The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə27/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
66 
 
Pulun yarısını aldı. Bu pulla borcu tam ödəyəcək, qala-nına da əyin-baş alıb sağına-soluna xərcləyəcəkdi. 
Səhər açılsa da sevincli dəqiqələrini uzatmaq, Fəridədən, onun isti qucağından əl çəkmək istəmirdi. 
-  Bəsdi,  acgözlük  etmə,  doyumunu  almadın,  -  Fəridə  giley-ləndi,  -  başqa  vaxt  yenə  görüşərik.  Götür 
payını, camaat ayılmamış çıx get burdan, kimsə səni görməsin. 
Fəridənin  sözləri  ağlına  batdı.  Sağollaşıb  qəsəbənin  kimsəsiz  küçələri  ilə  şəhərə  gedən  yola  yön  aldı. 
Qarşısına çıxan avtobusa minən-də özündən qeyri-ixtiyari dönüb gəldiyi yola baxdı. Fəridə gecədən qalan yuxusunu 
almaq  üçün  yatmış  olardı.  İbrahimxəlili  düşündü.  Görən  kişinin  huşu  özünə  qayıtdımı?  Yoxsa  o  dünyalıq  oldu? 
İltifatın ürəyinə qara-qorxu doldu. İbrahimxəlil tanıyıbsa da sağ qalsa, ondan qorxmurdu. Əgər, ölsə, gec-tez polis, 
məhkəmə  ondan  şübhələnə  bilər-di.  Şübhələndisə,  vəssalam,  onların  əlindən  qurtarmaq  mümkün  olan  iş  deyildi. 
Allah kərimdir, səhər-səhər bədgüman olmazlar, - İltifat qəlbin-dəki qara-qorxunu qovdu. 
O günü qalan borcunu da ödədi. Dalısıyca altı gün “nağıl do-lu” günlər yaşadı. Ayaqqabıdan, corabdan 
tutmuş  qalstukadək  əyin-başını  təzələdi.  Təzə  paltarlarını  geyinib  ömründə  görmədiyi  günləri  görmək  istədi. 
Yolunu bir neçə dəfə bara saldı. Bardakı mühit ürəyi-nə yatmayanda restoranları gəzməyə başladı. Son dörd-beş 
günü  hər  gecə  evə  içkili  qayıtdığından  artıq  evdə  onun  barəsində  narazılıq  və  narahatlıq  başlanmışdı.  Anası 
xəbərdarlıq etmişdi, atasına şikayət edəcəyi ilə hədələmişdi. 
Həbs  olunduğu  gün  əvvəlki  günlərdən  fərqli  olaraq  az  içdi.  Daha  pul  da  az  qalmışdı.  Bu  minvalla  üç 
dörd günə bəs edərdi. Pulun azaldığını görəndə ürəyi sıxılırdı. Təzə-təzə öyrəşdiyi barlarda, resto-ranlarda tanış 
olduğu  dostları,  tapdığı  “gözəlçə”ləri  itirməli  olacaqdı.  Yenə  o,  suvaq  vuracaq,  alnına  yazılan  kasıbçılığını 
yaşayacaqdı.  Görən  Allah  niyə  belə  edir?  Belə  çıxır  ki,  yeyib-içmək,  kef  eləmək  üçün  yalnız  haram  pullar 
gərəkdir. Halal qazancla isə bazardan başqa hara gedə bilərsən? Ürəyində atasına acıqlandı: vaxtında haram pul 
qazanmağı  bacarsaydı,  bəlkə  də  onlar  belə  yox,  daha  yaxşı  yaşayar-dılar.  Ac  olub,  kişi  olmaqdan  nə  çıxar? 
Hardan görünüb ki, acdan kişi olsun. Dəxli yoxdur nə olursan ol, pulun çox olsun. Bəs bu lənətə gəlmişi necə 
qazanmalı ki, korluq çəkməsin? Oğurluq, soyğunçuluq, çapqınlıq etsinmi, ya necə? 
Atası ilə üzləşməmək üçün evə gec qayıtdı. Küçədən evə dönmək istəyəndə iki polis nəfəri onu saxladı: 
- Vətəndaş, zəhmət olmasa, sənədinizi təqdim edin. 
“Baho, əcəb yerdə axşamladıq, - İltifat əsəbiləşdi, - indi ilişə-cəklər ki, nə qədər içmisən? Beşdən-ondan 
verim əl çəksinlər, neynə-sinlər, yazıqların çörəyi bündan çıxır.” Əlini cibinə salıb, pulu ovcu-na aldı: 
- Qaqaş, məni tanımırsan, özgəsi deyilik ki, məhlə uşağıyıq da. Adım İltifatdır, İltifat! 
- Biz səni neçə saatdır gözləyirik. Evinə gəlib çıxmırsan. Şöbəyə getməliyik, - kənarda dayanmış maşını 
göstərdilər. 
-  Siz  yəqin  evdəkiləri  də  dəli  etmisiniz.  Axı,  nə  olub?  Şöbədə  nə  var?  Nə  söhbətimiz  var  elə  burda 
çürüdək, qurtarıb getsin. 
- Vətəndaş, uzatma! Ölümdə şübhəli şəxs kimi həbsinə dair prokurorun qərarı var. 
İltifatın  boğazı  qurudu.  Necə  ölüm?  Prokuror,  həbs!  Bir  həftə  idi  olanları  tamam  unutmuşdu,  Fəridədən 
xəbər  tutmamışdı.  Gözlərinin  önünə  ağ  gecə  köynəyində,  asta-asta  yeriyən  İbrahimxəlil  gəldi.  Göz-ləmədiyi  üçün 
qorxusundan hədəqəsindən çıxmış gözləri yadına düşdü. Kim bilir bəlkə də elə o an, peysərinə vurmamışdan ürəyi 
partlamışdı. Doğrudan qadın şeytanın yerdəki nümayəndəsiymiş. Fəridə necə də ağlını aldı. İkisinin əlbirliyi ilə olan 
bu işdə onun iştirakını polis hardan bilir? Hərhal özü də həbs olunub, hər şeyi etiraf edib. 
Keflilikdən  ayılan  İltifat  söhbəti  uzatmayıb  polis  maşınına  əyləşdi.  Səhəri  günü  müstəntiq  onun  bütün 
gümanlarını təsdiq etdi. Dörd aylıq azadlıq fasiləsindən sonra yenidən on il iş alıb, məhkum-luğa qayıtdı... 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
67 
 
-  Sizi  heç  kim  görməmişdi,  -  söhbətin  əvvəlindən  İltifatın  sözünü  kəsməyən  Əziz  marağını  gizlədə 
bilmədi, - bəs, necə oldu tutuldunuz? 
- Çox asan, - İltifat davam etdi, - səhər İbrahimxəlilin tonluq çənə oxşayan arvadı yuxudan ayılar, görər 
kişi  yoxdur.  Fikirləşər  ki,  yəqin  harasa  çıxıb,  qayıdıb  gələr.  Sonra  evdə,  həyətdə  gəzib  aylanar.  Hamamın 
qapısının  örtülməyi  xoşuna  gəlməz.  Yaxınlaşıb  qapını  ört-mək  istəyər.  İçəri  boylanıb  ərini  alt  paltarında 
uzanaraq qaldığını görərkən təəccübündən mat qalar: 
- Ay kişi, bura nöş uzanmısan? Yatmağa yer tapmırsan? 
Kişinin tərpənmədiyini, öldüyünü duyanda vay-şüvən qoparıb uşaqlarını, yaxın adamlarını çağırır. Polis 
də çağırırlar. Müəyyən edi-lir ki, öldürülüb. Polis evdə talan olub-olmadığını soruşur. Əvvəl inkar etsə də, sonra 
arvad  ərinin  pul,  qızıl  gizlətdiyi  yerləri  bir  də  diqqətlə  yoxlayır.  İbrahimxəlilin  otağındakı  şkafın  dolablarının 
bo-şaldığını  görən  arvad, bir də  qıy  çəkməli  olur. Məlum olur ki, qətldən  savayı, oğurluq  da  edilib. Heç  kim, 
heç nə görməyib, tutarlı sübut, dəlil də yoxdur. 
Polis  başlayıb  əlli  çayın  suyunu  bir-birinə  qatmağa  ki,  bəlkə  nəsə  tapar.  Arvad  həmin  gün  evin 
astanasında  gördüyü  bir  cüt  başqa  qadın  ayaqqabısını  gizlədər.  Eyni  zamanda  qızının  da  ayaqqabı-larının  yox 
olduğunu səsə salmaz. Ərinin yasının üçüncü günü qızı-nın ayaqqabılarını Fəridənin ayağında görəndə, işi başa 
düşüb  polisə  xəbər  verər.  Demə,  arvadın  ərinin  Fəridə  ilə  əlaqəsindən  xəbəri  var-mış,  sadəcə  söz-söhbət 
olmaması üçün özünü bilməməzliyə vurur-muş. O axşam Fəridə həbs olunur.  İlk ifadəsində heç nəyi boynuna 
almayan  Fəridə,  sonra  çox  şeyi  etiraf  edib  öz  boynuna  götürür.  Amma,  polis  ondan  əl  çəkmir.  Ola  bilməz  bu 
boyda  işi  tək  görəsən? Kimlə  olmusan? Fəridədən söz almağın  çətin olduğunu  gördükdə  başqa  yola əl  atırlar. 
Tikintidə  işləyən bütün  ustalardan  izahat  alırlar.  İzahatların bəzilərində  mənim  İbrahimxəlil  və Fəridə  ilə olan 
müna-sibətimə dair sözlər şübhələnmək üçün müstəntiqə kifayət olub. 
- Axırı necə qurtardı? - Əziz soruşdu. 
-  Necə  qurtaracaq,  hərəmizə  on  il  oxudular.  Səkkiz  ildir  bir  həftəlik  kefin  əzabını  çəkirəm.  Evdəkilər 
yenə ordan-burdan, puldan-paradan  yığıb toplayıblar ki, imkan olsa qalan iki ilimi zavoda “volnıya” çıxım. O 
gün atam gəlmişdi rəisin yanına, mənim işimdən  ötrü. Azadlığımın “qiymətin” öyrənməyə. Rəis Allah kömək 
olmuş əvvəl çox üstdən gedib, sonra ortaq məxrəcə gəliblər.  İndi gələn “sud”da düzəlsə  çölə çıxacağam. Rəis 
söz veribsə düzələr, inşallah! 
- Amin, Allah qapını açsın. Bir söz də soruşum, incimə. Fəri-dəni elə o görən oldun? 
- Yox, canım, inciməli nə var ki, inciyəm, - İltifat gülümsün-dü. Neçə illərdir maraqlanmıram. Axı mən 
onu  heç  vaxt  sevməmi-şəm,  söhbətimin  əvvəlində  də  dedim.  Əylənmək  istəmişəm,  əylənmi-şəm,  bu  da  axırı. 
Özünə fikrin getməsin, mən ümumiyyətlə bu yaşıma çatmışam, hələ könlüm istəyən sevgim olmayıb. Olacaq, 
nə  vaxtsa,  Allah  qoysa.  Məhkəmədə  görənəm.  Üç  ay  çəkdi  məhkəmə.  İş  kəsiləndə  mən  biləni  deyəsən  siflisə 
tutulmuşdu.  Bir  də  təzə  vaxtla-rımda  burda  dizinteriyaya  yoluxmuşdum.  Həkimi  razı  saldım,  gön-dərdi 
dustaqların xəstəxanasına, pul qurtarınca, bir ay  iynə-dərman vuruldu. Hə, orda arvad məhkumlardan gördüm, 
Fəridəni soruşdum, salam göndərdim. Ondan sonra xəbərim yoxdur. 
Hər  tərəfi  elektrik  zənginin  səsi  bürüdü.  Kənar  oturacaqlarda  oturan  məhkumlar  ayağa  durub  getməyə 
hazırlaşdılar. 
- Axşam yoxlamasının vaxtı çatdı, - Əziz narahatlıqla yerində qurcalandı. 
- Tələsmə, hələ on beş dəqiqə var, darıxma, -  İltifat fərqinə varmadı, - oturmuşuq da, birlikdə gedərik, 
gecikən deyilik. 
Elektrik  zənginin  səsi  kəsildi.  Müxtəlif  tərəflərdən  korpus-ların  qarşısında  dayanıb  camaatı  yoxlamaya 
haylayan  nəzarətçilərin  gur  səsləri  yayıldı.  Bütün  baraklardan  iki-bir,  üç-bir  üzü  meydana  tərəf  axışırdılar. 
Nizamsız  dəstələrlə  yoxlama  keçirilən  meydana  yı-ğışan  məhkumlar  kənardan,  qaynaşan  qarışqa  yığınına 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə