The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə20/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   16   17   18   19   20   21   22   23   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
52 
 
almasa  da,  gizlin  arvad  saxladığını  bilirdi.  Orada  işləyən  digər  həmyerlilərindən  öyrənmişdi.  Onu  saxlayan, 
Rusiyaya bağlayan da elə bu idi. 
Qardaşı arvadının heç kimlə adı çıxmasa da, Zülal onun dinc oturduğuna əmin deyildi. Son vaxtlar tanış 
olduğu  qadın  məsləhət-xanasında  işləyən  tibb  bacısı  ilə  söhbətlərinin  birində,  qardaşı  arvadının  ildə  gizlincə 
aborta gəldiyini eşidərkən nitqi qurumuşdu. 
Son  dəfə  vidalaşıb  ayrılanda  qardaşını  dilə  tutmaq  istəmişdi:  “Tezliklə  qayıt  gəl,  bax  ha,  vaxt  gələcək 
peşman  olacaqsan”.  Qardaşı  əhəmiyyət  verməmişdi.  Altı  ay  sonra  itkin  düşməsi  xəbəri  gəldi.  Ailədə  heç  kəs 
onun həyatda olmaması fikrini ağlına gətirmək iətəmirdi. Hamı inanırdı ki, lap bu yaxınlarda haradansa peyda 
olacaq,  sağlığı  ilə  gözü  yolda  qalanları  sevindirəcək.  Aylar  ilə  döndü.  Axtarışların  nəticəsi  olmadı.  Ümidlər 
tükəndi. 
Bir gün eşitdi ki, qardaşının evi yüngül qadınların gediş-gəliş yerinə çevrilib. Qardaşı arvadı aradüzəltməklə 
çörək pulu qazanır. Hirsindən dil-dodağını çeynəyən Zülal yaxın adamların vasitəsilə ona xəbər göndərdi ki, ağlını 
başına  yığsın,  adımıza  ləkə  gətirməsin.  Yoxsa,  Allah  haqqı  öldürürərəm  onu,  uşaqlara  yazığım  gəlir.  Zülal  bir 
müddət  gözlədi.  Hədə-qorxusundan  heç  nə  çıxmadığını  görüncə,  uşaqlar  mək-təbdə  olanda  xəlvəti  onlara  getdi. 
Evdə iki kənar qadını görüb, Zülal özündən çıxdı. Qardaşı arvadı Zülalın hərəkətinə dözmədi: 
- Nə istəyirsən? Sən kimsən? Neynirəm özüm bilərəm, sənin nə borcuna qalıb. 
Zülal  səsini  eşitməmək  üçün  əvvəl  ağzını  dəsmalla  yumdu,  sonra  əl-qolunu  bağlayıb  mətbəxin  yerinə 
uzatdı.  Əlinə  keçən  qab-qacağı,  çömçə-qazanı  hirsi  soyuyanadək,  onun  baş  gözünə  gücü  gələn  qədər  çırpdı. 
Zərbələr  dəydikcə  arvad  yerində  qıvrılır,  çapala-yırdı.  Kəfkir  alnına  yapışanda,  çapalama  dayandı.  Zülalın  da 
qolları boşalıb yanına düşdü: arvad o dünyalıq olmuşdu. 
Məhkəmə  dəyərli  sübutlar  olmadığı  üçün  Zülalın  iradlarını  əsassız  hesab  edib,  on  üç  il  azadlıqdan 
məhrum etdi. 
Aralarında  ən  yaşlısı  olan  Yavər  bacısının  ərinin  ölümündə  günahlandırılmışdı.  Kolxozda  briqadir 
işləyən mürtəd oğlu arvadı ilə kifayətlənməyib qız qarımış baldızına da tamah salmışdı. Arvadı dördüncü uşağı 
doğmaq  üçün  xəstəxanaya  gedəndə,  uşaqlara  bax-mağı  baldızına  yalvarıb  onu  evinə  aparmışdı.  Neçə  vaxt  idi 
ondan kəsən zatıqırıq elə birinci axşam fürsəti fövtə verməyib hamamda paltar yuyan qıza arxadan yanaşdı. Qız 
gözləmədiyi  hərəkətdən diksindi,  yeznəsinə  and  aman edib  yalvardı. Gözüqızmış  əclaf qızı əvvəlcə  qorxuzdu, 
sonra daş səkiyə yıxıb üzünü açdı. Etdiyi əmələ görə utanmaq əvəzinə arvadı xəstəxanadan qayıdandan sonra da 
əlinə imkan düşəndə qızı özü ilə yaxınlıq etməyə məcbur edirmiş. 
Vaxt  keçdikcə  hamilə  qaldığını  başa  düşən  qız  məsələni  bacısına  danışdı.  Ərinin  başqa  qadınlarla 
cürbəcür oyunlardan çıx-dığını bilən qadın bu vicdansızlıqdan sonra bu vaxta qədər olan qorxusunu da yadından 
çıxartdı. İndi təkcə özü yox, həm də bacısı təhqir olunmuşdu. Ona görə də bacısını məcbur etdi ki, başına gələni 
qardaşlarına danışsın. 
Bacılarından  eşitdikləri  qardaşları  elə  qeyzləndirdi  ki,  bina-musu  öldürmək  qərarına  gəldilər.  Əvvəllər 
də onun neçə arvadı yoldan çıxardıb, sonda sudan quru çıxdığını görmüşdülər. Əclaflığına bələd olduqları üçün 
ona söz deməyi yersiz hesab edib, “iş başında” yaxalanmasını vacib saydılar. Nə qədər ağır olsa da, məqsədləri 
naminə, qıza onunla görüşə çıxmağa şərait yaratdılar, özləri isə gizlin yerdə pusquya durdular. 
Nəhayət,  qızın  “bişdiyinə”,  görüşə  etiraz  etməməsinə  sevinən  yeznə  otağa  girən  kimi,  heç  nəyə  fikir 
verməyib,  qızı  qolları  arasına  alıb  qucaqladı.  Ehtiraslı  gözləri  çarpayını  axtardı.  Qızı  qucağına  götürüb, 
çarpayının üstünə apardı. Tələm-tələsik şalvarının düymələ-rini açdı: 
- Qadovu alım, tez elə, gələn olar... 
Şalvarı  sürüşüb  yerə  düşmüşdü.  Yaxınlaşıb  qızı  soyundurmaq  istəyirdi ki, pərdənin arxasında  gizlənən 
ortancıl qardaş dözə bilmədi: 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
53 
 
- Ay oğraş, camaatın arvadları turşməzə oldu, bu evin qızları şirin?! 
İşin  belə  olacağını  gözləməyən  yarıçılpaq  qurumsağın  heyrət-dən  və  qorxudan  dili  tutuldu,  rəngi  ölü 
kimi ağardı. Gizləndikləri yerdən çıxıb qəzəblə ona tərəf gələn üç qardaşı görüncə, dibindən kəsilən çürük ağac 
təki  yerə  sərələndi.  Bəlkə  də  qəfil  görüntüdən,  qardaşların  gözündəki  nifrətin  təsirindən  artıq  yerə  dəyəndə, 
ürəyi keçinmişdi. Hirslərindən əsib-coşan qardaşları saxlamaqmı olardı? Bəs deyincə cansız, çuvala bənzəyən 
cəmdəyin hər tərəfini təpikləyib döyəclədilər. 
Yavər döşəməyə tökülən qanı görəndə qardaşlarını saxlayıb qışdırdı: 
- Dayanın, it oğlunun qanını evə tökməyin, - əyilib diqqətlə baxdı, - murdar olub ki,.. Leş döyürsüz? 
Qardaşlar heyfsləndilər, nadürüstün ölümünə deyil, ürəklərin-dəki acığı tam çıxara bilmədiklərinə görə... 
Yavər evdəki ailə-uşağı iki qardaşın öhdəsinə buraxıb, həbsxananın yolunu tanıyan adam kimi baş verən 
hadisənin - ölümün bütün məsuliyyətini öz üzərinə götürmüşdü. 
İçəri  daxil  olanda  ətrafdakı  nəzarətçiləri  bahalı  siqaretə  qonaq  edən  Talehi  əməliyyatçılar  hamıdan 
əvvəl, birinci qəbul edib, xüsusi müşaiyətlə rəisin otağına göndərdilər. 
İkinci  Əzizi  çağırdılar.  Yığcam,  dar,  uzun  otaqda  böyük  stolun  arxasında,  başda  saçlarına  dən  düşən 
kapitan,  onun  qarşısında  -  sağda  elə  də  yaşlı  olmayan,  iri  gövdəli  baş  leytenant,  solda  isə  iki  cavan  leytenant 
oturmuşdu. 
İçəri daxil olan kimi kapitan ciddi səslə tələb etdi: 
- Özünü təqdim elə. 
Əziz  ona  dikilmiş  cüt-cüt  şax  nəzərlərdən,  əvvəlcə  özünü  itir-di.  İl  yarım  qabaq  günlərini  xatırlayıb 
özünü topladı. 
- Əziz Əzizzadə. 
- Cinayətinin məğzi? 
- Adam oğurluğu. 
- Aha, demək reketsən. Neçə vaxt idi çöldəydin? 
- İl yarım. 
-  İl  yarım  nə  olan  şeydi,  deynən  dünən  çıxmışam,  tab  eləmə-yib  qayıtmışam.  Ancaq,  özünü  nabələd 
aparırsan, - baş leytenant söh-bətə qarışdı. 
- Bura bax, - kapitan söhbətin əsas hissəsinə keçdi. - Mənim adım Xəlildi, baş əməliyyatçı. Bu yoldaş, - 
baş leytenantı göstərdi, - Orxan müəllimdi. O da Fazil müəllimlə Qaçay müəllimdir, - ucaboy və bir az gödək 
leytenantlara işarə etdi. 
- Yatmış adamsan. Zonda əməliyyatçının işi, yeri, rolu nədir, bilirsən. Sənə durub dərs keçmək artıqdır. 
Reket olsan da qabiliyyətli adama oxşayırsan. Adətən reket, başı işləyən oğlanlardan çıxır, xarab adamdan yox. 
O, şəxsi işdə nəsə axtararaq səhifələri irəli-geri vərəqlədi: 
- Üstündə nəyin var? 
- Kasıbçılıqdı, - Əziz başını yerə dikdi. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə