60
136. Ümumi gözlənilən icra xərci 277.9 milyon ABŞ dolları təşkil edir. Ümumilikdə 165 milyon
ABŞ dolları məbləğində beynəlxalq yardım üçün müraciət edilmişdir.
2.
Qazaxıstanın
Nəqliyyat
Sektorunda
Təbii
Qazdan
İstifadənin
Genişləndirilməsi
137. Bu NAMA-nın tərtibi və icrası KazTransGas Səhmdar Cəmiyyəti tərəfindən idarə
olunacaqdır. KazTransGas Səhmdar Cəmiyyəti təbii qaz istehsalı və təchizatını həyata keçirən
tam dövlətə məxsus operatordur.
138. Hökumətin 2013-cü ildə qəbul etdiyi Qazaxıstan Respublikasının Yaşıl İqtisadiyyata Keçid
Konsepsiyasında və nəqliyyat sektoru üçün ərazi inkişaf proqramlarında müəyyən edilmiş
prioritet tədbirlərdən biri nəqliyyat vasitələrində təbii qaza keçidin təmin edilməsidir
36
. Məqsəd
şəhər/regional nəqliyyatın ətraf mühitə və ictimai sağlamlğıa təsirlərini minimum endirmək və
daha bahalı və əsasən idxal olunan yanacaqdan asılılığı azaltmaqdır. Təbii qaz
infrastrukturunun inkişafı da “Hökumətin 2020-ci ilə qədər Qazaxıstan Respublikasının Nəqliyyat
İnfrastrukturunun İnkişafı və İnteqrasiyası Proqramı”
37
nda müəyyən edilən spesifik tələbdir.
139. CNG (sıxlaşdırılmış təbii qaz) benzindən daha ucuzdur və qiyməti isə neftə əsaslanan
yanacaq növlərinin qiymətindən daha sabitdir. CNG-nin az xərc tələb etməsini nəzərə alaraq, bu
yanacaq növü zəruri mühərrik texnologiyaları və yanacaq doldurma infrastrukturu yaradılarsa,
bir çox nəqliyyat vasitələri üçün cəlbedici alternativ rolunu oynayır. Bu, xüsusilə böyük nəqliyyat
parklarının, məsələn bələdiyyə avtobusları, yük maşınları və taksi parklarının operatorları üçün
cəlbedici hesab edilə bilər.
140. Bu NAMA çərçivəsində Qazaxıstanın bütün hissələrində CNG təchizatı üçün
infrastrukturun, daha sonra isə mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturunun yaradılması
vasitəsilə hökumətin ölkə nəqliyyatı üçün ucuz və təbii qazdan istifadə məqsədlərini
dəstəkləmək nəzərdə tutulur. KazTransGas ASC: i) 35-100 CNG-doldurma stansiyalarının
(CNGFS) şəbəkəsini quracaq, ii) Qazaxıstanda təbii qaz bazarına imkan verəcək digər
infrastrukturu yaradacaq (yəni, mövcud nəqliyyat vasitələrinin CNG-yə çevrilməsi üçün sexlər,
sınaq və sertifikatlaşdırma mərkəzləri, təlim mərkəzləri), və iii) təbii qazın qeyri-ənənəvi
nəqliyyat sahələrində tətbiqi üçün genişləndirilməsi.
141. Spesifik ərazi və layihələrə investisiya qoyuluşlarına əlavə olaraq, NAMA çərçivəsində təbii
qaz yanacaq növünün təşviqi üçün geniş proqramın hazırlanması və icrası nəzərdə tutulur. Bu
proqrama hökumətin dəstək tədbirləri paketi, texniki və tənzimləyici normaların, protokol və
sənədlərin işlənib hazırlanması, təbii qaza keçidi təmin edəcək zəruri institusional və insan
bacarıqlarının inkişaf etdirilməsi kimi tədbirlər daxildir. NAMA 2014-cü ildən 2025-ci ilə qədər 12
illik müddət ərzində həyata keçiriləcəkdir.
142. NAMA çərçivəsondə dörd əsas Faza üzrə qruplaşdırıla bilən 34 ayrı-ayrı fəaliyyətlər
nəzərdə tutulur:
(i) Faza 1 (2014 – 2015): Bazara pilot qaydada çıxış
36
Yaşıl İqtisadiyyat Strategiyasının və Prezidentin 577 saylı, 30 may 2013-cü il tarixli Fərmanının rəsmi mətni,
www.kazpravda.kz/_pdf/jun13/010613decree.pdf
37
Prezidentin 725 saylı, 13 yanvar 2014-cü il tarixli Fərmanı,
www.mid.gov.kz/images/stories/contents/gp_150520141656.pdf
61
(ii) Faza 2 (2016 – 2018): Nəqliyyat sektorunda orta və kiçik kommersiya subyektləri
tərəfindən təbii qazdan istifadənin təmin edilməsi
(iii) Faza 3 (2019 – 2020): Kənd təsərrüfatı, tikinti və digər xüsusi nəqliyyat vahistələrindən
təbii qazdan istifadəyə keçid
(iv) Faza 4 (2021 – 2025): Bazara geniş (hərtərəfli) qaydada nüfuz etmə
143. Proqram üzərində işlərə artıq başlanılıb, geniş tənzimləyici maneələrə, o cümlədən texniki
norma və standartara xüsusi diqqət verirlir.
144. Bu NAMA vasitəsilə 2025-ci ilə qədər hər il üçün 135,315 tСO
2
e (beynəlxalq ictimaiyyətdən
hər hansı dəstək əldə etmədən) və ya NAMA-nın tam şəkildə dəstəklənməsi ilə hər il üçün
1,766,574 tCO
2
e İEYQ emissiyasının azaldılması təxmin olunur.
Ümumi icra xərci 74.1 milyon ABŞ Dolları təşkil edir. Bu xərcin 49.3 milyon ABŞ dollarının CNG
infrastrukturunun qurulması, nəqliyyat vasitələrində dəyişiklik, təlim mərkəzinin yaradılması və
texniki-iqtisadi əsaslandırma aparılması kimi məsələlər üçün beynəlxalq yardım vasitəsilə təmin
edilməsi gözlənilir.
3.
Qazaxıstan üçün Enerji Səmərəliliyinə Milli Dəstək Sisteminin Yaradılması
145. Bu NAMA İnvestisiya və İnkişaf Nazirliyinin nəzdində olan “Enerji İnkişafı və Enerjiyə
Qənaət” ASC (əvvəllər Kazakhenergoexpertiza adlanırdı) tərəfindən icra olunacaqdır”
38
.
146. Bu NAMA enerji səmərəliliyi tədbirlərində irəliləyişin izlənilməsi, hesabatının verilməsi və
qiymətləndirilməsi
infrastrukturunun
təkmilləşdirilməsi
vasitəsilə
iqtisadiyyatın
bütün
sektorlarında hökumətin səmərəli enerji tədbirlərinin stimullaşdırılması təşəbbüslərini
dəstəkləyir. Bu, Qazaxıstanın mövcud Dövlət Enerji Reyestrinin (SER) yenilənməsi və
təkmilləşdirilməsi və onun Enerji Səmərəliliyinə Dəstək Sisteminə (EESS) – istifadəçi üçün
əlverişli, internetə əsaslanan biliklərin idarəolunması platformasına – çevrilməsi yolu ilə mümkün
olacaqdır. EESS ölkədə SER subyektlərinin Qazaxıstanın Enerji Səmərəliliyi Qanununa
uyğunluğunu artıracaq və dövlətin qərar qəbul edən şəxslərini, özəl sektoru və digər son
istifadəçiləri texniki və maliyyə məlumatları ilə təmin edəcəkdir. Əlavə olaraq, SER Qazaxıstan
hökumətinə dövlət və özəl sektorlarda enerji fəaliyyətinə dair tədbirləri daha yaxşı ölçməyə və
hesabatını hazırlamağa imkan verəcək, bununla da Qazaxıstanın az karbon çirkəndirmələrinə
yol verən inkişaf yoluna doğru irəliləməsini asanlaşdıracaqdır.
147. Bu NAMA 2015-2025-ci illər ərzində həyata keçiriləcək və dörd mərhələdən ibarət
olacaqdır:
Faza 1
. Mövcud Dövlət Enerji Reyestrinin (SER) avtomatlaşdırılmış onlayn məlumat
bazasına çevrilməsi. Bununla məlumatların hesabatı, toplanması və təhlili
təkmilləşəcəkdir;
Faza 2
. SER tərəfindən toplanan məlumatların hazırda onun mandatına daxil edilməyən
digər sektorlara/texnologiyalara, məsələn nəqliyyat sektoruna tətbiqi;
Faza 3
. Dövlətin qərar qəbul edən şəxslərini, biznes ictimaiyyətini və son istifadəçiləri
enerji səmərəliliyi və mütərəqqi təcrübə barədə məlumatlarla təmin edən və internet
üzərindən (veb səhifə formasında) geniş bilik platformasının yaradılması;
38
Təşkilatın veb səhifəsinə bax:
http://www.kazee.kz/
Dostları ilə paylaş: |