Xəyal cığırı – I cı̇ld
183
Bu, böyük ustadı gəl yaxşı tanı,
Hələ yazılmayıb ömür dastanı.
Bu, gizli deyildir, deyirəm aşkar,
Onu vəsf etməyə varmı sənətkar?!
Bu, hələ anılmaz bir həqiqətdir,
Sevilən, sənətkar, bir də sənətdir.
Şair olmasam da, tapıb cürəti,
Qələmə aldım mən bu hekayəti.
Abdalın ömrünü incilər bəzər,
Gərək layiq olsun bu, kiçik əsər.
Qoy mənə güc versin Ulu Yaradan,
Əsərin adını qoyuram: «Şadman»».
Şair, «Şadman poemasi»nda tarixi fakt və məlumatlara
əsasən, Miskin Abdalin dörd övladinin olmasi, iki oğlunun (Əli
və Həsənin) Dağistan dağlarinda tufanda həlak olmasi, övladla-
rindan Şadman və Məleykənin sağ qalmasi, Məleykənin namus
və ismətdə mələyə bənzəməsi, Şadmanin isə cəsur igid olmasi,
onun «miskinliyin şadimani» olmasini, yəni atasi Miskin Ab-
dalin «Miskin» təxəllüsünün də sufiliyin ən yüksək məqami
olmasi, eyni zamanda «Şadman» («Şad») sözünün də qədim
Azərlərdə (As, Az), Altay, Mesopotomiya və Misir türklərində
Tanri adi və buna müvafiq olaraq ən yüksək Türk hökmdari Titu-
lu (Xaqan kimi) olmasi (Xəzər xaqaninin da adi Şad olmuşdur),
təsəvvüfdə də «Şad» sözünün çox yüksək dərəcə, məna ifadə
etməsi, Miskin Abdalin Təsəvvüf Şeyxi kimi Sufi yolçuluğun-
da ən yüksək pillələrindən birinə qovuşmasi anlamini daşimasi,
bu sözün Azər (Türk) dilindən bir çox dillərə keçdiyi kimi, fars
dillərinə də keçməklə, onlarda «sevinc, bəxtiyarliq, xoşbəxtlik,
Tofiq Məhəmməd oğlu Hüseynzadə
184
nəşə» mənalarini verməsi, Sufilikdə xüsusi bir məqami (Təsəv-
vüf nəzəriyyəsində «sufinin «Qəbz» (İlyas) halindan «Bast»
(Xizir) halina keçməsi (şadmanliq, bəxtiyarliq, sevinc mənalari-
ni verən – «Şad») – sufinin «bəxtiyarliğa» – «Şad»a qovuşmasi-
ni ifadə edən təsəvvüf anlayişi olmasina əsaslanmişdir:
«Olur dörd uşağı, yaxşıdır bilsən,
Şadman və Məleykə, Əli və Həsən.
Dağıstan dağları tufan qoparır,
Əlini, Həsəni birdən aparır.
Əzəldən qisməti beləymiş, bəlkə,
Yaşayıb, ömr edir Şadman, Məleykə.
Məleykə qız deyil, o, bir mələkdir,
Namusda, ismətdə aləmdə təkdir.
Şadman miskinliyin şadimanıdır,
Bir elin basılmaz qəhrəmanıdır.».
Tofiq Hüseynzadənin ayri-ayri mövzulari əhatə edən yüzlər-
cə belə gözəl şeir nümunələrini saymaq olar. Onun, demək olar
ki, əksər şeirləri şeriyyətin ən zəngin incəliklərini özündə ehtiva
edərək, «bədii icad» metodlari, səslər ahənginin özünəməxsus
daxili ahəngi yerli-yataqli şəkildə, məcazin forma və çeşidlə-
rinin geniş imkanlarindan istifadə edilməklə yazilmişdir. Şeir-
lərində vəsf olunan, istər təbiət lövhələri, istər batini (daxili),
istərsə də, camal (zahiri) gözəllikləri bədii lövhələr şəklində,
sanki fotoşəkil və ya videogörüntü kimi insanin, oxucunun göz-
lərinin qarşisinda çox gözəl, rəngarəng mənzərə kimi canlanir.
Onun şeirlərinin bədiiyyati böyük və zəngin bir xəzinə təşkil
edir. Tofiq Hüseynzadənin şeirləri janr (forma) və məzmun
fərqliliyinə baxmayaraq, demək olar ki, bütün – fəlsəfi, əxlaqi
Xəyal cığırı – I cı̇ld
185
(etik), estetik, ictimai, tarixi mövzulari əhatə etsə də, hamisi
bütövlükdə, ulu babasi Miskin Abdalin genetik və ruhani va-
risliyinin, yüksək mənəviyyatinin – safliq, təmizlik, pakliq və
ülviyyətinin təcəllasi olmaqla, vahid əxlaqi-bədii iyerarxiya təş-
kil edərək, fəlsəfi-ürfani piramidanin ayri-ayri kərpicləri, sənət
inciləri rolundadir.
Tofiq Hüseynzadənin bu kitabda verilən şeirləri xronolo-
ji ardicilliq ilə – yazilma tarixlərinə uyğun olaraq verilmişdir.
Lakin əlyazmalarinda həmin şeirlər müxtəlif cür adlanan 10
«Dəftər»də həm xronoloji, həm də mövzu baximindan olmaqla
toplanildiğindan bu barədə də məlumat vermək istəyirik:
1) «Eşqimin yollarinda» adli dəftərə – 1966-ci ilin aprel
ayinda yazdiği ilk şeirindən başlayaraq, 1967-ci ilin aprel ayi-
nadək yazdiği şeirlər;
2) «Ömürdən yarpaqlar» adli dəftərə – 03.04.1967–
11.12.1967-ci il tarixlərdə yazdiği şeirlər;
3) «Qurban olaram» adli dəftərə – 11.12.1967–11.12.1968-
ci il tarixlərdə yazdiği şeirlər;
4) «Qəm dəftəri» adli dəftərə – 24.06.1968–02.07.1968-ci il
tarixlərdə yazdiği şeirlər;
5) «Xəyal ciğiri» adli dəftərə – 05.07.1968–30.08.1968-ci il
tarixlərdə yazdiği şeirlər;
6) «Könül dəftəri» adli dəftərə – 20.12.1968–27.04.1971-ci
il tarixlərdə yazdiği şeirlər;
7) «Könül nəğmələri» adli dəftərə – 09.05.1971–15.09.1978-
ci il tarixlərdə yazdiği şeirlər;
8) «Ana laylasi – Qəm dünyasi» adli dəftərə – 30.12.1971–
03.03.1980-ci il tarixlərdə yazdiği, qardaşi Rafiqin vəfatina həsr
etdiyi şeirlər;
Dostları ilə paylaş: |