The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə37/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
92 
 
- Yusif müəllim, bu məhkumun baraka qayıtmasını məqsədə-uyğun saymıram. Səhər yoldaşları ilə olan 
münasibətlərini öyrənənə-dək təcrid olunmalıdır. 
-  Mənim  etirazım  yoxdur.  Mehman,  məhkumu  aparın  basın  şizoya,  səhərə  qədər  qalsın  orada.  Qoy 
görsün çarpayının altı yaxşı-dır, yoxsa şizo? 
 
*** 
 
Saat  dörddə  Şəfi  nəzarət  iz  zolağına  nəzərdə  tutulan  ikinci  gedişini  gedib  qayıtdı.  Həyətdə  Yusif  və 
nəzarətçilərdən başqa heç kim yox idi. 
- Hə, necədi vəziyyət? 
- Əla. Heç bir iz yoxdur. Bir yerdə pişik izi gördüm. 
- Bilirsən, zonda nə qədər pişik var. Hər il yazda zondakı pişikləri rəis yığdırıb çöldə azdırtdırır. Gələn 
yaz yenə görürsən pişi-yin sayı həməndi. 
- Bəs, yoldaşlar hara getdi? 
- Hərə bir otağa getdi, dincəlməyə. Sən də get iki saat dincəl. 
- Öz otağıma gedə bilərəm? 
- Korpusların içində olan kabinetlərə rəis icazə vermir. Get mənim otağımda dincəl. 
-  Çox  sağ  ol,  -  Şəfi  Yusifə  razılıq  edərək  vaxtanın  üstündəki  otağa  sarı  yeridi.  Qapısını  açıb,  işıgı 
yandırmadan, üstü didildiyindən yayları görsənən köhnə divana uzandı. 
 
*** 
Səhər saat altıya az qalmış korpusların qapılarından asılan iri qıfıllar açıldı. Altıda səhər yuxusunun qənimi, 
uzun-uzadı  çalınan zəng  səsləri  yeni iş  gününün başlandığını xəbər verirdi.  Müəssisədə  yenidən həyat qaynamağa 
başlayırdı. 
Səhər  yeməyi,  dalısıyca  səhər  yoxlaması,  növbənin  yeni  növ-bətçiyə  təhvil  verilməsi  saat  onadək 
çəkəcəkdi.  Məhz  bundan  sonra  gecə  növbəsində  qalanlar  evə  istirahət  etməyə  buraxılırdılar.  Saat  doqquzda 
xəbər çıxdı ki, təhvil-təslimdən sonra rəis bütün işçiləri  yığıb müşavirə keçirəcək. Demək o işdən bir-iki saat da 
gec çıxmalı olacaqdı. 
Saat  onda  bütün  əməkdaşlar  müəssisənin  akt  zalına  yığışmış-dılar.  Əməliyyat-rejim  ön  cərgədə,  o  biri 
sırada orta cərgələrdə dəstə rəisləri, arxa cərgələrdə isə nəzarətçilər əyləşmişdilər. 
Şəfi zala Akiflə daxil olsa da, Cəbrayılın yanında oturdu. Ona elə gəldi ki, başqa yerdə əyləşsə, bəlkə də 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
93 
 
Cəbrayılın acığı gələrdi. 
- Hə, növbə necə keçdi? - Cəbrayıl soruşdu. 
- Sağ ol, qaydasında keçdi, necə lazımdı. 
- Bir “çepe” baş vermədi? 
- Yox, hər şey öz axarındaydı, - birdən xatırlayıb güldü, - hə, yadıma düşdü. Çandriko itmişdi. 
- Eh, onun atasına lənət, harda küllənirdi? 
- Aləm bir-birinə dəydi. Hamı Çandrikonu axtarırdı. Sən demə yeməkxanada gizlənibmiş. 
Ətrafdakı dəstə rəisləri də söhbətə qarışmaq istəyirdilər ki, növbətçi zabitin komandası eşidildi. 
- Cənab zabitlər! 
Hamı ayağa  durub  farağat vəziyyəti  aldı.  İçəri  daxil olan  Əli-məmməd və  Rasim səhnəyə  bənzəyən  yerdə 
qoyulmuş stolun arxasına keçib əyləşdilər. 
-  Azad,  əyləşin!  -  Əliməmməd  işarə  etdi.  Zal  əyləşdi.  Əli-məmməd  sol  tərəfdəki  boş  stula  tərəf  baxıb 
soruşdu: 
- Bəhram hanı? 
Tərbiyə  işləri  üzrə  rəis  müavini  dəstə  rəisləri  tərəfdə  birinci  cərgənin  kənarında,  şöbə  rəisləri  ilə  yanaşı 
oturmuşdu. O, ayağa durub: 
- Burdayam! - dedi. 
- Orda niyə oturmusan? Sənin stulun burdadır, - rəis boş stulu göstərdi. 
- Fərqi nədir, orda, ya burda. 
Bəhram müəllim sanki, Əliməmmədin göstərdiyi stula əyləşmə-yə ərinirdi. Ani pauza yarandı. Cavab rəisi 
açmasa da özünü o yerə qoy-madı: 
- Hə, yaxşı, necə istəyirsən elə də et, otur orda. 
Əslində bu Bəhram müəllimin bütün kollektiv qarşısında rə-isin ona olan ədalətsiz münasibətinə etirazı 
idi.  Şəfi  dəstə  rəisləri  arasında  gedən  söhbətlərdən,  müəssisədəki  gəlirlərin  rəisin  əsasən  Rasimlə 
bölüşdürməsini, Bəhrama lazımınca əhəmiyyət verməməsini eşitmişdi. Deyilənə görə Əliməmməd neçə vaxtdı, 
onsuz da ehtiya-cını ödəməyən maaşını xərcləməyib halal pul adı ilə həccə getmək üçün toplayırdı. Hacı olmaq 
istəyirdi. 
Rəis boğazını arıtlayıb sözə başladı: 
-  Mənim  bir  neçə  sözüm,  tapşırığım  var,  sizi  çox  saxlama-yacağam.  Qulağıma  haqqınızda  sizə 
yaraşmayan söz-söhbətlər gəlir. Bəzi zabit yoldaşlar işləmirlər, elə-belə gün keçirirlər. Dəstə rəisləri barakların 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
94 
 
səliqəsinə fikir vermir, lazımı qədər “obxod” etmirlər. Uzağı iki dəfə obxod edirlər, eləsi də var ki, heç obxod 
etmir.  Bütün  günü  oturur  kabinetində,  bir-iki  məhkum  tapıb  salır  çənəsinin  altına,  vəssalam,  bu  da  bunun  işi. 
Bəzisini  yerində  tapmırsan.  Gah  o  kabi-netdə,  gah  bu  kabinetdə,  gün  ərzində  işi-sənəti  onun-bunun  qeybətini 
etməkdir.  Kim,  harda,  nə  danışıb,  mən  hamısını  bilirəm,  lazım  gələn-də  vuracağam  üzünə.  Kabinetlər 
sənədləşmə,  yazı-pozu  üçündür,  yatmağa,  mırt  vurmağa  yox.  Bir  gün  hamının  sənədlərini  yoxlayaca-ğam, 
görüm necə işləyirsiz. Növbə vaxtı gecələr yatırsız, günortalar da nahardan sonra yatırsız. Bunlar hamıya aiddir, 
tək dəstə rəislərinə yox. Rasim məndən sonra əməliyyat-rejimlə ayrıca danışıb, onların nöqsanlarını göstərəcək. 
Ona  görə  də,  onların  adlarını  çox  çəkmirəm.  Məni  məcbur  etməyin  ki,  kabinetlərdən  çarpayıları  yığışdırım, 
ümu-miyyətlə sizi kabinetə həsrət qoyum. Gedin baraklarda aylanın, gəzən ayağa daş dəyər. Hamınız gözləyirsiz 
ki, görən rəis nə  verəcək? Mən bu xarabada pul kəsirəm? Yaxşı olar hərə öz başını saxlasın, mənə ümid olmasın. 
Rəis  gəlib-gedəni  yola  versin,  “yuxarı”da  oturanları,  baş  idarəni  razı  salsın,  hansını  etsin?  Asan  deyil  vəzifə 
kreslosunda  oturmaq.  Araz  aşığınızdandı,  Kür  topuğunuzdan.  Eşitmişəm  ki,  bəzi  əməkdaşlar  məhkumla  qeyri-
qanuni münasibətlərə  girir, məhkumdan  yerli-yersiz pul tələb  edir.  Yığışdırın bu söhbəti. Məhkumdan pulu ancaq 
mən istəyə bilərəm, rəis kimi mənim müstəsna səlahiyyətlərim var. Hər hansı məhkum ürəklə kiməsə beş-on manat 
hörmət edir, bu onun öz işidi, sözüm yox. Amma, pulu olmaya-olmaya sən ondan pul tələb edirsən. Hardan versin? 
Qaşınmayan  yerdən  qan  çıxarmaq  istəiyrsən?  Müəssisədə  sabitliyi  pozmaq,  məhkumları  üstümüzə  qaldırmaq 
istəyirsən? Mən bu sözləri bilirəm kimə deyirəm. Adlarını hələ çəkmirəm. Məhkumların şikayətləri davam edərsə, 
həmin adamların abrını, hamının qarşısında ətəyinə büküb, itdən betər günə qoyacam. Qoy əməliyyat şöbəsinin rəisi 
Əhməd  məzuniyyətdən  qayıtsın,  bir  neçə  nəfərin  xidməti  fəaliyyətini  araşdıracayıq.  Sonra,  əyninizə  geydiyiniz 
mundirə  hörmət  qoyun,  üç-beş  manata  görə  özünüzü  alçaldıb,  onun-bunun  qapısına  getməyin.  Doğrudur, 
məhkum  üzdə  sizə  yalvarır,  arxada,  öz  aralarında  isə,  o  evlərə  gedən-ləri  şusturyak,  poçtalyon  adlandırıb 
gülürlər.  Srağagün  zabit  barakda  məhkumla  oturub  çay  içib.  Ayıbdır!  İşə  gələndə  məhkum  üçün  ba-zarlıq 
edirlər.  Bəzilərinin  könlündən  hətta  nəşə,  araq  gətirmək  keçir.  Deyirəm  ha,  istənilən  işçidə,  kimliyindən  asılı 
olmayaraq nəşə, araq tutula, mən onu prokurora təhvil verəcəm. Nəhayət, nəzarətçilər zonu döndəriblər bazara, 
nələr  gətirib  satmırlar?!  O  gün  biri  baldırıaçıq  oxuyanın  şəkllərini  satırmış,  -  hamı  gülüşdü,  -  xəbərdarlıq 
edirəm,  and  olsun  Qurana  keçmərəm  günahınızdan,  yığışdırın  belə  işləri.  Ruzini  Allah  gərək  özü  versin,  sən 
dalınca  qaçmaqla  deyil.  Mən  hər  şeyi  düşünən,  Allahı  istəyən  adamam.  Yəqin  ki,  hamınız  kabinetimdəki  stolun 
üstündə Quran kitabını görmüsünüz. Allah məni yaradıb, bu yerə çıxarıb ki, onun yolundan çıxanların qənimi olum, 
əzabverəni olum. Özünüzü vüqarlı tutun. İmkan verməyin məhkum sizdən istifadə etsin. Çalışın, siz, məhkumdan 
istifadə  edəsiniz.  Bir  şeyi  yadda  saxlayın:  zabit  səhər  işə  gələndən  on  beş  dəqiqə  sonra  gecə  öz  dəstəsində,  ya 
sahəsində  baş  verənləri  öyrənə  bilməyibsə,  mən  o  əməkdaşı  zabit  hesab  etmirəm.  Bu  qədər.  Dediklərimi 
qulaqlarınızda sırğa edin. Sualı olan var? 
Zaldan səs gəlmədi. 
- Rasim, sən məşğul ol, - növbətçi komanda vermək istədi, rəis etiraz etdi, - lazım deyil. 
Rəis zaldan çıxdı. 
- Əməliyyat-rejim sahəsindən savayı qalan əməkdaşlar azad-dır, - Rasim elan etdi. 
Rəisin eyhamlı çıxışı, üzə vurmasalar da çoxunun baxışlarını qayğılandırmışdı. 
Şəfi yorulmuşdu. Sutkadan artıq idi zonun havasını udurdu, ev üçün darıxmışdı. Akt zalından çıxanda 
Bəhram müəllim onu sorğu-suala tutdu. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə