The gabala archaeological expedition



Yüklə 14,3 Mb.
Pdf görüntüsü
səhifə24/119
tarix15.10.2018
ölçüsü14,3 Mb.
#74304
1   ...   20   21   22   23   24   25   26   27   ...   119

88

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

İlyas Babayev, Laçın Mustafayev,

Emil İskəndərov, Natiq Alışov, Rüstəm İsmayılov

 2011-ci ildə Qəbələnin Antik ərazisində aparılmış 

arxeoloji tədqiqatların hesabatı

Ilyas Babayev, Lachin Mustafayev,

Emil Iskandarov, Natig Alishov, Rustam Ismayilov

Report on the archaeological investigations on the Ancient site, 

Gabala in 2011

SEBA



89

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

qazintinin mÜddəti 

2011-ci  ildə  Qəbələ  arxeoloji  ekspedisiyası  mart

ayının 28-dən iyun ayının 30-a qədər qədim Qəbələ

şəhər yerində arxeoloji qazıntıları davam etdirmişdir.



ekspedisiyanin tərkibi

2011-ci  ildə  Antik  Qəbələ  dəstəsi  aşağıdakı

tərkibdə fəaliyyət göstərmişdir:

1.  İlyas Babayev – ekspedisiya rəisi, AMEA-nın

müxbir üzvü, tarix elmləri doktoru, professor

2.  İradə  M.Nəcəfova  –  böyük  elmi  işçi,  t.e.n.  /

SEBA

3.  Emil İskəndərov – kiçik elmi işçi



4.  Natiq Alışov – kiçik elmi işçi

5.  Laçın Mustafayev – aspirant

6.  Rüstəm İsmayılov – aspirant

7.  Azad Zeynalov – elmi işçi

8.  Bədircahan Əmrullah qızı – elmi işçi

9.  Aygün Məmmədova – elmi işçi



maliyyə mənbəyi

2011-ci  ildə,  2005-ci  ildən  başlayaraq  əvvəlki

illərdə  olduğu  kimi,  AMEA-nın  Arxeologiya

və  Etnoqrafiya  İnstitutu  ekspedisiyanın  yalnız

Azərbaycandan olan 8 elmi əməkdaşının ezamiyyə

və çox az miqdarda zəruri avadanlıq alma xərclərini

ödəmişdir.

Ekspedisiyanın  qalan  bütün  xərclərini  SEBA

(Seul-Bakı)

Azərbaycan-Koreya

Mədəniyyət

Mübadiləsi Assosiasiyası ödəmişdir.



çöl-tədqiqat işləri 

və tikinti qaliqlari

Nəzərdə  tutduğumuz  plana  əsasən  biz  III  qa-

zıntı sahəsində qazıntını davam etdirərkən əsasən

alt  təbəqələri  qazmalı,  burada  keçən  qazıntı

mövsümündə  bir  hissəsi  açılan  3-cü  oval  tikin-

tinin  qalıqlarını  (şək.1)  bütünlüklə  aşkar  etmək



excavation period 

The  Gabala  archaeological  expedition  contin-

ued  research  in  ancient  Gabala  city  area  from  28

March-30


 

June 2011.



expedition members 

The following were members of the ancient Ga-

bala expedition:

1.  Ilyas Babayev - Expedition director, correspond-

ing member of ANAS, PhD (History), Professor

2.  Irada  M.  Najafova  -  Senior  research  worker,

PhD / SEBA

3.  Emil Iskandarov - Junior research worker

4.  Natig Alishov - Junior research worker

5.  Lachin Mustafayev - Postgraduate

6.  Rustam Ismayilov - Postgraduate

7.  Azad Zeynalov - Research worker

8.  Badirjahan Amrullah gizi - Research worker

9.  Aygun Mammadova - Research worker



financial support 

From 2005, as in previous years, the Institute of

Archaeology  and  Ethnography  of  the  ANAS  paid

small amounts only to cover the purchase of the nec-

essary equipment and the official travel of the eight

researchers  on  the  expedition  from  Azerbaijan  in

2011. SEBA (Seoul-Baku) Azerbaijan-Korean Cul-

tural  Exchange  Association  assumed  all  the  other

costs of the expedition.

field investiGations and 

construction remains

According to the plan, continuing in excavation

area III, we intended to excavate, in particular, the

bottom layers in order to uncover here completely

the  remains  of  oval  building  III  (Fig.1),  a  part  of

which  was  opened  in  the  last  excavation  season.

2011-ci ildə Qəbələnin Antik ərazisində aparılmış 

arxeoloji tədqiqatların hesabatı

Report on the archaeological investigations on the Ancient site, 

Gabala in 2011

SEBA



90

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

üçün sahəni cənuba doğru və alt təbəqədə böyük

ərzaq anbarının sahəsini açmaq üçün şimala doğru

genişləndirməli idik.

Bundan  başqa,  III  qazıntı  sahəsinin  yaxınlı-

ğında,  ondan  şərqdə  qazıntısına  başladığımız  IV

sahədə də qazıntıların davam etdirilməsi və orada

yerüstü əlamətləri bildirilən üst təbəqəyə aid bö-

yük bina qalıqlarını bütünlüklə aşkar etmək üçün

sahəni  həm  şimala,  həm  də  cənuba  doğru  xey-

li  genişləndirməyi  planlaşdırmışdıq.  III  qazıntı

sahəsində əvvəlki qazıntılar zamanı iki oval plan-

lı  böyük  tikilinin  qalıqları  aşkar  edilib  ölçüləri

müəyyənləşdirilmişdi. Onlardan ən böyüyü şimal-

cənub  istiqamətində  uzanan  oval  planlı  tikinti

idi.  Bu  binanın  üzü  şərq  tərəfə  baxırdı.  Binanın

şərq divarında iki qapı yeri müəyyənləşdirilmişdi.

Binanın  cənub  hissəsində  yerləşən  bu  qapıların

bir  yanında  nəzarətçinin  dayanması  üçün  divar-

da  0,8  x  0,8m  ölçülərində  kəsik  yeri  olduğu  da

müəyyən olunmuşdu. Binanın şərq divarının şimal

hissəsində yerləşən qapısı ilə üzbəüz qərb divarın-

da dağıntı yerinin olduğu güman olunurdu.

2011-ci  ildə  bu  binanın  içərisində  təmizlik

işlərini  davam  etdirməklə  yanaşı,  onun  qərb  di-

varında - dağıntıya məruz qalması güman edilən

hissədə də təmizlik işləri aparıldı və məlum oldu

ki,  burada  divar  dağılmamış,  dağılmış  hesab  et-

diyimiz yerdə də ehtiyat qapısı olmuşdur (şək.2-

4). Bu qapı yerinin ölçüləri də şərq divarında olan

qapıların  ölçülərinə  bərabərdir.  Burada  da  şərq

divarlarındakı  qapı  yerlərində  olduğu  kimi  giri-

şin üstünü yağıntılardan qorumaq üçün örtmüşlər.

Qapı yeri üçün nəzərdə tutulan yerin eni 8 m-dir.

Divar istiqamətində o biri qapı yerlərində olduğu

kimi,  ikisi  şimal,  ikisi  cənub  tərəfdə  olmaqla  4

ağac sütun yeri vardır. Sütunların aşağı hissəsini

yerə  basdıraraq  ətraflarına  tərpənməmək  üçün

çaydaşları  doldurmuşlar.  Qapının  qarşısında  da

oranın  üstünü  örtmək  üçün  həmin  sütunlarla

üzbəüz sütunlar  olmuşdur.  Burada  2  cüt  sütunun

arasında giriş üçün 3 m məsafə vardır. Şərq diva-

rında yerləşən qapı yerlərinin də quruluşu eynilə

We had to enlarge the area towards the south, and to

open the site of the great warehouse we had to en-

large the area towards the north in the bottom layer.

Beside this, in order to proceed with the excavations

in excavation area III and in excavation area IV located

in the east of excavation area III that we had started to

excavate, and to completely detect the remains of the

great building belonging to the upper layer as revealed

by surface indicators, we had also planned to enlarge

the site somewhat towards the north and the south. The

remains of two oval-planned great buildings were de-

tected and their dimensions were identified during the

previous excavations in excavation area III. The big-

gest  of  them  was  an  oval-planned  building  that  was

extended in the north-south direction. The face of this

building points eastward. Two door openings were de-

termined in the east wall of the building. An incision

measuring 0.8 x 0.8 m in the wall was determined to

have been the location of stops controlling the opening

of the doors in one direction. It was assumed that there

was debris in the west wall opposite the door located in

the north part of the building’s east wall.

As well as cleaning up the inside of this building in

2011, cleaning work was also carried out in the section

which was thought to have been exposed to destruc-

tion in the west wall of the building. It became clear

that the wall had not been destroyed and that there was

a reserve door in the place we considered destroyed

(Fig.2-4). The dimensions of this door space are also

equal to the dimensions of the doors in the east wall.

In order to afford protection against rain, the top of the

entrance was covered here as in the door openings of

the east wall. The width of the space occupied by the

door is 8 m. As in other door spaces, there are four

wood column places in the wall, two of them towards

the north side and two towards the south side. Pebbles

were filled around the lower part of the column after

embedding the column in soil to prevent it from mov-

ing. The columns were face to face with columns in the

door space providing top cover. There are two types of

entrance columns 3 meters apart. The structure of the

door openings located in the east wall was the same.

2011-ci ildə Qəbələnin Antik ərazisində aparılmış 

arxeoloji tədqiqatların hesabatı

Report on the archaeological investigations on the Ancient site, 

Gabala in 2011

SEBA



Yüklə 14,3 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə