Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə133/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   129   130   131   132   133   134   135   136   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

282


MAQNİT VƏ DƏMİR

Dəmiri maqnitdən 

Arali saxladilar,

Qüvvələr getdi-gəldi…

Onlari buraxdilar.

Dəmir qaçdi maqnitə,

Maqnit qaçdi dəmirə.

Bilənlər heyran-heyran

Baxardilar bu sirrə.

Bilməyənlər duydu ki,

Maqnit dəmiri çəkdi.

Amma bilmədilər ki,

Dəmir də eyni güclə 

Özünə maqniti çəkdi.

Əyər maqnit çəkənsə...

Ən qiymətli qizila,

Gümüşə, bir də misə

– Qüvvələr salib yola, –

Niyə yaxin düşmədi?

Yerindən dəyişmədi?

El sözüdür: heç zaman 

Sular xəlbirə dolmaz,

Söz-sözlə çəp gələndə,

O yerdə dostluq olmaz.

22.02.1969



Xəyal cığırı – II cı̇ld

283


QARANLIQ  QARIŞANDA

Aləm qara don geyər,

Dəyişər də rəngini,

Könüllər nəğmə deyər,

Ucaldar ahəngini

Ulduzlar sayrişanda,

Qaranliq qarişanda.

Kim ki, deyil vəfasiz

Axtarar gəzə-gəzə,

Bir yerdə oğlanla qiz

Dayanarlar üz-üzə

Gül-gülə sarişanda,

Qaranliq qarişanda.

Dərd çəkər için-için

Yardan ayri gəzənlər,

Sevdali cüt göyərçin – 

Qaş-qabaqla küsənlər

Gülərlər barişanda,

Qaranliq qarişanda.

Sevgililər axtarar

Səadəti hünərdə,

Çətinliyi qoparar

İkisi də bir yerdə

Arzular yarişanda,

Qaranliq qarişanda.

22.02.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

284


SƏRHƏD

Elləri bir-birindən

Sərhədləri ayirdi,

Dilləri bir-birindən

Sərhədləri ayirdi.

Yerdə, göydə, üfüqdə,

Kənddə, şəhərdə sərhəd,

Ulduzlar aləmində,

Axşam-səhərdə sərhəd.

Dildə adi sözün də

Çəkilmiş sərhəddi var,

Uşağin, böyüyün də

Öz hörmət sərhəddi var.

Çalişaq hər bir şeyi

Sərhəddində saxlayaq,

Bir sözü danişmamiş

Qabaqcadan yoxlayaq.

Sərhəd nə bir canlidir,

Nə də isti qanlidir.

Sərhədlər deyil əsla,

Adi, əlvan zolaqlar!..

Bircə sərhəd pozulsa,

Bəşəriyyət ağlayar…

22.02.1969




Xəyal cığırı – II cı̇ld

285


OD VƏ SU

Od su ilə, su odla

Yaşadilar cad qanli,

Ancaq bilmədilər ki,

Yaradiblar cahani.

22.02.1969



TƏƏCCÜB

Yerdən, göydən doymayan

Milyonerlər öləndə,

Darixmirmi, görəsən,

İki metrlik sində?

23.02.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

286


XƏRİTƏDƏ 

Xəritədə çəkilib

Ölkələr ayri-ayri.

Xəritədə çəkilib

Böyük şəhərlər, 

                 kəndlər.

Qizil, gümüş,

              mədənlər,

Yerin dövləti, vari.

Qərəz ki, Yer büsbütün

Xəritədə əks olub,

Çəkilməyib iki şey,

(Yoxsa ki unudulub?):

 – Alçaq milyonerlərin

Azğin müharibəsi,

 – Qaralara ağlarin

Haray, qişqiriq səsi. 

23.02.1969




Xəyal cığırı – II cı̇ld

287


 BABAMI AXTARIRAM…

Müharibə qoxusu

Getsin, gəlməsin bir də…

Ərşə çixib yuxusu,

Dərin xəyal, fikirdə,

Nənəmin göz yaşinda

Babami axtariram.

Ayriliq bir gün deyil,

Sonsuzluğa çəkilmiş,

Hərdən, uzun-uzadi

Bir nöqtəyə dikilmiş

Atamin baxişinda

Babami axtariram.

Görəsən, heç babamin

Yerini varmi bilən?..

Əlacsiz qalib, niyə?

Buludlarin tökülən

Qarinda, yağişinda

Babami axtariram…

Ay nənə, de, babama

Oxşari vardir kimin?

Nənəm baxir hamiya,

Qardaşimin, əmimin

Kirpiyində, qaşinda

Babami axtariram…



Tofiq Məhəmməd oğlu Hüseynzadə

288


O, cəbhədə öləndə

Anam hələ qiz imiş,

Adini əziz bilib,

Üzünü, bir görməmiş

Ürəyimin başinda

Babami axtariram…

Çoxlari gördü, getdi

Yüz qişi, yüz bahari,

Babami da yaşadan,

İllərin ayri-ayri

Baharinda, qişinda 

Babami axtariram…

Allah haqqdir, bəs niyə

Ölənlər öldü haqsiz?..

Gəzib qariş-qariş mən

Vətənimin cavabsiz

Torpağinda, daşinda

Babami axtariram…

Qərinələr yoldadir…

Günlər qarişir ilə,

Ömrüm yaman haldadir…

Kor kimi əllərimlə

Əsrimizin yaşinda

Babami axtariram!

Babami axtariram!..

23.02.1969




Xəyal cığırı – II cı̇ld

289


MƏN ƏSGƏR GEDƏNDƏ…

Mən əsgər gedəndə anam ağladi:

– Allah, sən oğlumun ətəyindən tut!

Oğul, oğul, oğul! Ömrümün dadi!..

Səni salamat get, salamat qayit! 

Mən əsgər gedəndə atam gülərək,

İki əli ilə sixdi əlimi.

Dedi: – Xoş gedirsən, ay oğul! Görək 

Necə qoruyursan doğma elini?..

Xidməti namərd tək qoyma yarimçiq,

Vətənin yaninda üzün ağ olsun.

Qayit evimizə sən alni açiq,

Ürəkdən deyim ki, oğlum sağ olsun!.. 

23.02.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

290


İLDIRIM  SULARDAYDI…

(Sularda ildırım)

Buludlar aşa-aşa,

Toxundular baş-başa,

           tək bircə anliq

                    işiqlandi qaranliq. 

İldirim çaxdi,

             şiğiyib axdi.

Buludlarin içində 

             damcilar gilələndi,

                    yerlərə su ələndi.

Çaylarin suyu daşdi,

                           sahili aşdi.

Tutdular solu, saği,

                     daşi, torpaği 

                              yara-yara

               axdilar ümmanlara.

İnsan dedi: 

                bu nədir?..

                    qəribədir!

İldirimdan çixdi su,

İldirimdan axdi su.

Yoxsa bu əfsanədir?!.

                  qəribədir…



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə