The gabala archaeological expedition



Yüklə 14,3 Mb.
Pdf görüntüsü
səhifə34/119
tarix15.10.2018
ölçüsü14,3 Mb.
#74304
1   ...   30   31   32   33   34   35   36   37   ...   119

122

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

Gürcüstan  arxeoloqları  ilə  birlikdə  beynəlxalq

ekspedisiyasının  Əhəmənilər  dövrü  saraylarının

qazıntıları zamanı tapılır.

Belə tapıntılar göstərir ki, Antik dövrdə Qəbələ

şəhəri  yarananda  orada  Son  Tunc  və  İlk  Dəmir

dövründə əmələ gələn kiçik yaşayış yerində həyat

davam edirdi. Burada şəhərsalmadan əvvəlki ya-

şayış yerinin sahəsi də şəhərin ərazisinə daxil ol-

muşdur.


dulusçuluq emalatxanasi

III  qazıntı  sahəsində  üst  təbəqədə  aşkar  edilən

1-ci oval planlı tikintinin orta hissəsində 2011-ci ildə

alt  təbəqələrin  stratiqrafıyasını  müəyyən  etmək  üçün

oval tikintinin divar hissələrini və digər bəzi qazıntı-

larını  saxlamaqla  10x10  m  ölçülərində  kiçik  sahədə

alt təbəqələrin qazıntısına başlamışdıq. O zaman oval

tikintinin  döşəməsindən  altdakı  təbəqələrdə  gil  qab

bişirilən  kürələrin  qalıqları  aşkar  edilmişdir.  Burada

kürədə  təkayaq  qara  rəngli  vazalar  bişirmişlər.  Xey-

li  miqdarda  vazalar  kürədə  qalmışdır.  Onların  çoxu

əzilsə də aralarında salamat qalanları da vardır. O za-

man məlum oldu ki, burada qab bişirmək üzrə böyük

emalatxana  yerləşir.  Emalatxananın  qalıqları  qazılan

sahədən  şimal  və  şərq  tərəfə  uzanır.  Bu  emalatxana

Ellinizm dövrünə aiddir. Buradakı kürələrin üstünü ta-

mam açmaq üçün qazıntı sahəsini xeyli genişləndirmək

lazımdır.  Lakin  buradakı  qazıntı  sahəsini  şərq  tərəfə

çox  genişləndirmək  mümkün  deyil.  Bu  halda  qazın-

tı  sahəsindəki  ən  böyük  oval  tikintinin  şərq  divarını

dağıtmaq  lazım  gələr.  Ona  görə  də  qazıntı  sahəsini

şərq istiqamətinə ancaq oval tikintinin divarına qədər

genişləndirmək mümkündür. Bu səbəblərə görə keçən

qazıntı  mövsümündə  qazıntı  apardığımız  100  m

2

 

sahəni genişləndirərək 175 m



2

-ə çatdırdıq. Məlum oldu

ki, burada saxsı qab bişirmə kürələrinin qalıqları yenə

də bütünlüklə qazıntı sahəsinə düşmür. Bütün sahədə

kürələrin yalnız odluq hissələrinin odun təsirindən ya-

nıb şlaklaşmış döşəmələri qalmışdır (şək.7, 9a, 9b, 9c,

detected in Gabala city area. Dish fragments typical of

the mid first millenium were also encountered in this

stratum. These kinds of dishes were found during the

excavation of a palace of the Achaemenid period near

Garajamirli  village  by  archaeologists  of  Azerbaijan,

Germany and Georgia. Such finds show that life was

continuing in the small settlement which arose in the

Late Bronze Age and Early Iron Age when Gabala city

was  established.  The  area  of  the  previous  settlement

was also incorporated into the city area before the city

had been established here.

pottery

In 2011, we started excavating a small area of lower

strata in squares of 10×10 m within the remaining wall

parts, as well as excavating in the middle part of oval-

planned building I which was detected in the top layer

of excavation area III. At that time, the remains of clay

dish-making kilns were detected in the layers located

under the floor of oval building I. Single-footed black-

coloured vases were manufactured here. There was a

great number of vases remaining in the kiln. The major-

ity of them are collapsed although there are also undam-

aged vases among them. The location of a great dish-

making workshop here was determined at that time. The

remains of the workshop extend to the north and the

east from the excavated area. This workshop belongs

to the Hellenistic Period. It is necessary to enlarge the

excavation area much more in order to open the roofs

of the kilns completely. But it is impossible to enlarge

the excavation area here much further eastwards with-

out destroying the east wall of the biggest oval building

located in the excavation area. Therefore, it is possible

to enlarge the excavation area eastwards only up to the

wall of the oval building. For these reasons, we enlarged

the excavation area by 100 sq.m and reached a total area

of 175 sq.m in the previous excavation season. It was

known that there were no remains of faience dish-mak-

ing ovens in the excavation area. All that remained was

floor slack, left by the fire in the furnace parts of the kilns

(Fig.7, 9a, 9b, 9c, 9d, 10a, 10b, 12). Black-coloured and

2012-ci ildə Qəbələnin Antik ərazisində aparılmış 

arxeoloji tədqiqatların hesabatı

Report on the archaeological investigations on the Ancient site, 

Gabala in 2012

SEBA



123

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

9d, 10a, 10b, 12).

Qazıntılar göstərdi ki, bu sahədə də bir neçə tikin-

ti qatı olmuşdur. Kürə qalıqlarının altında daha qədim

dövrə aid təbəqə, onlardan üstdə divarları çiy kərpiclərlə

tikilən bina, daha sonra isə böyük oval tikinti yerləşir.

Oval tikintinin altında yerləşən təbəqədəki quyular

kürələrin  döşəməsini  kəsmişdir.  Beləliklə,  qazıntının

bu sahəsində də dörd tikinti təbəqəsi yaxşı izlənilir. Bu

əlamətlər də şəhərdə çox intensiv tikinti işlərinin apa-

rıldığını göstərir.

İndiyə  kimi  təkcə  Qəbələdə  deyil,  Azərbaycanın

digər bölgələrində də Ellinizm dövrünə aid belə gil qab

bişirmə kürələri məlum olmadığına görə bu kürələrin

qalıqlarını  tam  öyrənmək  yaxşı  olardı.  Vaxtilə Antik

dövrə aid kürələr Mingəçevirdən məlum idi. Lakin on-

lar biz açdığımız kürələrdən fərqlidir. Görünür, onların

dövrləri də müxtəlifdir.

Qəbələnin  Antik  şəhər  yerində  bu  kürələri  daha

ətraflı öyrənmək üçün qazıntı sahəsinin şimal və cənub

istiqamətlərində bir qədər də genişləndirilməsi nəzərdə

tutulmuşdur.  Lakin  şərq  tərəfə  doğru  genişləndirilsə,

çox maraqlı tikinti olan 1-ci oval planlı binanın divarla-

rını dağıtmaq lazım gələr.

Yuxarıda  qeyd  olunduğu  kimi,  kürələrin  birinin

döşəməsində 15-20 sm qalınlığında qara rəngli təkayaq

vazalar  qalmışdır.  Bu  göstərir  ki,  qablar  hələ  kürədə

olarkən kürə hansı səbəbdənsə dağılmış, qablar kürənin

yuxarı bişirmə kamerasından od yandırılan aşağı ka-

meranın döşəməsi üstünə tökülmüşdür. Bundan sonra

bu  sahədə  gil  qab  bişirilən  emalatxananın  fəaliyyəti

dayandırılmış,  həmin  yerdə  başqa  binalar  tikilmişdir.

Qazıntının  stratiqrafiyasına  görə  qab  bişirilmə  ema-

latxanası e.ə. III-II əsrlərə aid edilir.

Bu  sahədə  1-ci  oval  planlı  binanın  altında,

kürələrdən  üstdə  divarları  çiy  kərpiclə  (43x43  sm)

hörülən  bina  olmuşdur.  Bu  dövrdə  qazılan  quyular

kürələrin döşəməsini kəsmişdir.

Kürələrdən  altdakı  təbəqədə  oval  planlı

təsərrüfat quyuları, tək-tək düzbucaqlı formada yo-

nulan,  sütunaltlığı  kimi  istifadə  olunduğu  güman

edilən iriölçülü puç daşlar, bir qədər yerə basdırı-

lan  dayaq-sütün  kimi  istifadə  olunan  ağac  yerləri

izlənilir (şək.9c, 9d, 10a, 10b).

red-coloured clay dishes were not fired together in these

ovens as red-coloured clay dishes required more time

and a higher temperature to make.

The excavations indicated that there were also some

construction strata in this area. A section belonging to a

more ancient period is located under the remains of the

kilns, a building with walls built of raw bricks is located

over them and then the great oval building is located

over that building.

Pits in the stratum located under the oval building in-

tersected the floors of the ovens. Thus, four construction

strata are well detected also in this area of the excava-

tion. These traces show that very intensive construction

work was carried out in the city.

It would be better to explore the remains of the kilns

completely because such clay dish-making ovens be-

longing to the Hellenistic Period are unknown not only

in Gabala but also in any other region of Azerbaijan.

Kilns belonging to the Ancient Period were once known

in  Mingachevir  but  they  are  different  from  the  kilns

which we opened. It seems that they also date from a

different period.

A  slight  enlargement  of  the  excavation  area  was

conserved in the north and the south direction in order

to explore these kilns more comprehensively. But if the

excavation area is enlarged eastwards, it will be neces-

sary to destroy the walls of the 1st oval-planned build-

ing - such an interesting building.

As mentioned above, the remains of black-coloured

single-footed vases 15-20 cm thick were found on one

of the kiln floors. This indicates that the oven was de-

stroyed for some reason while the dishes were inside

it and that the dishes fell from the upper cooking shelf

of  the  kiln  onto  the  floor  of  the  charred  lower  shelf.

After this event, the activities of the clay dish-making

workshop stopped in this area and another building was

erected in the same area. According to the stratigraphy

of the excavation, the dish-making workshop belongs to

the 3rd-2nd centuries BC.

A building whose walls were constructed of raw

bricks (43×43 cm) was erected on top of the kilns under

oval-planned building I. The pits dug in the period of

this building intersected the floors of the kilns.

2012-ci ildə Qəbələnin Antik ərazisində aparılmış 

arxeoloji tədqiqatların hesabatı

Report on the archaeological investigations on the Ancient site, 

Gabala in 2012

SEBA



Yüklə 14,3 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə