təminatına, yanacağa və təchizata çəkilən xərclər bu Məcəllənin 225.1-ci
maddəsində
göstərilən hallarda ümumi qəza hesab edilir.
225.4. Bu Məcəllənin 225.1-225.3-cü maddələrində müəyyən edilmiş qaydalara müvafiq
olaraq sığınacaq yerində təmir işlərinin aparılması mümkün olmadığına görə gəminin
daxil olduğu sığınacaq yerindən digər limana və ya digər yerə keçirilməsi ilə əlaqədar
xərclərə, o cümlədən gəminin müvəqqəti təmiri, onun yedəklənməsi və səfərin
uzadılması ilə bağlı xərclərə tətbiq edilir.
Maddə 226. Yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidə yerlərinin
dəyişdirilməsi, gəmidən boşaldılması və ya yenidən gəmiyə yüklənməsi ilə əlaqədar
çəkilən xərclər
226.1. Bədbəxt hadisə və ya digər fövqəladə hallar nəticəsində gəminin zədələnməsini
aradan qaldırmağa imkan əldə etmək məqsədi ilə, əgər aradan qaldırma səfərin təhlükəsiz
davam etdirilməsi üçün zəruridirsə, yükün vurulma yerində, gəminin
daxil olduğu və ya
sığınacaq yerində yükün, yanacağın və ya təchizat predmetlərinin yerlərinin
dəyişdirilməsi, gəmidən boşaldılması və yenidən gəmiyə yüklənməsi ilə əlaqədar olaraq
çəkilən xərclər ümumi qəza hesab edilir.
226.2. Yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidə yerlərinin
dəyişdirilməsinə, yaxud onların boşaldılmasına çəkilən xərclər aşağıdakı hallar
da ümumi
qəza hesab edilmir:
226.2.1. xərclər yükün, yanacağın və ya təchizat predmetlərinin səfər zamanı
yerdəyişməsi ilə əlaqədar yalnız yenidən yerləşdirilməsi
məqsədi ilə çəkildikdə və
belə yenidən yerləşdirmə ümumi təhlükəsizlik naminə həyata keçirilmədikdə;
226.2.2. gəminin yüklənmə yerində aşkar edilmiş və səfər zamanı baş vermiş hər
hansı bir bədbəxt hadisə və ya digər fövqəladə hallarla bağlı olmayan zədələnmə
ilə əlaqədar gəminin təmiri üçün zərurət yarandıqda zədələnmə aradan
qaldırıldıqda.
226.3. Bu Məcəllənin 226.1-226.2-ci maddələrində göstərilən hallarda boşaldılmış və ya
yeri dəyişdirilmiş yükün, yanacağın və ya təchizat predmetlərinin yenidən gəmiyə
vurulması və ya yenidən yerləşdirilməsi üçün çəkilən xərclər onların sığortalanması və
saxlanması üçün çəkilən xərclərlə birlikdə ümumi qəza hesab edilir.
Maddə 227. Gəminin müvəqqəti təmiri
ümümi təhlükəsizlik naminə, yaxud ümumi qəzada əmlakın
qurban verilməsi nəticəsində
vurulmuş zərərin aradan qaldırılması üçün yükün vurulduğu yerdə, gəminin daxil olduğu
yerdə və ya sığınacaq yerində gəminin müvəqqəti təmirinə çəkilmiş xərclər ümumi
qəzaya aid edilir. Səfəri başa çatdırmaq üçün zəruri olan təsadüfi zədələrin müvəqqəti
aradan qaldırılması üçün çəkilən xərclərin əvəzi yalnız qarşısı alınmış xərclərin (lakin
qarşısı alınmayacağı təqdirdə ümumi qəzaya aid edilə biləcək) həddində ödənilir.
Maddə 228. ümumi təhlükəsizlik naminə gəminin ləngiməsi ilə əlaqədar xərclər
228.1. Bədbəxt hadisə, əmlakın qurban verilməsi nəticəsində və ya ümumi
təhlükəsizlik
naminə, yaxud gəminin zədələnməsini aradan qaldırmaq üçün digər fövqəladə hallar
nəticəsində, əgər belə aradan qaldırma səfərin təhlükəsiz davam etdirilməsi üçün
zəruridirsə, gəminin hər hansı bir limanda və ya yerdə ləngiməsi ilə əlaqədar gəmi
heyətinin əmək haqqına və təminatına çəkilən xərclər ümumi qəza hesab edilir. ümumi
qəzaya aid edilməyən zədələnmələrin aradan qaldırılmasına çəkilən xərclər istisna
olmaqla, belə ləngimə zamanı yanacağa, təchizat predmetlərinə və liman yığımlarına
çəkilən xərclərin əvəzi ümumi qəzanın bölüşdürülməsi qaydasında ödənilir.
228.2. Bu Məcəllənin 228.1-ci maddəsində müəyyən edilmiş qaydalar səfər zamanı
bədbəxt hadisə və ya digər fövqəladə hallar ilə bağlı olmayan zədələrinin aradan
qaldırılması səbəbindən gəminin ləngiməsi nəticəsində çəkilən xərclərə tətbiq edilmir.
Belə xərclər gəminin səfəri təhlükəsiz davam etdirməsi üçün lazım olduqda da ümumi
qəza hesab edilmir.
Maddə 229. Gəminin səfərə yararsız hesab edilməsinin və ya gəminin səfəri davam
etdirməkdən imtinasının nəticələri
Gəmi səfərə yararsız hesab edildikdə və ya gəmi səfəri davam etdirməkdən imtina
etdikdə bu Məcəllənin 226.3 və 228.1-ci maddələrində göstərilən saxlamaya, sığortaya,
gəmi heyətinin əmək haqqına və təminatına, yanacağa, təchizat predmetlərinə və liman
yığımlarına çəkilən xərclərdən ümumi qəzaya yalnız gəmi səfərə yararsız hesab
edilənədək və ya gəminin səfəri davam etdirməkdən imtinasınadək, yaxud yükün
boşaldılması qurtaranadək, yükün boşaldılması bu ana kimi başa çatdırılmayıbsa,
çəkilən
xərclər aid edilir.
Maddə 230. Xilasetməyə çəkilən xərclər və xilasetmə tədbirlərinin görülməsi
nəticəsində ümumi qəza
230.1. Xilasetmə bu Məcəllənin 223.1-ci maddəsində göstərilən məqsədlər üçün həyata
keçirildikdə, belə xilasetmənin müqavilə əsasında və digər üsulla həyata keçirilməsindən
asılı olmayaraq, ümumi dəniz tədbirində iştirak edən tərəflərin xilasetməyə çəkdikləri
xərclər ümumi qəza hesab edilir.
230.2. Bu Məcəllənin 230.1-ci maddəsində göstərilən xərclərə xilas
edənlərin ətraf
mühitə vurulan zərərin qarşısını almaqda və ya azaltmaqda göstərdikləri ustalıq və səylər
nəzərə alınmaqla müəyyən edilən xilasetmə mükafatı da daxildir. Lakin gəmi sahibinin
xilas edənə ödədiyi xüsusi kompensasiya ümumi qəza hesab edilmir.
230.3. Bu Məcəllənin 223-cü maddəsində göstərilən əlamətlər mövcud olduqda, xüsusilə
aşağıdakılar ümumi qəza hesab edilir:
230.3.1. yükün gəmidən kənara atılması, habelə ümumi təhlükəsizlik naminə
əmlakın qurban verilməsi nəticəsində, xüsusilə yükün atılması üçün açılan
lüklardan suyun anbarlara dolması nəticəsində gəmiyə və ya yükə vurulan zərər;
230.3.2. gəmidə baş verən yanğının söndürülməsi nəticəsində gəmiyə vurulan
zərər, o cümlədən bu məqsəd üçün yanan gəminin sahilə atılmasından
və ya suya
batırılmasından vurulan zərər;
230.3.3. gəminin qəsdən saya oturdulması nəticəsində gəmiyə və ya yükə dəyən
zərər;
230.3.4. gəmi saydan çıxarılarkən gəmi mühərriklərinin, digər maşın və ya
mexanizmlərinin zədələnməsi nəticəsində vurulan zərər;