Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə127/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   123   124   125   126   127   128   129   130   ...   143

Xəyal cığırı – II cı̇ld

233


YADA  DÜŞÜR

Qələm alib, söz qoşanda

Nazli yarim yada düşür,

Şəlalə tək, hey coşanda,

(Xəyal uca dağ aşanda)

Düz ilqarim yada düşür.

Uçur quşlar dəstə-dəstə,

İlham coşur min həvəsdə,

Könlüm yenə qalsa xəstə,

Vəfadarim yada düşür.

Gah gecədə, gah gündüzdə

Ceyran qovdum dağda, düzdə,

Şirin-şirin söhbət-sözdə

Öz şikarim yada düşür.

Gəncliyimdən qaldi soraq…

Bəzən, eşqə atlanaraq, 

Mən açanda varaq-varaq

Dinən tarim yada düşür.

Daş üstündə yazdim, haman:

«Dilbərimin qaşi kaman».

Artiq keçib xeyli zaman

O vaxtlarim yada düşür.

23.12.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

234


 VƏTƏN EŞQİ

Dolaşiq bir aləm içimi yeyir,

Bu ağri, bu kədər, bilməm nədəndir?

Görəsən, nə üçün nadanlar deyir:

«Harda gün xoş keçsə, ora vətəndir?»  

Yox… yox... bu xəyala atilsam əyər,

Vurulan budaq tək quruyar dilim.

Od-alov ələyər başima göylər,

Düşərəm dünyadan mən ilim-ilim.

Vətən! Nə böyükdür onun mənasi,

Ordan kainata, ordan həyata

Açilmiş ömrümün qoşa aynasi,

Boy atdim vətəndən mən tuta-tuta.

Mən orda almişam ilkin nəfəsi,

Mən orda day durub, orda yeridim,

Dilim tutar-tutmaz «Ana!» kəlməsi

Mən orda söylədim, mən orda dedim.

Bu qoca dünyada sayilir şöhrət 

Quşa qanadlari, insana vətən,

Yerlə yerisəm də hər zaman, hər vaxt

Uçuram vətənin qanadinda mən.

 

Mənim vətənimdə hər kəsək, hər daş,



Deyirəm, layiqdir ulduza yoldaş.


Xəyal cığırı – II cı̇ld

235


Ey vətən, ey vətən! Qurbanam sənə,

Nə qədər müqəddəs yaranmisan sən.

Günəşin içində yaşasam, yenə,

Odlu vətənimsən, vətənim sənsən.

Hər yer vətənimdir, söyləsəm əyər,

Vurulan budaq tək quruyar dilim.

Od-alov ələyər başima göylər,

Düşərəm dunyadan mən ilim-ilim.

24.12.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

236


O VAXT OLAYDIM Kİ, MƏN…

Bu, böyük sonsuzluğa

O vaxt gələydim ki, mən, 

Müharibə sözündə

Ad olaydi gül, çəmən.

Yox olaydi dünyadan

Dava səsi, qorxusu,

Gül açaydi insanin

Xəyali və arzusu.

Bu dünyada anadan 

O vaxt olaydim ki, mən,

Bir insan diksinməyə 

Zülm, əsarət səsindən.

Vicdan təmiz olaydi,

Namus isə ləkəsiz,

Qalmayaydi bir insan

Nə evsiz, nə eşiksiz.

O vaxt olaydim ki, mən,

Qardaş olaydi hami,

Mən də alaydim tamam

Gözəllikdən ilhami.

24.12.1968




Xəyal cığırı – II cı̇ld

237


GÖRƏNDƏ - EŞİDƏNDƏ

(Bunları da sevirəm)

Görəndə ki, adamlar

Namusdan, ardan kənar...

Kor olmaq istəyirəm.

Eşidəndə ağ yalan,

Firildaq, əski böhtan...

Kar olmaq istəyirəm.

24.12.1968

                                         



Tofiq Məhəmməd oğlu Hüseynzadə

238


HƏYA

Firlanir təbiət, dəyişir zaman,

Dəyişir insanin düşüncəsi də,

Gündə bir yenilik kəşf edir insan,

Daima firlanan Yer kürəsində.

Dəyişir ulduzlar yolunu bəzən,

Bəzən də al Günəş bərk alovlanir,

Hegel söylədiyi fəlsəfələrdən

Bu gün tamam başqa məna alinir.

Dəyişir dünyamiz, dəyişir hər şey,

İnsan da dəyişir öz qeyrətini,

Baxib «yüksəlişə» düşünərək key,

Dəyişir eşqini, məhəbbətini.

Hər gün təzə moda, hər gün təzə «vid»,

Uzanir ayaqlar, gödəlir paltar,

Qadinla kişinin fərqidir vahid,

Kişinin şalvari qadinda da var.

Dəyişir hörüklər uzunluğunu, 

Qaşlar da yerini dəyişir bir az.

(Bilmirəm bunlarin nə olduğunu,

Üşüdür ömrümü qarli bir ayaz).



Xəyal cığırı – II cı̇ld

239


Atalar deyiblər – haqli, yerində:

«Gözəllik ondursa, doqquzu dondur.»

Belə dəyişməni mən ki görəndə

Ciyərim zəhərli bir hava udur.

Ağilli babalar nahaq yerəmi

Paltari insana həya sayiblar?

(Ürəyim  bağlayib dərdi-vərəmi

Başimda tufanlar, qasirğalar var).

Əziz oxucular, düşünün, duyun,

Üzündə boyalar, başinda papaq, 

Qadin, indiki tək olsaydi çilpaq?

Deyin, olardimi Leyliyə Məcnun,

Hər şey dəyişsə də, gərək insanin 

Namusu, həyasi heç dəyişməsin.

İnsan tək yaşasin kişi və qadin,

Mənim də könlümü kədər deşməsin.

25.12.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

240


SƏADƏT MƏNİ

Apara bilmədi dalinca heç vaxt

İlan tək qivrilan şan-şövkət məni,

Bilmədim saxtaliq, nə də bir yalan,

Yaşatdi dünyada həqiqət məni.

Keçdim şer yolundan mərd əsgər kimi, 

Dosta can söylədim, düşmənə kini,

Koroğlu, Nəbini düşünən kimi

Çəkdi irəliyə o, qeyrət məni.

İnanir qəlbimiz göydə Allaha:

«El gözündən düşən ucalmaz daha!»

Aparir vüqarla bir al sabaha 

Təbiət qüdrətli bu hikmət məni.

Vəfasiz çixmadim verdiyim anda,

Əhdimi, ilqari saxladim canda.

Yara bənzətdiyim böyük cahanda

Saldi dildən-dilə məhəbbət məni.

Baxiram şəhərə, baxiram kəndə,

Danişir hər körpə ana dilində,

Azadliq elçisi vətən elində

Çağirir hər zaman səadət məni.

26.12.1968




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə