The gabala archaeological expedition



Yüklə 14,3 Mb.
Pdf görüntüsü
səhifə27/119
tarix15.10.2018
ölçüsü14,3 Mb.
#74304
1   ...   23   24   25   26   27   28   29   30   ...   119

95

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

yuların  dibindən  təmizlənərkən  az  miqdarda  yanıb

kömürləşmiş  darı  dənləri  tapıldı.  Onun  içərisindən

götürülən  nümunə  palinoloji  analiz  zamanı  çox

zəngin  material  vermişdir.  Orada  buğda,  darı,

vələmir  və  digər  dənli  bitkilərin  tozcuqları,  əkin

sahələrində bitən alaq otlarının, boyaqyarpağı, yov-

şan və digər belə otların, meşə bitkilərinin tozcuqları

da aşkar edilmişdir. Palinoloji analiz göstərir ki, bu

quyuda doğrudan da taxıl saxlamışlar. Ağac tozları

isə ola bilsin ki, quyunun ağzını örtmək üçün istifadə

olunan ağac materialına aiddir.

Bu  il  ərzaq  anbarında  bir  təsərrüfat  küpünün

dibindən  də  analiz  üçün  nümunə  göndərilmişdir.

Analiz  çox  zəngin  material  vermişdir.  Bu  küpün

yanında bir oynoxoyya tipli qabın da hissələri tapıl-

mışdır (şək.14). Müəyyən olunmuşdur ki, bu küpdə

uzun  müddət  çaxır  saxlanmış,  sonra  isə  bu  küpdə

taxıl saxlanmışdır. Builki 3 analiz və əvvəlki 3 ana-

liz  2000-2400  il  bundan  əvvəl  Qəbələ  əhalisinin

təsərrüfat həyatı, ərazinin iqlim şəraiti haqqında çox

qiymətli məlumatlar verir.

III qazıntı sahəsindəki qazıntılar bir daha sübut edir

ki, mədəni təbəqənin bütün qatları tikinti qalıqları ilə

zəngindir. 3-cü oval tikintinin altında eni 1 m-ə yaxın

olan, bir-birindən 2,55 m aralı 2 divar 2-ci oval plan-

lı  binanın  cənub  divarının  altına  doğru  uzanır.  Oval

planlı quyular oval planlı binanın divarlarını və bu 2

divarı kəsib. Belə divarlara bütün qazıntı sahəsində rast

gəlinir. Bu tikintilər qazılmayan sahələrə doğru uzanır

və burada şəhərin mövcud olduğu bütün dövrlərdə in-

tensiv həyat olduğunu göstərir.



iv qazinti sahəsi  

Bu  qazıntı  sahəsi  III  qazıntı  sahəsindən  şərqdə

yerləşir.  Hələ  1983-cü  ildə  III  sahədə  qazıntıya

başlayarkən burada da böyük binanın qalıqlarının oldu-

ğu müəyyənləşdirilmişdir. 2009-cu ildə burada qazıntı-

ya başlanılmış və tikinti qalıqları aşkar edilmişdir. Bu

il həmin yerdə qazıntı sahəsi xeyli genişləndirilib. Bu-

rada hələlik qazıntı sahəsi 1500 m

2

-dir. Qazıntı zamanı



yumşaq  əhəng  daşından  yonulmuş  dördbucaqlı  sütu-

ple taken from inside the well yielded very rich mate-

rial in the palynological analysis. Pollens of wheat,

millet,  oats  and  of  other  cereals,  pollens  of  weeds

grown in corn fields, of coloured leaves, wormwood

and other grasses, and pollens of forest plants were

also  detected.  The  palynological  analysis  indicates

that it was grain that was really stored in these wells.

But the tree pollens may belong to the tree material

used for covering the lip of the well.

This  year  a  sample  was  also  sent  for  analysis

from the bottom of a household pitcher in the ware-

house and it yielded very rich material. Also, parts of

an oinochoe-like jug were found beside this pitcher 

(Fig.14). It was determined that wine was first stored

inside this pitcher for a long time and then corn was

stored inside it. Three analyses of this year and three

previous analyses have yielded very valuable infor-

mation about the household life of the Gabala popula-

tion and the climatic conditions of the area 2000-2400

years ago.

The excavations in excavation area III persuade

us that all layers of the cultural stratum are rich in

construction remains. Two walls 2.55 m apart from

each other, with a width of approximately 1 m, un-

der oval building III extend under the south wall of

oval-planned building II. Oval-planned wells dissect

the wall of the oval-planned building and these two

walls. Such walls could be found in all excavation

areas. These buildings extend toward the non-exca-

vated areas and indicate that life was intensive here

in all periods of the city’s existence.



the 4th excavation site 

This excavation area is located in the east of exca-

vation area III. In 1983, when excavation began in ex-

cavation area III, the existence of the remains of great

buildings  was  determined.  In  2009,  excavation  work

was started here in excavation area IV and the remains

of a building were detected. The excavation area there

was enlarged much more this year. It covers 1500 m

2

area at present. The remains of buildings which were



2011-ci ildə Qəbələnin Antik ərazisində aparılmış 

arxeoloji tədqiqatların hesabatı

Report on the archaeological investigations on the Ancient site, 

Gabala in 2011

SEBA



96

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

naltlıqları, çiy kərpiclərlə hörülən binaların qalıqları aş-

kar olunub. Hələlik burada yalnız ən üst təbəqə qazılır

(şək.15). Burada da bir tərəfi oval planlı tikilinin qalıq-

ları aşkar olunur (şək.16). Lakin bu üst təbəqədə olan

binaların  bəzilərinin,  o  cümlədən  ovalın  divarlarının

daş bünövrəsi yoxdur. Onlar bütünlüklə çiy kərpiclərlə

hörülüb. Ancaq onlarla yanaşı, daş bünövrəli tikililər də

olmuşdur. IV qazıntı sahəsində də binaların divarları-

nın davamı qazılmayan sahələrə doğru uzanır. Bu bina

qalıqlarını bütünlüklə izləmək istəsək qazıntı sahəsini

çox genişləndirməliyik.



tapintilar

Hər iki sahədə tapıntılar əsasən Antik dövr üçün

səciyyəvi  olan  müxtəlif  ölçülü  və  formalı  gil  qab-

ların  fraqmentlərindən  ibarətdir.  Bunlar  təsərrüfat

küplərinin, camların, oynoxoyya tipli qabların, üça-

yaq  və  təkayaq  vazaların  ayrı-ayrı  parçalarından

ibarətdir. Qazıntılar zamanı müxtəlif heyvanların, o

cümlədən iri və xırdabuynuzlu heyvanların, dəvə və

donuz sümüklərinə rast gəlinir. Şəhər yerinin ən alt

qatında Erkən Ellinizm dövrü üçün səciyyəvi olan gil

qablara təsadüf olunur. Onların arasında Əhəmənilər

dövrü  qablarını  xatırladan  gil  camların  parçaları-

na  da  rast  gəlinir.  Tapılan  keramika  məmulatının

əksəriyyəti bütün dövr üçün səciyyəvidir.

Builki  tapıntılar  çöl  qeydi  kitabında  1551-1613

nömrələri  ilə  qeyd  olunmuşdur  (şək.17-33).  Bütün

tapıntılar qazıntı sahəsində yuyulub nəzərdən keçi-

rilmiş,  kolleksiyaya  götürüləsi  nümunələr  sahədən

bazaya  qayıdandan  sonra  hər  gün  tapıntıların  çöl

qeydi  kitabına  burada  əvvəlki  tapıntıların  davamı

kimi nömrələr altında qeydə alınmışdır. Bəzi yapış-

dırılası qablar bazada yapışdırılmış və onların foto

şəkilləri çəkilmişdir (şək.34).

Antik şəhər yerində aşkar edilən bina qalıqları-

nın bir çoxu Azərbaycanın başqa yerlərində bu vax-

ta kimi tapılmamışdır. Onları konservasiya edərək,

gələcəkdə  turistlərə  göstərmək  üçün  saxlamaq  çox

constructed using raw bricks with quadrangular bases

and  shaped  from  soft  limestone  were  detected  during

the excavations. Only the top layer is excavated here for

the present (Fig.15). The remains of a one-sided oval-

planned building (Fig.16) is also detected here. But there

are no stone foundations of buildings in this top layer and

no stone foundation of the oval building’s walls. They

were built entirely out of raw bricks. But there were also

stone foundation buildings beside them. The extensions

of the buildings’ walls in excavation area IV extend to-

wards the non-excavated areas. If we want to pursue the

remains of the building completely, we must enlarge the

excavation area much more.



finds

The finds in both areas consist especially of frag-

ments  of  clay  dishes  of  various  shapes  and  sizes

typical of the Ancient Period. These finds consist of

separate parts of household pitchers, basins, oinoch-

oe-shaped jugs, three-footed and single-footed vas-

es. During the excavations, the bones of various ani-

mals, such as big and small horned cattle, the bones

of  camel  and  pig  were  also  detected.  Clay  dishes

typical of the Hellenistic Period were detected in the

ground  layer  of  the  city  area.  Parts  of  clay  basins

resembling  dishes  of  the Achaemenid  Period  were

also detected among them. The majority of ceramics

which were found are typical of all periods. These

two finds were recorded in the field notebook under

numbers 1551-1613 (Fig.17-33). All finds were ex-

amined in the excavation area after being washed.

On return from the area to the archaeological centre,

the  samples  taken  for  collection  were  noted  every

day  in  the  field  notebook  of  finds  under  numbers

which  are  a  continuation  of  the  numbers  given  to

previous finds. Some of the dishes which needed to

be glued dishes were glued in the base and they were

photographed (Fig.34).

Many of the building remains detected in the ancient

urban area have not been found in other places of Azer-

baijan before now. While conserving the building re-

2011-ci ildə Qəbələnin Antik ərazisində aparılmış 

arxeoloji tədqiqatların hesabatı

Report on the archaeological investigations on the Ancient site, 

Gabala in 2011

SEBA



Yüklə 14,3 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə