Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə143/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   135   136   137   138   139   140   141   142   143

Xəyal cığırı – II cı̇ld

373


NEYLƏYİM?

İncitməz ömründə heç kəs sevgini,

Günahdir yar ilə saxlamaq kini.

Atib insafini bir cəllad kimi,

Qaşlarin qəsdimə durdu, neyləyim?

Dağlar dilə gəldi, yandi ahimdan,

Bir dəfə demədin, «keç günahimdan».

Kirpiyin ox olub, çixib yayindan,

Dalbadal sinəmə vurdu, neyləyim?

Ağilda, kamalda yox bərabərin…

A mənim sevgilim, varmi xəbərin?!

Xəstə xəyalimi qara gözlərin,

Arabir dağidib qurdu, neyləyim?

22.10.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

374


GÜLƏN QIZ

Yoxdur qədir-qiymətin,

Ay, insafa gələn qiz,

Ürəyimin səsini

İşarədən bilən qiz.

Haray çəkib ellərə,

Saldi məni dillərə,

Naz eyləyib güllərə,

Gözlərindən gülən qiz.

Eşqimizin naminə,

Nəğmə qoşdurub mənə,

Ayli gecə çəmənə,

Saz götürüb, gələn qiz.

Könlüm aşikar yanib…

Sirrini çoxdan qanib,

El-obadan utanib,

Ay, dərdimdən ölən qiz.

27.10.1969




Xəyal cığırı – II cı̇ld

375


MƏHƏBBƏTİM

 

Dilbər dedim, dilim yandi,



Ayim, günüm, ilim yandi.

Haray çəkdim, elim yandi,

Susuzluqdan gülüm yandi.

Atəşində əlim yandi,

Eşq yükündən belim yandi,

Ağlar qaldi məhəbbətim.

Dilbər dedim, Aydi, Gündü,

Dünyaya səs salan ündü...

Çarx hərləndi, dövran döndü,

Xeyir işlər şərə çöndü,

Zülmətdə eşq nuru söndü,

Baş üstündə duman, çəndi,

Ağlar qaldi məhəbbətim.

Dilbər dedim, vüsal sandim,

Hər kəlməmdə onu andim,

Bəxtəvərdim – bəydim, xandim,

Sədaqətə bərk inandim,

Eşqə düşdüm, əqli dandim,

Vəfasizmiş, sonda qandim,

Ağlar qaldi məhəbbətim.

Dilbər dedim, ruh çağladi, 

Fələk yolumu bağladi,

İlham coşdu, qəlb ağladi,



Tofiq Məhəmməd oğlu Hüseynzadə

376


Həsrət sinəmi dağladi,

Yer-göy eşqə yas saxladi,

Məni belə «uğurladi»,

Ağlar qaldi məhəbbətim.

1969 noyabr



Xəyal cığırı – II cı̇ld

377


ÜRƏK NECƏ ÇAĞLASIN?

Aranda mən qişam, dağda aranam,

Qişinda çiçəyəm, yayda boranam,

Yenidən doğulam, təzdən yaranam...

Deyin, axi, ürək necə çağlasin?

Haqsizliq «haqq» – deyə, başda dayandi,

Günəş varkən, nur zülmətə boyandi,

Yaz gəlməmiş qara bəxtim oyandi,

Yara deyin, gəlib yaram bağlasin.

Nəzmə çəkdim naz satan gözəlləri,

Od tutdu, yandirdi gül bənizləri,

Çağirin köməyə dost-əzizləri,

Qoymayin ki, od sinəmi dağlasin.

Nəğmə deyən bülbüllər ahu-zarda, 

Lalə-nərgiz gül açmadi baharda,

Axir mənə qənim çixdi o, yar da,

El-obalar bu dərdimi ağlasin.

1969 noyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

378


ÇAL, AŞIQ

Çal, aşiq, yenə çal «Yaniq Kərəm»i,

O, həzin nəğməyə vurulmuşam mən.

İllərlə eşitsəm o, böyük qəmi,

Heç zaman demərəm, yorulmuşam mən.

Həsrətdən ürəklər qübar bağladi,

Sanki duymadilar gələn bahari.

Könlüm musiqisiz yenə çağladi,

Ah, naləm ucaldi göyləri sari.

Çal, aşiq, nəğməndən titrədi qəlbim,

O, böyük hicrani nəzmə çək bu an,

Şadliq aləmindən mən zara gəldim,

Qəmdə gizlənib eşq. Şənlik – bir yalan!

Qəmdən yoğrulsa da eşqin dastani,

Könüllər mülkünə bir yadigardir.

Nakam məhəbbətdə qalsa da cani,

Bu eşqin özü də qəlblərə yardir. 

Çal, aşiq, sazini dinləyir dağlar,

Onlar da səsinə səs verir sazin,

Nəğməsiz dağlari dərd-qəmlər dağlar, 

Olsa da qoynunda baharin, yazin.



Xəyal cığırı – II cı̇ld

379


Nəğməndə ətri var gül-çiçəklərin,

Ətrindən hər kəsin qəlbi ruhlanar.

Qəlbə qida verən musiqilərin 

Nurunda pərvanə oda qalanar. 

Çal aşiq, sazinda dil açsin həyat,

Bütün varliqlari xəyal aparsin,

O səsin sehrində bir məbəd yarat,

Dünya var olduqca, əbədi qalsin!

1969 dekabr



Tofiq Məhəmməd oğlu Hüseynzadə

380


QAYTAR  ÜRƏYİMİ

Ürəklər çox dəyişib,

Cərrahin otağinda.

İndi oyuncaq olub,

Mənasi bu çağin da.

Nə həkiməm, nə təbib,

Nə cərrah otağim var...

Dəyişdik qəlbimizi,

Çağladi, coşdu onlar.

Bir sən bildin, bir də mən,

Bir də o gün, o saat.

Mən bir səni yaşadim,

Sən də tək məni yaşat.

İki qəlb daşiyiriq...

İndi ki, yaşayiriq –

Sən mənim ürəyimlə,

Mən sənin ürəyinlə,

Az sizilda, az inlə,

Bir az da məni dinlə:

– Bax həmişə beləsən,

Qaytar, yordun, üzdün sən,

Mənim öz ürəyimi,

Çəkim mən öz dərdimi.

Mənim tənha qəlbim də

İki ürək həddində



Xəyal cığırı – II cı̇ld

381


Ürəkləri daşisin,

Tək bir canda yaşasin.

İki olsun qanadim,

Səni məndə yaşadim!

1969 dekabr



Tofiq Məhəmməd oğlu Hüseynzadə

382


KƏNDİMİZİN QIZLARI

Gözəl-göyçək, həyali,

Mata qoyub mahali,

Siğmaz adi dastana,

Günəşlə Ay bir yana,

Əks edir ulduzlari

Kəndimizin qizlari.

Sevib öz həyatini,

Həyasini, andini.

Qəhqəhəsi ucalir,

Lağa qoyub, əl çalir,

Boynu-başi dazlari

Kəndimizin qizlari.

Ya gülüşlü, ya səssiz,

Ürəklərdən xəbərsiz,

Hərdən gəlib, keçəndə,

Qoyur fikir içində

Bəzi şeirbazlari 

Kəndimizin qizlari.

 

01.01.1970




Xəyal cığırı – II cı̇ld

383


SƏNİN GÜLÜŞÜN

Sən güldün…

                  gülüşün könlümə axdi,

Dağlardan süzülən çeşmə suyu tək.

Əğyarin könlünü yandirdi, yaxdi,

O, sadə qəhqəhə, o, gözəl istək.

Sən güldün…

                 qəhqəhən dağlara düşdü,

Hürküşdü ceyranlar öz oylağinda,

Sevindi çiçəklər, quşlar ötüşdü,

Şehlər də titrədi gül yarpağinda.

Sən güldün… 

                 Xəyalin o, gözəl səslə

Keçdi dalğa-dalğa asimanlari,

Sənin gülüşlərin min bir həvəslə,

Bilsən, məftun edib çox insanlari.

Sən güldün…

                  İlhamim gəlibdir cuşa,

Yazmasam, sinəmi dağidar bu eşq.

Deyirəm, eşqimlə dayanib qoşa, 

Təmiz könüllərdə inan, var bu eşq.

02.01.1970




Tofiq Məhəmməd oğlu Hüseynzadə

384


VƏTƏN SEVGİSİ 

Vətənin eşqidir yandirir məni,

Özü tək məni də alovlandirir.

Nakam Füzulinin hicran qəmini,

Kaman dilə gəlir, havalandirir.

Doymuram yurdumun gözəlliyindən,

Saxlaya bilmirəm bu həyəcani.

Dəyişə bilmirəm heç şey ilə mən,

Vətənim, vətənim Azərbaycani.

Öz şirin kəlməmi, şirin sözümü

Vətən eşqi ilə yaziram hər dəm.

Daha çox sevdiyim iki gözümü 

Vətənə verməyə haziram hər dəm.

02.01.1970




Xəyal cığırı – II cı̇ld

385


MƏNİ GÖRMƏK İSTƏSƏN

Görmək istəsən məni,

Alib qələm əlinə,

En dəniz sahilinə. 

Tamaşa et doyunca 

Dalğalarin rənginə.

Yeri sahil boyunca,

Bilmə kədər nə, kin nə,

Ləpələr aşib, daşir,

Ləpələr qucaqlaşir.

Sahildə qalsin izin,

Seyrinə dal dənizin.

Qağayilar ötüşür,

Əksi sulara düşür.

Qayalarin ayaği

Yuyulur dalğalarda,

Sevgilim, xəyalinla,

Söylə hardasan, harda?!

Bilirəm, nəğmələrin

Qucağinda gülərsən.

Sonra alib qələmi

Şirin xəyalinla sən,

Mənə bir parça şeir

Yazib göndərəcəksən.

(A vəfali gözəlim,

Sən ki gülsən-çiçəksən!)




Tofiq Məhəmməd oğlu Hüseynzadə

386


Yazdiğin misralarda

Duracağiq üz-üzə.

Günəş salam verəcək 

Bir vəfali gündüzə.

03.01.1970



Xəyal cığırı – II cı̇ld

387


SEVGİLİMƏ

Bilirəm gözəlim, bu dərdi mən də,

Nə qədər olmasa, ağirdir bir az.

Bu təzə dəb deyil, düşübdür kəndə,

Nişan mərasimi qizilsiz olmaz.

Qohumda-qonşuda bütün qizlarin

İtib barmaqlari daş-qaş içində, 

Qizilli-gümüşlü vəfasizlarin

Görmüşəm ömrünü, göz yaş içində

Sənə göndərdiyim adi üzükdə 

Ağ gündən savayi düşünmə bir şey,

Bu gün də, sabah da, gələcəkdə də

Biz xoşbəxt yaşasaq, hər şeydir, hər şey.

06.01.1970




Tofiq Məhəmməd oğlu Hüseynzadə

388


ÜRƏYİMDƏ GÖZƏLLƏR

Siz, ey bir-birinə qənim gözəllər,

Mənim ürəyimə necə siğdiniz?

Sən ondan, o, səndən tutmayib xəbər,

Vaxt oldu gah gülüb, gah ağladiniz.

Minib köhlənimi – xəyal atimi, 

Oldum qəlbinizin hər hissəsində.

Bu, gözəl, bu, çətin tədqiqatimi 

Apardim hər qəlbin gizli səsində.

Gecə də, gündüz də bir zərgər kimi 

Seçmişəm mən sizi, sizdən xəbərsiz,

Yandiniz sinəmdə ulduzlar kimi,

Alovdan, atəşdən, közdən xəbərsiz.

Seçdim öz ömrümə bir xoş xasiyyət,

Getdi birdəfəlik çürük andiniz.

Ürəyim sirrini açsaydi – heyhat, 

Onu birdəfəlik dağidardiniz.

06.01.1970




Xəyal cığırı – II cı̇ld

389


QARDAŞIMA

(məktub)


Yenə də oynadi könlümün səsi,

Yenə də qəlbimin xoş təranəsi

Yazin seli kimi kükrədi, daşdi,

Diyardan-diyara qolunu açdi.

Siğmadi bu, böyük cahan qəlbimə,

Həmişə üşüyən, tövşəyən simə

Bir mizrab endirdim, oxudu dil-dil,

Bu mahni hər sadə mahnidan deyil.

Günəş boy göstərib qalxirdi çeşdə,

Açdi, qönçələndi çiçəklər döşdə,

Marallar hürküşdü, atildi koldan,

Ceyrani vurdular bu dəfə soldan...

Oynatdi yarpaği sərin-sərin meh,

Qəlbimdən hər sözü danişsaydim... eh!..

Dünyani bəzəyən güllər, çiçəklər,

Könüllər odlayan gözəl, göyçəklər,

Dağlar döşündəki can verən maral,

Təzə qanadlanmiş hər körpə maral...

...Bunlari düşünən, yaşadan zəkam,

(Hələ bu dünyadan almasam da kam,)

Qəlbimdə boy atan ən böyük arzum,

Ən böyük diləyim... yazmiram uzun,

Salamlar göndərir doğma qardaşa,

– Deyirəm, bir əsr sağliqla yaşa!!!




Tofiq Məhəmməd oğlu Hüseynzadə

390


Qardaşiq! Zəkamiz, düşüncəmiz bir,

Həqiqət axtardiq hər yerdə bir-bir.

Baş əyə bilmədik hər ətalətə,

Biz qiymət vermişik işə, zəhmətə.

Qəlbimiz gül kimi, vicdanimiz saf,

Günəş tək bizə ki, əzizdir insaf.

Bir şikəst görəndə qəlbimiz yanir,

Elə bil, ömrümüz o dəm dayanir.

Təbiət geyəndə al örpəyini,

Şadliqlar götürür səni və məni.

Ayri dolansaq da, birdir qəlbimiz,

Duyduq ömrümüzün mənasini biz.

Anam ürəyini bölərək yari,

Birini sənə verdi, birini də mənə.

Yaşamaq asanmi, de, səndən ayri?..

Ən böyük düşmənsən alçaq düşmənə.

Bizim qəlbimizə kindən, qəzəbdən

Yol tapa bilmədi dünya və şöhrət.

Bununçün, qardaşim, billəm əzəldən,

Vardir bir-birimizə sonsuz məhəbbət.

Bu adin önündə bir qulam hər vaxt,

(Bizdəki məhəbbət heç kəsdə yoxdur.)

Qurulsun qoy sənə yaqutlardan taxt,

Əzəldən ən böyük diləyim budur!

Eşitdim, görmüsən o, dilbər qizi,

Bir yol qirağinda, bir səhər ertə...

...Səni güldürdümü o, Dan Ulduzu?..

Düşmüşəm dərdindən bir ildir «xəstə»,




Xəyal cığırı – II cı̇ld

391


Surəti dağ gülü, qaşlari kaman.

Zəngin təbiətli, hər an gülüşlü...

Yerişi, duruşu, baxişi ceyran.

Ömrümü çox zaman yoran, gülüşlü...

Yaşasin, hər zaman bəxtiyar olsun!

Ürəyin sevdiyi sənə yar olsun;

Onunla birlikdə hey zaman-zaman,

Bəxtiyar ömr elə, bəxtiyar yaşa.

Bu sözü ürəkdən söyləyirəm mən.

Bir yerdə yaşayin, qariyin qoşa.

Artiq gecə keçir, yatmaq vaxtidir.

Gecən xeyrə qalsin, ey ilk sevincim!

Sözüm çox olsa da, yazdiğim azdir,

Deyirəm, bəs eylər bu, sadə incim.

Bəlkə də, qəlbindən olmasin hər söz...

Ağartma da bu, qaralama da bu...

(Şairlik könlümə salibdi od, köz,)

Yenə şirin olar qardaş məktubu.

1970 yanvar



Tofiq Məhəmməd oğlu Hüseynzadə

392


GİLEY

O nədir?.. Sevgilim, çatilib qaşin, 

Təzə adətmidir, xasiyyətmidir?

Asta danişirsan, ağir dinirsən,

Yoxsa daha artiq əziyyətmidir?

Qoy ellər, obalar ayağa dursun,

Təqsirim var isə, boynumu vursun,

Axi, nə demişəm, dilim qurusun,

Yardan giley etmək cinayətmidir?

Qəlbimin səsindən dayanma uzaq,

Götür qələmini bu sətri yazaq,

Deməsək, gülməsək, oda yanmasaq,

Belə bir məhəbbət məhəbbətmidir?

Kim ki, vəfalidir, sevər yarini,

Dağidar bu yolda bütün varini,

Alibsan Qəmlinin ixtiyarini,

Cana sahib olmaq bir adətmidir?

07.02.1970




Xəyal cığırı – II cı̇ld

393


SƏNİ SORUŞDUM

Gələndən-gedəndən səni soruşdum,

Dedilər: ağlayir yar həsrətini.

Dedim: əyilməsin hər çətinliyə,

Dedilər: o, bilir öz qiymətini.

Dedim: ürəyimi atsam da tel-tel,

Qərq etməz eşqimi, nə Qanqa, nə Nil.

Dedilər: o, elə vəfasiz deyil,

Unutmaz ölüncə məhəbbətini.

Dedim ki, ölürəm, xəbər göndərin,

Bağrinin başini qana döndərin.

Dedilər: ey qafil, varmi xəbərin?

Xəstədir. Kim yazsin şikayətini?..

07.02.1970




Tofiq Məhəmməd oğlu Hüseynzadə

394


DEYİRLƏR

Məhəbbət macərami

Deyib-danişir hami.

Deyirlər: Kərəm kimi

Əhdinə sadiq oldu,

Leylisinin eşqinə

Məcnun kimi vuruldu.

Unutmadi bircə dəm

Öz sevimli yarini,

Görən kimi sevincdən

Açibdi qollarini.

Olub qizin eşqində  

Gündüz Günəş, gecə Ay,

Onu aldada bilməz

Nə xəzinə, nə saray.

Vaxt olub, bülbül kimi

Qəfəsdə ağlar qalib,

Vaxt olub, şadliq səsi

Göylərədək ucalib.

Məhəbbəti başindan

Tutub xeyli yuxari,

Görün nə bəxtiyardir

Onun sevimli yari...

Köhnəliyin başini

Tottalayib geridə  – 

Deyənlər, düz deyirlər.

Elə, buna görə də,

Məhəbbət macərami

Deyib-danişir hami.

04.04.1970




Xəyal cığırı – II cı̇ld

395


HƏYAT 

Həyat necə şirindir,

Kim ondan doydu, getdi?!.

Həyati çox sevənlər

Adini qoydu, getdi.

Hər animiz bir dilək,

Boylaniriq sabaha.

Taleyimiz gül-çiçək,

Qar-boranlar yox daha.

Mənalidir ömrümüz,

Arzular artir qat-qat.

Yaşayaydiq gərək biz,

Daha uzun bir həyat.

17.05.1970




Tofiq Məhəmməd oğlu Hüseynzadə

396


GİLEYLƏNMƏ,  GƏL

Eşitdim, yamanca gileylənirsən,

Saz tutub, söz qoşan şairliyimdən.

Gecələr qəlbini şam tək yeyirsən,

Deyirsən, bu dərdə heç dözmərəm mən.

Bilsən, mən özüm də bilirəm bunu

Şairlik çətindir, sevgilim, yanma,

Şairlər çox zaman, öz yuxusunu

Bəxş edir talesiz, bədbin insana.

Şairlər şam kimi kağiz, qələmlə

Bir hicran oduna hər zaman yanir,

İncitmə könlümü sən də bu qəmlə,

Başimda, gör necə dünya dolanir!?.

Heç zaman unutma, eşqim, həyatim

İlhamla yazdiğim misralardadir.

Şeirsiz, nəğməsiz ucalmaz adim,

Necə ki, gül ətri ilk bahardadir.

Şam kimi yanmasaq həm sən, həm də mən,

Bilməzdik dünyanin ilk mənasini.

Yazdiqca yanmişam, yaxşi bilirsən;

Şerimin, sözümün hər misrasini.

Sən mənim eşqimin qədrini bilsən,

Şeirdən, nəğmədən gileylənmə sən.

28.05.1970




Xəyal cığırı – II cı̇ld

397


OXU  BU ŞERİMİ

Oxu bu şerimi, oxu, dilbərim!

Oxu ki, eşqinin vurğunuyam mən.

Dünən camalini sevən gözlərim

Bu gün təbiətə kəsilib düşmən.

Oxu bu şerimi...

                         yanaq şam kimi,

Yaman tez ayrildiq, itdik əbədi,

Sən bir gündüz kimi, mən axşam kimi...

Sevgilim, 

                həyatin qisasi nədi?!.

Oxu bu şerimi… ah çəkib, ağla,

Çəməndə gülün də gözləri doldu.

Oxu bu şerimi, yadigar saxla,

Bəlkə də eşqimiz bir dastan oldu.

05.06.1970



Document Outline

  • Пустая страница
  • Пустая страница

Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə