www.kitabxana.net
– Milli Virtual Kitabxana
70
- Hə. Demişdiniz yerimə namizəd göstərim, tapmışam, - İlti-fat qapıdan içəri girib nabələdcəsinə baxan
Əzizi göstərdi.
- Elə isə, bizi tanış et.
İltifat dönüb Əzizə nə etməli olduğunu gözünün işarəsi ilə anlatdı. Əziz yaxınlaşıb özünü təqdim edərək
Etimadla əllə görüşdü, o biri üç nəfərə tərəf isə başını tərpətdi.
- Haqqında danışdığın oğlan budur? - Bayaqdan etinasız bax-dıqları Əziz indi hamının diqqət
mərkəzində idi, - mən adam tanıya-nam, pis oğlana oxşamır. Bir halda ki, sən məsləhət görürsən, layiq olmasına
şübhə etmirəm, - Etimad yenidən oyununa davam etdi.
- Mənim uzağı üç günüm qalıb, elə sabahdan fəaliyyətə başla-sın?
- Fərq eyləməz, başlasın. Gedənədək nə lazımdı başa sal.
- Baş üstə, sağ olun.
Onlar sağollaşıb dəhlizə çıxdılar. İltifat fərəhlə əlini Əzizin kürəyinə şappıldatdı:
- İrəli, korpusnoy!
- Xeyr, yarımkorpusnoy. Korpusun yarısı üzdəniraqlarındı, - Əziz gülümsündü.
- Boş şeydir. Dünya onsuz da üzdəniraqlarındır...
***
Əziz İltifatın korpusnoy işinə dair məsləhətlərindən əsas iki nəticə çıxardı: korpusa böyüklük, sahiblik
etmək, katyolun göstərişlə-rini yerinə yetirmək və “proqon”un yığılması. “Proqon” - məhkumla-rın töycüyə
bənzər məcburi mükələfiyyəti idi. Məhkum görüşdən qa-yıdan kimi, korpusnoyun pul yığanı başının üstünü alıb
beşliyi tələb edirdi. Katyol adına yığılan pullardan korpusnoydan başlamış, obşaka qədər hamısı faydalanırdı.
Cərimə təcridxanasına düşənlərə, imkansız-lara qrev ayrılırdı. Əlavə “proqon”lar hesabına ildə bir dəfə ümumi tə-
mir aparılırdı. Rəisə də görüm-baxım olunurdu. “Proqon”dan yayın-maq istəyənlər gözümçıxdıya salınıb
cəzalandırılırdılar.
Azad olunmasına bir gün qalmış İltifatın qanı qaralmışdı.
- Nə olub, nə baş verib? - Əziz narahatlıqla soruşdu.
İltifat gizlədib danışmaq istəmədisə də, Əzizin ondan əl çək-məyəcəyini başa düşdü:
- Rəisin hərəkəti qanımı qaraldıb. Atama da, mənə də demişdi ki, hər şey mənlikdir, heç kimə, heç nə
vermə, özüm görəcəyəm. İndi dəstə rəisi də, həkim də şirinlik istəyir. Deyirlər rəis yalan deyir, heç nə
verməyib. Gözlədim bəlkə evdən gələrlər, verərəm. Evdən də gə-lib çıxan yoxdur. Qorxuram gəlməyələr, mən
üzüqara qalam.
- Bəlkə səni aldadırlar, rəisdən soruşmusan?
- Dedim rəisə, həkim, dəstə rəisi məndən şirinlik istəyirlər? Qayıtdı ki, qələt eləyirlər. Birtəhər başından
eylə getsinlər işlərinin dalınca. Sən Allah elə iş olar? Fikri gedib özünə, beş-on manatdan ötrü, mən heç vaxt
özümü kiminsə nəzərində alçaq tutmaram. Bax elə ona görə qanım qaralıb, fikirləşə-fikirləşə qalmışam.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
71
- Bəs, nə etmək istəyirsən?
Hər ikisi susub düşündü. Əzizin ağlına nə gəldisə ərklə əlini onun çiyninə vurdu:
- Fikir eləmə, at mənim boynuma, mənlikdi. Mən edərəm onların hörmətini.
- Necə atım, başa düşmədim.
- Burda başa düşülməyən bir şey yoxdu. Aparırsan məni həki-min də, dəstə rəisinin də yanına, olunacaq
hörməti mən götürürəm boynuma.
- Yox, belə düzgün deyil. Özüm ola-ola səni niyə əziyyətə salmalıyam?
- Bax elə indi gedək həkimin yanına, oradan da qayıdıb dəstə rəisini taparıq. Tərpən, - Əziz dostcasına
İltifatı itələdi.
Sançast deyilən tibb məntəqəsi yaşayış zonasının giriş tərəfin-də yerləşən birmərtəbəli dar, uzun
dördbucaqlı binaydı. Binaya daxil olanda birinci otaq həkimin idi. Mayor rütbəli Malik həkimin üzün-dən daim
zəhrimar tökülürdü. Onun insan həkimindənsə, mal həki-minə daha çox bənzəri vardı. Yekəpər bədəni ilə
yanlarını basa-basa gəzəndə əyripəncə ayıya da oxşayırdı. Hər məhkumun hünəri deyildi, ondan pulsuz dərman
ala bilsin. Çoxusu onun zəhrimar yağan sifətini görəndə, nəsə istəməkdənsə ağrıya dözməyi daha üstün tuturdu.
Ma-likin yalnız pul görəndə sifəti yumşalır, yayılırdı. Pulla hansı xəs-təlikdən desən, nə qədər istəsən işdən azad
olunarsan, sançastda ya-tarsan, hələ mərkəzi xəstəxanaya da göndərilərsən. Qısası Malik hə-kimin əlindən hər iş
gəlirdi. Pulun olmasa hətta göz görə-görə əriyib çöpə dönüb ölə də bilərsən. İltifata olan minnəti onun
məhkəməyə sağlamlıq haqqında arayış təqdim etdiyinə görəydi. Onları görəndə İltifatın nəsə gətirdiyini güman
edib sifəti azacıq yayıldı.
- Gəl çıx da, gözümün kökü saraldı gözləməkdən. Sənə ha-laldı.
İltifat dinmədi. Əziz onun sıxılmasına imkan vermədi:
- Malik müəlliim, düz deyirsiz, ona halaldı. Amma, xahiş edi-rəm onun borcunu beş-on günlüyə mənə
“perevod” edəsiniz.
Malikin rəngi tutqunlaşdı.
- Elə niyə?
- Bilirsiz, danışsam uzun məsələdi. Mən sizə yüz faiz söz verirəm ki, ayın axırınacan borclu
qalmayacağam.
- Yaxşı, bax ha, İltifat gedir, ancaq sənin məndən işin hələ çox keçəcək, - Malik xəbərdaredici tonda
səsləndi.
- Arxayın olun.
Onlar həkimin yanından çıxıb dəstə rəisi Kamilin otağına gəl-dilər. Məhkəməyə xasiyyətnaməni Kamil
yazmışdı. Otağa daxil olub görüşəndən sonra, Əziz sözə başladı:
- Kamil müəllim, mənim sizə borcum var idi, elə deyilmi?
- Bəli, elədir. Gətirmisən?
- O borcun üstünə bir borc da gəlin. İltifat çıxanadək yanına gələn olmasa, şirinliyini mən verəcəm.
- Beləsinə deyirlər, özünə umac ova bilmir, başqasına əriştə kəsir. Aydan çoxdu məni ümid etmisən, öz
www.kitabxana.net
– Milli Virtual Kitabxana
72
borcunu verə bilmirsən, hələ başqası üçün də saqqal tərpədirsən.
- Kamil müəllim, nə deyim, Allah qoysa özün görəcəksən. Mən yalançı oğlan deyiləm.
- Nə olar, eybi yox, bu dəfə konkret vaxt de.
- Gələn ayın birinci həftəsi.
- Olsun, - o qarşısındakı dəftəri vərəqlədi, - bax sənin dəftə-rində bu gün tərbiyəvi mövzuda söhbətin
aparıldığını qeyd edirəm. Nəticəni sən gələndə yazacağam. Sənə isə yaxşı yol, - İltifatla sağol-laşdı.
Otaqdan çıxan İltifat Əzizi qınadı:
- Sən nə edirsən? İkisinə də yaxın vaxta söz verdin, birdən çatdıra bilməzsən ha...
- Narahat olma, ürəyimə damıb, yanıma gələcəklər. Hər şey qaydasında olacaq, - Əziz onu
sakitləşdirməyə çalışdı.
- Heç yaxşı olmadı, bədbisab oğlu məni aldatdı, heç nədən problem yaratdı.
- Qurtardıq da, qan qaraltmağa dəyməz, gedək oturaq həmişə-ki yerimizdə. Söhbət edək. Sabah istəsəm
də səni tapa bilməyəcə-yəm.
- İstəyirsən qalım?
- Qalmağın lazım deyil, elə bacarıqlısan məni də apar, - Əziz gülə-gülə İltifatın zarafatına zarafatla
cavab verdi.
Tut ağacının altındakı skamya onları gözləyirdi.
***
O gecə saat ikiyədək İltifatın gözünə yuxu getmədi. Barak-dakı gecə lampasının işığında dostlarını
başına yığıb çay içə söhbət etdi. Səkkiz ildən artıq həsrətlə gözlədiyi günün sevincindən, həyaca-nından yuxusu
qaçmışdı. Hər saat barakları gəzib nəzarət edən növ-bətçi və nəzarətçilər səs-küy salmamaq şərti ilə onların
oyaq qalma-larına İltifatın xətrinə göz yumdular.
Səhəri gün günorta İltifat hamı ilə vidalaşdı. Əziz nəzarət-çilərin növbə otağı - vaxtaya qədər onu
ötürdü. Ayrılanda gözləri doldu. Bu zaman müəssisənin daxili radiosu ilə görüşə dəvət edilən məhkumların
adları oxunurdu. Birdən İltifat əli ilə radioya işarə edə-rək soruşdu:
- Eşitdin? Sənin də adını çəkdi, Əzizzadə Əziz. Yanına gələn var.
- Ola bilməz. Mən fikir vermədim. Doğru deyirsən?
- İnanmırsan, beş dəqiqə sonra bir də təkrar edəcək. Arxayın ol, Allah səni heç vaxt darda qoymayacaq.
Sağlıq olsun, çöldə görü-şərik. Sağ ol. Allah qapını açsın.
İltifat onu qucaqlayıb, öpüb ayrıldı. Əziz o, qapıdan çıxana-dək arxasınca baxa bilmədi. Kövrəlməsini
hiss etdirməmək üçün ba-xışlarını hamıdan gizlədərək dönüb zonun həyətinə qayıtdı.
Həyətin ortasına çatmışdı, radiodan görüşə çağrılan məhkum-ların adları yenidən təkrarlandı.
Dostları ilə paylaş: |