Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə38/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

lidir. Aşıq Nəcəf bu şe'rdə də  ustalıq göstərməklə bərabər, bunu cavan,
təcrübəsiz birisinə xitabən dediyini də qeyd edir:
Sən aşıqdan saz çalırsan,
Çəp oxuyub, qalma çəp.
Məndən sənə nəsihət olsun
Çəp danışıb, gülmə çəp.
Həqiqətdən kəlmə söylə
Eşidən əhsən desin, 
Dinəndə çəp sual verib
Sualını alma çəp (3,165).
Aşıq Nəcəfin “Danışaq” adlı divanisi də hərbə-zorba xarakteri daşıyır.
Burada daha çox haqqa söykənmək,  həqiqətə uyğun hərəkət etmək kimi
müsbət cəhətlər sadalanır. Aşıq Nəcəf yazır:
Möhkəm tutaq doğru yolu
Nə yanılaq, nə azaq;
Sərimiz salamat olar, 
Əyridən olsaq uzaq.
Namərdi məzəmmət edək, 
Mərdlərə tə`rif yazaq;
Nə xainin adın çəkək, 
Nə xəbisdən danışaq (3, 166).
Burada  professor  Mürsəl  Həkimovun  bir  mülahizəsini  xatırlatmaq
yeri nə düşər. O, yazır: “Divani aşıq sənətində istər şe'r növü kimi, istər
havacat oxunuşu cəhətdən dalbadal, rəqibə qibtə baxımından aşıq himni-
dir, aşığın qənimidir” (4, 459).
Məqalənin  əvvəlində  göstərdiyimiz  kimi,  Aşıq  Nəcəfin  eyni  adlı
(“Gəl”) iki divanisi mə`lumdur. Bunlardan  biri namə`lum bir şəxsə  ün -
vanlanmışdır. Aşıq deyir:
Əgər mərdsən, bu meydana
Saz götür, mərdanə gəl.
Həqiqətdən kəlmə kəsək
Danış, xoş zəbana gəl.
2011/
IV
111
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Mə`rifətlə məclis apar,
Görənlər əhsən desin;
Hərcayıyla aşna olma, 
Sirr vermə nadana gəl (3, 169).
Bu deyilənlərdən mə'lum olur ki, müəllif əsl aşığı “mərd, həqiqətdən
kəlmə  kəsən,  mə`rifətlə  məclis  aparan”  və  digər  insani  keyfiyyətlərdə
görmək istəyir. Professor Mürsəl Həkimov yazır: “Divanini ustadlar haqq
qapısı, “aşığın məsləki ” “ədəb-ərkan”  adlandırırlar (4, 460).
Aşıq Nəcəfin “Gəl” adlı digər divanisi də maraqlıdır.
Göyçəli Aşıq Nəcəfəm,
Aşkar etdim elimi,
Məhşurdu əslim-nəslim
Aləm bilir halımı,
Bir ləhcədə nitqə gəlib
Açar olsa dilimi
Ünüm yetər Alosmana
Səs sallam cahana gəl (3, 169).
Aşıq Nəcəf göründüyü kimi, ədəb-ərkan gözləyən ustad aşıqdır. Təbii
ki, onun rəvan təbi də, ustalığı da bu şe`rdən bəllidir. Burada ustad Aşıq
Ələsgərin bir şe`rini xatırlamaq yerindədir:
Aşıq olub diyar-diyar gəzənin
Əzəl başda pür kamalı gərəkdi
Oturub-durmaqda ədəbin bilən
Mərifət elmində dolu gərəkdi (4, 71)
Aşıq Nəcəf həqiqətən də “mə`rifət elmində doludur”. Müəllifin “Ola”
adlı divanisi də diqqətçəkəndir.
O yazır:
Aşıqlıqda öz yerim var,
Şairlikdən halıyam,
Təcnis, təxmis cəm etmişəm,
Divanidən doluyam;
2011/
IV
112
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Kamil ustad  xidmətçisi;
Şahi-Mərdan quluyam;
Təkəbbürə baş əymərəm,
Əgər ki, sultan ola (3, 172).
Aşığın müasirləri Növrəs İman və Aşıq Talıbın da eyni adlı divaniləri
mə`lumdur.  Məsələn, Aşıq  Talıbın  “Durur”,  Növrəs  İmanın  “Gəl”  adlı
divaniləri var.
Aşıq Nəcəfin divani yaradıcılığında məcazlar bolluğu diqqəti xüsusilə
cəlb  edir.  Bu  məcazlar  antonim  mə`nalı  sözlərin  qarşılaşdırılması  ilə,
yaxın mə`nalı sözlərlə və digər vasitələrlə yaradılmışdır. Məsələn, “Lazım
deyil” divanisində “yaxşı-yaman, xeyir-şər”, “yaxşılıq-pislik”, “dərman-
dərd”, “Danışaq” şe`rində “namərd-mərd”, “xain-xəbis” və s. bu deyilən-
lərin həqiqət olduğunu göstərir. 
Böyük  aşığın  divanilərinin  əksəriyyətində  Allahın,  İmam  Əlinin  və
digər müqəddəs şəxslərin adları çəkilir, onlar böyük şükranlıqla xatırlanır.
Bu poetik örnəklərdə verilən “Qadiri-sübhan”, “Şahi-Mərdan”, “Şahi Qə -
şə məm”,  “Pərvərdigar”  kimi  sözlər  təbii  ki,  təsadüfən  işlənməmişdir.
“Şahi-Qəşəm”, “Şahi-Mərdan” İmam Əlinin, “Qadiri-sübhan”, “Pər vər di -
gar” Allahın adlarıdır. Bu sözlərə (istər Allahın, istərsə də İmam Əlinin
ad la rı) Aşıq Talıbın, Növrəs İmanın, eləcə də Aşıq Ələsgərin şe`rlərində
sıx-sıx rast gəlinir. Bunu izləmək üçün hər bir sənətkarın yaradıcılığından
nümunə verməyi məqsədəuyğun hesab edirik.
Aşıq Ələsgər:
Dar günümdə yetiş dada
Ya Şahi-Mərdan ağa!
Nitq ver meydan içində
Qoyma sərkərdan ağa
Həm Əliyəm, həm Vəliyəm,
Həm zəkisən, həm səxa
Həmi dildə zikrim sənsən
Həmi əzbərdən ağa (6, 168).
Aşıq Talıb:
Dolanıram bu dünyanı
Gəzirəm əfsanə mən 
Yüz söylərəm həqiqətdən 
2011/
IV
113
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Çatmaram imana mən,
Sidqi-dilqəm sığınmışam
Ol Şahi-Mərdana mən,
Talıbam çıxmaq çətindi,
Düşsəm imtahana mən,
Atı Düldül, qulu Qənbər,
Ol Şiri-yəzdan mənim (7, 141).
Növrəs İman:
Dəli könül, qafil olma,
Sığın giridarə gəl.
Aləmləri xəlq eyləyən, 
Bir pərvərdigarə gəl.
Gecə-gündüz zikr eylə, 
Həsən, Hüseyn, Abbası
Aldanma dünya malına
Olma üzü qarə, gəl (8, 140).
“Həqiqətdən  kəlmə  kəsib,  həqiqətdən  söylərəm”  və  ya  “Ərlərimdi
leyli-nahar ərənlərin sərvəri” deyən Aşıq Nəcəf divanilərindən də gö rün -
dü yü kimi həm ustad aşıqdır, həm də böyük aşıq Ələsgər ocağının  nüma -
yən dəsidir.
Bir az öncə qeyd etdik ki, Aşıq Nəcəfin, Növrəs İmanın, Aşıq Talıbın
divaniləri ilə səsləşən şe`rləri, eyni adlı divaniləri mövcuddur. Bu qədər
yaxınlıq və oxşarlıq təbii ki, elə-belə  təsadüfi deyildir. 
Bunu tam yəqinləşdirmək və aydınlaşdırmaq üçün Aşıq Ələsgər irsinin
və  Ələsgər  ocağının  tədqiqatçısı  İslam  Ələsgərə  istinad  üçün  üz  tutduq,
çünki  bu  barədə  cəfakeş  alimin  mülahizələri  maraqlıdır.  İslam  Ələsgər
yazır: “Bu nəsildən aşıq şe`rlərinin müxtəlif formalarında yazılanları iyir-
midən artıqdır. Lakin başqa aşıq və el şairləri kimi, nə birincilər (aşıqlar, nə
də ikincilər (şairlər) Ələsgər sənətinin kölgəsindən çıxa bilməmişlər” (9, 4).
Əlbəttə  bir  məqalə  həcmində  Aşıq  Nəcəfin  divanilərini  dəyər-
ləndirmək, bu poetik örnəkləri təhlil və tədqiq etmək asan deyil. Sadəcə
burada  aşığın    yaradıcılığında  bu  şe`r  növünün  əhəmiyyətli  mövqe  tut-
duğunu, eyni zamanda bu divanilərin kamil sənət nümunəsi olduğu qə-
naə tinə gəldim. Zənn edirik ki, Aşıq Nəcəfin divani yaradıcılığı ilə bağlı
araşdırmalar hələ davam etdiriləcəkdir.
2011/
IV
114
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə