəbindən inkişaf edən şok aşağıdakı hallarda yarana bilər: sol mədəciyin 
miokardiumunun 40%-
dən çoxunu əhatə edən infarktı, çoxdamarlı koronar arteriyaların xəstəliyi səbəbindən kəskin 
yayılmış işemiya ilə yanaşı müşahidə edilən istənilən ölçülü miokard infarktı, sağ mədəciyin infarktı, dilatasion 
kardiomiopatiyalar, uzun davam edən işemiya və ya kardiopulmonar şuntlama səbəbindən gicəllənmiş miokard, inkişaf 
etmiş septik şok və miokardit səbəbindən miokardın depressiyası. 
Aritmiyalar

Həm qulaqcıqların, həm də mədəciklərin aritmiyaları kardiogen şoka səbəb ola bilər. Qulaqcıqların səyrici 
aritmiyası və atrial titrəmə ürəyin mədəciklərinin dolmasını pozaraq ürəyin hasilatını azaltmış olur. Mədəciklərin 
taxikardiyası, bradiaritmiyalar və tam ürək blokadası da ürəyin hasilatını azaltmış olur. Lakin mədəciklərin fibrilyasiyası 
(səyrici aritmiyası) ürək hasilatının tam kəsilməsinə səbəb olur. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə