Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə137/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   133   134   135   136   137   138   139   140   ...   143

Xəyal cığırı – II cı̇ld

317


SƏNİ SEVDİYİM ZAMAN

Səni sevdiyim zaman

Dedim, dünya mənimdir.

And içib, ilqar etdik,

Sandim yer-göy çəməndir.

Atib qüssəni, qəmi,

Səadəti çağirdin.

Gecələr Ay, səhərlər

Günəş kimi doğardin.

İndi yuxu kimi sən

Hara getdin, bilmirəm?

Ürəyimin içində

Necə itdin, bilmirəm?

Tutulubdur ömrümün

Günəşi də, Ayi da, 

Qalmamiş bu eşqimin

Harayi da, hayi da...

Qəlbimə girdin asta,

Qəlbimdən çixdin yaman.

Ağlim hara gedibmiş

Səni sevdiyim zaman?..

12.03.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

318


KÖLGƏ 

Güclü olduqca işiq

Kölgə qaranliqlaşar,

Uzaq düşdükcə işiq

Kölgə də uzaqlaşar.

İşiq, kölgə dolanib,

Mütənasib yaranib,

Kölgələr ayri-ayri…

Hər şeyin öz vüqari;

Bir dağin kölgəsində

Min qoyun-quzu yatar,

Bir insan kölgəsində

Bir mahal şöhrət tapar.

Kölgə cansiz yarandi,

Canli kimi göründü. 

Çoxu canli oldusa, 

Kölgə kimi süründü.

13.03.1969




Xəyal cığırı – II cı̇ld

319


SƏNİ NECƏ UNUDUM?

Vüsala çatmasaq da,

Səni unudum necə?!.

İnsan kimi eşqinlə

Yanmişam gündüz-gecə.

Bu ki, deyildir xəlvət,

Həyatdir ilk məhəbbət.

İlk sevdadan çəkinmək

Mümkün deyildir, məncə,

Onda son nəfəsdə də,

Səni unudum necə?!.

Dünyaya «bir, yan», dedim,

Səni qoydum bir yana. 

Bəlkə sənin eşqinlə 

Mən gəlmişəm cahana!?.

Mənim bəxtim əzəldən

Kor baxdi al səhərə, 

Kaş ki, vurulmayaydim

Əzəldən sən – dilbərə.

Çox da ki, ömr etmədik 

Bir yerdə, bu cahanda, 

Yaşayiriq onsuz da

Bir ürəkdə, bir canda.

Ayrildiq göz yaşinda,

Nə sən oldun günahkar,

Nə mən oldum günahkar…

Ağir dağlar başimda...



Tofiq Məhəmməd oğlu Hüseynzadə

320


Sinəmdəki daş deyil,

Döyünür canli ürək.

Özümü ilk unudam,

Səni unutsam, gərək!..

14.03.1969



Xəyal cığırı – II cı̇ld

321


YARASA

Çixib gecə yarasa 

Uçub gedir harasa...

Havani yara-yara, 

Girir qaranliqlara. 

Niyə, nədən, bilmirəm,

Kor qalib gündüzlərə?!

Elə bil ki, bu dünya 

Siğişmir o gözlərə.

15.03.1969



 («Vardenis» qəzetinin 12.02.1974-cü il

tarixli sayında dərc edilmişdir.) 


Tofiq Məhəmməd oğlu Hüseynzadə

322


METRODA BİZ 

Yadindami, ilk dəfə

       sevincdən gülə-gülə, 

                 dönüb bülbülə,

Metroya bir girmişik.

O, böyük gözəlliyə 

Birgə qiymət vermişik.

Ayağimiz altinda

                pillə-pillə döndü yer,

Mən ki səni tutanda, 

Diksindin…

Nə danişdin, nə dindin,

Pillə-pillə endi yer.

Qatar yerin altinda

Hay saldi...

        haray saldi.

Məni sənin ürəyin,

Səni heyrətlər aldi.

Yadindami, ilk dəfə

            su kimi axa-axa, 

Bir az keçib qabağa... 

            yer işiq, yollar işiq,

Metrodan bir çixmişiq.

Ayağimiz altinda

            pillə-pillə qalxdi yer,

Su kimi 


           ləpə-ləpə 

                Yer üzünə axdi yer.




Xəyal cığırı – II cı̇ld

323


Bizim də həyatimiz 

Dolanir pillə-pillə,

Qoy ucalsin adimiz

Hər gələcək nəsillə.

16.03.1969



Tofiq Məhəmməd oğlu Hüseynzadə

324


DUR, GEDƏK

(qəzəl)


Yaziğam, dur ayağa, aləmi-canim, dur, gedək,

Qan tökür didələrim, ahim-fəqanim, dur, gedək.

Ömrümü yaşatmişam – sən deyib, sən eşidib,

Boynumu qoyma buruq, cümlə-cahanim, dur, gedək.

Ahima yanar dağlar, əlimdən qopsa əlin,

Qəlbinin xəstəsiyəm, dərdim-dərmanim, dur, gedək.

Ucaldaram göylərə «yar! yar!» deyən səsimi mən,

Ürəyimi çöllərdə dəli qoyanim, dur, gedək.

Eşqim oddur, alovdur a yar, yandirir cismini,

Yaniram bu məclisdə, ciyərim-canim, dur, gedək.

Gözlədim yollarini aylar nədi, illərlə mən,

Vəfasiz olan dilbərim, səbrim-amanim, dur, gedək.

Səadəti sanmişam o, hürkək baxişlarinda,

Ömrümü sən yaşatdin, gözəl-dövranim, dur, gedək.

Getməsən, Qəmlini qoy, ellər yiğilsin, ağlasin,

Yaziğam, yalvariram ürəyim-qanim, dur, gedək.

19.03.1969



Xəyal cığırı – II cı̇ld

325


XƏYAL MƏNİ APARIR

Xəyal məni aparir…

Aparir, hey aparir…

Ayağimi quş kimi

Yerdən, göydən qoparir.

Uçuram yüksəlişə…

Uçuram gül, çiçəyə…

Uçuram bir keçmişə…

Uçuram gələcəyə…

Əfsanəvi don geyib,

Göylər ilə gedirəm.

Həqiqətdən ayrilib,

Min-min xəyal edirəm…

Sular kimi axaraq,

Qucağina sixaraq,

Xəyal məni aparir,

Aparir, hey aparir…

20.03.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

326


GÖZLƏRİM

Yenə söylə görüm, axi, hardasan,

Ay mənim boşalan, dolan gözlərim?

Bu dəmlər sən yaman uzaqlardasan,

Durub, bir nöqtədə qalan gözlərim.

Yoxsa o dilbərdən düşdün arali,

Çəkilmə, ömrümü qoyma yarali,

İtirsən bircə dəm nazli marali,

Dağlari, daşlari dolan, gözlərim!

Qəmliyəm, dünyadan sinə dağliyam,

Bu azad cahanda eşqi bağliyam,

İstərəm, ah çəkib bərkdən ağlayam,

Ağlasam durulma, bulan, gözlərim!

20.03.1969




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə