64
157. Ayrı-ayrı invesitisiya konsepsiyalarının müəyyənləşdirilməsi müvafiq strukturların TY
layihəsi çərçivəsində hansı NAMA konsepsiyasına daha çox diqqət verəcəklərinə dair qərar
verdikdən sonra başlaya bilər. NAMA konsesiyası işlənib hazırlandıqdan sonra, məsləhətçilər
spesifik investisiya layihələrini müəyyənləşdirmək və işləyib hazırlamaq istiqamətində NAMA
tərəfdarları ilə işləməyə başlayacaqlar.
158. Təklif olunan investisiya konsepsiyaları bu Yekun Hesabat layihəsinə Qoşma 2 kimi əlavə
olunur. Aşağıdakılar daxildir:
(i) Azərbaycanda Samux Aqro-Enerji Yaşayış Kompleksində günəş foto-elektrik və bioqaz
qurğularının tikintisi.
(ii) Qazaxıstanda 10 CNG doldurma stansiyası şəbəkəsinin tikintisi.
(iii) Özbəkistanda Tuyabuguzskaya kiçik hidroenerji qurğusunun tikintisi.
159. Cədvəl 36-da xülasəsi verilən konsepsiya qeydində Azərbaycan və Özbəkistanda spesifik
bərpaolunan enerji layihələrinə və Qazaxıstanda CNG doldurma infrastrukturunun yaradılması
kimi ağır komponentlərə investisiya qoyuluşuna önəm verilir. Qazaxıstanla bağlı investisiya
konsepsiyasında institusional dəstək elementlərinə əsaslanan yumşaq komponentlər də öz
əksini tapmışdır. Bura mövcud nəqliyyat vasitələrinin CNG-yə keçirilməsi üçün tələb olunan
texniki biliklərə dair təlimlərin keçirilməsi, sınaq və sertifikatlaşdırma mərkəzlərinin yaradılması,
eləcə də nəqliyyat vasitələrinə texniki qulluq göstərən texniklər üçün təlimlrin keçirilməsi daxildir.
Cədvəl 36: Azərbaycan, Qazaxıstan və Özbəkistan üçün İnvestisiyaya dair Konsepsiya
Qeydləri
Ölk
ə
Azərbaycan
Qazaxıstan
Özb
ə
kistan
İnvestisiya
konsepsiyası
Samux Aqro-Enerji Yaşayış
Kompleksində günəş foto-
elektrik və bioqaz
qurğularının tikintisi.
10 CNG doldurma stansiyası
şəbəkəsinin tikintisi
Tuyabuguzskaya kiçik
hidroenerji qurğusunun tikintisi.
Sektor
Enerji
Nəqliyyat
Enerji
Təsviri
- 3.2 MV günəş enerjisi PV
qurğusunun tikintisi
- 0.75 MV elektrik və 0.75 MV
istilik bioqaz qurğusunun
tikintisi
- 10 CNG doldurma
mətəqəsinin tikintisi
- nəqliyyat vasitələrini
dəyişmək sahəsində texniki
təlim
- nəqliyyat vasitələri texnikləri
üçün təlim mərkəzinin tikintisi
- sınaq və sertifikatlaşdırma
mərkəzinin yaradılması
- 2 x 6.25 MV units
Tuyabuguzskaya kiçik
hidroenerji qurğusunun tikintisi
(mövcud irriqasiya bəndindən
aşağıda)
Müdd
ə
t
2015-2045
2015-2030
2015-2030
Cəmi maliyyə
(milyon ABŞ
dolları
)
15.9
25.4
19.8
Beynəlxalq
maliyyələşdirmə
payı
9.6 – 12.7
11.8 - 15.9
16.8
IRR (%)
10.96 – 14,73
13 - 30
11.86
NPV ($)
550,300 – 1,550,000
594,656 - 3,307,706
675,000
Sadə geri
ödəmə müddəti
(illər)
15.5
3.2 to 9
12.5
İEYQ
emissiyasının
azaldılması
(tCO
2
e)
Hazırda aparılmaqda olan
texniki iqtisadi əsaslandırma
əsasında müəyyən
edil
ə
c
ə
kdir
Bu investisiya birbaşa
emissiya azaldılması ilə
nəticələnmir. Dolayı olaraq, o
NAMA-
nın icrasını də
st
ə
kl
ə
yir
Illik 22,238
65
Ölk
ə
Azərbaycan
Qazaxıstan
Özb
ə
kistan
İnvestisiya
konsepsiyası
Samux Aqro-Enerji Yaşayış
Kompleksində günəş foto-
elektrik və bioqaz
qurğularının tikintisi.
10 CNG doldurma stansiyası
şəbəkəsinin tikintisi
Tuyabuguzskaya kiçik
hidroenerji qurğusunun tikintisi.
ki, bu da nəticədə illik 136,315
–dən 1,766,574 -ə qədər
azalmaya səbəb olur
Mənbə: TY 8119 layihəsinin sənədləri.
160. İqlim dəyişmələri sahəsinə aid investisiya konsepsiya qeydi ayrıca sənəd şəklində
yazılmışdır ki, bu onun potensial maliyyə agentlikləri arasında yayılmasını asanlaşdırır. Qeyddə
aşağıdakı elementlər öz əksini tapır:
(i) Potensial azaldılma variantlar, məsələn Azərbaycanda bərpaoluna enerji, Qazaxıstanda
nəqliyyat vasitələri üçün təbii qaz, və Özbəkistanda kiçik hidroenerji qurğuları haqqında
məlumat.
(ii) Azaldılma variantlara təsir edən müvafiq siyasətin, institusional və tənzimləyici bazanın
təsviri.
(iii) İnvestisiya imkanlarının bir hissəsi olduğu NAMA konsepsiyası.
(iv) Ayrı-ayrı investisiya imkanları haqqında qısa məlumat və xülasə.
(v) Texniki parametrlər
(vi) Maliyyə parametrləri
(vii) Həssaslıq təhlili və risklərin idarəolunması
(viii) İcra mexanizmi
(ix) Digər, uyğun olarsa
66
IV.
RETA 8119 LAYİHƏSİNİN TƏRTİBATI VƏ MONİTORİNQİ ÇƏRÇİVƏSİNƏ UYĞUN
OLAN NƏTİCƏLƏR
161. Cədvəl 37-də RETA 8119 (TY) Layihəsinin Tərtibat və Monitorinq Çərçivəsinə (TMÇ)
əsasən icra hədəflərinin təmin edilməsində əldə olunan tərəqqi təqdim edilir. Bu Yekun Hesabat
Layihəsinin yazılması zamanı, İqlim Dəyişmələrinin İqtisadi Aspektlərinə dair hesabat və dörd
NAMA haqqında hesabat hələ də AİB və milli tərəfdaşlar tərəfindən baxılmaqda idi. İqlim
dəyişmələrinin təsirlərinin azaldılması sahəsində üç investisiya təkliflərinin konsepsiya qeydi bu
Yekun Hesabat Layihəsinə əlavə şəklində əlavə olunur.
162. TMÇ (Tərtibat və Monitorinq Çərçivəsi) İEYQ-ların ölçülməsi və monitorinqi sahəsində 60
işçinin təlimləndirilməsini hədəf götürmüşdür. 60 nəfərdən 30%-ni qadınlar təşkil edir. Bugünə
qədər milli səviyyədə qərar qəbul edən 254 nəfər iki regional və dörd ölkə səviyyəli seminar
vasitəsilə təlimləndirilmişdir. Təlim keçmiş mütəxəssislərin 89 nəfərini (və ya 35%) qadınlar
təşkil etmişdir.
163. Cədvəl 37-də qeyd olunduğu kimi, tədqiq olunan ölkələrin bir neçəsi RETA 8119
layihəsindən əldə olunan ilkin nəticələri BMT-nin İqlim Dəyişmələrinə dair Çərçivə
Konvesiyasına (UNFCCC) təqdim etdikləri milli hesabatlarda istifadə edirlər. Spesifik olaraq,
Azərbaycanın ilk İkillik Yenilənmiş Hesabatı (BUR) 2015-ci ilin mart ayında UNFCCC-yə təqdim
edilmişdir. Hesabatda RETA 8119 layihəsi çərçivəsində həyata keçirilmiş iqtisadi təhlillərin ilkin
nəticələrinə istinad olunmuşdur.
40
40
Azərbaycan Hökuməti. 2014. Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişmələrinə dair Çərçivə
Konvesiyasına
təqdim
etdiyi
İlk
İkillik
Yenilənmiş
Hesabat,
Bakı,
2014.
http://unfccc.int/resource/docs/natc/aze_bur1_eng.pdf
Dostları ilə paylaş: |