Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə109/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   105   106   107   108   109   110   111   112   ...   143

Xəyal cığırı – II cı̇ld

89

YAXŞIDI

Yaxşi dostu satma dünya malina,

Yaman gündə qizil, zərdən yaxşidi.

Söz daniş ki, o, çixmasin yalana,

Bir doğrü söz min gövhərdən yaxşidi.

Xan olsan da, insana xoş həyat ver,

Könül qirma; arzulara qanad ver,

İnsanliğa dünya qədər bir ad ver,

Xeyrin səsi milyon şərdən yaxşidi.

Cavan ikən Ay camaldan uzaqlaş,

Puça getdi bu yollarda neçə baş...

Gözəlliklər nə göz deyil, nə də qaş,

Ağilli qiz yüz dilbərdən yaxşidi.

Məclislərdə ağir otur, az daniş,

Sevsin səni qəlbən hər kəs, hər taniş.

Boşboğazliq, söylə, kimi ucaltmiş?..

Gülüşlər də hərdən-hərdən yaxşidi.

Bir qanmaza qismət olan bəxtiyar,

Zülüm çəkər, illər-illər ağlayar.

Bunu məndən elə saxla yadigar,

Vəfali yar al səhərdən yaxşidi.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

90

Ana Vətən! Doğma Vətən! Can Vətən!



Nə böyüksən, nə əzizsən, söylə sən...

Vətənini candan artiq, hər sevən

Arsiz-gorsuz min nəfərdən yaxşidi.

Yaziq Qəmli dilə gəldi, alişdi,

Həqiqəti söyləməyə çalişdi.

Şair, küsmə! Ələsgərin, nə işdi,

Bir misrasi çox əsərdən yaxşidi?..

16.07.1968




Xəyal cığırı – II cı̇ld

91

ŞƏLALƏ

Dağlara, düzlərə nə səs salmisan,

Ay eşqlə, həvəslə axan şəlalə?!

Söylə, bu ilhami nədən almisan,

Ay məni yandirib, yaxan şəlalə?!

Əks etdin Günəşi al ulduzlara,

De! Sənmi oxşadin o, nazli yara?

Döyünüb, çirpinib sal qayalara,

Mirvari muncuqlar taxan şəlalə!..

Səni dağlar qizi yaratdi həyat,

Uçan mələk kimi verdi qol-qanad,

Haminin qəlbində gözəlsən hər vaxt,

Hamiya bir gözlə baxan şəlalə!

16.07.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

92

MƏNİ

Bülbül uçdu, gülə düşdü,

Məhəbbətin dilə düşdü,

Bizimki də belə düşdü,

Yar, eşqinə səslə məni.

Ruhum açdi min bir qanad,

Gül kimidir verdiyim and,

Məni eşqə düşünsən yad,

Arxamca düş, izlə məni.

Arzuya bax! Bir yar olsun,

Bir mən olum, bir tar olsun.

De üzümə: «Vay, ar olsun!..»

Görsən başqa kəslə məni.

16.07.1968



Xəyal cığırı – II cı̇ld

93

XƏSTƏSİYƏM

Dedim: Niyə məndən gəzdin arali,

Dedi: Ovlamazlar dağda marali.

Dedim: Ürəyimi qoyma yarali,

Gün nədi, ay nədi, il xəstəyəm.

Dedim: Lal dayanma, söylə bir cavab,

Dedi: Gözlərimdə axtar, məna tap.

Dedim: Yaşamağa ta qalmayib tab,

O, bülbül nəğməli dil xəstəsiyəm.

Dedim: Bu bayramda nişan göndərim,

Dedi: Eşqindən ki yoxdur xəbərim.

Dedim: Qara geydi hər al səhərim,

Yar, sənin eşqinin bil, xəstəsiyəm.

16.07.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

94

AY

Gün batir... aləmə qaranliq çökür,

Təbiət işiqçün boynunu bükür,

Öz qizil telini səmaya tökür;

Günəş çixan yerdən yuvarlanir Ay.

Bülbüllər ötüşür bağçada dil-dil,

Göy üzü şəfəqsiz yaşayan deyil.

Keçir bulud, duman, onda, elə bil,

Bir cavan qiz kimi tumarlanir Ay.

Ah!.. Necə gözəldir o, göylər qizi,

Heyranda saxlamiş min-min ulduzu.

Keçdikcə könlümdən hər yeni arzu,

Ahəstə-ahəstə xumarlanir Ay.

16.07.1968



Xəyal cığırı – II cı̇ld

95

SÖZ  EYLƏMİSƏN 

Qulaq as qəlbimin söhbət-sazina,

Vuruldum sənin tək bir el qizina.

Düşübdü bu səhər elin ağzina –

Başqa bir oğlana göz eyləmisən.

Dedim ki, sevmişəm bəstə boyunu,

Dərin kamalini, gözəl xoyunu.

Başima gətirdin sən nə oyunu?..

Hər adi kəlməmi söz eyləmisən.

Mən səni bənzətdim Günəşə, Aya,  

Od deyil, tüstü tək qalxdin havaya.

Elə zənn etdin ki, yanirsan guya...

Mənim ki, qəlbimi köz eyləmisən.

Ötmədin şairin könül bağinda,

Vəfasiz yarandin eşq sorağinda. 

Ömrünün nur saçan cavan çağinda,

Qəmlinin saçina iz eyləmisən.

17.07.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

96

QURBAN OLUM

Eşitdim, köçürsən başqa yaylağa, 

Döyündüm, vurnuxdum gah sola, sağa.

Qələm dilə gəldi, göz ağlamağa,

Salma ürəyimə xal, qurban olum,

Gəl, bizim ellərdə qal, qurban olum...

Aləmdə durmuşam, qulağim səsdə, 

Ötüşür bülbüllər dəstəbədəstə.

Başimi, qoy qoyum dizinin üstə,

Sədəfli kamani al, qurban olum,

Bir yaniq şikəstə çal, qurban olum.

Boyun bir tamaşa, qaşlarin kaman,

O, ceyran gözünü kim sevməz haman?!

Qorxuram! Qorxuram göz dəyər, aman!..

Götür tez-tələsik şal, qurban olum,

O, Ay camalina sal, qurban olum.

17.07.1968




Xəyal cığırı – II cı̇ld

97

VƏTƏNİMDİR

(qəzəl)

Nə varsa yurdumuzda, dövlətim, varim vətənimdir,



Aləmə nur çiləyən bağim-baharim – vətənimdir.

Başqa bir aləmi var hər musiqinin, nəğmənin,

Ruhumuza dad verən kamanim, tarim – vətənimdir.

İlhami aşdi-daşdi Nizaminin, Füzulinin,

Sənətin qədrini bilən sənətkarim – vətənimdir.

Məhəbbətin gücündən çöllərə düşdü Məcnun,

Yar yolunda çəkilən ahu-zarim – vətənimdir.

Azərbaycan elində şair və aşiq kimi,

Ən böyük şöhrət tapan Ələsgərim – vətənimdir.

Öz elini, yurdunu çox irəli hayqiran,

Üzeyir kimi ən böyük bəstəkarim – vətənimdir.

Həyatin, ömrün, günün mənasini bilərək,

Ömrümə nur çiləyən vəfali yarim – vətənimdir.

Muğamlarda duyulur min əsrin iztirabi,

«Şahnaz», «Segah», «Cahargah», «Şur», 

                             «Qatarim» – vətənimdir.




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə