Title Lorem Ipsum


Universal mikroprosessorlar



Yüklə 24,49 Mb.
səhifə3/6
tarix15.05.2022
ölçüsü24,49 Mb.
#87110
1   2   3   4   5   6
Universal mikroprosessorlar geniş dairəsi olan məsələlərin həllinə təyin edilir. Bu zaman onların effektiv məhsuldarlığı həll olunan məsələnin problemliyindən zəif asılıdır. MP- un əmrlər sisteminə alqoritmik universalliq qoyulub ki, bu da maşınla yerinə yetirilən əmrlər tərkibi istənilən verilmiş alqoritmə uyğun informasiyanın çevirilməsinin alınmasına imkan yaradır.

Universal MP- ra seksiyalı MP- lar da aiddir, çünki onlar üçün hər bir layihədə seksiyalı mikroprosessorun yaradılmış əmrlər sistemi optimallaşa bilər.

İxtisaslaşdırılmış mikroprosessorlar müəyyən sinif məsələlərin həllinə təyin edilib, bəzi hallarda isə konkret bir məsələnin həlli üçündür. Onların əhəmiyyətli xüsusiyyəti idarəetmənin sadəliyi, aparat vasitələrin sadəliyi, aşağı qiyməti və kiçik güc sərfiyyətidir.

Emal olunan siqnalların növünə görə analoq və rəqəmsal mikroprosessorlar mövcuddur. Həqiqətdə mikroprosessorlar rəqəmsal qurğulara aiddirlər. Lakin analoq siqnallarını emal etmək üçün onların tərkibinə rəqəmsal-analoq və analoq-rəqəmsal çeviriciləri daxil edilir.

MP- un özü rəqəmsal informasiyanın emalı qurğusudur. Lakin bəzi hallarda onlarda quraşdırılmış analoq-rəqəmsal və rəqəmsal-analoq çeviriciləri ola bilər. Odur ki, giriş analoq siqnalları MP- a çevirici vasitəsi ilə rəqəm şəklində verilir, emal olunur və sonra əks çevirməni həyata çevirməklə çıxışa analoq formasında daxil olur.

Arxitektura nöqtəyi nəzərdən belə MP-lar siqnalların analoq sxemlərin funksiyonal çeviricisi kimi göstərilir. Onlar bütün analoq sxemlərinin funksiyalarını yerinə yetirir. Belə halda analoqlu MP-un istifadəsi əhəmiyyətli dərəcədə analoq siqnalının emalının dəqiqliyini və onların yenidən hasil etməsini artırır, həm də mikroprosessorun rəqəmsal hissəsini siqnalların müxtəlif emal alqoritminin proqram “sazlanma” hesabına funksional imkanlarını artırır.



Yüklə 24,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə