www.kitabxana.net
– Milli Virtual Kitabxana
58
Rəisin ardınca kabinetinə qayıdan müavin növbətçiyə xəbər-darlıq etdi:
- Əvvəl o qalan
beş nəfəri göndər qəbuluma, sonra tapşırılan formada işini görərsən.
Rəhbərliyin həyəti tərk etməsi ilə paqonluların sayı seyrəldi. Məhkumlar topa halında nəzarətçilərə qarışıb
ciblərindəki son papiros-larını çəkirdilər. Qarşıda onları ağır, canüzücü dustaq həyatı gözləyirdi.
***
Karantin korpusu deyilən bina yaşayış zonasından aralı, cərimə təcridxanası - yəni, şizo ilə yanaşı
yerləşirdi. Rəis müavinini qalan məhkumları da qəbul etdikdən sonra növbətçi rəisin tapşırdığı qayda-da,
Talehdən savayı bütün yatabı qabağına qatıb karantin korpusuna gətirərək hamını yerbəyer etdi.
Saat yarım keçmişdi, axşam yeməyi gətirildi. Aluminium qablarda - miskilərdə hərəyə bir qab balanda,
para çörək və bir parç su paylandı.
İt yalına bənzəyən balandanın özünəməxsus ağır qoxusu, tanış tamı Əzizi təsirləndirdi. Elə bil heç
azadlıqda olmamışdı, ötən il yarımı yuxuda görmüşdü. O, yenə sevimlisindən, Zinyətindən ayrı idi. Zinyət yenə
onun olmayacaqdı, yalnız yuxularında görəcək və müdhiş, cançürüdən günlər qurtarmaq bilməyəcəkdi. Gözləri
dolub kövrələcəkdi, özünü birtəhər saxladı. Balandadan üç qaşıq yedi, iştahı küsdüyündən qalanını yeyə
bilmədi. Çörək payını yeyib, parç-dakı suyunu içdi. Qeyri-ixtiyari Allahına şükür etdi.
Düşündükcə öz-özünə utandı. Neçə vaxtdı Allaha şükür etməyi yadırğamışdı. İnsan niyə görən belə nanəcib
olur? Allah ancaq pis gündə, dar ayaqda, çətin vəziyyətdə yadına düşür, nədənsə xoş günündə şükr etməyi unudur...
Yatmağa hazırlaşanda iki əməliyyatçı, cavan leytenantlar baraka gəldi. Barakı aylanıb hər tərəfə göz
qoyandan sonra Əziz-ağanı özləri ilə apardılar.
Hamını narahatlıq bürüdü. Görəsən nə olub? Nə baş verib ki, Əzizağanı gəlib dinməz-söyləməz
barakdan çıxartdılar. Hara apardı-lar, kimsə bilmədi. Son illər əsas eybi nəşəyə qurşanmasıydı. Bəlkə haradasa,
ya kimdəsə nəşə tapılıb, ondan şübhələniblər?
O gecə Əzizağa baraka qayıtmadı. Səhər yeməyinə yaxın Əzizağa acıqlı, qanıqara halda baraka döndü.
Görən kimi hamı onu sorğu-suala tutdu. Heç kimə cavab vermək istəməyən Əzizağa əsəbi səslə, ətrafa ünvanı
bilinməyən söyüşlər yağdırdı. Xeyli söyüb ucadan hamıya elan etdi:
- Bax, bilin,
xəbəriviz olsun, aramızda “qəhbə” var.
Pulunu heç kimlə bölüşmək istəməyən, paqonlulardan gizlə-dən Əzizağa yüzlüyü balaca salafana büküb
udubmuş. Məlumatı alan əməliyyatçılar onu təcili barakdan ayırıb, yanaşı yerləşən cərimə təc-ridxanasının boş
kameralarından birinə salıb, ishal yaradan dərman içirdərək, səbirsizliklə tualetə çıxmasına nəzarət etmişlər.
Nəhayət, səhərə yaxın dərman öz köməyini göstərmiş, “operativ əməliyyat” məlumatı təsdiqlənmişdir. Aşkar
olunan “tapıntı”dan - salafandan çıxan yüzlükdən Əzizağaya heç nə verməyən əməliyyatçılar, öz aralarında
bölüşüblər…
Ona görə də, əməliyyatçıya kimliyini dəqiq bilmədiyi məlu-mat çatdıranı, söyüb saplamaqdan başqa
çarəsinin olmaması, Əziz-ağanı pulunun əlindən alınmasından da çox yandırıb yaxırdı...
Karantin dövrü on üç gün çəkdi. Səhərdən axşamadək, gah günün altında, gah da iri, geniş sexlərdə onlara
hər cür iş gördürürdülər. Digər məhkumlardan onların çəkdikləri əziyyət qədər iş tələb olunmurdu. Təzə gələnlərlə
belə davaranmağı rəis tapşırıbmış. Səbəbini soruşanda izah edibmiş ki, dustağın ilk günləri əzablı keçməlidir. Əzablı
www.kitabxana.net
– Milli Virtual Kitabxana
59
olsa, sonrakı günlərinin də qədrini bilər, pisi, yaxşını ayırd edər. İlk gündən xoş gün görən dustaq, sonra qudurub
rəhbərliyə baş ağrısı verər.
Karantinin beşinci günü idi, xəbər gəldi ki, Şahməmmədlə, Güləhmədin adamları gəlib. Gələnlər rəislə
nə danışdılar, necə düzüb qoşdularsa, səhəri gün rəis onları karantindən azad edib, hərəsini zonda bir işə -
toçkaya təyin etdi. Yeməkxana, klub, kitabxana, bər-bər, çəkməçi, camaşır, hamam, sexlərdə qarovul - bu
toçkaların hər birinin özünəməxsus “qiyməti” vardı.
Nəhayət, on üçüncü gün qalanlarını da karantindən azad etdilər. Səhəri günü yeni yatabın - daha on
nəfərin gəlişi gözlənilirdi.
Onları dəstələr arasında böldülər. Əziz səkkizinci dəstəyə aid olundu.
Hələ əvvəlki məhkumluğu dövründə Əziz bu zonun məhkumlar ara-sında qırmızı zon - yəni paqonun idarə
etdiyi zon olması barəsində eşitmişdi. Amma, heç deyilən qədər də deyildi. Doğrudur, üstünlük paqon tərəfində
olsa da, zonun vəziyyətinə bilavasitə təsir edən, məhkumlar tərəfindən seçilmiş “palojines” (yəni vəziyyəti idarə
edən) deyilən obşak da fəaliyyət göstərirdi. Katyol (məhkumların şurası), bratvalar (müəyyən sahələrə nəzarət
edənlər), korpusnoy (korpus üzrə nümayəndə) - bütün struktur, hər şey öz qaydasında idi.
Məhkumun qayğısına qalan, ədalətli rəis işləyəndən sonra, bu strukturun fəaliyyəti elə də vacib olmur.
Bura yenidən qayıdan məh-kumların etdikləri söhbətə görə, indiki rəisdən əvvəl zonu əsasən məhkumlar idarə
edirmiş. Paqonun zəifliyindən istifadə edən bəzi məhkumların özbaşınalığı o dərəcəyə çatır ki, bir neçəsi lağım
açıb qaçmağa müvəffəq də olur. Əliməmməd müəllim zona rəis gələn kimi “yetişən” məhkumları həbsxanaya, o
biri zonlara rədd eləyib vəziyyəti normallaşdırır. Məhkumun dolanışığına, onlara qarşı müna-sibətə şəxsən özü
nəzarət edir. Zabitlərə ixtiyar vermir, hansısa məhkumu nahaqdan incitsin. Eyni zamanda zabitə qarşı çıxan
məh-kumun da leşini çıxardırmış. İstənilən məhkumu eşitməyə hazır olan rəisin xətrini istəyən məhkumlar,
“kişiyə aldığı da halaldır” deyə, polojeniyaya baxan obşakın olmasına ehtiyac da duymurdular. Lakin, görünür
müəyyən
məqamlarda gərək olan,
heç şübhəsiz, rəsin gizli dəstəyi ilə seçilən obşakın fəaliyyəti də lazımmış.
Karantin korpusundan çıxarılandan sonra onların hər biri pay-landıqları dəstələrin rəislərinə təhvil
verilib, yaşayış zonasına göndə-rildilər. Məhkumluğun ilk dövrünü başa vurduqları üçün hamı sevi-nirdi.
Yaşayış sahəsinin həyətinin girişində onları xeyli məhkum - kotyol uşaqları və çoxdan soraqlarını almış yerliləri
qarşıladılar.
Dəstə rəisi Kamil müəllim onu otağına aparıb yaxından tanış olaraq, dəftər-kitabında özünə lazımi
qeydlər aparıb korpusa baxan İltifatı çağırtdırdı:
- İltifat, bu oğlan təzə yatabdandır. Yaxşı oğlana oxşayır. Srağa-gün azad olunan Vəliağanın yeri boşdu,
eləmi?
- Bəli rəis, - İltifat nəzərlərini Əzizdən çəkməyib cavab verdi.
- Onda apar o yeri göstər, yatsın orda. Mən söhbət eləmişəm, sən də lazımi şeyləri başa sal, - Əzizə
müraciət edərək, - baxtından yerin əla yerdədir. Aşağı mərtəbə, pəncərənin yanı. Belə yerin qiy-məti yoxdur.
Əlin cibində olsun.
Gör neynirsən, adıva layiq...
- Kamil müəllim, - Əziz sıxıldı, - vallah, indi heç nəyim yox-dur. Qalsın evdən yanıma gələnə...
- Baho... Birinci gündən ağlaşma başlandı. Yaxşı, neylək, gözlərik. Gedin. Bax, yadında qalsın ha.
İltifat ucaboy, idmançı bədəninə malik, yaşca Əzizdən az yaşlı görsənən, qarayanız oğlan idi. Səmimi
adama oxşayırdı:
- Haralısan?
Mümkün deyildi, millətin qanına işləmiş suala cavab vermə-mək. Sual Əzizi açmadı: