58
126. Azərbaycan Hökuməti bərpaolunan enerjini təşviq etmək üçün bir neçə strategiya və
məqsədlər müəyyən etmişdir. Bərpaolunan və Alternativ Enerji Mənbələri üzrə Dövlət
Proqramında (2008-2015) 2020-ci ilə qədər alternativ və bərpaolunan enerji hədəfləri 20%
həcmində müəyyən edilmişdir. Bu proqrama dəstək olaraq, hökumət alternativ və bərpaolunan
enerji mənbələrini artırmaq və iqtisadiyyatı şaxələndirmək istiqamətində məqsədləri həyata
keçirmək üçün Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini (ABEMDA)
yaratmışdır. 2011-ci ildə Prezidentin yeni Sərəncamı ilə alternativ və bərpaolunan enerji hədəfi
müəyyən edilmiş və ABEMDA-ya bu hədəfi yerinə yetirmək üçün tapşırıqlar verilmişdir.
Müəyyən edilmiş hədəfə görə 2020-ci ilə qədər elektrik enerjisi istehlakının 20%-I bərpaolunan
enerji mənbələrindən təchiz edilməlidir. Bundan başqa, 2020-ci ilə qədər ümumi enerji
istehlakının 9.7%-i bərpa olunan enerji mənbələri vasitəsilə təmin edilməli və 2,000 MV
həcmində bərpaolunan enerji potensialı quraşdırılmalıdır.
33
127. 2014-cü ilin dekabrında, ABEMDA özünün 2015-2018-ci illər üçün strateji planını açıqladı.
Planda bərpaolunan enerji həcminin artırılması strategiyası müəyyən edilir. Strateji plana özəl
sektorda bərpaolunan enerjinin inkişafına stimul yaratmaq üçün mövcud norma və qaydaların
(normativ-hüquqi aktların) yenilənməsi nəzərdə tutulur. Bundan başqa, strateji planda güzəştli
kreditlərin verilməsi, texniki bacarıqların artırılması, bərpaolunan enerji avadanlıqlarına tətbiq
olunan idxal rüsumlarının aradan qaldırılması, bərpaolunan enerjinin izlənməsi və
qiymətləndirilməsini dəstəkləyə bilən təşkilati strukturun yaxşılaşdırılması, maarifləndirmə
işlərinin görülməsi, və s. daxildir. Strateji plana əsasən, ABEMDA 2015-2018-ci illər ərzində 187
MV gücdə külək, 369 MV həcmdə günəş, 63 MV həcmdə bioenerji və 116 MV gücdə hidro
enerji potensialını quracaqdır. Hamısı bir yerdə, plana görə 735 MV həcmdə yeni alternativ və
bərpaolunan enerji əldə olunacaqdır.
34
Bərpa olunan enerjinin tətbiqini daha da dəstəkləmək
üçün ABEMDA bərpaolunan və alternativ enerji üçün yeni tarif metodologiyasının
hazırlanmasını araşdırır. Günəş enerjisi üçün yeni tariff 2015-ci ilin sonuna qədər tətyin
ediləcəkdir
128. Azərbaycanın hökumətinin məqsədlərinə dəstək olaraq bərpaolunan enerjidən istifadənin
artırılması məqsədilə, AİB ABEMDA ilə birlikdə NAMA konsepsiyasını işləyib hazırlamaq
istiqamətində tərəfdaşlıq etmişdir. Bu konsepsiya çərçivəsində kənd təsərrüfatı sektorunda
bərpaolunan enerjinin tətbiqinin sürətləndirilməsi nəzərdə tutulur. NAMA tədbirləri bərpaolunan
enerji sahəsini tənzimləyən hüquqi və tənzimləyən normaları təkmilləşdirilməsi istiqamətində
hökumətlə işləyərək bərpaolunan enerjiyə maneələri aradan qaldırmaq üçün tərtib olunmuşdur.
129. NAMA çərçivəsində habelə Samux Aqro-Enerji Yaşayış Kompleksinin tikintisi və həyata
keçirilməsi dəstəklənir. Samux Aqro-Enerji Yaşayış Kompleksi bərpaolunan enerji ilə işlənən
müasir çoxsahəli kənd təsərrüfatı və qida emalı mərkəzidir. Bütün bunlar hamısı ictimai və
yaşayış binalarının yerləşdiyi bir mərkəzdə birləşdirilmişdir. Mərkəzdə karbon çirkləndirməsi tam
neytraldır. Samux Kompleksinə bir neçə kənd təsərrüfatı məhsulları istehsalı, məsələn buğda və
tərəvəz əkinləri, istixanalar, meyvə bağları, heyvandarlıq, südçülük fermaları, balıqçılıq
təsərrüfatları, şirə, meyvə və mal-qara yemi qablaşdırma müəssisələri daxildir. Kənd təsərrüfatı
müəssisələri ilə yanaşı 1,000-ə qədər yaşayış evləri ev işçiləri və Dağlıq Qarabağ regionundan
olan qaçqınlar üçün tikiləcəkdir.
33
Azərbaycan Respublikası Prezidentinin Alternativ və Bərpaolunan enerjidən İstifadəyə dair 2010-2020-ci illər üçün
Milli Strategiyanın hazırlanmasına dair Sərəncamı
http://www.abemda.az/uploads/ABEMDA%20prezintation.pdf
34
Azərbaycan Respublikasının Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi. 2014.
Strateji Plan
(2015-2018). http://area.gov.az/strateji-plan-2015-2018/
59
130. Kompleks elektrik enerjisi və istilik generasiyasını müxtəlif bərpaolunan mənbələrdən əldə
edəcək. Bu mənbələr günəş, geoistilik və Samux kompleksində və yaxınlıqdakı rayonlarda yerli
şəraitdə istehsal olunan biokütlə tullantıları daxildir. Azərbaycanda oxşar kənd təsərrüfatı
müəssisələrinin sayının kiçik lakin artan dinamikada olmasına baxmayaraq, bu, bərpaolunan
enerji ilə işləyən ilk belə kompleks olacaqdır. NAMA-nın bir hissəsi olaraq, ABEMDA Samux
Kompleksindən əldə olunan öyrənilmiş dərslərdən və texniki bacarıqlardan istifadə edəcək və
bu təcrübəni Azərbaycanın daha beş yerində təkrarlayacaqdır.
131. Samux və Azərbaycanın digər sahələrində təklif olunan aqro-enerji kompleksi ilə bağlı
yekun təşkilati məsələləri müəyyənləşdirmək üçün texniki-iqtisadi əsaslandırma həyata
keçirilməkdədir. Aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur (bu tədbirlər texniki-iqtisadi
əsaslandırmanın nəticələrindən asılı olaraq yenilənə bilər):
132. Faza 1 (2014-2016):
Faza 1-də Samuxda ilk müəssisələrin texniki-iqtisadi qiymətləndirilməsi, tərtibi və tikintisi
planlaşdırılır, o cümlədən:
(i) Bərpaolunan enerji mənbəyindən 14.1 MVt həcmdə elektrik və istilik enerjisi
potensialının inkişaf etdirilməsi. Təchiz edilmiş enerji paralel olaraq 6,500 ha ərazidə
tikiləcək kənd təsərrüfatı müəssisələrində istifadə ediləcəkdir.
(ii) Enerjidən səmərəli istifadə tərtibatına malik 350-500 fərdi ailələr üçün evlərin tikintisi.
(iii) 2015-ci ilə qədər, bərpaolunan enerji mənbələri üçün güzəştli kreditlərin tətbiqi və
bərpaolunan enerji avadanlıqları üçün gömrük rüsumlarından azad olmaya dair
hökumətə təkliflərin hazırlanması.
(iv) 2016-cı ilə qədər alternativ və bərpaolunan enerji mənbələri üçün tariflərin təklif
olunması.
(v) Naxçıvan, Gədəbəy, Neftçala, Balakən və Oğurz rayonlarında aqro-bərpaolunan enerji
komplekslərinin yaradılması üçün texniki-iqtisadi araşdırmanın tamamlanması.
133. Faza 2 (2017 - 2020):
1-ci mərhələdəki dərslərdən nəticə çıxarmaqla Samuxdakı fəaliyyətlər genişləndiriləcəkdir. 2-ci
mərhələdə bərpaolunan enerjidən 21.25 MVt gücündə elektrik və 41.65 MVt gücündə istilik
generasiya edən əlavə potensialın inkişaf etdirilməsi proqnozlaşdırılır. Kompleksin kənd
təsərrüfatı və yaşayış hissələri genişləndiriləcəkdir.
134. Gözlənti odur ki, NAMA-nın tərkib hissəsi kimi həyata keçirilən struktur dəyişiklikləri və
Samux Aqro-enerji Kompleksində bərpaolunan enerji texnologiyalarının pilot şəkildə tətbiqi
oxşar texnologiyaların digər kənd təsərrüfatı müəssisələrində və Azərbaycanın kənd yerlərindəki
yaşayış icmalarında təkrarlanmasını dəstəkləyəcəkdir. 2014-cü ildə, kənd təsərrüfatı və yaşayış
sektorları ümumi istilik generasiyasının 0%-ni və 68%-ni və ümumi elektrik enerjisi
generasiyasının müvafiq olaraq 6.1% və 45.1%-ni istehlak etmişdir.
35
Azərbaycanda istilik və
elektrik enerjisi sektorlarında əsasən təbii yanacaqdan asılılığı nəzərə alaraq, bərpaolunan
enerji növlərinin tətbiqi bu sektorlarda İEYQ emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına
gətirib çıxaracaqdır.
135. Əsasən təbii yanacaq növlərindən elektrik və istilik enerjisinin generasiyasını əvəzləməklə
NAMA tədbirlərinin icrası 346,104 ktCO
2
e həcmində İEYQ emissiyasının azaldılmasına gətirib
çıxaracaqdır. Samux Aqro-Enerji Yaşayış Kompleksi uğurlu alınarsa və daha beş rayonda oxşar
qaydada təkrarlanarsa, emissiyalarda azalma 2020-ci ilə qədər potensial olaraq hər il üçün
584,125 ktCO
2
e həcmində azala bilər.
35
Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b).
Dostları ilə paylaş: |