Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə125/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   121   122   123   124   125   126   127   128   ...   143

Xəyal cığırı – II cı̇ld

215


VÜQAR  YAŞATDI  MƏNİ

Yollar yarib keçəndə, 

Səadəti seçəndə,

Xainlərin içində

Vüqar yaşatdi məni.

İnlədi el yasinda,

Qaldi qəm dəryasinda,

Musiqi dünyasinda 

O, tar yaşatdi məni.

Hər dəqiqə, hər zaman 

Günəş kimi odlanan,

Azərbaycan adlanan

Diyar yaşatdi məni.

20.12.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

216


SİNƏSİ  DAĞLI  ŞAM

Yandi pərvanənin eşqi ilə şam,

Yandi, alovlandi hər səhər, axşam.

Onu odlandiran bu eşqin dərdi

Gözünün yaşini selə döndərdi.

Nəhayət, qurudu sinəsində yaş,

Dinlədi dərdini hər qaya, hər daş.

Dərdli sinəsində hey axa-axa,

Axan göz yaşlari döndü bir dağa.

O, gəldi dünyaya bir eşq soraqli,

O, getdi dünyadan sinəsi dağli.

20.12.1968




Xəyal cığırı – II cı̇ld

217


HƏR ÇİÇƏKDƏ BAL OLMAZ

Gələndə bahar,

        əriyəndə qar,

            könüllər nəğmə deyər,

Hər yer yaşil don geyər. 

Çiçəklər çəmənlərə, 

   

 

dağlara, 



 

    


 

 

düzlərə, 



 

 

            



   dərələrə səpələnər,

yağiş kimi ələnər. 

 

    


   

   


Hər çiçəyin öz ətri,

Hər gülün öz adi var.

Hər çiçəyin surəti 

Özünə şöhrət tapar.

Hər çiçək verməz əsla,

İnsan üçün xoş iyi.

Hər çiçəyin ətrinin

Var başqa gözəlliyi.

Hər çiçəkdə müxtəlif 

İy olsa da, bal olmaz.

Hər çiçəyi hər insan

Sevib, əlinə almaz.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

218


Xoş ətirli çiçəklər 

İnsana, təbiətə, 

Sevdaya, məhəbbətə 

Açiq, təmiz qəlbini 

Şirinliklə bildirər.

Şirinlikdən ayrilib

Çiçəklərin ətri də,

Şirinlikdən ayrilib

Güllərin surəti də.

İnsan da gül kimidir,

Şirinlik qəlbindədir.

20.12.1968




Xəyal cığırı – II cı̇ld

219


GƏNCLİK

Gənclik – bahar nəfəsi,

Gənclik – sevda səsidir.

Gənclik – yaz çiçəyinin

Açilan qönçəsidir.

Gənclik – ən təmiz arzu,

Gənclik – mələr quzudur.

Gənclik – şəlalələrdən 

Şirildayan gur sudur.

Gənclik – oddur, atəşdir,

Gənclik – yanar Günəşdir.

20.12.1968



ÇAY AXIR…

Çay axar aram-aram,

Gah da şiriltilarla.

Çay axar gündüz-gecə, 

Yeyin, yavaş axarla.

Təbiətə nur saçir

Gündüz Günəş, gecə Ay.

Elə bil, gündüzləri

Gecələrə qoşur çay.

20.12.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

220


MƏN SƏNDƏN İLHAM ALDIM

Doğanda Dan Ulduzu

Qəlbimdə min bir arzu

Baxib bu gözəlliyə,

Baxib yerə və göyə 

Sən, ey nurlu səhərim, 

Mən səndən ilham aldim.

Bir eşqin dəryasinda, 

Məhəbbət dünyasinda

Hər axşam, hər bir səhər,

Böyük bir dünya qədər,

Sən, ey nazli dilbərim,

Mən səndən ilham aldim.

Adin düşüb dillərə, 

Nümunəsən ellərə.

Eşidəndə adini, 

Görəndə həyatini, 

Sən, ey odlu şəhərim,

Mən səndən ilham aldim.

Əlimə aldim qələm, 

Hər xəyalim bir aləm.

Yüyürüb, yixilanda,

Yixilanda, qalxanda, 

Ey Aşiq Ələsgərim, 

Mən səndən ilham aldim,

Mən səndən ilham aldim.

20.12.1968



Xəyal cığırı – II cı̇ld

221


 İNSAN YARANMAYIB Kİ... 

İnsan yaranmayib ki, zindanlarda çürüsün,

Dərdə-qəmə bürünsün.

İnsan yaranmayib ki, qalsin hər şeyə möhtac,

Dolansin aylarla ac.

İnsan yaranmayib ki, bu geniş kainatda

Yaşasin dar həyatda.

İnsan yaranmayib ki, hüququ tapdalansin,

Ac, yalavac dolansin.

Azadliq gözəl şeydir, şəlaləli gur sudur,

İnsana ilk arzudur.

Vaxt gələndə dünyada qalmayacaq çox insan,

Nə yanan, nə yandiran.

Nə də ki, qalmayacaq başlarina qoyan tac,

Ayaqyalin, qarni ac.

Köç edəcək dünyadan varli da, kasib da bir,

Fərqi qoymayir qəbir.

Yol yaxin, ömür gödək, hər insan gül yarpaği,

Bu dünyanin qonaği.

«İnsan niyə yaranib?!» –  sualina xeyli vaxt

Verə bilmədim bir ad.

Heç kəs tuta bilməyib dünyani iki əlli,

Şan-şöhrət bir təsəlli.

Ən nəhayət, deyirəm, qəlbimdə firtinalar,

Başimda qasirğalar:

«İnsan! Bu günkü işin, hadisənin carçisi,

Tarixin nağilçisi!».

21.12.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

222


GÜZGÜ LƏKƏSİ

«Ürək güzgü kimidir – 

Qirilanda sağalmaz»,

Deyənlər, yalan deyir!

Güzgüdən ürək olmaz.

Neçə min-min ləkəni 

Təmizlədim güzgüdən,

Təmizləyə bilmədim 

Bir ləkəni ürəkdən.

21.12.1968




Xəyal cığırı – II cı̇ld

223


ŞƏKİL GÖZƏL ŞEYDİR…

Neçə qəhrəmanlarin eşitmişəm adini, 

Neçə böyük adamin oxudum həyatini.

Nənəm isə danişdi babam haqqinda mənə:

«O, getdi qayitmadi, qurban getdi Vətənə».

Görmək istədim o dəm qayitmayan keçmişi,

Gözlərimdən asildi qəlbimin titrəyişi...

Fəqət! Bu, boş xəyaldir, bu, böyük uydurmadir,

(Hər bir insan oğluna xəyal etmək qaydadir).

O, keçmiş həqiqəti şəkillərdə tanidim.

Danişdirdim, dinmədi, sindi qolum-qanadim.

O, cansiz yaşasa da, təsəllim oldu şəkil,

Gözlərimdə tanindi keçmiş bir, doğma nəsil.

Şəkillərdə tanidim qoçaq, qəhrəmanlari, 

Şəkillərdə tanidim ən böyük insanlari.

Görməsəm də yenə də o kəslərin üzünü,

Görməsəm də qaşini, görməsəm də gözünü,

Onlar yaşasalar da, məndən lap xeyli qabaq,

Keçsə də o, keçən vaxt, keçsə də o, təmtəraq,

Bircə gündə yaşamiş yaxin yoldaşlar kimi,

Hər məclisdə oturan can bir sirdaşlar kimi,

Harda olursa-olsun şəkillərə baxanda,

Ürəyimin səsini gözlərimə taxanda,

Deyirəm, bu, Nəbidir, bu, Babək, bu, Koroğlu,

Bu, Nizami, Füzuli, Ələsgər, Həsənoğlu,

Bu da, doğma babamdir, qurban gedib Vətənə…

Dünyamizda hər bir şey qarişiq gəlir mənə.



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə