The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə21/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
54 
 
- Bax ha, əgər qiymətli nəsə - pul, üzük, taxma qızıl diş, bahalı paltarın varsa, özün təqdim edirsən. Biz 
onu çıxan gününədək saxlayacağıq. Yox, əgər gizlətsən, biz tapsaq, onu sən görməyəcək-sən, olacaq bizim. 
- Mən razı, - Əziz cavab verdi. 
Kapitan əlini göstəriş gözləyən iki nəzarətçiyə tərəf tərpətdi: 
- Başlayın. 
Nəzarətçilər  onun  üst-başını,  ciblərini,  hətta  alt  paltarını  da  yoxladılar.  Heç  nə  yox  idi.  Heç  nəyin 
tapılmaması  leytenantlara  ləz-zət  eləmədi.  Fazil  müraciətlə  kapitana  “bəlkə  bir  beş  dəfə  çömbəltmə  durub, 
otursun”, - təklifini verdi. 
Əziz bunun nə olduğunu bilirdi. Lümlüt soyunub üzü divara, sayılan dəfə durub oturursan. Əgər arxanda 
nəsə gizlətmisənsə, bu halda özünü göstərməlidir. 
Kapitan etiraz etdi: 
- Lazım deyil. Ə, hanı bəs sənin pulun? Ola bilməz ki, heç pulun olmasın. 
- Cənab kapitan, mən elə adam deyiləm, olsaydı gizlətməzdim. Olan günü birinci sənin hörmətini edəcəyəm, 
- Əziz paltarını tələm-tələsik geyindi. 
- Sağlıq olsun. Bir az cəld ol, əynini geyin, çıx həyətdə gözlə, - nəzarətçilərə səsini ucaltdı, - növbətini 
gətirin. 
İstintaq  təcridxanasından  çıxmamışdan  iki-üç  gün  əvvəl,  kimin  hansı  zona  düşəcəyini  nəzarətçilərlə 
“qarşılıqlı anlaşmadan” təqribi və gizlin olsa da çoxu bilirdi. Artıq bəziləri imkanlı adamlarına xəbər çatdırıb rəisi 
görmüşdülər. Buradan başqa zona yer dəyişmək də rəislik idi. Odur ki, rəis lazım bildiyi məhkumları incitməməyi 
tapşırmışdı. Azadlıqdan qaytarılan və  üçüncü dəfə məhkum olunub  yenidən bu zona qayıdan iki nəfərlə də  köhnə 
tanışlar kimi davranırdılar. 
Nə  isə  gizlətməyin  mümkünsüz  olduğunu  görən  məhkumlar  əməliyyatçıların  hörmətini  edib  heç  nə 
itirməmişdilər. 
Əməliyyatçıların yoxlaması qurtardıqdan sonra yenidən hamını həyətboyu sıraya düzdülər. Müəssisənin 
demək  olar  ki,  bütün  paqonluları  buraya  yığışmışdı.  Yatabın  gəlişindən  xəbər  tutub  dustaq  yoldaşlarını 
qarşılamaq  üçün  yaşayış  zonası  tərəfdən  gələn  məhkum-lar,  nəzarətçilər  və  zabitlər  tərəfindən  qara-qışqırıqla 
qarşılanıb geri qaytarılırdılar: 
- Hara gəlirsən, kim icazə verib? İmkan verin, qəbul qurtar-sın. İndi olmaz, qayıdın geri. 
Otuza  qədər  paqonlunun  həyətə  yığışması  heç  də  yaxşı  əlamət  deyildi.  Bəzilərinin  sırada  dayananları 
alçaldıcı  nəzərlərlə  süzməsi,  məhkumların  qəlbinə  dəysə  də,  dözməkdən  ayrı  əlacları  yox  idi.  Taleh-dən  başqa 
kimsəni kabinetində görmək istəməyən rəis qalanlarını həyətdə qəbul edəcəyi xəbərini göndərmişdi. 
Hamı  rəisi  gözləyirdi.  Hansı  yana  baxsalar  da  nəzərlərinin  biri  ikinci  mərtəbənin  girəcəyinə  yüksələn 
pilləkənin  üstündəydi.  Farağat  durmaqdan  bezmiş  məhkumlar  təzəcə  boşalıb,  pıçıldaşmaq  istəyirdilər  ki,  rəisi 
pilləkənin başında görən paqonlular hərə bir tərəfdən üstlərinə çığırıq atdılar: 
- Söhbəti yığışdırın. Sıranı pozmayın. 
Rəis  öndə  gəlirdi.  Qırx-qırx  beş  yaşında  dazbaş,  ucaboy,  eyni  zamanda  enli,  iri  vücuda  malik, 
polkovnikin baxışlarından, yerişin-dən, qalın, sərt templi səsindən rəislik ədası yağırdı. Yanınca özü ilə həmyaş, 
bir az alçaq və onun qədər enli olmayan mayor - əsas mü-avini addımlayırdı. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
55 
 
Rəis sıraya yaxınlaşanda Xəlili soruşdu: 
- Ə, hanı Xəlil? 
Xəlil hər tərəfə göz qoyan əməliyyatçıların arasından irəli atıldı: 
- Bəli, rəis, eşidirəm. 
- Sən hamısı ilə söhbət etmisən? 
- Bəli, rəis! 
Rəis sıranın başlanğıcında tanış sifəti görcək üzü dəyişdi, bir anın içində əsəbi vəziyyət aldı. Azadlıqdan 
qaytarılan məhkum rəisin əsəbiləşdiyini duyub başını aşağı dikdi, yer ayrılsaydı gizlənməyə, yerə girməyə hazır 
idi. 
- Ə, mən deyən, nə atıla-atıla üstümə qayıdıb gəlmisən? Qurumsaq, sənə dedim çöldə yaşamağı bacaran 
köpək oğlu deyilsən, yadındadır? Anavı, atavı gətirtdin ayağıma, and-aman elədin, indi nə oldu, nöş qayıtdın? 
- Pulu öhd edə bilmədim. 
- Bəs nə bilmişdin? Çölə kabab iyinə çıxmışdın, gördün sənin kimi eşşəkləri dağlayırlar. Çölə buraxanda 
mən  bilirəm,  kim  bacara  biləcək,  kim  yox,  -  üzünü  müavininə  tərəf  çevirdi,  -  fikir  vermişəm,  həmişə  hansı 
oğraşı havayı buraxırsan gedir, iki-üç ay keçməmiş qayıdır. Pul verən qayıtmaz. Ə, Mehdi, - zabitlərdən birinə 
müraciət etdi, - sabahdan bunu qoşursan petuxlara, qoy onlarla bir yerdə zibil daşısın. 
- Baş üstə, rəis, - Mehdi cavab verdi. 
Rəis aralanan kimi, arxasınca gələn müavin danışmağı artıq hesab etdiyindən həmin məhkumun başına bir 
qapaz çəkməklə müna-sibətini ifadə etdi. 
Rəis üçüncü dəfə, bu dəfə narkoman maddəsi ilə məhkum olunan Əzizağanın qarşısında dayandı. 
- Oğul budu. Getməyi ilə tutulub qayıtmağının arası üç ay çəkmədi. İndi hansı hünərlə gəlmisən? 
- Nəşə ilə tutulmuşam. 
- Satırdın, ya çəkirdin? 
- Çəkirdim. 
-  Yenə  yaxşı  qurtarmısan.  Bir  az  da  qalsaydın,  Allah  bilir  nə  “pox”  yeyəcəkdin.  Vərdişkara  tövbə 
yoxdur. Sənin yerin elə buradır. Xəlil, siz bunu hərtərəfli yoxlamısınız? 
- Bəli, rəis. 
- Baxın ha, birdən içəri nəşə keçirər. 
Rəis Əzizağa kimi üçüncü dəfə məhkum olunan Hafizə yaxınlaşanda şəbədəyə keçdi: 
- Bay, heç fikir vermirəm bayaqdan, köhnə qurdlar yanaşı durublarmış. Hə, danış görək fərasətini. 
- Vallah, Əliməmməd müəllim, bu dəfə heç nədən tutublar. 
-  Kül  sənin  kişi  başına.  Arvadın  tutdurub  səni,  ay  bədbəxt.  Görüb  heç  nəyə  yaramırsan,  əl-ayağa 
dolaşırsan. Rəfiqəsi ilə işivi düzüb qoşublar, guya əl çantasını oğurlayıb evdə gizlətmisən. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə