|
Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I
Sidik ifrazının azalması necə adlanır ?dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf96.
Sidik ifrazının azalması necə adlanır ?
A) Nikturiya
B) Poliuriya
C) Anuriya
D) Opsouriya
E) Oliquriya
Sutkalıq sidik miqdarının 500ml-dən az olması oliquriya, 2l və daha cox olması
poliuriya, hec olmaması anuriya, gecikmiş sidiyin xaric olması opsouriya, gecə
sidiyin çox ifraz edilməsi isə nikturiya adlanır.
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq .Səh.223 “Təhsil”Bakı1998
97. Xəstəlik tarixçəsində olan temperatur vərəqində aşağıda göstərilənlərdən
hansıları qeyd olunmalıdır?
A) Arterial təzyiq
B) Xəstənin hərarətinin dəyişməsi
C) Nəbz və tənəffüsün sayı
D) Hamısı
E) Diurezin miqdarı
Xəstəlik tarixçəsi tibb bacısının postunda saxlanılır, onu xəstəyə vermək olmaz. Tibb
bacısı xəstənin hərarətinin dəyişməsini, nəbz və tənəffüsün sayını, arterial təzyiqi,
diurezin miqdarını qrafik şəkildə xəstəlik tarixçəsində olan temperatur vərəqində
qeyd edir.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 52 . “ Təhsil, ”Bakı
1998.
98. Rektal süni qidalanma nə vaxt əks-göstəriş sayılır ?
A) Mədə əməliyyatından sonra
B) Orqanizm çox su itirdikdə
C) Qida borusunun tam keçməməzliyində
D) Massiv yanıqlar zamanı
E) Anusda çatlar olduqda
29
Orqanizmin mayeyə və xörək duzuna olan tələbatını ödəmək üçün qida maddələrinin
düz bağırsaqdan yeridilməsi rektal süni qidalanma adlanır. Düz bağırsağın
sfinkterini qıcıqlandırmamaq və anusda çatlar əmələ gəlməməsi üçün rektal
qidalanmanı tez-tez aparmaq tövsiyə edilmir. Anusda çatlar olduqda isə qanaxma
təhlükəsi olduğuna görə rektal qidalanma aparmaq əks-göstərişdir. Ədəbiyyat: N.R
Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.130 “ Çıraq ” 2008.
Dostları ilə paylaş: |
|
|