Xəyal cığırı – II cı̇ld
207
Kim nəyə bir kəlmə böhtan dedisə,
Onu sizə açdim, sizə danişdim.
Bir böhtan demədim mən heç bir kəsə,
Sularla duruldum, odla alişdim.
Nə də ki, dünyada bir sənətkarin,
Qiymətsiz demədim bir əməlinə.
Axi, mən şairəm, nə ixtiyarim,
Zaman sənət vermiş ustad əlinə.
Yaxşi deyiblər ki, bu ulu həyat,
Hələ yaratmayib biliksiz ustad.
Mən qələm almadim şöhrət, ad üçün,
Yaşadim, yaratdim bir həyat üçün.
İlhamsiz yazmadim bircə kəlmə də,
Hər sadə xəyala cummadim həm də.
Nə vaxt ki, mən girdim şeir donuna,
Baxib təbiətin sonsuzluğuna,
Dedim:
– Tarix hökm eləsin, alim qələmi,
Orda nəzmə çəkim gözəl aləmi.
Nə vaxt ki, yar oldum mən bu sənətə,
Yazdim ilk şerimi işə, zəhmətə.
Axi, insani da yaratmiş əmək,
Əməklə çirpinir, yaşayir ürək.
Əməyin qədrini bilməsə əyər,
O, ürək vurmasin, dayansin gərək.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
208
Mən qələm götürüb insan işinə,
İnsan hünərinin yüksəlişinə,
Sevinclə, ilhamla, yazdiğim şeri
Yaxin dostlarimdan oxuyub biri,
Mənasiz-mənasiz üzümə güldü…
Başima göylərdən odlar töküldü.
Həyatin zövqünü bircə anmayan,
Öz söz-söhbətini özü qanmayan,
İşdən, yüksəlişdən, həyatdan geri,
Şit, quru yaranmiş düşüncələri,
Şeirdən-sənətdən bixəbər bu kəs
Dediyi kəlməni anlaya bilməz.
Bulaya-bulaya yekə başini,
Qara qaşlilar tək yersiz qaşini
Çəkərək, söylədi: «Burda hansi söz,
Yerində, yurdunda işlənibdi düz?
Bu ki, uydurmadir, nə iş, nə əməl?
Şerinə oxşayir, cansiz bir heykəl.
Deyirsən şerim var, şerdi bu da?..
Gəlir qafiyələr gah burda, orda.
Yaza bilmirsənmi qoşma sayaği?
Yazanda işdən yox, yaz gül yanaği,
Nə bilim, belə yaz – sən bir mələksən,
Hurisən, pərisən, gülsən, çiçəksən,
Alirsan canimi... və sair, sair...
Unutma, yazanda yaz eşqə dair.
Qəlbinə dəyməsin, dəyir də dəysin,
Əyər redaksiyada mən işləsəydim,
Xəyal cığırı – II cı̇ld
209
Doğru danişiram, basmiram gopa,
Bu şeri heç zaman verməzdim çapa!»
Mənasiz-mənasiz yenə güldü o,
Qəlbi yanan kimi dedi ki, «Paho!
Sözlərim dostumun xətrinə dəymiş...
Di yaxşi, di o sən, o da yüksəliş...»
O, çox danişibsa, dərin xəyalla,
Sinəmdə çarpişan bu qalmaqalla
Ondan ayrilmişam fikri dumanli.
Mən, elə bilmişəm, əli naqanli
Dostum üzərimə hücum çəkibmiş...
«Di yaxşi, di o sən, o da yüksəliş...»
Bu günkü zamanda elmi olsa da,
Elmin pəncəsində o, boğulsa da,
Evdə arvadina sözü keçməyən,
Suyu üfürsə də, yenə içməyən,
Həyatda yaşayan bu, arsiz insan,
Sizə də, mənə də ataraq böhtan,
Bilmədi insani yaratmiş əmək,
Əməklə döyünər, yaşayar ürək...
Yekəbaş nə bilsin, bu, ulu həyat
Hələ yaratmayib biliksiz ustad.
Ey vəfali qələm, vəfali kağiz!
Çox zaman əhdimə siz yar oldunuz.
Həyatda çox sözə açmadim ağiz,
O dəm ilhamimla şerə doldunuz.
11.12.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
210
ÇİÇƏKLƏR
Təbiət geyəndə bahardan libas,
Tutar yamaclari, yali çiçəklər.
Könüllər aparan bir dilbər kimi,
Olur çəmənzarin şali çiçəklər.
Ətir saçilibdir maral düzünə,
Gecə salam verir al gündüzünə,
Üzünü bənzədib yarin üzünə,
Sevər yarpağinda xali çiçəklər.
Uçuşub, qaçişib çöldə arilar,
Tapanda çiçəyə, gülə sarilar,
Həyatda insana edib etibar,
Toplayir üstünə bali çiçəklər.
11.12.1968
Xəyal cığırı – II cı̇ld
211
SİZ LENİNİ DÜŞÜNÜN!
Güclü dumandan, çəndən,
Qaranliqlar içindən
Al sabaha gurlayan
Zülmkar, bəsdir, dayan!
Milyonlarin səsini...
Səsini, nəfəsini
Eşidəndə həmin dəm,
Siz Lenini düşünün!
Zindanlari uçuran,
Çarin hökmünü ciran,
Azadliğin ilk səsi,
Könüllər təranəsi.
Yeni qanun yaradan,
Cahanda böyük adam, –
Siz Lenini düşünün!
Nə böyükdür o, insan!
Hünərlə min-min dastan
Yazilsa sətir-sətir,
Saçsa Günəş tək ətir,
Siz Lenini düşünün!
Deyirlər orda, burda:
«Ölüm haqqdir dünyada!».
Yaşayib ölmək ayri,
Ölüb yaşamaq ayri.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
212
Tarix ilə ölməyən,
Həqiqətlə yüksələn,
Ürəklərdə yurd salan,
Varsa ən böyük insan, –
Siz Lenini düşünün!
Siz Lenini düşünün!!!
11.12.1968
Xəyal cığırı – II cı̇ld
213
«QURBAN OLARAM» DƏFTƏRİNİN SONU
«Yazdim bu dəftəri tamam bir ildə,
Düz on iki ayda, düz dörd fəsildə.
Bircə gün nə artiq, nə əksik deyil,
Ötür bulaq kimi ilhamim dil-dil...
Ömrümdən boş keçən bircə ani da
Çəkib, istəyirəm şerimə qoşam,
İstərəm ən böyük bu cahani da
Gətirəm şeirə, möhkəm vuruşam!»
11.12.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
214
«KÖNÜL DƏFTƏRİ»NƏ
GİRİŞ
Bu dəftərdə şair 20.12.1968-ci il tarixdən
27.04.1971-ci il tarixədək yazdığı şeirləri top-
lamışdır.
Fələk qələmimi qoymasa ağlar,
Eşqim bundan belə kükrəyib çağlar.
Uydurma demirəm bircə kəlmə də,
Mənim şeir sözlü təbiətim var.
20.12.1968
Dostları ilə paylaş: |