“texnoloji ÖLÇMƏLƏR” FƏNNİNDƏn test suallari



Yüklə 328,26 Kb.
səhifə2/4
tarix06.02.2018
ölçüsü328,26 Kb.
#26651
1   2   3   4


  • mütləq,

  • artıq,

  • mütləq,

  • vakuummetrik,




    1. İş prinsipinə görə təzyiqin ölçmə vasitələrinə hansılar aid edilir?

    1. maye, porşenli, deformasiyalı, ionlaşdırma, istilik, elektrik

    2. maye, diferensial, vakuummetrik, porşenli

    3. deformasiyalı, ionlaşdırma, istilik

    4. artıq təzyiq manometrləri, barometrlər, vakuummetrlər

    5. porşenli, deformasiyalı, elektrik




    1. Loqometrlər maqnit-elektrik ölçmə cihazları olaraq nəyi ölçürlər?

    1. iki cərəyanların nisbətini

    2. iki müqavimətlərin nisbətini

    3. iki gərginliyin nisbətini

    4. cərəyanı

    5. müqaviməti




    1. Avtomatik elektron körpünün bir diaqonalına qoşulan tarazlaşdırıcı sistem nədən ibarətdir?

    1. elektron gücləndiricisindən və reversiv mühərrikdən

    2. elektron gücləndiricisindən

    3. reversiv mühərrikdən

    4. elektron gücləndiricisindən və müqavimət termometrindən

    5. reoxorddan və reversiv mühərrikdən




    1. Metallik tenzoçeviricilər nədən hazırlanır?

    1. naqildən və ya folqadan

    2. naqildən

    3. folqadan

    4. keramikdən

    5. plasmasdan




    1. Pyezoelektrik təzyiq çeviricilərinin pyezoelektrik xassələri hansı intervalda temperaturdan praktiki olaraq asılı deyil?

    1. 20÷400(°C)

    2. 20÷100(°C)

    3. 100÷400(°C)

    4. 20÷300°C

    5. 100÷300°C




    1. Pyezokvars təzyiq ölçən cihazlar tez dəyişən təzyiqləri hansı tezliklər diapazonunda ölçməyə imkan verir?

    1. 0,5Hz-dən 100kHz-dək

    2. 10Hz-dən 50kHz-dək

    3. 5Hz-dən 100kHz-dək

    4. 0,2Hz-dən 100kHz-dək

    5. 15Hz-dən 100kHz-dək




    1. Tutum manometrlərində hərəkətli elektrod təzyiqin təsirindən kondensatorun nəyini dəyişir?

    1. tutumunu

    1. elektrik müqavimətini

    1. induktiv müqavimətini

    2. elektrik yükünü

    3. temperaturunu

    4. elektrik müqavimətini




    1. Təzyiqin tutum vericisi nədir?

    1. elektrik kondensatoru

    2. pyezokvars

    3. yastı membrana

    4. sarğac

    5. büzməli membrana




    1. İonlaşdırma manometrləri hansı diapazonda təzyiqin ölçülməsində istifadə olunur?

    1. 10-1÷10-8Pa

    2. 1÷104Pa

    3. 70÷0,13Pa

    4. 10-1÷10-3Pa

    5. 10-3÷10-8Pa




    1. İonlaşdırma, istilik manometrləri, istilik-elektrik vakuummetrləri hansı təz­yiq­lərin ölçülməsində istifadə olunur?

    1. aşağı

    2. artıq

    3. mütləq

    4. orta

    5. yuxarı




    1. Kütlə sərfi hansı vahidlərlə ifadə olunur?

    1. kq/s; kq/saat; t/saat

    2. kq/s; kq/saat; m3/saat

    3. m3/s; l/s; m3/saat

    4. m3/s; kq/s; t/saat

    5. m3/s; l/s; kq/saat




    1. Daralma qurğusunda yaradılan təzyiqlər fərqi hansı cihazla ölçülür?

    1. difmanometrlərlə

    2. manometrlərlə

    3. sərfölçənlə

    4. termometrlə

    5. sıxlıqölçənlə




    1. Dəyişən təzyiq fərqli borularda hansı daralma qurğuları istifadə olunur?

    1. diafraqma, ucluqlar, Venturi ucluqları

    2. Venturi ucluqları, diafraqma

    3. diafraqma

    4. diafraqma, ucluqlar

    5. ucluqlar, Venturi ucluqları




    1. Zaman vahidi ərzində boru kəməri kəsiyindən axan maddə miqdarına nə deyilir?

    1. sərf

    2. həcm

    3. təzyiq

    4. səviyyə

    5. sıxlıq




    1. Standart diafraqmalar hansı diametrdə olan borukəmərlərində quraşdırılır?

    1. 50mm-dən 400mm-dək

    2. 65mm

    3. 30mm

    4. 45mm

    5. 60mm




    1. Qazın sərfinin ölçülməsində istifadə olunan standart ucluqlar hansı dia­metrdə olan borukəmərlərində quraşdırılır?

    1. 50mm-dən az olmayan

    2. 30mm-dən az olmayan

    3. 65mm-dən az olmayan

    4. 45mm-dən az olmayan

    5. 60mm-dən az olmayan




    1. Daralma qurğusunda mayenin həcm sərfi hansı düsturla təyin olunur?














    1. Sərfölçənlərin hansı növ müxtəliflikləri var?

    1. dəyişən təzyiq fərqli, sabit təzyiq fərqli, taxometrik, elektromaqnit, ultrasəs

    2. taxometrik, elektromaqnit, ultrasəs

    3. dəyişən təzyiq fərqli, elektromaqnit, ultrasəs

    4. manometrik, elektromaqnit, ultrasəs

    5. sabit təzyiq fərqli, taxometrik, elektromaqnit




    1. Sabit təzyiq fərqli sərf ölçənlərdə hansı axımlı cismlərdən istifadə olunur?

    1. üzgəc, porşen, qapaq, kürə

    2. üzgəc, porşen, diafraqma

    3. diafraqma, ucluqlar, Venturi ucluqları

    4. üzgəc, porşen

    5. Venturi ucluqları, qapaq, kürə




    1. Maddə miqdarını ölçən cihazlar necə adlanır?

    1. maddə sayğacları

    2. vakuummetrlər

    3. manometrlər

    4. sərfölçənlər

    5. tərəzilər




    1. Sabit təzyiq fərqli sərfölçənlərdə çıxış siqnalı nəyə bərabərdir?

    1. axımlı cismin yerdəyişməsinə

    2. səviyyələr fərqinə

    3. təzyiqlər fərqinə

    4. sərfə

    5. təzyiqə




    1. Quruluşuna görə rotametrlər hansı növdə olur?

    1. şüşə və metallik

    2. metallik və yarımkeçiricili

    3. şüşə və yarımkeçericili

    4. şüşə və plasmas

    5. keramik və plasmas




    1. Rotametrin üzgəci hansı materialdan hazırlanır?

    1. paslanmayan poladdan, düraluminiumdan, ebonitdən

    2. kvarsdan, manqanindən

    3. manqanindən, şüşədən, ebonitdən

    4. kvarsdan, şüşədən

    5. poladdan, düraluminiumdan




    1. Rotametrlərlə mayelərin həcm sərflərinin suya görə ölçmələrinin yuxarı hüdudu nə qədərdir?

    1. 0,04 m3/saat-dan 16 m3/saat-dək

    2. 0,063m3/saat-dan 40 m3/saat-dək

    3. 0,04 kq/saat-dan 16 kq/saat-dək

    4. 0,063kq/saat-dan 40 kq/saat-dək

    5. 0,06 m3/saat-dan 20 m3/saat-dək




    1. Rotametrlərdə üzgəcə yuxarıdan aşağıya hansı qüvvə təsir edir və o, necə işarələnir?

    1. ağırlıq qüvvəsi,

    2. axının sürtünmə qüvvəsi,

    3. dinamik qüvvə,

    4. ağırlıq qüvvəsi,

    5. (P1-P2) statik təzyiqlər fərqi ilə yaranan qüvvə,




    1. Rotametrin üzgəcinin tarazlığını xarakterizə edən bərabərlik hansıdır?














    1. Rotametrlərin üstün cəhətləri hansılardır?

    1. quruluşunun sadəliyi, kiçik sərflərin və kiçik diametrli boru kəmər­lə­rin­də ölçmə mümkünlüyü, praktiki olaraq bərabər şkalasının olması

    2. quruluşunun sadəlıyi, kiçik sərflərin və kiçik diametrli boru kəmər­lə­rin­də ölçmə mümkünlüyü, göstərişlərin məsafəyə ötürülməsi

    3. borukəmərlərinin yalnız şaquli hissələrində quraşdırılması, göstərişlərin məsafəyə ötürülməsi mümkünlüyü

    4. yüksək təzyiqi və temperaturu olan mühitlərin sərfinin ölçülməsi üçün mümkünlüyü

    5. böyük sərflərin və böyük diametrli borukəmərlərində ölçmə müm­kün­lü­yü




    1. Şüşə rotametrləri nəyə görə və hansı şəraitdə dərəcələnir?

    1. su və ya havaya görə, normal şəraitdə

    2. işçi şəraitində

    3. havaya görə, normal şəraitdə

    4. normal şəraitdə

    5. suya görə, işçi şəraitində




    1. Şüşə rotametrlərin hava üçün nominal sərfi nə qədər təşkil edir?

    1. 0,4÷40 m3/saat

    2. 0,025÷25 m3/saat

    3. 0,025÷4 m3/saat

    4. 0,025÷40 m3/saat

    5. 0,04÷4 m3/saat




    1. РЭМ tipli metallik rotametr hansı vericidən ibarətdir?

    1. diferensial-transformator

    2. ferrodinamik

    3. tenzorezistorlu

    4. tutum

    5. pyezoelektrik




    1. РЭМ tipli metallik rotametrin nisbi ölçmə xətası neçə faiz təşkil edir?

    1. 2,5

    2. 1,5

    3. 0,5

    4. 1,0

    5. 2,0




    1. İş prinsipi hər hansı bir sərfdə üzgəcin ağırlıq gücünün maye tərə­findən onun üzərinə təsir edən qüvvələrlə tarazlaşmasına əsaslanan cihaz necə adlanır?

    1. rotametr

    2. taxometr

    3. termometr

    4. manometr

    5. səviyyəölçən




    1. Mayelərin sərfini ölçdükdə standart ucluqlar hansı diametrdə olan boru kə­mər­lərində quraşdırılır?

    1. 30mm-dən az olmayan

    2. 50mm-dən az olmayan

    3. 40mm-dən az olmayan

    4. 65mm-dən az olmayan

    5. 45mm-dən az olmayan




    1. Taxometrik sərfölçənlərdə işçi cismin hərəkətinin sürəti nəyə mütə­na­sib­dir?

    1. mühitin həcm sərfinə

    2. mühitin kütlə sərfinə

    3. mühitin sıxlığına

    4. mühitin temperaturuna

    5. mühitin təzyiqinə



    1. Turbinli taxometrik sərfölçənlər sərfləri hansı diapazonda ölçürlər?

    1. 5·10-9÷2 m3/s

    2. 0,04÷16m3/s

    3. 0,025÷40m3/saat

    4. 5·10-9÷2 m3/saat

    5. 0,04÷16m3/saat




    1. Kiçik sərflərin ölçülməsi üçün istifadə olunan kürəcikli taxometrik sərf­öl­çən­­lərdə hansı çevirici istifadə olunur?

    1. sürətin taxometrik çeviricisi

    2. diferensial-transformator çeviricisi

    3. tutum çeviricisi

    4. təzyiqin taxometrik çeviricisi

    5. temperaturun taxometrik çeviricisi




    1. Turbinli, kürəcikli və kameralı sərfölçənlər hansı sərfölçənlərin növ müx­tə­lif­liyidir?

    1. taxometrik

    2. ultrasəs

    3. sabit təzyiq fərqli

    4. elektromaqnit

    5. dəyişən təzyiq fərqli




    1. Turbinli sərfölçənlərin quraşdırıldığı borukəmərlərinin diametri nə qədər təş­kil edir?

    1. 4÷750mm

    2. 10÷350mm

    3. 4÷100mm

    4. 10÷100mm

    5. 4÷150mm




    1. Kamerali taxometrik sayğacların mayelər üçün ölçmə dəqiqliyi nə qədər təş­kil edir?

    1. 0,5÷1%

    2. 0,2÷1%

    3. 1,5÷2%

    4. 0,5÷1,5%

    5. 01÷1,5%




    1. Taxometrik cihazlar nəyi ölçür?

    1. həcm və kütlə sərfini

    2. təzyiqlər fərqini

    3. kütlə sərfini

    4. maddənin sıxlığını

    5. maddənin sürətini




    1. Kürəcikli taxometrik sərfölçənlərdə hərəkətli element nədir?

    1. kürəcik

    2. turbinka

    3. porşen

    4. üzgəc

    5. qapaq




    1. Oval şəkilli dişli çarxlardan ibarət kameralı maye taxometrik sayğaclar hansı temperaturda olan mayelərin sərfini ölçürlər?

    1. -40°C-dən +120°C-dək

    2. -40°C-dən +700°C-dək

    3. normal temperaturda

    4. -240°C-dən +700°C-dək

    5. -240°C-dən +120°C-dək




    1. Seriyalarla buraxılan turbinli taxometrik sərfölçənlərin əsas xətası nə qədər təşkil edir?

    1. 0,5%

    2. 0,2%

    3. 0,3%

    4. 0,4%

    5. 1%




    1. Sərfölçənlərin komplektinə daxil olan cihaz necə adlanır?

    1. diferensial manometr

    2. müqavimət termometri

    3. termoelektrik termometr

    4. manometr

    5. səviyyəölçən




    1. Daralma qurğusunda təzyiqlər düşküsünə görə maye, qaz və buxarın sərfi­nin təyini üçün istifadə olunan cihazlar necə adlanır?

    1. difmanometr-sərfölçənlər

    2. müqavimət termometrləri

    3. termoelektrik termometrlər

    4. manometrik termometrlər

    5. manometrlər




    1. Diferensial manometrlər iş prinsipinə görə hansı manometrlərə bölünürlər?

    1. maye və deformasiyalı

    2. porşenli və maye

    3. porşenli və elektrik

    4. elektrik və istilik

    5. deformasiyalı və elektrik




    1. Iki borulu ДТ-50 tipli maye difmanometrinin şkala hüdudu nə qədərdir?

    1. 0÷700mm

    2. 0÷400mm

    3. 0÷500mm

    4. 0÷600mm

    5. 0÷300mm




    1. ДП tipli üzgəcli difmanometr-sərfölçənləri hansı ölçmə hüdudunda təz­yiq­lər fərqini ölçürlər?

    1. 6,3kPa-dan 0,1MPa-dək

    2. 0,63kPa-dan 1 MPa-dək

    3. 0,63kPa-dan 0,1MPa-dək

    4. 250Pa-dan 1,6kPa-dək

    5. 1kPa-dan 4kPa-dək




    1. Zəngvari difmanometr-sərfölçənlər hansı mühitlərin sərfini və təzyiqlər fərqini ölçür?

    1. qaz

    2. maye

    3. buxar

    4. maye və buxar

    5. qaz və maye




    1. Deformasiyalı difmanometrlər-sərfölçənlər içərisində hansı cihazlar yayıl­mış­dır?

    1. membranlı və silfonlu

    2. membranlı və üzgəcli

    3. boruyaylı və silfonlu

    4. üzgəcli və zəngvari

    5. zəngvari və halqaşəkilli




    1. ДСЭР tipli silfonlu difmanometr-sərfölçənlərin yuxarı ölçmə diapazonu nə qədər təşkil edir?

    1. 1kPa-dan 4kPa-dək

    2. 0,63kPa-dan 1 MPa-dək

    3. 0,63kPa-dan 0,1MPa-dək

    4. 6,3kPa-dan 0,1MPa-dək

    5. 250Pa-dan 1,6kPa-dək




    1. Daralma qurğuları difmanometrlərlə nə ilə birləşdirilir?

    1. iki birləşdirici impuls borucuqları ilə

    2. üç birləşdirici impuls borucuqları ilə

    3. bir birləşdirici impuls borucuğu ilə

    4. iki birləşdirici borucuqlar ilə

    5. birləşdirici borucuqlar ilə




    1. Sənaye tərəfindən daha çox hansı üzgəcli difmanometr-sərfölçənlər bura­xı­lır?

    1. göstərən və özüyazan

    2. göstərən

    3. özüyazan

    4. cəmləyən

    5. göstərən və cəmləyən




    1. Mühitin axın sürətinin ölçülməsinə əsaslanan sərfölçən cihazlara hansılar aid edilir?

    1. induksion, termoanemometrik, ultrasəs

    2. taxometrik, ultrasəs

    3. rotametrlər, taxometrik cihazlar

    4. induksion, termoanemometrik

    5. akustik, taxometrik




    1. Sabit maqnitli elektromaqnit sərfölçənlərin çatışmayan cəhəti hansıdır?

    1. elektrodlar polyarlaşır

    2. elektrodlar polyarlaşmır

    3. cihazın göstərişinə nəzarət olunan mühitin fiziki-kimyavi xassələrinin və temperaturunun dəyişməsi təsir edir

    4. sərf çeviricisi ətalətsizdir və təzyiq itkiləri yaratmır

    5. təcavüzkar və özlü mayelərin, maye metalların sərfini ölçməyə imkan verir




    1. Axına perpendikulyar şualanması olan ultrasəs sərfölçənlərində ultrasəs rəqs­lərini nə yaradır?

    1. pyezoelement

    2. termoelektrod

    3. kondensator

    4. tenzorezistor

    5. elektromaqnit




    1. İnduksion sərfölçənlərin iş prinsipi nəyə əsaslanır?

    1. elektromaqnit induksiya qanununa

    2. ultrasəsin axın sürətindən asılılığına

    3. axına yerləşdirilmiş qızdırılmış keçiricinin elektrik müqaviməti və ya tem­pe­raturu ilə onun axımlılıq sürəti arasındakı asılılığa

    4. daralma qurğusunda yaranan təzyiqlər düşküsünün ölçülən mü­hitin sər­fin­dən asılılığına

    5. həssas elementin deformasiyasının və ya onunla yaradılan gücün ölçülən təz­yiqdən asılılığına




    1. Ultrasəs sərfölçənlər nəyin sərfini ölçür?

    1. mayelərin

    2. buxarın

    3. qazların və mayelərin

    4. qazların

    5. buxarın və mayelərin




    1. Ultrasəs sərfölçənləri hansı diametrli borularda istifadə olunur?

    1. 10mm və yuxarı

    2. 50mm-dən az olmayan

    3. 10÷100mm

    4. 4÷750mm

    5. 45mm-dən az olmayan




    1. İş prinsipi axına yerləşdirilmiş qızdırılmış keçiricinin elektrik müqaviməti və ya temperaturu ilə onun axımlılıq sürəti arasındakı asılılığa əsaslanan sərfölçən cihaz hansıdır?

    1. termoanemometrik

    2. ultrasəs

    3. induksion

    4. taxometrik

    5. manometr




    1. Termoanemometrin həssas elementi nədir?

    1. naqilli və ya pərdəli verici

    2. termoelektrod

    3. pyezoelement

    4. kondensator

    5. membran




    1. Sürətin termoanemometrlə ölçmə metodundan biri olan sabit temperatur metodunda sürət nəyin dəyişməsinə görə təyin olunur?

    1. cərəyan şiddətinin

    2. gərginliyin

    3. elektrik müqavimətinin

    4. təzyiqlər fərqinin

    5. induktiv müqavimətin




    1. Termoanemometrin vericilərini hansı materialdan hazırlayırlar?

    1. volfram və ya platin telindən

    2. misdən

    3. xromdan

    4. nikel telindən

    5. alumindən




    1. Geniş diapazonlu səviyyəölçənlər hansı hüdudda səviyyəni ölçürlər?

    1. 0,5÷20m

    2. (0÷100)mm

    3. 0,5÷200mm

    4. (0÷450)mm)

    5. 100÷450mm




    1. Mayenin hidrostatik təzyiqini difmanometrlərlə ölçən hidrostatik səviyyə ölçənə nə deyilir?

    1. difmanometrik

    2. manometrik

    3. üzgəcli

    4. pyezometrik

    5. induktiv




    1. Konduktometrik səviyyəölçən cihazlarda mayelərin və ya səpələnən mü­hit­lərin elektrik müqavimətini nə ilə ölçürlər?

    1. elektrodlarla

    2. pyezoelementlə

    3. diferensial-transformator çeviricisi ilə

    4. kondensatorla

    5. manometrlə




    1. Tutum səviyyə ölçənlərində həssas element nədir?

    1. elektrod

    2. naqilli və ya pərdəli verici

    3. pyezoelement

    4. kondensator

    5. membran




    1. Tutum səviyyəölçənlərinin ölçmə hüdudu nə qədərdir?

    1. 1m-dan 20m-dək

    2. (0÷
      Yüklə 328,26 Kb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə