The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə26/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
64 
 
Olanlardan  sonra  Fəridə  evlərinə  məmnun  qayıtdı.  Düzdür  o,  qocanın  özündən  deyil,  ona  verilən 
hədiyyələrdən  razı  qalmışdı.  Son-ralar  isə  bu  hədiyyələrin,  qızılların,  pulların  miqdarı  artdıqca  xüsusi  zövq 
alırdı. 
Aylar  keçdikcə,  Fəridə  maddi  tələbatını  tam  alsa  da,  onun  ehtiraslı,  gənc  bədəninin  fiziki  tələbatını, 
şəhvətini ödəyə bilməyən qocadan  gizlin, kənarda cavan oğlanlarla da  görüşürdü. Heç biri ürə-yinə  yatmırdı. 
Nədənsə  əksərən  qəddi-qamətli,  yaraşıqlı  sadə  oğlan-lar  deyil,  imkanlı  olsalar  da  sir-sifətlərindən  harınlıq 
yağan,  adamlıq  qabiliyyətindən  uzaq,  “zənənə  gözəlliyi”  olan  cavanlar,  onu  daha  tez  əldə  etməyə  çalışırdılar. 
Xoşu gələn oğlana özünü necə təklif edə bilərdi? 
İlk  dəfə  İltifatı  görəndə  necə xoşuna  gəlmişdisə  gözlərini ondan  çəkməmişdi. Axır ki,  İltifat  onu  başa 
düşmüşdü... 
Həmin  gecə  İltifat  Fəridə  ilə  yerinə  palaz,  yatacaq  döşənmiş  qaranlıq  zirzəmidə  qeyri-adi  gecə  yaşadı. 
Heç kimin, heç nədən du-yuq düşməməsi üçün  İltifatı bura gətirən Fəridə həzz dəqiqələrində hər şeyi unudub 
qışqırmaq istəyəndə, səsini güclə boğurdu. 
“Qəribə idi, onların bütün görüşləri qaranlıqda baş verirdi. Bu qaranlıqların axırı nə olacaqdı? Özü ilə 
yenəmi qaranlıq gətirəcək-di?” - İltifat düşünürdü. 
Səhər  hava  işıqlaşana  yaxın  Fəridə  qurduğu  plan  üzrə  onu  da  özü  ilə  aparıb  İbrahimxəlilin  həyətinə 
keçdi. 
- Arabir qoca ilə səhər açılmamış, evdəkilər yuxuda olanda həyətdəki hamamda görüşürəm, - Fəridə izah 
etdi.  -  Dünən  razılaş-mışam,  indi  məni  gözləyir.  Sən  hamamın  qapısının  qarşısında  gizlən.  Mən  onu 
gətirəcəyəm. Elə vur ki, huşunu itirsin. Sonra evə girərik. Götürəcəyimiz şeylərin yerini bilirəm. 
Fəridənin  yanında  özünü  sındırmayan  İltifatı  fikir  götürmüşdü,  qəlbinə  qorxu  dolmuşdu:  görəsən 
bacaracaqdımı?  İbrahimxəlil  onu tanımayacaqdı  ki? Bəlkə  havanın  işaqlanmasını  gözləmədən qaçıb canını  bu 
qaranlıqdan qurtarsın... 
Yox,  necə  var  dözməliyəm,  -  ürəyində  qərar  verdi,  -  qocadan  heyfimi  çıxmaq  üçün,  borclarımı 
qaytarmaq üçün, Fəridəni itirmə-mək üçün... 
Gecənin  lal  sükutunda  cansıxıcı  dəqiqələr  daş  kimi  ağır,  illər  kimi  uzun  görsəndi.  Təmiz  buludsuz 
səmada göyün qübbəsini bəzə-yən ulduzlar həmişəki sayaq sayrışırdılar. 
Budur,  irəlidə  ağ  gecə  köynəyində,  İbrahimxəlil,  arxasınca  Fəridə  evdən  çıxıb  yavaş-yavaş  hamama 
tərəf  gəlirdilər.  Başına  gələ-cəyindən  xəbərsiz  olan  kişi,  ağ  kəfənə  bürünmüş  iblisə  oxşayırdı.  O,  hamamın 
qapısına  yaxınlaşdıqca,  İltifatın  ürəyi  yerindən  çıxırdı, vax-tı  itirmək olmazdı, hər an vəziyyət  başqa cür alına 
bilərdi. 
İbrahimxəlilin qapıya çatmasına bir addım qalmış, İltifat giz-ləndiyi yerdən çıxıb, əlində hazır tutduğu 
yoğun taxta parçasını onun peysərinə endirdi. Hamamın qapısının ağzında, gecənin ölü vaxtı, birdən-birə yerdən 
çıxıbmış kimi, gözlənilməz adamın əlindəki yoğun taxta parçasını başı üstünə qaldırmasını görən İbrahimxəlil 
ye-rində  dondu.  Ürəyinin  döyüntüsü  dayandı,  rəngi  avazıdı,  gözləri  hə-dəqəsindən  çıxdı.  Taxta  parçasının 
peysərinə dəyməyi ilə yerə uzanmağı bir anda baş verdi. 
İltifat zərbənin alındığını görüb cəsarətləndi, daha birini vur-maq istədi. Fəridə onun əlini saxladı: 
- Neynirsən, öldürmək istəyirsən? Bəsdi, dəymə. Sürü hama-mın içinə. 
İltifat güc-bəla ilə İbrahimxəlilin cəmdəyini qapıdan içəri saldı. 
-  Nə  yaman  ağırmış,  camışdan  betərdi,  -  pıçıldadı.  Kişinin  ölü  rəngi  almış  sifətinə  baxdı,  daşlaşmış 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
65 
 
qolunu qaldırıb nəbzini yoxladı: 
- Bu, yoxsa ölüb nədi? Nəbzi dayanıb. 
- Dedim dəymə, işin olmasın, huşunu itirib. Biz vaxtı itirmə-yək. O, özünə gəlməmiş aradan çıxmalıyıq, 
- Fəridə onu tələsdirdi. 
- Gəl mənim arxamca. 
- Hara? 
- Əsas məsələ qalıb axı. Gedək evə, mən göstərim nə götürə-cəyik. 
Onlar evin kandarına çatanda İltifat dayandı. 
- Nə oldu? Niyə durdun? 
Ömründə etmədiyi işi görmək, İltifata adam öldürməkdən də çətin gəlirdi: 
- Bəlkə durum burada? İçərini sən yaxşı tanıyırsan, mən bir-dən işi korlayaram. 
Fəridə onun tərəddüd dolu gözlərini görcək, israr edərsə vaxtı itirəcəyini başa düşdü: 
- Yaxşı, sən gözlə beş dəqiqəyə gəlirəm. 
Havalar  isti  keçdiyindən  İbrahimxəlil  arvad-uşağı  ikinci  mər-təbəyə  çıxartmışdı.  Fəridəni  isə  adətən  aşağı 
mərtəbədə, balaca otağında qonaq qəbul edərdi. Otağı balaca olsa da, burda nələr yox idi, muzey guşəsinə oxşayırdı. 
Otaqda  nəzərə  çarpan  bütün  əşyalar  qədimi  və  qızıl  suyuna  çəkilmiş  idi:  şamdanlar,  iri  kəfkirli  saat,  göz  oxşayan 
vazalar, xalça ilə örtülmüş divan və yanaşı dayanan iri bədənnüma güzgü adamın ağlını alırdı. O güzgü ki, hər dəfə 
qoca  Fəridəni  qəbul  edəndə,  yataqdan  özünə  baxıb  həzz  alırdı.  Fəridəni  isə  həmişə  güzgünün  o  biri  tərəfindəki 
yaraşıqlı  şkafın dolablarında  qocanın ehtiyatı  olan sayı bilin-məyən zinət  əşyaları, pullar qayğılandırırdı.  Hər  dəfə 
qoca o siyirtmə-lərin birini açıb nəsə hədiyyə edəndə, gözü dolabda qalar, əlini atıb ovcunu doldurmaq istərdi. 
İndi əsl fürsət idi. Dolabları bir-bir axtardı. Heç də o düşünən qədər deyildi. Gərəksiz əşyalar gözlədiyindən 
çox idi. Cəmisi iki ovuc bahalı olmayan daş-qaş və bir neçə dəstələnmiş əllilik, yüzlük pulları tapa bildi. Dolabın biri 
bağlı  idi.  Kim  bilir,  bic  qoca  açarı  harada  gizlətmişdi.  Qaranlıqda  necə  tapa  biləcəkdi?  Sındırmaq  da  mümkün 
deyildi.  “Ay  səni  qoca  tülkü,  -  Fəridə  acıqlandı,  -  eybi  yox,  qalsın  başqa  dəfəyə”.  Getmək  lazım  idi,  çox  istəyən 
azdan da olar, - xatırladı. Dolabları əvvəlki vəziyyətinə gətirib otaqdan çıxdı. 
İltifat  ürəyini  yeyə,  eyvanın  altında  durmuşdu.  Yuxunun  şirin  vaxtı,  qaranlığın  işığa,  şərin  xeyrə 
qarışdığı anlarda kiminsə eyvanı-nın altında durmaq heç vaxt ağlına gəlməzdi. Fəridə necə də tez ağlını aldı. Bu 
gecədən salamat qurtarsaydılar heç dərdi olmazdı. 
İçəridən kimsə oğrun-oğrun çıxırdı. Yəqin Fəridədir. Ağlına qorxunc fikirlər gəldi. Birdən Fəridə yox, 
İbrahimxəlilin uşaqların-dan biri oldu? O nə etməli idi? Öldürməli idimi? Yoxsa, Fəridəni atıb qaçmalıydı? Hər 
ikisi qurtulmaq üçün xərcini verib qurtara bilmədiyi dustaqlığa yenidən yol açırdı. 
Beynindən  bir  ağrı  qopub  sancı  kimi  bütün  vücuduna  yayıldı,  sanki,  ayaqüstə  ölmüşdü.  Evdən  çıxan 
tanış fiquranı görcək özünə gəldi. Zənni yanılmamışdı: Fəridə idi. 
Hər şey sakit başa çatdığına görə, sevincindən həyətdəcə Fəridəni öpüb qucaqlamaq istəyən İltifatı, onun 
evdən  nə  çıxarıb,  çı-xartmadığı  elə  də  maraqlandırmırdı.  Tez-tələsik  lənətə  gəlmiş  həyəti  tərk  eləməliydilər. 
Fəridənin həmişə gəldiyi gizlin yolla həyətdən çıxıb zirzəmiyə qayıtdılar. 
Dolabın birini aça bilmədiyindən əməliyyat Fəridənin ürəyincə olmamışdı. Lakin, gətirdikləri İltifatı tam 
təmin  edirdi.  Daş-qaşdan  heç  nə  götürmədi.  Fəridə  yarıya  bölmək  istəsə  də  razı  olmadı,  payını  ona  bağışladı. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə