zərərsizləşdirmək və ya məhv etmək hüququ vardır.
Bu halda, ümumi qəza istisna
olmaqla, yükgöndərənə vurulan zərərin əvəzi ödənilmir və daşıyıcı yükün faktik daşınma
məsafəsinə mütənasib olan məbləğdə fraxt almaq hüququnu özündə saxlayır.
Maddə 118. Gəminin təyinat limanına daxil olmasına maneələr
118.1. Müvafiq hakimiyyət orqanlarının qadağanı nəticəsində, təbiət hadisələrinə və ya
daşıyıcıdan asılı olmayan digər səbəblərə görə gəmi təyinat limanına daxil ola
bilmədikdə, daşıyıcı bu barədə yükgöndərənə və ya fraxtedənə, yaxud yükə dair
sərəncam verməyə səlahiyyəti olan şəxsə, əgər belə şəxs daşıyıcıya məlumdursa, dərhal
məlumat verməlidir.
118.2. Yükün daşınması üçün gəmi bütövlükdə verildikdə və daşıyıcının
bildirişi
göndərildikdən sonra ağlabatan müddət ərzində yükgöndərənin və ya fraxtedənin, yaxud
yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin yüklə nə etmək barədə sərəncamı
daxil olmazsa, gəmi kapitanı öz mülahizəsinə əsasən yükgöndərən və ya fraxtedən, yaxud
yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxs üçün daha sərfəli hesab edilməsindən
asılı olaraq yükü ya yaxın limanların birində boşaltmaq, yaxud yükü yola salındığı limana
qaytarmaq hüququna malikdir.
118.3. Yükün daşınması üçün
gəmi bütövlükdə verilmədikdə, gəmi kapitanı təyinat
limanına çatdırıla bilməyəcək yükü yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair
sərəncam verməyə səlahiyyəti olan şəxsin sərəncamına müvafiq olaraq başqa limanda
boşaltmalıdır. Daşıyıcının bildirişi göndəriləndən sonra 72 saat ərzində belə
sərəncam
alınmadıqda, gəmi kapitanının yükgöndərənə və ya fraxtedənə, yaxud yükə dair sərəncam
verməyə səlahiyyəti olan şəxsə bu barədə xəbər verməklə yükü öz mülahizəsinə əsasən
yaxın limanların birində boşaltmaq hüququ vardır. Alınan sərəncamı gəmidə olan başqa
yüklərin sahiblərinə zərər vurmadan icra etmək mümkün olmadığı halda da gəmi
kapitanının belə hərəkət etmək hüququ vardır.
118.4. Daşıyıcının yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə
səlahiyyəti olan şəxsin sərəncamını ağlabatan müddət ərzində gözləməsi ilə bağlı
xərclərin və yük üçün çəkdiyi xərclərin əvəzinin
ödənilməsinə, habelə yükün daşındığı
faktik məsafəyə mütənasib olan məbləğdə fraxt almaq hüququ vardır.
Maddə 119. Dənizlə yük daşınması müqaviləsinin icrasından imtina
119.1. Əgər vurulmuş yükün dəyəri fraxtı və daşıyıcının yükə dair xərclərini örtmürsə və
gəmi səfərə çıxana kimi yükgöndərən və ya fraxtedən fraxtı tam ödəməyib və əlavə
təminat təqdim etməyibsə, daşıyıcının gəmi səfərə çıxana kimi dənizlə yük daşınması
müqaviləsinin icrasından imtina etmək və vurulmuş zərərin əvəzinin
ödənilməsini tələb
etmək hüququ vardır.
119.2. Yükgöndərənin və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından,
daşıyıcının bu müqavilənin icrası ilə əlaqədar çəkdiyi bütün xərcləri, boşdayanma haqqını
və/və ya fraxtı, yaxud onun hissəsini ödəmək şərti ilə, imtina etmək hüququ vardır.
119.3. Gəmi səfərə çıxana kimi yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması
müqaviləsinin icrasından imtina etdikdə, daşıyıcı yükü, hətta yükün boşaldılması gəmini
müəyyənləşdirilmiş vaxtdan artıq ləngitsə belə, yükgöndərənə və ya fraxtedənə verməyə
borcludur.
119.4. Gəmi səfərdə olduğu zaman yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması
müqaviləsinin icrasından imtina etdikdə, yükgöndərən və ya fraxtedən yükü yalnız
gəminin dənizlə yük daşınması müqaviləsinə əsasən daxil olacağı təyinat limanında və ya
zərurət qarşısında daxil olduğu digər limanda tələb edə bilər.
119.5. Yükün daşınması üçün gəmi bütövlükdə verilmədiyi
halda yükgöndərən və ya
fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etdikdə, daşıyıcı yükü
təyinat limanına çatdıranadək onu yükgöndərənin və ya fraxtedənin tələbi ilə yalnız
bununla daşıyıcıya və digər yükgöndərən və ya fraxtedənə zərərin vurulmadığı halda
verməyə borcludur.
Maddə 120. Tərəflərin dənizlə yük daşınması müqaviləsinin icrasından imtina
etməsi
120.1. Gəmi dəniz limanından çıxana kimi aşağıda göstərilən hallar yarandıqda, dənizlə
yük daşınması müqaviləsinin hər bir tərəfinin digər tərəfə vurulan zərərin əvəzini
ödəməyərək, onun icrasından imtina etməyə hüququ vardır:
120.1.1. gəminin və ya yükün ələ keçirilməsi təhlükəsini yaradan hərbi və ya
digər əməliyyatlar;
120.1.2. gəminin yola düşdüyü və ya təyinat limanının blokadası;
120.1.3. dənizlə yük daşınması müqaviləsinin tərəflərindən asılı
olmayan
səbəblərə görə müvafiq hakimiyyət orqanlarının sərəncamı ilə gəminin
saxlanılması;
120.1.4. gəminin dövlət ehtiyaclarının təmin edilməsinə cəlb olunması;
120.1.5. daşınma üçün nəzərdə tutulmuş yükün yola salınan yerdən çıxarılmasına
və ya təyinat yerinə gətirilməsinə müvafiq hakimiyyət orqanları tərəfindən
qadağanın qoyulması.
120.2. Əgər gəminin ləngiməsinin qısamüddətli olacağı gözlənilirsə, bu Məcəllənin
120.1.3 və 120.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar digər tərəfə vurulan zərərin
əvəzini ödəmədən dənizlə yük daşınması müqaviləsindən imtina etmək üçün əsas ola
bilməz.
120.3. Bu Məcəllənin 120.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri
səfər vaxtı başladıqda, dənizlə yük daşınması müqaviləsinin hər
bir tərəfinin müqavilənin
icrasından imtina etmək hüququ vardır. Belə halda yükgöndərən və ya fraxtedən
daşıyıcıya onun yüklə əlaqədar çəkdiyi bütün xərclərin, o cümlədən yükün boşaldılması
ilə bağlı xərclərin əvəzini, habelə yükün faktiki daşındığı məsafəyə mütənasib olan
məbləğdə fraxt ödəyir.
Maddə 121. İcrası mümkün olmayan dənizlə yük daşınması müqaviləsinə xitam
verilməsi
121.1. Dənizlə yük daşınması müqaviləsi bağlandıqdan sonra və gəmi yükvurma
limanından çıxana kimi tərəflərdən asılı olmayan aşağıdakı
hallarda müqaviləyə, digər
tərəfə müqavilənin xitamı ilə əlaqədar vurulan zərərin əvəzini ödəmək öhdəliyi olmadan,
xitam verilir: