95
V.A.Muradov
THE POPULATION OF ORDUBAD CITY IN
THE 18
TH
AND EARLY 20
TH
CENTURIES
V,A.Muradov
Summary
Population growth rate was very slow in the 18
th
and early 20
th
centuries in
Ordubad city that developed into the secondary cities of Azerbaijan during the 16th-17
th
centuries. Its location far from large commercial and industrial centers, as well as
highways and railways prevented the development of economic infrastructure and
population growth in the city. A significant part of Ordubad people who could not make
living in the city were forced to leave for foreign countries and big cities of the Russian
Empire to find a job.
НАСЕЛЕНИЕ ГОРОДА ОРДУБАД В XVIII-НАЧАЛЕ XX ВВ
В.A.Мурадов
РЕЗЮМЕ
В XVI-XVII вв. развитый город Ордубад вошел в ряд средних городов
Азербайджана. В XVIII - начале XX вв. рост населения в этом городе шел
медленно. Город находился на далеком расстоянии от больших торговых и
промышленных центров, а также магистральных и железных дорог. А это
препятствовало развитию экономической инфраструктуры и росту населения.
Ордубадцы, которые не могли найти работу в родном городе, вынуждены были
искать ее за пределами страны и в крупных городах Российской империи.
96
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2016 - № 45
ORDUBAD ŞƏHƏRİNİN SON ORTA ƏSRLƏR DÖVRÜ TARİXİNDƏN
V.A.Muradov
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti,
AMEA Naxçıvan Bölməsi
Azərbaycan, Naxçıvan MR, Naxçıvan ş., H.Əliyev pr., 76
e-mail: vidadimuradov@gmail.com
Açar sözlər: Ordubad şəhəri, mənbə, ordu,
müfəssəl dəftər, məhəllə, əhali
Keywords: Ordubad city, source, army, detailed book, block, population
Ключевые слова: город Ордубад, источник, армия, подробное описание, квартал, население
Ordubad şəhəri Naxçıvan diyarının öz tarixi görkəmini, demək olar ki, dəyişməz
halda müasir dövrümüzədək çatdırmış qədim şəhərlərindən biridir. Əlverişli təbii-
coğrafi və iqlim şəraiti, su ehtiyatlarının bolluğu Ordubad şəhərinin yaranmasında
mühüm rol oynamış amillər sırasındadır. Şəhərin yerləşdiyi təbii iqlim şəraiti hələ
qədim dövrlərdən burada yaşayan insanların təsərrüfat fəaliyyətinin istiqamətlərinin
müəyyənləşdirilməsində mühüm rol oynamışdır.
Ordubad şəhərinin yerləşdiyi ərazinin arxeoloji cəhətdən
zəif öyrənilməsi onun
meydana gəlməsi tarixini dəqiq müəyyənləşdirməyə imkan vermir. Təəssüf ki, yazılı
mənbələrdə də şəhərin əsasının qoyulma vaxtı haqqında konkret olaraq heç bir
məlumata təsadüf olunmur. Bununla belə, Ordubad şəhərinin yerləşdiyi ərazi çox qədim
zamanlardan insanların yaşayış yerinə çevrilmişdi. Arxeoloji qazıntılar nəticəsində
sübut olunmuşdur ki, e.ə. III-I minilliklərdə bu ərazilərdə oturaq həyat tərzi keçirmiş
əkinçi-maldar tayfalar yaşamışlar[4,s.56-57]. Ordubad şəhərinin yaxınlığında yerləşən
Xaraba-Gilan ərazisində aparılmış arxeoloji qazıntılar
isə burada antik dövrdən XIV
əsrə qədər mövcud olmuş kifayət qədər böyük bir şəhərin mövcud olduğunu sübuta
yetirmişdir[8,s.9;11,s.8].
Ordubad şəhərinin adına ilk dəfə VIII əsrdə yaşamış Sebeosun əsərində rast
gəlinir. Bu dövrdə ərəb ordusunun Cənubi Qafqaza hücumundan bəhs edən müəllif
yazır ki, işğalçı ərəb ordusu Ordubaddan keçərək Ararat vilayətinə getdi [9,s.120].
Sonrakı dövrlərdə, Naxçıvan diyarının digər yaşayış məntəqələri kimi, Ordubad şəhəri
də hakimiyyəti Azərbaycanda bərqərar olmuş dövlətlərin - Ərəb xilafətinin, Sacilər və
Salarilər dövlətlərinin, Səlcuq imperiyasının, Azərbaycan Atabəyləri, Hülakülər,
Cəlairlər,
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibində olmuşdur.
Təəssüf ki, bu dövrə aid mənbələrdə Ordubad şəhərinin adına nadir hallarda rast gəlmək
mümkündür. Yalnız Həmdullah Qəzvininin əsərində XIII əsrin sonu-XIV əsrin
əvvəllərində Azərbaycanda mövcud olmuş kiçik şəhərlərin sırasında Ordubad şəhərinin
də adı çəkilir[6,s.80]. Çox güman ki, Ordubad XVI əsrdə, Naxçıvan diyarının Culfa,
Əylis, Qarabağlar və Azad şəhərləri kimi, kiçik şəhər və yaxud böyük qəsəbə statusuna
malik idi. Bunu Səfəvi şahlarından I Təhmasibin (1524-1576) və Məhəmməd
Xudabəndənin (1578-1587) müxtəlif illərdə verdikləri fərmanlarda Ordubadda darğa
vəzifəsinin olması haqqında olan faktiki material da təsdiq edir[12,sən.12,14,22].
Məlumdur ki, darğalar ancaq şəhərlərdə və yaxud
böyük qəsəbələrdə vergilərin
toplanması işinə nəzarət edirdi.
Bir şəhər kimi Ordubadın adına XVII əsrdə baş vermiş siyasi hadisələrlə əlaqədar
daha tez-tez təsadüf olunur. Məlumdur ki, həmin əsrin əvvəllərində Naxçıvan diyarı
Səfəvi və Osmanlı ordularının döyüş meydanına çevrilmişdi. 1603-cü ilə qədər Osmanlı
işğalı altında olan şəhər ciddi dağıntılara məruz qalmış, əhalisi qılıncdan keçirilmişdi.
97
V.A.Muradov
Elə həmin il Səfəvi ordusunun yaxınlaşması xəbərini eşidən ordubadlılar üsyan
qaldıraraq şəhərin böyük hissəsini osmanlı əsgərlərindən təmizləmiş, Şah Abbasın
ordusunu bayram təntənəsi ilə qarşılamışdılar. Bir neçə gündən sonra şəhər qalası da
işğalçılardan azad edilmişdi. Lakin şəhər əhalisinin uzun sürən bayram şənlikləri
nəticəsində sayıqlığını itirməsindən istifadə edən İrəvan hakimi Şərif paşa Ordubada
ordu göndərib onu yenidən ələ keçirdi və əsaslı şəkildə dağıtdı[13,s.66-67]. Bununla
belə, osmanlı ordusunun Ordubad şəhərindəki ağalığı uzun sürmədi.
Osmanlı işğalı dövründə şəhərə vurulmuş ciddi ziyan, habelə ordubadlıların
şəhərin azad edilməsi uğrunda fəal mübarizə aparması son nəticədə şəhərin gələcək
inkişafı üçün müsbət şərait yaratdı. Mənşə etibarı ilə Ordubaddan olan Şah Abbasın
vəziri Hatəm bəy Ordubadi onun qarşısında şəhərin bütün vergi və mükəlləfiyyətlərdən
azad edilməsi haqqında məsələ qaldırdı və tezliklə buna nail oldu[2,s.206].
Ümumiyyətlə, Ordubad şəhərinin XVII əsrin əvvəllərindən başlamış yüksəlişində
Hatəm bəy Ordubadinin böyük rolu olmuşdur. Nəsrəddin
Tusinin nəslindən olan
görkəmli dövlət və mədəniyyət xadimi Hatəm bəy Ordubadi özünün dövlətdə yüksək
vəzifə tutmasından istifadə edərək doğma şəhərinin tərəqqisi üçün çox böyük işlər
görmüşdü. Görünür, onun göstərdiyi himayədarlığın nəticəsi idi ki, I Şah Abbasın
böyük qətiyyət və qəddarlıqla həyata keçirdiyi “yandırılmış torpaq” taktikasının və
“böyük sürgün” siyasətinin ağır nəticələri Naxçıvan diyarının digər şəhərlərindən fərqli
olaraq, Ordubad şəhərindən yan keçmişdi. Hər halda mənbələrdə və tarixi ədəbiyyatda
bu haqda məlumata təsadüf olunmur.
Hatəm bəy Ordubadinin Ordubadı himayə etməsi onun yalnız vergi və
mükəlləfiyyətlərdən azad edilməsi ilə bitmədi. 1606-cı ildə Şah Abbasın Ordubadı
ziyarət etməsi də, görünür, Hatəm bəyin göstərdiyi canfəşanlığın nəticəsi
olmuşdu[13,s.169]. Məhz bu hadisədən sonra Səfəvi şahı Ordubadı soyurqal hüququ ilə
Hatəm bəyə bağışlamışdı. Sonuncunun səyi nəticəsində şəhərdə xeyli abadlıq
işləri
aparılmış, çoxlu sayda ictimai binalar tikilmişdi. Heç də təsadüfi deyil ki, XVII əsrin
30-cu illərində Azərbaycanda olmuş alman səyyahı A.Oleari Ordubadı Naxçıvan
diyarının tərəqqi edən şəhərlərindən biri kimi xarakterizə edir[10,s.700].
Ordubad şəhəri XVII əsrin ikinci yarısında da öz inkişafını davam etdirərək
Azərbaycanın əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdi. Bu dövrdə şəhərin
böyüdüyünü sübut edən bir fakt kimi orada olan qazı vəzifəsinin şeyxülislam vəzifəsi ilə
əvəz olunmasını göstərmək olar[7,s.122-123]. Onu da göstərmək lazımdır ki, yüksək
rütbəli din xadimi hesab edilən şeyxülislam, əksər hallarda daha əhəmiyyətli və inkişaf
etmiş şəhərlərə təyin edilirdi. Bu dövrdə şəhər həm də Azərbaycanın mühüm ticarət
mərkəzlərindən birinə çevrilmişdi. Əylisli Zəkəriyyənin
verdiyi məlumata görə,
OrdubadXVII əsrin ikinci yarısında Təbriz, Şamaxı və digər şəhərlərlə sıx ticarət
əlaqələri saxlayırdı[7.,s122-123].
XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Naxçıvan şəhərində əhalinin sayı
azalmaqda davam etdiyi halda, Ordubadda biz bunun əksini görürük. 1727-ci ildə tərtib
edilmiş “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə bu fikri təsdiq edən konkret faktiki
materiala rast gəlmək mümkündür. Onu da göstərmək lazımdır ki, göstərilən dəftərdə
Ordubad şəhər kimi yox, qəsəbə kimi qeydə alınmışdır[3,s.125]. Göstərilən “Müfəssəl
dəftər”lə bağlı bir məsələni diqqətə çatdırmaq vacibdir. Belə ki, dəftərin 2001-ci il
nəşrinə ön söz yazmış müəllif burada həm də 1590-cı ildə osmanlı vergi məmurları
tərəfindən tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndən həm Naxçıvan, həm
də Ordubad şəhərləri ilə əlaqədar əldə etdiyi faktiki material da vermişdir[3,s.9-10]. Bu
isə tədqiqatçıya Ordubad şəhərinin XVI əsrin sonundakı vəziyyəti ilə XVIII əsrin 20-ci
illərindəki vəziyyətini müqayisə edib müəyyən nəticələr çıxarmağa imkan verir. Bu
müqayisədən əldə edilən əsas nəticə isə ondan ibarətdir ki, əvvəlki əzəmətini və