Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə131/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   127   128   129   130   131   132   133   134   ...   143

Xəyal cığırı – II cı̇ld

267


 ... FIRLANMASAYDI

Bizə elə gəlir, Yerin başina 

Günəş dövrə vurur, Günəş firlanir,

Baxsaq Günəş ilə Yerin yaşina,

Görərik kim hara, necə dolanir.

Günəşdir anasi doqquz dünyanin,

Ananin başina dolanar övlad.

O, böyük ananin, böyük cahanin

Dolanir başina bu, doqquz həyat.

Yer daim firlanir eyni sürətlə...

Yerin orbitində dolanan Aydi.

Yer, Yer olardimi bu cəmiyyətlə

Günəşin başina firlanmasaydi!?.

17.02.1969



KOR

Əllərilə yol açib

Kor yaşatmir özünü,

Elə bil, cirmaqlayir

Təbiətin gözünü.

17.02.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

268


ÜRƏYİM DÖRD HİSSƏDİR

Ürəyim dörd hissədir…

Sağ mədəcik, 

             sağ qulaqciq,

Sol mədəcik,

             sol qulaqciq.

Xəbis ürəklər kimi,

Nə daşam, nə dəmirəm,

Dünyada heç bir şeyə 

Tor qurmaq istəmirəm.

Dosta, tanişa, yara,

Ən yaxşi insanlara

Məhəbbət bir hissədə.

Ağ gün üçün çarpişan,

Gözəllikdən yapişan 

Səadət bir hissədə.

Çətinliklər qirmağa, 

Yeniliklər qurmağa 

Ədavət bir hissədə.

Tüfeyli insanlara,

Vətənə düşmanlara

Xəyanət bir hissədə.

Hər işi həll eyləyər

Hissələrin vəhdəti,

Çatdirar arzusuna



Xəyal cığırı – II cı̇ld

269


Səadət məhəbbəti...

Ayriliq, birlik hara?..

Düşünməyin a, dostlar

Hissələr arasinda 

Tayli qapaqlarim var.

18.02.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

270


QARA RƏNG

«Qara matəm rəngidir», –  

Demək, gəlməz dilimdən,

Elə düşünmə ki, yar

Mən qorxuram ölümdən.

Yox!... Yox!...

                      axi, qaradir

Kirpiklərin, qaşlarin, 

Gözlərin və saçlarin...

Mən ki deyirəm, bu rəng 

Gözəlliyi  yaradir.

18.02.1969



NƏHAYƏT...

Varliğim bir canlidir;

Arzular ayri-ayri,

Yüksəlişə bağlidir

Ömrümün ixtiyari.

İstərəm ki, dünyani

Çiyinimdə daşimaq,

Məqsəd, inam, bircə şey – 

İnsan kimi yaşamaq!..

İnsan kimi yaşamaq!..

19.02.1969



Xəyal cığırı – II cı̇ld

271


TORPAĞIN SİRRİ

Cahanin sirrinə, qüdrətinə bax!...

Torpaq da dərdini ağlayir hərdən,

Torpaq quraqliqdan olanda dağ-dağ,

Ayrila bilməyir dərddən, fikirdən.

Xəyali dumanli qüssədən, qəmdən,

Başinin üstünə yiğilir bulud.

Gəlib, karvan-karvan ötüşüb, gedən

Buludlar dərindən keçirir sükut,

Yenə də ayrilmir torpaq fikirdən,

Torpağin fikiri qarişir birdən.

Xəyali diksinir, ildirim çaxir,

Bu sürət qəlbini yandirib, yaxir.

Qaralir gözləri, dolur gözləri, 

Göylərdən yerlərə yağiş tökülür.

İslanir torpağin yanar üzləri,

Açilir bənizi, sevinir, gülür.

Elə ki, göylərdən tökülür payi,

Dağidir başindan six buludlari.

Donur taleyinin Günəşi, Ayi,

Görür xəyalinin ulduzlarini.

19.02.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

272


ÜRƏYİM QƏDƏR

Sevən sevilənə düzgünmü demək, – 

«Mən səni sevirəm dünyalar qədər?»

Yaxşidir, lazimsiz sözdən çəkinmək,

«Yersiz işlənəndə, qiymətsizdi zər».

Ürəyim vurmasa, mən yaşamasam, 

Dünya olmasa da, olsa da nədir?

Yaxin dostlarima ürək açmasam,

Bu, sonsuz gözəllik bir əfsanədir.

Ürəyim istəyən yoldaşi-yari

Sevirəm, qulaqlar qoy eşitsinlər;

Dünyadan çox şirin, yaşayan ayri,

Daha böyük olan ürəyim qədər!..

19.02.1969




Xəyal cığırı – II cı̇ld

273


DOSTLAR,  A «DOSTLAR»

Sözü söz ardinca yazmasa şair,

Misralar düzülüb, bir şeir olmaz.

Bunu hami bilir, hami da deyir:

Damcilar axmasa, dəryalar dolmaz.

Söz yaxşi sözlərlə uzlaşsa əyər,

Şöhrəti dayanar göylərdən uca.

Arxali köpəklər pələng də yeyər,

Gedər çəkinmədən çöllər boyunca.

Dağlar da, dağlara söykənməsəydi,

Bəlkə də insanlar çəkib, yixardi.

Çox gölün sulari tükənməsəydi,

O da öz adina şöhrət tapardi.

Mən də bir insanam, mənim də qəlbim

Ucalmaq istəyir uca dağ qədər,

Sinəmdə tükənməz şeir-söz təbim

Ucalmaq, ucalmaq, ucalmaq istər!..

Böyük dağlar kimi arxamda duran

Sizsiniz, sizsiniz dostlar, a dostlar!

Ömür yollarimdan keçsə də boran,

Sizin Günəş qədər şöhrətiniz var.

Həyat yollarima düzülsə düşmən,

Sizsiz ucalmaram, bu nə deməkdir?



Tofiq Məhəmməd oğlu Hüseynzadə

274


Darda da, gendə də bilirəm, hökmən,

Dost dosta arxadir, dosta köməkdir.

Bu, geniş təsviri qoyaq qirağa,

(Qoy şair getməsin uzunçuluğa).

Məndən inciməyin, oxuyun məni,

Bu axşam sizinlə açiq danişaq.

Anlayin siz məni, tez duyun məni,

Həqiqi dostluğa nəğmələr qoşaq.

Məndən inciməyin, dostlar, a dostlar,

Sizin yaxşiniz da, pisiniz də var.

Dara düşməmişəm hələlik ki, mən,

Sizin içinizdən seçə bilmirəm,

Hansiniz dostluğu çox sevirsiniz?..

Mənim gözlərimdə bir dost kimi siz,

Hələlik cağlayan mavi sular tək.

Sizə fərq qoymayir sinəmdə ürək,

Qəlbimdə yaşayir məhəbbətiniz,

Dostluq gözəl şeydir, qədrini bilsək.

Yaxşi bilirəm ki, açiq danişaq,

Sizin yaxşiniz da, pisiniz də var.

Hələ bir kişi yox, olsam da uşaq,

Yer gəlsə, seçməyə qüdrətim çatar.

Bu sirli aləmi, – qoyun sizi mən 

Yaxşili, yamanli qiymətləndirim,

Gəlib, xəyalimdan qaranliq keçən

Bu şeri ilhamla sürətləndirim. 




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə