56
(iii) Hər hansı fəaliyyətin görülməsini nəzərdə tutmayan (No action) ssenarisi ilə müqayisədə
2020-ci ildə İEYQ-ların emissiyasının azaldılmasına tövhə verəcəkdir.
(iv) Azaldılma tədbirlər ölçüləbilən, yoxlanılabilən və hesabatı veriləbilən tədbirlərdir.
118. Beynalxalq səviyyədə NAMA-ların hansı formada olmasını bundan artıq müəyyən edilmir .
O vaxtdan bəri, beynəlxalq NAMA dəstək proqramları, məsələn, Danimarka, Almaniya
hökumətləri tərəfindən maliyyələşdirilən NAMA Mexanizmu və Birləşmiş Krallıq və İspaniya
NAMA Mexanizmləri, NAMA-nın tərtibatı haqqında gözləntilərə dair çoxlu detalları ortaya
qoymuşdur.
119. TY layihəsi çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan üçün dörd NAMA
konsepsiyası işlənib hazırlanıb və hər üç ölkənin aidiyyəti tərəfləri ilə məsləhətləşmələr
nəticəsində seçilmişdir. NAMA konsepsiyaları fərdi qaydada hazırlanmışdır ki, bu da ayrı-ayrı
ölkələrə ondan öz fərdi ehtiyacları üçün istifadə etməyə imkan verir. Məsələn, onlar NAMA
konsepsiyasını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvesiyasının (UNFCCC) NAMA
Reyestrinə təqdim edə bilərlər.
31
Bu reyestr açıq onlayn platforma olub planlaşdırılan NAMA-lar
və maliyyə məbələri arasında tərəfdaşların axtarışını asanlaşdırır. Milli hökumətlər, habelə
NAMA konsepsiyalarını maliyyə, texniki və ya bacarıqların artırılmasına dəstək üçün təklifə
çevirilməsi məqsədilə birbaşa potensial beynəlxalq tərəfdaşlara göndərə bilərlər. Alternativ
olaraq, Azərbaycan, Qazaxıstan və Özbəkistan hər hansı beynəlxaq dəstək olmadan bu NAMA
konsepsiyaları birtərəfli qaydada icra edə bilərlər.
32
120. TY çərçivəsində hazılanmış NAMA konsepsiyaları aşağıdakılardır:
(i) Azərbaycanda bərpaolunan enerjiyə əsaslanan aqro-enerjinin inkişafının təşviq olunması.
(ii) Qazaxıstanda nəqliyyat sektorunda təbii qazdan istifadənin genişləndirilməsi.
(iii) Qazaxıstanda enerjidən səmərəli istifadəyə dair milli dəstək sisteminin işlənib
hazırlanması.
(iv) Özbəkistanda kiçik hidro enerji qurğularının quraşdırılmasının sürətləndirilməsi.
121. Dörd NAMA-nın seçilməsi aidiyyəti tərəflərlə məsləhətləşmələr zamanı bildirilmiş və RETA
8119 layihəsi çərçivəsində həyata keçirilən və B Bölməsində ətraflı təsvir olunan iqtisadi təhlillər
(azaldılma variantların) vasitəsilə dəstəklənmişdir. Bu seçim zamanı ən vacib factor, NAMA-ların
İEYQ-ların emissiyasının qarşısının alınmasına olan tövhələri ilə yanaşı onların milli inkişaf
prioritetlərinə uyğun olması idi. Seçim zamanı digər bir əsas factor isə ayrı-ayrı qurumların
NAMA prosesi üzrə işləməkdə olduqca maraqlı olmaları və onların icrası üçün tələb olunan
məlumatları təqdim etməyə hazır olmaları idi.
122. Nəhayət, Cədvəl 35-də təsvir olunduğu kimi, NAMA konsepsiyası üçün təklif olunan
azaldılma variantların tCO
2
e-in bir tonuna görə heç bir və ya çox az xərc tələb etməsidir ki, bu
da social xərclər perspektivindən çox cəlbedici olmuşdur.
31
UNFCCC Katibliyi NAMA Reyestrini 2013-cü ildə inkişaf etməkdə olan ölkələrdə azaldılma variantları inkişaf
genişləndirmək məqsədilə yaratmışdır. Reyestr milli azaldılma tədbirlərin tandıdılması üçün platforma rolunu
oynayır. Burada beynəlxalq dəstək axtaran NAMA-lar və belə tədbirləri maliyyələşdirən beynəlxalq maliyyə
imkanları barədə məlumat verilir. NAMA Reyestri.2015. http://unfccc.int/cooperation_support/nama/items/7476.php
32
NAMA Reyestri. 2015.
http://unfccc.int/cooperation_support/nama/items/7476.php
57
Cədvəl 35: Azərbaycan, Qazaxıstan və Özbəkistan üçün təklif olunan NAMA
konsepsiyaları
Ölk
ə
Az
ə
rbaycan
Qazaxıstan
Özb
ə
kistan
NAMA
Bərpaolunan Enerjiyə
əsaslanan Aqro-Enerjinin
İnkişafının Təşviq
olunması
Nəqliyyat
Sektorunda Təbii
Qazdan İstifadənin
Genişlə
ndirilm
ə
si
Enerji Səmərəliliyinə
Milli Dəstək
Sisteminin
Yaradılması
Kiçik miqyası
Hidroenerji qurğularının
tikintisinin
sür
ə
tl
ə
ndirilm
ə
si
Təsviri
a
Azərbaycanda kənd
təsərrüfatı
komplekslərində
bərpaolunan enerjinin
qurulmasını dəstəkləyir,
bərpaolunan enerji üçün
normativ və tənzimləyici
bazanı təkmilləşdirir, və
Samux aqro-enerki
kompleksində
konsepsiyanı pilot
şəklində icra edir.
CNG doldurma
infrastrukturunu
genişləndirir,
nəqliyyat
vasitələrində təbii
qaza keçidi təşkil
edir, və nəqliyyatda
CNG-ni
dəstəkləmək üçün
texniki bacarıqlarını
artırır.
Enerji səmərəliliyinin
təkmilləşdirilməsini
izləmək üçün onlayn
system yaradır,
ondan istifadəni pilot
şəklində həyata
keçirir, və bu
fəaliyyəti nəqliyyat
sektorunda enerji
səmərəliliyini həyata
keçirmək üçün
genişləndirir.
Kiçik hidroenerji
qurğularının
qurulmasının
sürətləndirilməsini
əngəlləyən institusional
və investisiya
maneələrini aradan
qaldırır və yeni
qurğuların təmirini və
yeni kiçik hidroenerji
qurğularının tikintisini
maliyyələşdirir.
İEYQ
emissiyasının
potensial
olaraq
azaldılması
(tCO
2
e)
a
Illik 116,825 – 584,125
2020-ci ilə qədər
Illik 135,315 –
1,766,574
2025-ci ilə qədər
Illik 1,607 birbaşa
azaldılma
Dolayı azaldılma
müəyyən ediləcəkdir
Illik 918,715
2030-cu ilə qədər
Müddət
a
2014–2020
2014-2025
2015-2025
2015-2030
İcra xərci
(milyon $)
a
277.9
74.1
3.5
728.7
İEYQ
emissiyasının
azaldılmasının
orta xərci
b
(2010
$/tCO
2
e)
10
-82.6
(-2) to 19.5
Səmərəliliyin
artırılmasının
növündən asılıdır
-20.7
Mənbələr:
a
Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b).
b
Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b).
123. Cədvəl 35-də təsvir olunan NAMA-lar daha ətraflı şəkildə Azərbaycan, Qazaxıstan və
Özbəkistanda NAMA-lara dair Hesabatda öz əksini tapmışdır
.
Bu hesabatda habelə
Azərbaycan, Qazaxıstan və Özbəkistanda İqlim Dəyişmələrinin İqtisadi Aspektləri
:
Ölkə üzrə
Müvafiq Təsirazaltma Tədbirlərinə dair Hesabatda NAMA tərtibatı və qurumları haqqında
məlumat verilmiş, və TY çərçivəsində NAMA konsepsiyasını qiymətləndirmək və tərtib etmək
üçün istifadə olunan metodlar öz əksini tapmışdır.
124. Aşağıdakı bölmələrdə təklif olunan NAMA-ların məzmunu qısa şəkildə təsvir olunur.
1.
Azərbaycanda Bərpaolunan Enerjiyə əsaslanan Aqro-Enerjinin İnkişafının
Təşviq olunması
125. NAMA-nın tərtibi və icrasına ABEMDA tərəfindən rəhbərlik ediləcəkdir. ABEMDA hökumət
qurumu olub 2010-cu ildə bərpaolunan enerji mənbələri sahəsində dövlət siyasətini həyata
keçirmək, bərpaolunan enerji infrastrukturunu inkişaf etdirmək, iqtisadiyyatın bütün sahələrində
bərpaolunan enerjinin istifadəsinə nəzarət, bərpaolunan enerji fəaliyyətlərinin izlənməsi və
hesabatının hazırlanması məqsədləri üçün yaradılmışdır.
Dostları ilə paylaş: |