TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


Ağciyər arteriyasının kateterizasiyası



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə131/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   127   128   129   130   131   132   133   134   ...   141
DƏRSLİK

Ağciyər arteriyasının kateterizasiyası

Ağ ciyər arteriyasının kateterizasiyası şokun növünün təyin edilməsinə yardımçı 
ola bilər. Belə ki, kateterizasiya vasitəsilə mühüm hemodinamik parametrlərin - ürəyin hasilatının, ağ ciyər arteriyasının 
oklyuziyası təzyiqinin (PCWP) və sistemli damar müqavimətinin təyin edilməsi ilə şokun növünün müəyyən edilməsi 
mümkün ola bilər. Həmin parametrlərin təyini həm də vazopressorların dozalarının titrə edilməsi, süni tənəffüs aparatının 
parametrlərinin tənzimlənməsi (məs., PEEP) və maye transfuziyasının tənzimlənməsinə yardım etmiş olur. 
Lakin, bütün burada qeyd edilənlərə rəğmən ağ ciyər arteriyasının kateterizasiyası xəstələr arasında ölüm hallarının 
azalmasına təsir etməyib. Buna görə də, ağ ciyər arteriyasının kateterizasiyası ilə bağlı qərar verərkən, prosedurun özü ilə 
bağlı risklər və əldə olunacaq fayda müqayisə edilməlidir. 
 
MORTALİTE (ÖLÜM FAİZİ) - 
Şok səbəbindən xəstələr arasında ölüm halları və ya mortalite çox yüksəkdir. 
Hesablamalara görə septik şokun diaqnostikası tarixindən 1 ay ərzində təxminən xəstələrin 35-60% ölür. Kardiogen şokda 
olan xəstələr arasında ölüm hallarda daha yüksək olur və təxminən 60-90%-ə bərabərdir. Hipovolemik şokda olan xəstələr 
arasında mortalite xeyli dəyişkəndir və daha çox erkən diaqnostika və müalicənin başlanmasından asılıdır.
 

ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR. 

Sistem toxuma perfuziyasının əhəmiyyətli dərəcədə azalması nəticəsində toxumalara oksigenin çatdırılmasının 
azalması ilə xarakterizə olunan fizioloji vəziyyət ŞOK kimi qiymətləndirilir. Bu vəziyyəti oksigenin toxumalar 
tərəfindən istifadəsi ilə oksigenin çatdırılması arasında balansın pozulmasına səbəb olur. Oksigenin uzun müddət 
ərzində adekvat həcmdə çatışmaması hüceyrələrin hipoksiyasına və hüceyrə səviyyəsində mühüm biokimyəvi 
proseslərin pozulmasına gətirib çıxarır ki, bu da öz növbəsində sistem səviyyəsinədək yayıla bilər: 

Şokun hüceyrə səviyyəsində təsiri - hüceyrə membranın ion nasosu funksiyasının pozulması, hüceyrədaxili ödem
hüceyrənin tərkibinin hüceyrədən kənar sahəyə sızması və hüceyrədaxili pH-ın tənzimlənməsinin pozulması. 

Sistem səviyyəsində təsir - qanın pH-ın pozulması, endotelial disfunksiya, iltihabi və iltihab əleyhinə proseslərin 
stimulyasiyası. 

İlkin olaraq, oksigen çatışmazlığının efektləri geriyə dönəndir, lakin çox qısa müddət ərzində bu efektlər geriyə 
dönməz olur. Nəticə isə ardıcıl olaraq hüceyrə ölümü, hədəf orqanların zədələnməsi, çoxsaylı orqan sistemlərin 
çatışmazlığı və ölümdür. Buna görə də şok vəziyyətinin erkən müəyyən edilməsi və geriyə döndərilməsi xüsusi 
əhəmiyyət kəsb edir. 

Hazırda 3 şok növü tanınmaqdadır: hipovolemik, kardiogen və distributiv (vazodilatasiya). Distributiv şok 
hipovolemik və kardiogen şokda ürəyin hasilatı və sistem damar müqavimətinin parametrləri əsasında fərqləndirilə 
bilər. Ağ ciyərin kapilyar təzyiqi və ya ağ ciyər arteriyasının oklyuzion təzyiqi hipovolemik şoku kardiogen şokdan 
fərqləndirməyə yardım edir. 

Növündən asılı olmayaraq, şok ilkin olaraq təhrikedici hadisədən başlayır, məsələn, infeksiya mənbəyi (abses) və 
ya zədələnmədən (odlu silah yaralanması). Təhrikedici hadisə öz növbəsində sistem sirkulyator pozğunluğa gətirib 
çıxarır ki, bu da bir neçə mürəkkəb və bir birilə bağlı mərhələlərdən ibarət olur - pre-şok, şok və hədəf orqanların 
disfunksiyası. Şok vəziyyətinin davam etməsi nəticə etibarilə hədəf orqanların geriyə dönməyən çatışmazlığı və 
nəhayət ölümə gətirir. 

Şokun əsas xüsusiyyətlərinə hipotenziya, oliquriya, mental statusun pozulması, metabolik asidoz və bəzi 
xəstələrdə ilıq və yapışqan dəri aid edilir. 

Xəstənin şokda olması ehtimal olunduqda, reanimasion (infuzion) tədbirlər diaqnostik müayinə ilə eyni vaxtda 
aparılmalıdır. Reanimasion tədbirlər heç bir halda anamnezin toplanması, fiziki müayinə, laborator analizlər və ya 
görüntüləmə üçün dayandırılmamalı və ya ləngidilməməlidir. 

Şok səbəbindən xəstələr arasında ölüm halları və ya mortalite çox yüksəkdir. 

Ağciyər arteriyasının kateterizasiyası xəstələr arasında ölüm hallarının azalmasına təsir etmir. Buna görə də, ağ 
ciyər arteriyasının kateterizasiyası ilə bağlı qərar verərkən, prosedurun özü ilə bağlı risklər və əldə olunacaq fayda 
müqayisə edilməlidir. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə