Title Lorem Ipsum


Mikroprosessorların nəsilləri



Yüklə 24,49 Mb.
səhifə4/6
tarix15.05.2022
ölçüsü24,49 Mb.
#87110
1   2   3   4   5   6

Mikroprosessorların nəsilləri


İNTEL 4004 ilk MP olub İntel firması tərəfindən 1971-ci ildə yadılmışdır və kalkulyatorlarda 4 bitli ədədlər üzərində əməliyyatların y/y-si üçün istifadə edilmişdir. Birinci nəslə aid MP-də əmrin y/y-si (10-20ms), əmrlər yığımının məhdud olması, yaddaş tutumunun məhdud olması ilə məlumdur. Daha mükəmməl arxitekturaya malik olan 8 bitli İNTEL 8080 MP 1974-cü ildə yaradılmış və geniş tətbiq edilmişdir. Bu MP-nin ünvan maqistralının eni 16 bit olmaqla 64 KB yaddaş həcmini ünvanlaşdırır. 40 ədəd çıxıntısı olan gövdə daxilindəki yarımkeçirici kristalda 6000 ədəd tranzistor gerçəkləşdirilmişdir. MP-nin işçi tezliyi 2MHs, qida gərginliyi və +12V olmuşdur. Bu MP-nin analoqu kimi KP580 seriyalı MP komplekti yaradılmış və geniş tətbiq edilmişdir.

8 bitli MP-lərin sonrakı inkişaf prosesində tranzistorların sayı 6500, işçi tezliyi 5MHs və sürəti 370 000 əməl/san olan İNTEL 8085 MP əvvəlki modelin arxitektur xüsusiyyətlərini saxlamış və daha mükəmməl texnologiyadan istifadə etməklə yaradılmışdır. Bu ailəyə Ziloq firmasının Z80 MP-nu da daxil etmək olar.

İlk 16 bitli MP olan İNTEL 8086 modelinin işçi tezliyi 8-10 MHs-ə qədər yüksəldilmiş, 330 000 əməl/san sürəti artıq 16 bitli ədədlər üzərində hasil edilmişdir. Ünvanlaşdırılan yaddaş 1 MB-ya çatdırılmışdır. Bu ailədən olan İNTEL 80286 MP-nun arxitekturundakı yenilik mühafizə olunan və virtual yaddaş rejimləridir ki, nəticədə virtual yaddaş həcmi 1QB-a çatdırılmışdır. Ünvanlaşdırılan fiziki yaddaş həcmi 16MB olmuşdur.

64 bitli verilənlər şininə malik və V nəslə aid edilən Pentium MP 1993-cü ildə layihə edilmişdir. İşçi tezliyi 60/66 MHs olmaqla, tranzistorların sayı 3.1 mln-a çatır. Bu model əvvəlkilərdən süpersalyar arxitekturu ilə (bir takt siqnalı dövründə 2-yə qədər əmrin y/yetirilməsi) ilə fərqlənir. 1994-cü ildə yaranan 75,90, 100 MHs tezlikli Pentium MP-ləri bu seriyadan olan superskalyar prosessorların II nəslini təşkil edir. Bundan əlavə mobil kompyuterlərdə tətbiq etmək üçün miniatür korpuslu 75MHs tezlikli Pentium prosessorları meydana gəlmişdir. 1995-ci ildə isə 150, 166, 200 MHs tezlikli Pentium prosessorları yaradılmışdır. Pentium seriyalı prosessorların inkişafı ilə yanaşı MP-lərin VI nəslinin başlanğıcı olan Pentium Pro prosessorları da layihələndirilmişdir.

Pentium II Xeon modelinin nüvə tezliyi 450 MHS-ə, II səviyyəli keş-yaddaş həcmi 2MB-a qədər çatdırılmışdır.

1999-cu ildə yaradılan Pentium III prosessorunun nüvə və II səviyyəli keş-yaddaşı ayrıca bir kristalda olmaqla kartric konstruksiyasında yaradılmışdır. Bu prosessorların işçi tezliyi 600 MHs-ə qədər çatdırılmışdır. 1999-cu ilin II yarısında isə Pentium III prosessorunun yeni modelində nüvə və II səviyyəli keş-yaddaş eyni bir yarımkeçirici kristalda gerçəkləşdirilmişdir. Nüvə tezliyi 733 MHs-ə, xarici şin tezliyi 133 MHs-ə qədər yüksəlmişdir.

VI nəsil MP-nin daha yeni bir nümayəndəsi olan K7 modeli AMD firması tərəfindən Pentium III modelinə cavab olaraq 1999-cu ildə layihələndirilmişdir. Burada nüvə tezliyi 600 MHs, II səviyyəli keş-yaddaş 512 KB-dır.


Yüklə 24,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə