TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə129/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   125   126   127   128   129   130   131   132   ...   141
DƏRSLİK

Mexaniki pozuntular

Kardiogen şokun mexaniki səbəblərinə klapanların defekti, mədəciklərarası çəpərin defekti və ya 
cırılması, atrial miksomalar və mədəciyin sərbəst divarının anevrizmasının partlaması aiddir. Klapanların defektlərinə 
papillyar əzələlərin və ya xorda tendinae cırılması, qalxan aortanın aortal klapanın halqasınadək davam edən retroqrad 
disseksiyası səbəbindən kəskin aortal çatışmazlıq, və kritik aortal stenoz daxildir. Atrial miksoma mədəciklərin dolmasını 


77 
azaldır. Sol mədəciyin sərbəst divarının anevrizmasının partlaması isə əgər perikardiumla məhdudlaşmasa ürək 
çatışmazlığına, hipovolemiya və qəfl ölümə səbə ola bilər. 
Ürəkdən xaric səbəblər (obstruktiv)

Kardiogen şokun obstruktiv səbəblərinə ağ ciyər arteriyasının iri həcmli emboliyası, 
klapanlı (qapaqlı) pnevmotoraks və kəskin konstriktiv perikardit, perikardın tamponadası və ağır dərəcəli ağ ciyər 
hipertenziyası nəticəsində Eyzenmenger fizioloji dəyişikliklərin yaranması aid edilir. 
Distributiv şok

Distributiv şokun müxtəlif səbəbləri ola bilər. Bu səbəblərin əksəriyyəti barəsində ayrıca məqalələrdən 
daha geniş tanış olmaq olar. 
 
Septik şok 

Sistemli iltihablı cavab sindromu (məs., pankreatit, yanıqlar, çoxsaqlı travmatik zədələnmələr). 

Toksik şok sindromu. 

Anafilaktik reaksiya və anafilaktoid reaksiyalar. 

Dərmanlar və ya toksinlərə reaksiya, o cümlədən, həşarat dişləməsi, transfuzion reaksiyalar və ağır metallarla 
zəhərlənmə. 

Addison xəstəliyi səbəbindən böhran (infeksiya mənbəyinin olmaması ilə müşahidə edlən sepsis klinikası 
müşahidə edildikdə, Addison böhranı nəzərdən keçirilməlidir). 

Miksedema koması. 

Mərkəzi sinir sistemi və ya onurğa beyin zədələnməsi səbəbindən neyrogenik şok. 

Kəskin miokard infarktından sonra inkişaf edən kəskin sistemli iltihab. 

Ürəyin dayanması zamanı aparılmış reanimasion tədbirlərdən sonra sirkulyasiyanın bərpasından sonra inkişaf 
edən post-reanimasion sindrom. 

Kardio-
pulmonar şuntlamadan sonrakı vəziyyət.


Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə