The gabala archaeological expedition



Yüklə 14,3 Mb.
Pdf görüntüsü
səhifə35/119
tarix15.10.2018
ölçüsü14,3 Mb.
#74304
1   ...   31   32   33   34   35   36   37   38   ...   119

124

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

Qazıntılar  zamanı  Antik  şəhər  yerinin  bütün

təbəqələrindən müxtəlif məişət avadanlığının qalıqla-

rı ilə yanaşı, müxtəlif heyvan sümüklərinə də tez-tez

rast gəlinir. Bu sümüklərin arasında ov heyvanlarının

sümükləri azlıq təşkil edir. Sümüklərin əksəriyyəti ev

heyvanlarına  (donuz,  iri  və  xırdabuynuzlu  mal-qara,

dəvə, at və s.) aiddir.

Antik şəhər yerində 2012-ci ildə aparılan qazıntılar

zamanı aşkar edilib götürülən tapıntılar ekspedisiyanın

Antik Qəbələ dəstəsinin çöl qeydi kitabında 1614-1674,

1690 nömrələri altında qeydə alınaraq təsvir olunmuş-

dur. Bu tapıntıların böyük əksəriyyəti müxtəlif ölçülü

və formalı gil qabların ayrı-ayrı hissələrindən ibarətdir.

Tapıntıların şəkilləri hesabatda əlavə olunan 19-23

nömrəli şəkillərdə verilmişdir.

Antik dövrə aid mədəni təbəqənin alt qatında aşkar

edilən gil qabların bəziləri e.ə. V-IV əsrlərdə Əhəməni

dövrü  üçün  səciyyəvi  olan  gil  qabları  çox  xatırladır.

Onların arasında çiyin hissəsi çıxıntılı, ağzının kənarı

bir  qədər  xaricə  əyilən  camların  hissələrinə  də  rast

gəlinir (şək.21, № 1636).

Bu təbəqədə yumşaq əhəng daşından diametri 4-4,4

sm, ortasında bir dəliyi olan və bir qədər konusvari for-

malı olan 2 ədəd düymə də vardır. Onların birinin bir

hissəsi qalmışdır, digəri isə bütövdür. Bu düymələrin

üstündə - orta hissəsində nöqtə kimi batıq olan kiçik

cızma  çevrə  formalı  naxışlar  vardır  (şək.21,  №1638,

№1639).

Antik dövrün ilk mərhələləri üçün səciyyəvi olan



enli ağızlı gil qabların ağzınm kənarları (şək.19, №1614,

№1620,  №1641),  təsərrüfat  küpünün  ağzının  kənarı

(şək.19, №1648), vazaların hissələri (şək.19, №1624,

№1627,  №1634;  şək.20,  №1615,  №1621,  №1633;

şək.22, №1640, №1652, №1690), açıq-qırmızı rəngli

matra  (flyaqa)  (şək.23,  №1644),  oynoxoyya  forma-

lı qabların hissələri (şək.19, №1646; şək.20, №1637,

№1643; şək.21, №1655, №1673, şək.23, №1654), enli

ağızlı, enli qulplu qabların hissələri (şək.20, №1642;

şək.21, №1619) vardır. Belə qabların bir çoxu Son An-

tik dövrə qədər hazırlanıb istifadə olunmuşdur.

Oval-planned  household  wells,  big  rectangular

stones used as a column base, tree stumps hammered

into the ground and used as supports are found in the

section under the kilns (Fig.9c, 9d, 10a, 10b).

Besides the remains of various household artifacts,

various animal bones were also found during excava-

tions in all strata of the ancient city area. There are not

so many bones of hunted animals among these bones.

The majority of the bones belong to domestic animals

(pigs, big and little horned cattle, camels, horses, and

so forth).

The finds which were taken from the ancient city

area during the excavation in 2012 were described in

the field notebook under the numbers 1614-1674, 1690.

The  majority  of  these  finds  consist  of  separate  frag-

ments of clay dishes of different sizes and forms.

The photos of the finds are described in Appendices

19-23 which are attached to the report.

Some clay dishes found in the lower section of the

cultural stratum belonging to the Ancient Period resem-

ble clay dishes which are very typical of the Achaeme-

nid Period. Fragments of basins with the shoulder area

projecting and the lip contour bending slightly outwards

were also found among them (Fig.21, No. 1636). Two

slightly conical-shaped buttons with a hole in their mid-

dle  were  also  found. These  buttons  are  made  of  soft

limestone and are 4-4.4 cm in diametre. Only part of

one  of  them  remained  while  the  other  one  is  whole.

There  are  patterns  over  these  buttons  -  carved  in  the

form of a small circle with an indent in the middle of it

(Fig.21, No. 1638, No.1639).

The  rims  of  wide-lipped  clay  dishes  (Fig.19,

No.1620,  No.1641,  No.1614),  the  lip  contours  of  a

household  pitcher  (Fig.19,  No.1648),  fragments  of

vases  (Fig.19,  No.1624,  No.1627,  No.1634;  Fig.20,

No.1621,  No.1615,  No.1633;  Fig.22,  No.1690,

No.1652, No.1640), a light red-coloured flask (Fig.23,

No.1644),  fragments  of  oinochoe-like  dishes  (Fig.19,

No.1646;  Fig.20,  No.1637,  1643;  Fig.21,  No.1655,

No.1673, Fig.23, No.1654,), fragments of wide-lipped

and  wide-handled  dishes  (Fig.20,  No.1642;  Fig.21,

No.1619) were found. Most such dishes were made and

used until the Ancient Period.

2012-ci ildə Qəbələnin Antik ərazisində aparılmış 

arxeoloji tədqiqatların hesabatı

Report on the archaeological investigations on the Ancient site

Gabala in 2012

SEBA



125

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

iv qazinti sahəsi

2012-ci  ildə  IV  qazıntı  sahəsində  az  iş  görül-

müşdür. Bu sahə III qazıntı sahəsindən 20 m şərqdə

yerləşir. Oradakı qazıntının ümumi sahəsi 1500 m

2

-

dir. Çox güman ki, IV qazıntı sahəsinin də alt təbəqəsi



Son Tunc və İlk Dəmir dövrünə aiddir. Oranın hələ

üst təbəqəsində əvvəlki illərdə həmin dövrə aid daş

toxa tapılmışdır. Ona görə də orada Antik dövrə aid

təbəqələrlə yanaşı, alt təbəqənin öyrənilməsi də bö-

yük maraq doğurur. Orada ən üst təbəqədə eramızın

I əsri üçün səciyyəvi olan bir bişmiş kərpic parçası

da tapılmışdır. Bu kərpicin eni 21 sm, qalınlığı 6 sm-

dir. Çox yüksək keyfiyyətdə bişirilmişdir. Eramızın

I əsrinin ortalarında belə kərpiclərlə tikilən bina qa-

lıqları keçən əsrin 80-ci illərində Antik şəhər yerinin

II  qazıntı  sahəsində  öyrənilmişdir.  Hələlik  bu  bina

Azərbaycan  ərazisində  aşkar  edilən  ən  qədim  tiki-

lidir.

Antik şəhər yerində qazıntılar aparılarkən İnstitu-



tumuzun direktoru Maisə xanım Rəhimova (şək.13a,

13b), Koreya arxeoloqları (şək.14a, 14b, 14c, 14d)

sahəyə gələrək qazıntılarımızla tanış olmuşlar.

səlbir ərazisində dÜzbucaqli 

quyunun təmizlənməsi

2012-ci  ildə  bizim  dəstəmiz  Qəbələnin  Səlbir

sahəsində  bir  quyunun  təmizlənməsi  ilə  məşğul  ol-

muşdur. Hələ Qəbələ arxeoloji ekspedisiyası yaradılan

1959-cu  ildə  Saleh  Qazıyevin  rəhbərliyi  İlyas  Baba-

yevin  iştirakı  ilə  Səlbirdə  qazıntılara  başlayarkən  bu

şəhər yerinin Covurlu çayının yuyub yarğan yaratdığı

şərq kənarında qazıntı apararkən orada başqa quyular-

la yanaşı, düzbucaqlı planlı (140x142 sm) quyu da üzə

çıxmışdı.

Orada qalan bütün quyular dairəvi idi. Bu quyu isə

kvadrat planlı olması ilə yanaşı, qazılandan az sonra

yenidən  içərisindən  çıxarılan  torpaqla  doldurulmuş-

du. Onun içərisi qazılandan az sonra çıxarılan torpaq-

la  doldurulduğu  üçün  töküntünün  tərkibində  maddi-

mədəniyyət qalıqlarına, çürüntüyə rast gəlinmirdi.



the 4th excavation site 

Little  work  was  done  in  excavation  area  IV  in

2012. This  area  is  located  20  m  east  of  excavation

area III. The total area of the excavations carried out

there is 1500 sq.m. It is likely that the lower stratum of

excavation area IV belongs to the Late Bronze and the

Early Iron Age. A stone hoe was found in the top layer

of excavation area IV belonging to the same period

as  previous  years. Therefore, the exploration of  the

lower stratum there arouses great interest besides stra-

ta belonging to the Ancient Period. A piece of baked

brick typical of the first century AD was also found in

the top layer. It is 21 cm wide and 6 cm thick. It was

fired to a very high quality. The remains of buildings

constructed of such bricks in the mid first century AD

were uncovered in the 1980s in excavation area II of

the ancient city area. This is the most ancient building

detected on the territory of Azerbaijan thus far.

The  director  of  our  institute,  Mrs.  Maisa  Rahi-

mova  (Fig.13a,  13b),  and  Korean  archaeologists

(Fig.14a, 14b, 14c, 14d) came to the excavation site

and inspected our excavations during the excavation

work in the ancient city area.

cleaninG of the rectanGular 

Well on the selbir site 

In 2012, our team planned to clean the well in Selbir

area  of  Gabala.  In  1959,  the  foundation  date  of  Ga-

bala  archaeological  expedition,  when  the  excavation

in Selbir began with the participation of Ilyas Babayev

and under the leadership of Saleh Gaziyev, a rectangu-

lar- planned well (140×142 cm) was detected beside an-

other to the east outside the city area in a ravine washed

by Jovurlu River.

All the other wells there were circular but this well

was square-planned and, besides this, shortly after be-

ing dug, it had been filled in with the soil which had

been removed from it. The remains of material culture

or humus were not encountered in the well because it

had been filled in shortly afterwards with the soil which

had been removed from it.

2012-ci ildə Qəbələnin Antik ərazisində aparılmış 

arxeoloji tədqiqatların hesabatı

Report on the archaeological investigations on the Ancient site, 

Gabala in 2012

SEBA



Yüklə 14,3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə