Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə24/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

təminatına, yanacağa və təchizata çəkilən xərclər bu Məcəllənin 225.1-ci maddəsində 
göstərilən hallarda ümumi qəza hesab edilir. 
225.4. Bu Məcəllənin 225.1-225.3-cü maddələrində müəyyən edilmiş qaydalara müvafiq 
olaraq sığınacaq yerində təmir işlərinin aparılması mümkün olmadığına görə gəminin 
daxil olduğu sığınacaq yerindən digər limana və ya digər yerə keçirilməsi ilə əlaqədar 
xərclərə, o cümlədən gəminin müvəqqəti təmiri, onun yedəklənməsi və səfərin 
uzadılması ilə bağlı xərclərə tətbiq edilir. 
Maddə 226. Yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidə yerlərinin 
dəyişdirilməsi, gəmidən boşaldılması və ya yenidən gəmiyə yüklənməsi ilə əlaqədar 
çəkilən xərclər  
226.1. Bədbəxt hadisə və ya digər fövqəladə hallar nəticəsində gəminin zədələnməsini 
aradan qaldırmağa imkan əldə etmək məqsədi ilə, əgər aradan qaldırma səfərin təhlükəsiz 
davam etdirilməsi üçün zəruridirsə, yükün vurulma yerində, gəminin daxil olduğu və ya 
sığınacaq yerində yükün, yanacağın və ya təchizat predmetlərinin yerlərinin 
dəyişdirilməsi, gəmidən boşaldılması və yenidən gəmiyə yüklənməsi ilə əlaqədar olaraq 
çəkilən xərclər ümumi qəza hesab edilir. 
226.2. Yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidə yerlərinin 
dəyişdirilməsinə, yaxud onların boşaldılmasına çəkilən xərclər aşağıdakı hallarda ümumi 
qəza hesab edilmir: 
226.2.1. xərclər yükün, yanacağın və ya təchizat predmetlərinin səfər zamanı 
yerdəyişməsi ilə əlaqədar yalnız yenidən yerləşdirilməsi məqsədi ilə çəkildikdə və 
belə yenidən yerləşdirmə ümumi təhlükəsizlik naminə həyata keçirilmədikdə; 
226.2.2. gəminin yüklənmə yerində aşkar edilmiş və səfər zamanı baş vermiş hər 
hansı bir bədbəxt hadisə və ya digər fövqəladə hallarla bağlı olmayan zədələnmə 
ilə əlaqədar gəminin təmiri üçün zərurət yarandıqda zədələnmə aradan 
qaldırıldıqda. 
226.3. Bu Məcəllənin 226.1-226.2-ci maddələrində göstərilən hallarda boşaldılmış və ya 
yeri dəyişdirilmiş yükün, yanacağın və ya təchizat predmetlərinin yenidən gəmiyə 
vurulması və ya yenidən yerləşdirilməsi üçün çəkilən xərclər onların sığortalanması və 
saxlanması üçün çəkilən xərclərlə birlikdə ümumi qəza hesab edilir. 
Maddə 227. Gəminin müvəqqəti təmiri  
ümümi təhlükəsizlik naminə, yaxud ümumi qəzada əmlakın qurban verilməsi nəticəsində 
vurulmuş zərərin aradan qaldırılması üçün yükün vurulduğu yerdə, gəminin daxil olduğu 
yerdə və ya sığınacaq yerində gəminin müvəqqəti təmirinə çəkilmiş xərclər ümumi 
qəzaya aid edilir. Səfəri başa çatdırmaq üçün zəruri olan təsadüfi zədələrin müvəqqəti 
aradan qaldırılması üçün çəkilən xərclərin əvəzi yalnız qarşısı alınmış xərclərin (lakin 
qarşısı alınmayacağı təqdirdə ümumi qəzaya aid edilə biləcək) həddində ödənilir. 
Maddə 228. ümumi təhlükəsizlik naminə gəminin ləngiməsi ilə əlaqədar xərclər  
228.1. Bədbəxt hadisə, əmlakın qurban verilməsi nəticəsində və ya ümumi təhlükəsizlik 
naminə, yaxud gəminin zədələnməsini aradan qaldırmaq üçün digər fövqəladə hallar 
nəticəsində, əgər belə aradan qaldırma səfərin təhlükəsiz davam etdirilməsi üçün 


zəruridirsə, gəminin hər hansı bir limanda və ya yerdə ləngiməsi ilə əlaqədar gəmi 
heyətinin əmək haqqına və təminatına çəkilən xərclər ümumi qəza hesab edilir. ümumi 
qəzaya aid edilməyən zədələnmələrin aradan qaldırılmasına çəkilən xərclər istisna 
olmaqla, belə ləngimə zamanı yanacağa, təchizat predmetlərinə və liman yığımlarına 
çəkilən xərclərin əvəzi ümumi qəzanın bölüşdürülməsi qaydasında ödənilir. 
228.2. Bu Məcəllənin 228.1-ci maddəsində müəyyən edilmiş qaydalar səfər zamanı 
bədbəxt hadisə və ya digər fövqəladə hallar ilə bağlı olmayan zədələrinin aradan 
qaldırılması səbəbindən gəminin ləngiməsi nəticəsində çəkilən xərclərə tətbiq edilmir. 
Belə xərclər gəminin səfəri təhlükəsiz davam etdirməsi üçün lazım olduqda da ümumi 
qəza hesab edilmir. 
Maddə 229. Gəminin səfərə yararsız hesab edilməsinin və ya gəminin səfəri davam 
etdirməkdən imtinasının nəticələri  
Gəmi səfərə yararsız hesab edildikdə və ya gəmi səfəri davam etdirməkdən imtina 
etdikdə bu Məcəllənin 226.3 və 228.1-ci maddələrində göstərilən saxlamaya, sığortaya, 
gəmi heyətinin əmək haqqına və təminatına, yanacağa, təchizat predmetlərinə və liman 
yığımlarına çəkilən xərclərdən ümumi qəzaya yalnız gəmi səfərə yararsız hesab 
edilənədək və ya gəminin səfəri davam etdirməkdən imtinasınadək, yaxud yükün 
boşaldılması qurtaranadək, yükün boşaldılması bu ana kimi başa çatdırılmayıbsa, çəkilən 
xərclər aid edilir. 
Maddə 230. Xilasetməyə çəkilən xərclər və xilasetmə tədbirlərinin görülməsi 
nəticəsində ümumi qəza  
230.1. Xilasetmə bu Məcəllənin 223.1-ci maddəsində göstərilən məqsədlər üçün həyata 
keçirildikdə, belə xilasetmənin müqavilə əsasında və digər üsulla həyata keçirilməsindən 
asılı olmayaraq, ümumi dəniz tədbirində iştirak edən tərəflərin xilasetməyə çəkdikləri 
xərclər ümumi qəza hesab edilir. 
230.2. Bu Məcəllənin 230.1-ci maddəsində göstərilən xərclərə xilas edənlərin ətraf 
mühitə vurulan zərərin qarşısını almaqda və ya azaltmaqda göstərdikləri ustalıq və səylər 
nəzərə alınmaqla müəyyən edilən xilasetmə mükafatı da daxildir. Lakin gəmi sahibinin 
xilas edənə ödədiyi xüsusi kompensasiya ümumi qəza hesab edilmir. 
230.3. Bu Məcəllənin 223-cü maddəsində göstərilən əlamətlər mövcud olduqda, xüsusilə 
aşağıdakılar ümumi qəza hesab edilir: 
230.3.1. yükün gəmidən kənara atılması, habelə ümumi təhlükəsizlik naminə 
əmlakın qurban verilməsi nəticəsində, xüsusilə yükün atılması üçün açılan 
lüklardan suyun anbarlara dolması nəticəsində gəmiyə və ya yükə vurulan zərər; 
230.3.2. gəmidə baş verən yanğının söndürülməsi nəticəsində gəmiyə vurulan 
zərər, o cümlədən bu məqsəd üçün yanan gəminin sahilə atılmasından və ya suya 
batırılmasından vurulan zərər; 
230.3.3. gəminin qəsdən saya oturdulması nəticəsində gəmiyə və ya yükə dəyən 
zərər; 
230.3.4. gəmi saydan çıxarılarkən gəmi mühərriklərinin, digər maşın və ya 
mexanizmlərinin zədələnməsi nəticəsində vurulan zərər; 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə