Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə139/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   135   136   137   138   139   140   141   142   143

Xəyal cığırı – II cı̇ld

337


Oxu, kaman!

               Oxu, tar!

Oxuyun qəmli-qəmli

Oxuyun qatar-qatar!..

14.06.1969



Tofiq Məhəmməd oğlu Hüseynzadə

338


BİLMİRƏM

Gəl məni bir daha çəkmə sinağa, 

Ölsəm də öhdəmi ata bilmərəm.

Səni al bəzənən min Ay qabağa,

Bərabər deyərək, tuta bilmərəm.

Sən mənim könlümə dəydikcə hərdən, 

Başim gicəllənir aci fikirdən.

Əllərin əlimə dəyməsə birdən,

Gündüzü gecəyə qata bilmərəm.

Sevgiyə düşmən bil hər ayriliği, 

Ondadir ömrümün bəxtiyarliği.

Məhəbbət deyilən böyük varliği,

Atib bir kənara, yata bilmərəm.

Oynatma, tərpətmə sinə dağimi,

Əlinlə, gəl, bəzə könül bağimi. 

Əlimdən buraxsan cavanliğimi, 

Yerisəm, yüyürsəm, çata bilmərəm.

15.09.1969




Xəyal cığırı – II cı̇ld

339


MƏNİ

(qəzəl)


Eşidən yaxşi deməz, gözəlim, atma məni,

İnsaf et, əhdimi sev, daha ağlatma məni.

Dilimin əzbərisən. Etmirəm mən gileyi,

Sevməsən bu başqa şey, hər sözə qatma məni.

Gündə yüz yol and içib, eşqimə qurban dedin,

İnsanam, qiymətsizəm, şöhrətə satma məni.

Könlüm hər bir insani yerişindən taniyir,

And içib, aman edib, sən gəl aldatma məni.

15.09.1969



Tofiq Məhəmməd oğlu Hüseynzadə

340


PAY DEMİŞƏM MƏN 

Çoxlari hüsnünə – al Günəş, deyib,

Sevib, gözlərinə – Ay, demişəm mən.

Duyanlar, eşqimə – min atəş, deyib,

Eşqini eşqimə tay, demişəm mən.

Bəllidir cahana, necə gizlədim?

Mən səni çox sevdim, çox əzizlədim.

Dalaşdiq, barişdiq, xeyli gözlədim,

Küsən günlərini say, demişəm mən.

Dünyada ən böyük şövkətim-şanim, 

Əzizdir ürəyim, əzizdir canim,

Səndən nə gizlədim, səndən nə danim,

Onu da adina pay, demişəm mən.

16.09.1969




Xəyal cığırı – II cı̇ld

341


SƏNİN XƏYANƏTİN 

Günahi nə yerdə, nə göydə bilmə,

Könüldən-könülə azca qonaydin.

Nə gözdən düşməzdin, el qinamazdi,

Mən yandiğim kimi, sən də yanaydin.

Kim dedi, öyrətdi yadlara dil ver?

İndi də taleyin – bədbəxtəm, – deyir.

Üstündən göy qaçsa, altindan da yer,

Ölsən də yerində, bərk dayanaydin.

Sənin xəyanətin görünüb harda?..

Vəfasiz çixarmiş vəfali yar da.

Görəydin, əgər ki, soyuq məzarda,

Mən atsam eşqimi, sən də ataydin.

16.09.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

342


YAZ HAVASINDA

Atalar deyiblər, artar hörmətin,

Danişsan hər kəslə öz havasinda.

Əyilib, burulub durnalar kimi,

Gözəllər çox oynar naz havasinda.

Aşiq meydan açib, bir dastan qursun,

Mizrabi gah bəmə, gah zilə vursun,

Xəyalim quş kimi ayağa dursun,

Dindirsin könlümü saz havasinda.

Baxin gedən qarli-boranli qişa, 

Bəzəndi-düzəndi yam-yaşil meşə,

Milçək də vizhaviz başladi işə,

Təbiət oynadi yaz havasinda.

16.09.1969




Xəyal cığırı – II cı̇ld

343


VURULAN CANIM

Götür külüngünü, Fərhadla dağ yar,

Bir qizin eşqində qul olan canim.

Çox gedib-gəlmə ki, axtaran tapar,

Yollarin üstündə yol olan canim.

Məhəbbət hicranla yarandi qoşa,

Xəyalim dönübdür qanadsiz quşa,

Sevgi dünyasinda eniş-yoxuşa 

Yeriyib, yüyürüb, yorulan canim.

İnsanam, eşqimə bir and içmişəm,

Canana «can» – deyib, candan keçmişəm,

Düz sözü ömrümə qiymət bilmişəm,

Sular tək burulan, durulan canim.

Ahlarim sinəmdə daşa dönübdür,

Sevincim, gülüşüm yaşa dönübdür,

Bəxtin də, əhdin də qoşa dönübdür,

Kərəm tək eşqinə vurulan canim.

26.09.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

344


DÜŞMƏSİN 

Aşikar edirəm, heç kimin gözü 

Mənim o, sevdiyim telə düşməsin,

Nə bircə çiçəyin, nə bircə gülün

Yarpaği qirilib, selə düşməsin.

Dərdimi yazmaqla çatdirim hara?..

Leyli dərdli öldü, Məcnun avara.

Bülbülü çəksinlər başindan dara,

Tək bircə ləkə də, gülə düşməsin.

Qorxmadim tufandan, oddan, küləkdən,

Yirtici deyilən şirdən, pələngdən.

Elə qorxmuşam ki, söylənilməkdən,

Düşmənin ömrü də, dilə düşməsin.

26.09.1969




Xəyal cığırı – II cı̇ld

345


EŞQİMİN QƏDRİNİ BİL

Demədim, gözəllər gözəli sənsən,

Dedim, gözəlisən gözəlliklərin.

Sən mənim eşqimin qədrini bilsən,

Tutuş yavaş-yavaş, yan sərin-sərin.

Yaxinda dayanib, uzağa baxma,

Uzağa baxanlar dolaşib, gedib.

Dayaz gölmələr tək hər yana axma,

Onlar ayaqlara bulaşib, gedib.

Layiqsən, bilirəm hər gözəl sözə,

Yenə də ehtiyat etsən yaxşidir.

Ya bir gün məclisə, ya tənha düzə,

Elin adətilə getsən, yaxşidir.

Adamlar söz gəzir, söz danişmağa, 

Birənin dalina karvan qoşan var.

Səbrinlə ürəyim dönsün bir dağa, 

Açilsin ömrümdə bir yeni bahar.

Demədim, gözəllər gözəli sənsən,

Dedim, gözəlisən gözəlliklərin.

Sən mənim eşqimin qədrini bilsən, 

Tutuş yavaş-yavaş, yan sərin-sərin.

28.09.1969




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə