www.kitabxana.net
– Milli Virtual Kitabxana
83
- Şəfi müəllim, könüllü, ürək söhbətinə qalsa, millət ac qalar. Hər on nəfərdən birinin bəlkə, ürəyi gələr
ki, öz xoşuna kiməsə hör-mət etsin.
- Bilirsən, əslində qazancı olan hər kəs ətrafında ünsiyyətdə olduğu adamların, o qazancda nəfsləri
qalmaması üçün, hamı bir-birinə, əlbəttə, eyni ölçüdə deyil, öz dərəcələrinə uyğun maddi münasibət göstərməlidirlər.
Bunu etməyəndə, əlini yığanda yuxarıdakı kişi, - əlini havaya qaldırdı, - günlərin birində bir bəhanə ilə vermədiyini
əlindən alıb, gözündən gətirir. Sonra da həmin anlamaz qalır fikirləşə-fikirləşə: görəsən, ay Allah, bu iş niyə başıma
gəldi? Əlbəttə, bunu hamı qabaq-cadan görə bilmir, ağlı çatmır, ya da satılıb şeytana, şeytan da ona imkan vermir
anlasın. Allaha inanırsan?
- İnanıram, ancaq, mənimlə belə söhbət eləyən şəxsin də “paqonda” işləməyinə çətinliklə inanıram…
- Niyə, “paqonda” Allahı sevən adamlar var. Sadəcə əksərinin işləri çoxdu, o haqda düşünməyə vaxtları
çatmır, - Şəfi öz zarafatına güldü, - səninlə bir işim də var. Tanıdığın yaxşı bir oğlan, daha vələdüzna yox, varsa, ya
özün gətir, ya göstər mən danışım. Arada mənimçün çay hazırlasın, özü də içsin, qabiliyyətli adam olsun. Siz
dnevalnı deyirsiz.
- Baş üstə, rəis. İndi çayınız var?
- Çayım da, qəndim də var. Bilmirəm harda hazırladım. Sə-hərdən çay içməmişəm.
Əziz ayağa durdu:
- Yemək də yeməmisiniz?
- Yeməyim var, evdən gətirmişəm.
- Bizim kupedə siz deyən qaydada bir oğlan var. “Malış” çağırırıq. Bu dəqiqə göndərərəm, çayınızı da,
yeməyinizi də hazır-layar. Başqa qulluğunuz olsa xəbər eylərsiz.
Əziz bütün söhbətləri zamanı açıq qalmış qapıdan çıxanda döndü:
- Qapını örtüm, yoxsa açıq qalsın.
- Örtmə, qoy qalsın, - Şəfi cavab verdi.
Əziz Şəfinin bayaq danışdıqlarını xatırlayıb, iyirmi-otuz metr getdikdən sonra bir də dönüb dəstə
rəisinin otağına tərəf baxıb, fikir-ləşdi: əgər əməli, danışığı ilə düz gəlsə, onda bu adamın yeri bura deyil...
Axşam yoxlamasına az qalmış Şəfi sançasta gedib Malik həkimin otağına daxil oldu:
- Həkim, icazə olar?
- Bay, ayıb söhbətdi, gəl içəri.
Malik həkim televizorun səsini azaldıb yerindən tərpənmədən əlini Şəfiyə tərəf uzatdı.
- Salam, əyləş.
Şəfi onunla görüşüb əyləşdi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
84
- Nə qulluğun, xeyirdimi bizim tərəflərə gəlmisən?
- Sağlığın. Bilirsiz, mənim bir məhkumum var, Məmmədov Rafiq. Mümkünsə ona kömək edin, ola
bilsin tuba - vərəmə yoluxub.
- Elə bu? Buna görə narahat olmusan? Zonun üçdə biri vərəm-di. Tanıyıram sən deyən məhkumu, gəlmişdi
yanıma. Əgər pulu yoxdusa, mən nə edim, cibimdənmi xərcləməliyəm? Elə bilirlər pulu təkcə özümə alıram. Verilən
iynə-dərman üçün haqq istəyirlər. İnandıra bilmirəm ki, - baş barmağı ilə özündən yuxarı işarə etdi, - ala bilmirəm,
yoxdu, vermirlər. Onda da deyirlər ki, deməli, işləməyi bacarmırsan.
- Qabağı alınmasa, epidemiyaya çevrilsə, kim cavab verəcək?
- Əlbəttə özləri. Qazandığımız manatın hesabınacan bilirlər. Nə vaxt lazımi qədər havayı iynə-dərman
verəcəklər, onda mən də müalicə edib təkcə öz hörmətimi istəyəcəm, artığını yox. “Tak şto” bu məsələ nə
sənlik, nə mənlik deyil. Biz gərək indi çalışıb özümüzü qoruyaq, özümüz yoluxmayaq.
Həkimin xəbərdarlığı Şəfini karıxdırdı. Heç bu barədə düşün-məmişdi. Vərəmə yoluxarsa, laqeyd,
etinasız dünyada onu nələr göz-ləyirdi?!.
Axşam yoxlamasına çağıran zəngin qulaqları dəlib-deşən, beyin qıcıqlandırıcı səsi gəlirdi...
***
Saat yeddidən sonra gecə növbəsinə qalanları növbətçi köməkçi bir yerə yığıb Rasim müəllimin otağına
apardı. Otaq Bəhram müəllimin kabinetindən ölçülərinə görə yığcam olsa da, əşyaların sayına görə ondan geri
qalmırdı.
İki dəstə rəisi - Şəfi və Akif, rejim Mehdi və oper Fazil otaqda, Rasimin stolu qarşısında farağat
durmuşdular. Yusifə kənarda əyləş-məyə icazə vermişdi. Rasim televizorun səsini əlindəki pultla alıb sözə başladı.
- Sizi bura Yusif “instruktaj” adı ilə yığıb. Təzə dəstə rəisin-dən başqa hamınız köhnə işçilərsiz. Nəyin
harada, necə olmalı oldu-ğunu yaxşı bilirsiniz, durub indi sizə dərs keçməyin vaxtı deyil. Hər bir şəxs öhdəsinə
düşən vəzifəni ayıq-sayıq, vicdanla yerinə yetir-məli, hadisə baş verərsə, hamı bir-birinə kömək etməlidir. Rəislə
mən axşam zonu tərk edəndən sonra bütün səlahiyyətlərin ixtiyarı Yusifə keçir. Ta biz səhər gələnə qədər. Hamı
onun göstərişinə əməl etmə-lidir. “Çepe”nin yaranmasına imkan verməyin, yaranarsa daha da böyüməməsi üçün
həmin an cəzalandırmağa tələsməyin. Saxlayın gündüzə. Gecəni əməliyyat - rejim baxımından stabil keçirməyə
çalı-şın. İndi gedirsiz, yatmaq vaxtınacan - adboya qədər dincəlirsiz, ad-boy vaxtı camaatın yatırılmasında
iştirak edirsiniz, öz vəzifənizdən əlavə gecə yoxlamasına kömək edirsiz, həyəti boş qoymursuz. Növbə ilə
həyəti aylanırsız, arada bir-iki saat dincələ bilərsiz. Daha kəlləni atıb yatmaq olmaz. Səhər icazə veriləcək,
gedib bütün sutkanı eviniz-də yatarsız. Akif, sən şizodasan?
- Bəli, cənab mayor, - Akif cavab verdi.
- Necədi, orda vəziyyət, axşam yeməyi verilib? Səs-küy salan varmı?
- Hər şey öz qaydasındadır, cənab mayor. Sakitlikdir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
85
- Təzə dəstə rəisinə kömək edin, bilmədiyi şeyi başa salın. Dəstə rəisləri, siz gedin.
Deyəsən müavin öz sahəsinin əməkdaşlarına əlavə nəsə deyə-cəkdi. Akiflə Şəfi otaqdan çıxıb
kabinetlərinə tərəf yönəldilər.
Akifin yaşı əllini haqlasa da xeyli cavan görünürdü. İyirmi ildən artıq idi xidmət edirdi. Əvvəllər
müxtəlif vəzifələrdə işləmiş, kalonların birində rəis müavininədək yüksəlmişdir. Sonra, oradakı rəisin günahı
ucbatından, baş verən hadisəyə görə, əsil günahkar arxası möhkəm olduğu üçün kənarda qalmış, onu
müavinlikdən azad edib, bu müəssisəyə dəstə rəisi göndərmişdilər. Onun yaşıdlarından bəziləri polkovnik
olsalar da on ildən çox idi mayordan yuxarını ala bilmirdi.
- Bacıoğlu, darıxırsansa gedək mənim otağıma, - Akif təklif etdi, - sən o, obşak Nuruya çox qoşulma,
qoyar səni də öz gününə...
Akifin Nuru ilə xüsusi zarafatı vardı, daim onu gözümçıxdıya salmaqdan həzz alardı.
- Çox sağ ol, Akif müəllim, işim çoxdu. Darıxsam otağınızı tanıyıram, gələrəm. Qaldı ki, Nuruya,
neynəyək obşakdı da. Obşaka hörmət etmək borcumuzdur.
Akif dodağının altında söylənib ondan ayrıldı:
- Obşak ha, yox bir...
Adboyadək Şəfinin otağına gəlib-gedən məhkumların ardı-arası kəsilmədi. Müxtəlif korpuslardan çoxlu
sayda yerliləri tapılmış-dı. Onların heç biri Şəfini şəxsən tanımasa da, yerli kimi mehribanlıq edirdilər. Gecə
növbəsində qaldığına görə, ona pay - şirniyyat, mey-və, şirələr də gətirmişdilər. Şəfiyə eyni zamanda çoxlu
xahişlər də olmuşdu. İki nəfər borc pul istəmişdi, bir nəfər ünvan verib evlərinə dəyməyi yalvarmışdı, qalanları
isə elə tanış olduqları gün ürəklərin-dən keçənləri dillərinə gətirməyə utanmışdılar.
Əzizin göndərdiyi Malış səliqəli və işlək idi. Oğurluq üstündə məhkum olunan, balaca boyuna və yumşaq
xasiyyətinə görə Malış çağrılan Zahir yaxşı çay dəmləyirdi. Xırda gözlərinin içində hiyləgərlik gizlənən bu
məhkumun davranışı hələlik Şəfini razı salırdı.
Yuxu vaxtına yarım saat qalmış yenə xəbərdaredici zəngin səsi bütün zona yayıldı. Bir qayda olaraq
zəngin ardınca nəzarətçi-lərin harayı eşidildi.
- Adboy, yığışın yerinizə, ləngiməyin, cəld olun.
- Ay bala, ey, - Yusifin səsi idi, - nə yığılıb dayanmısınız, kimi gözləyirsiz, haydı, yatmaq vaxtıdı.
Şəfi qapını bağlayıb adboy prosesində görsənmək üçün həyə-tə çıxdı. Bu onun ilk gecə növbəsi olduğu
üçün, sabah onun etdikləri və etmədikləri ən xırda detallarınacan çözülüb Əliməmmədə çatdı-rılacaqdı.
Klubdan və müxtəlif tərəflərdən korpuslara axışan məhkum-lar tənbəl-tənbəl, ləngər vura-vura öz
baraklarına addımlayırdılar.
- Saat onda qapılar bağlanacaq. Kim geciksə, çöldə qalacaq, sonra şizoya salacağam, - bu Yusifin son
xəbərdarlığı idi.
Dostları ilə paylaş: |