TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə130/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   126   127   128   129   130   131   132   133   ...   141
DƏRSLİK

DİAQNOSTİK YANAŞMA. 
Xəstənin şokda olması ehtimal olunduqda, reanimasion (infuzion) tədbirlər diaqnostik müayinə ilə eyni vaxtda 
aparılmalıdır. Reanimasion tədbirlər heç bir halda anamnezin toplanması, fiziki müayinə, laborator analizlər və ya 
görüntüləmə üçün dayandırılmamalı və ya ləngidilməməlidir.
Xəstəlik tarixçəsi

Bəzi xəstələr dərin şokda olmaqlarına baxmayaraq detallı şəkildə xəstəlik tarixçəsini təsvir edə bilir. 
Lakin, bir çox xəstə ağır şokda olarkən heç bir məlumat vermək iqtidarında olmur. Xəstənin vəziyyəti və onun anamnez 
morbisi çox zaman onun qohumları, yaxınlarından və ya mövcud məlumat bazasından (reqistraturadan, kompüterdə olan 
elektron bazadan) əldə olunmalıdır. Xəstənin ümumi baza vəziyyəti, yaxınlarda sağlamlığı ilə bağlı etdiyi şikayətlər və son 
dövrlər fəaliyyəti şokun baş verməsi səbəblərini müəyyən etməkdə yardımçı ola bilər. Digər yardımçı məqamlara xəstənin 
qəbul etdiyi qida və dərmanlar, yaxınlarda dərmanlarda edilmiş dəyişiklik, kəskin və ya xroniki dərman zəhərlənməsi, 
yanaşı xroniki xəstəlikləri, immun sisteminin supressiyası və hiperkoaqulyasiyalı vəziyyətin olub olmadığı aid edilə bilər. 
Fiziki müayinə

Fiziki müayinə effektiv və əsasən şokun növünün, ağırlıq dərəcəsinin və səbəblərinin müəyyən 
edilməsinə yönəlik olmalıdır. Fiziki müayinədə tapıntıların şokun hansısa növü ilə bağlılığını müəyyən etmək çox zaman 
mümkün deyil. Burada əsas məqam fiziki müayinə zamanı şokun müxtəlif növünə işarə edən və yuxarıda qeyd edilmiş 
potensial əlamətləri və ya simptomları müəyyən etməkdir. 
Laborator müayinə

Laborator müayinələr şokun səbəbini və hədəf orqanların çatışmazlığını müəyyən etməyə yardım 
edir. Qeyri-
müəyyən hallarda laborator analizlər təcili şəkildə əldə olunmalıdır. Faydalı laborator analizlərə aşağıdakılar 
aiddir: 
Qanın ümumi analizi və leykoformula 

Elektrolitlər (Na, K, Cl, CO2), BUN, Cr 

Qaraciyərin funksional paneli, Amilaza, Lipaza 

Koaquloqramma (PT, İNR, PTT, Fibrinogen, Fibrinin parçalanmış hissələri və ya d-daymer) 

Ürəyin fermentləri (troponin və ya kreatinin fosfokinaza izofermentləri) 

Arteriyal qan qazları 

Toksikoloji müayinə 

Laktatın səviyyəsi. 
Bunlara əlavə olaraq qan qrupunun təyin edilməsi üçün də tədbirlər görülməlidir. Bəzi hallarda CVO2 mərkəzi venoz qanda 
O2 saturasiyasının təyin
 
edilməsi reanimasiya tədbirlərinin istiqamətləndirilməsi və ya tənzimlənməsinə yardımçı ola bilər. 
Qanın ümumi analizinin differensial müayinə ilə aparılması xüsusi əhəmiyyət kəsb edir, çünki leykositoz və bandemiyanın 
(yəni qanda çöpnüvəli formalara qədər sola meyillilik) mövcudluğu şokun sepsis səbəbindən baş verməsinə işarə edə bilər. 
Ümumiyyətlə, qanın differensial analizində bandemiyanın (yəni leykositlərdə sola meyillilik) 10% və daha çox olması, əksər 
hallarda infeksiyanın mövcudluğuna işarə edir. 
Venoz qanda laktatın səviyyəsi arteriyal qanda olan səviyyə ilə yaxşı korelyasiya edir (yəni uyğundur) və buna görə də, 
laktatın təyin edilməsi üçün venoz qandan istifadə etmək olar. Şok zamanı qanda laktatın səviyyəsinin artması anaerob 
metabolizm zamanı onun artmış hasilatı, mitoxondriaların fəaliyyətinin pozulması nəticəsində oksigenin istifadəsinin 
pozulması və qaraciyərin dusfunksiyası səbəbindən laktatın qandan təmizlənməsi prosesinin pozulması ilə bağlıdır. 
Döş qəfəsinin rentgeni, bağırsaq keçməzliyi ilə bağlı qarın boşluğunun rentgeni, abdominal KT, başın KT-i, EKQ, EXO-KQ 
və ya sidiyin analizi bir çox hallarda yardımçı ola bilər. Mümkün infeksiya mənbələrindən əldə olunmuş materialın (bəlğəm, 
sidik, yaralardan, qandan) qram yaxması infeksiyanın etiologiyasının təyin edilməsində faydalı ola bilər. Əkmə üçün qan iki 
müxtəlif venoz sahələrdən əldə olunmalıdır. 
Yuxarıda təsvir edilmiş müayinə nəticəsində adətən şokun növü və ağırlıq dərəcəsi təyin edilmiş olur və ya ən azından 


şoka gətirmiş ən çox ehtimal edilən səbəblər bəlli olur. Lakin, bütün müayinələrə baxmayaraq şokun səbəbinin və ya 
növünün müəyyən edilməsi mümkün olmadıqda, ağ ciyər arteriyasının kateterizasiyası əlavə faydalı məlumat əldə etməyə 
imkan verə bilər. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə