www.kitabxana.net
– Milli Virtual Kitabxana
104
da, baĢqa digər insanlar da hamısı onun baĢına toplaĢdı. Əvvəllər bir balaca diqqətdən ötrü
qabıqdan çıxardı indi isə ......
Polis gələndə artıq hamı dağılmıĢdı. Ölən dilənçi idi. Bu hər kəsi oradan dağıdacaq qədər
tutarlı dəlil idi. Bu nəhəng “cip”i kobud Ģəkildə üstündən çəkdilər.” Canı it canıdır hələ də
ölməyib” – deyib onu da kənara sürüdülər.Yolu yarımsaat sonra gediĢ-gəliĢ üçün açdılar.
Onun üçün geçikmiĢ təcili yardım gələndə, mələk ruhu dilənçi cildini artıq tərk etmiĢdi.
Qardələn
-Adam öldürmüsən heç?- sualımın necə səfehcəsinə səsləndiiyini hiss edib tez susdum.
O, çapıq-çapıq olmuĢ sifətini soyuq ifadə ilə mənə çevirdi. Protez qolunu stola söykəyərək
üzümə baxdı.Gözlərində anlamadığım dərin bir ifadə yarandı.
-Müharibədə olmuĢ birinə belə sual vermək axmaqlıqdır. Unut unut.- Mən əlimi yelləyərək ona
dedim.
Mən verdiyim sualı unutmağa çalıĢanda O, yavaĢca dilləndi:
- ÖldürmüĢəm Bir dəfə olub. Əgər ona da, adam demək mümkündürsə...- onun cavabını
uzun bir sükut böldü.
HəmiĢə beləydi. DanıĢdığını nadir hallarda görərdik.Qısa və Kəsə. Onu hamı belə
tanıyırdı. Sükutundan daha danıĢmayacağını gözləyirdim ki, O, barmaqlarının arasında
titrəyən siqaretə dərindən qullab vurub davam etdi:
-Biz müharibə baĢlayanda beĢ nəfər idik. Könüllü beĢ nəfər. BeĢın biri Mardakert
döyüĢlərində itkin düĢdü. Izini tapa bilmədik. Heç elə bil belə bir adam yox imiĢ. Yoxluğuna
özümüzü öyrəĢdirməmiĢ, o birisini iki gün sonra snayperlə vurdular. Bax, onda ilk dəfə bir beyin
üstümə dağıldı.Qan qarıĢıq lax yumurta qoxusu verən beyin barmaqlarıma yapıĢıb qaldı. O isə
öləcəyinə inanmırdı. Qollarımın arasında üĢüyə-üĢüyə can verdi.Mən onu, mənim qucağımdan
dartıb alana qədər “ĢĢĢĢĢĢ” deyərək sakitləĢdirdiyimi zənn edirəmmiĢ. Bunu sonralar
yarıqaranlıq xatırladım.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
105
Yenə növbəti döyüĢlərdən birində idik.Uzun bir gurultudan sonra düzənliyə ölüm sükutu
çökdü. ParçalanmıĢ cəsədlər, yerə- yurda səpələnmiĢ boĢ gilizlər, insanın insanı gəmirdiyi bu
yerə fevral küləyi bütün nəfəsi ilə üfürməyə baĢladı. Sağ qalanlar ağır yaralıları daĢıyır, az
yaralılar isə meyidləri sürükləyirdilər. Hər döyüĢdən sonra alıĢdığım bu mənzərənin bircə
yeniliyi, bu dəfə kantuziyamın tutmaması idi..Mərmilərin açdığı kalafaların birində oturdum.
Ayaqlarımı iylənmıĢ “botinkalarımın” içindən çıxarıb azca havalandırmaq istədim amma bu da
çox çəkmədi. On dəqiqə sonra biz, bu qanlı düzənlikdən iki kənd aralı, evimizə doğru yol aldıq.
Məhəmməd lap qabaqda gedirdi. Bölükdə gedəcəyimizi heç kimə bildirmədik. Iki saat,
iki saata gedib qayıdacağımızı nəzərdə tutsaq da, elə alınmadı.Bir gün çəkdi. Bir az çətin oldu
evin istiliyindən ayrılıb soyuq düzənliklərə qayıdıb gəlmək. Özümüzü toplayıb birtəhər geri
döndük. DöyüĢün bütün qanını, qoxusunu yuyub təmizləyib gəlmiĢdik Biz geri dönəndə, bizi
sökülməkdə olan çadırların qarĢısında öz veĢ-meĢoğları ilə əlləĢən rabitəçilər qarĢıladı. Onlardan
biri batalyonun yoxluğunu bizə iki kəlmə ilə anladıb” fərarilər” iĢinizi verdilər “bədbaxt”
oldunuz cümləsi ilə timsah kimi soyuq-soyuq diĢlərini ağartdı. “Bu yekebaĢın baĢını əzəcəm”
deyib tullanan Məhəmmədin havasını birtəhər alıb batalyonun getdiyi istiqamətə yollandıq.
Təmiz qanımız qaralmıĢdı. Səssizcə yolumuza davam etdik. Gecə yarını haqladıqca güllə mərmi
səsləri sanki bizə yaxınlaĢırdı. DöyüĢün tam ortasında özümüzü tapdıq. Yenə nəfəs-nəfəsə,
kürək-kürəyə döyüĢün sonuna qədər vuruĢduq. Ağır itki verərək acı məğlubiyyətlə geriyə-
arxadakı mövqelərə çəkildik. Çox Ģəhid vermiĢdik. Mənim kantuziyam da bu döyüĢdə yenidən
təzələnmiĢdi. Ətrafımda səssiz film kimi gedən döyüĢün sanki alt yazısını mən yazırdım. AxĢam
qulağım açılanda ilk eĢitdiyim səs “sıraya düzlən” əmri oldu. Kambat gəlmiĢdi. O komandirlə nə
üstündəsə bərk mübahisə edir, əlini qaldıraraq bizə-əsgərlərə tərəf iĢarə edirdi.Komandirin
yorgunluq yağan üzünü əlacsızlıq bürümüĢdü. Kambat sıranın əvvəlindən axırına doğru
addımlayaraq hamını demək olar ki,tək-tək nəzərdən keçirdi. Nə baĢ verdiyini anlayacaq
qüvvəmiz yox idi. Hamı yorğun və gecənin yuxusuzluğunun verdiyi halsızlığın altında idi.
Kombat bu uzun uzadı baxıĢından sonra komandirə tərəf dönərək:
-
Siz mənə əlli nəfərlə döyüĢə girməniz haqqında məlumat vermiĢdiniz. Elədirmi?- rəsmi
bir soyuqqanlıqla soruĢdu.
-
Bəli elədir.- komandir sanki məcburən o kəlmələri ifadə etdi.
-
Indi hal hazırda qarĢımda neçə nəfər var və neçə nəfəri döyüĢdə itirdik?
-
Səkkiz nəfər itirdik və qırx səkkiz nəfər də bizimlədir yoldaĢ kambat.
-
Indi kim kimi aldadır?
Artıq söhbətin hara yuvarlandığını mən baĢa düĢməyə baĢlayırdım. Az sonra bizi – məni,
Məhəmmədi, Ġntiqamı və bizdən əlavə üç nəfəri – qubalı uĢaqları sıradan çıxardılar. Bizi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
106
icazəsiz bölüyü tərk etməkdə günahlandırdılar və hərbi tribunala veriləcəyimizi bildirdilər.
Komandirimiz son cəhdini edərək elə bizim yanımızda heç bir rəsmiyyət- filan gözləmədən:
-
Onlar mənimlə olublar. DöyüĢün qızgın yerində də. Qanun axtarmağın burda nə mənası
var?!. Hə, siz nə edirsiinz. Onsuzda qaçan qaçanadır. Bu vətəni qoruyan o qədər azdır.
Bəlkə də siz haqlısınız Onlar qanunsuzluq ediblər amma onlar qayıdıblar, bu gün
burdadırlar.- hey danıĢaraq sanki onu yola gətirəcəyinə ümid edirdi.
Kombat isə ona fikir vermədən bizi mal sürüsü kimi qabağına qatdı.Bizim əllərimizi
kəndirləyərək yük maĢının kuzasına doldurdular. Mən dönüb geriyə baxanda heç vaxt
unutmayacağım iki simanı gördüm. Bunun biri bizim komandir idi. O,əlləri ilə üzünü
qapayaraq palçığa qarıĢıb rəngini itirmiĢ qarın üstündə çömbəldi.digəri isə ..... Digəri bizi
rabitə çadırının qarĢısında qarĢılayan həminki timsah sifət idi. Elə onda, mən əslində
iĢimizin kimin verdiyini anladım. Bizi aparan maĢın batalyondan uzaqlaĢdıqca sanki o timsah
sifətin diĢlərini ağardaraq bizi izləməyində davam etdiyini hiss edirdim.
Fevralın insanın diĢlərini sızladacaq sazağı axĢam düĢdükcə iliyimizə iĢləyirdi. Bizi mal
tövləsinə bənzər bir yerə gətirib saldılar. Mal tövləsindən fərqli olaraq bu hündür divarlı
tikilinin dam örtüyü yox idi. Sazağ Ģiddətləndikcə yavaĢ-yavaĢ qar da baĢlayırdı. Kombat
Ģəstlə “ sabah sizi Ģəxsən özüm gülləliyəcəm” – deyərək bizi o sazağın içində tərk edib
getdi.
Qubalıların üçü də büzüĢərək bir –birlərini qucaqlamıĢdılar. Mən qardan dəstəmaz alıb
elə ordaca namazımı qılmağa baĢladım. Intiqamla Məhəmməd isə divar boyunca var- gəl
edirdilər.
Mən dayanmadan dodağımın altında dua edir, haqqın üzə çıxmasını
diləyirdim.Soyuq Ģiddətləndikcə qubalılardan birinin iniltisi yüksəlirdi. Iniltinin sahibi
qəfil yerindən sıçrayaraq bağırmağa baĢladı:
-
Mənim üç balam var eyyy........ EĢidirsiniz məni, köpəkuĢağı. Bu gün mən,
qarnıyoğunlardan fərqli olaraq Qarabağdayam. Öldürün bizi sabaha saxlamayın.OğraĢlar,
vətəni satmıĢlar. – onu bağırtısını söyüĢlər əvəz etdi. Nəfəsi kəsilənə qədər çığırdı.
O gecə-o “mındar” gecəni yatmadıq. Sabahın korunda, qarın ardınca yağıĢ baĢladı. Qardələn.
Qarabağın fevralın qucağında oturmuĢ havasının özəlliyi. YağıĢ bizi isladıb donduracaq
vəziyyətə saldı. Elə bu zaman biz kambatın səsini eĢitdik. Onun səsindən içkili olduğu
anlaĢılırdı. O, əlindəki silahı oynadaraq havaya atəĢ açır və bizi də oradan çıxmağa məcbur
edirdi. Saniyələrin söhbəti gedirdi artıq. O qubalılardan birini- bayaq çığıranı sürüyüb bayıra
Dostları ilə paylaş: |