Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə92/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   88   89   90   91   92   93   94   95   ...   143

Xəyal cığırı – I cı̇ld

585


DİDVAN GÖLÜ

Çətin deyil axar çayi

Sussuz qalan boz dağlara,

Dərələrə dolandirmaq.

Qüdrət ilə, qüvvət ilə.

Olar coşqun axan çayi

Hər tərəfə yollandirmaq.

Olar, dəli coşan çayi

Hər səhraya qollandirmaq. 

İnsan tapdi öz eşqini,

Dəli çaya atdi kəmənd.

Didvan adli bir bənd vurdu, 

Böyük bir bənd.

İndi daha bu şöhrətdən

Söhbət açir Qazax eli.

Dastanlardan dastanlara

Sətir-sətir yazilsin, qoy,

Şərəfimiz, Didvan gölü.

İnsan tapdi öz eşqini,

Güc göstərib çatdi işə.

İnsan eşqi salam verdi,

Hay-harayli yüksəlişə.

Çaylar necə olsun şiltaq, 

Ürək polad, 

         dilək polad,

                   bilək polad! 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

586


Təslim oldu, susdu yaltaq. 

İnsan çaya atdi kəmənd,

«Didvan» adli bir bənd vurdu,

Böyük bir bənd!

Göl yaratmaq deyil çətin,

Arzu mətin,

              ürək mətin!

İndi, baxin quru səhra 

Bürünəcək al güllərə.

Didvan gölü, cavan meşə

Yurd olacaq bülbüllərə.

İndi daha gələcəkdən

Söhbət açir Qazax gölü.

Şair! Götür qələmini

Dastanlardan dastanlara,

Sətir-sətir yazaq gölü!

1968 mart

(Qazax rayonunda nəşr olunan «Qalibiyyət bayrağı» 

qəzetinin 06.04.1968-ci il tarixli sayında dərc olunmuşdur.) 



Xəyal cığırı – I cı̇ld

587


QIRIQ SAZ

Əlimə saz aldim, göz yaşi tökdü,

Şikayət eylədi qoca dünyadan.

Ağladi-ağladi, boynunu bükdü,

Elə bil, ayildim aci röyadan.

Sökülmüş pərdəsi, qirilmiş simi,

Mizrabi çalmamiş bircə dəfə də.

Eh... bunu eyləmiş bir özgəsimi?

Bizim musiqili bu doğma evdə.

Təkcə sökülməmiş sazin pərdəsi,

Sökülmüş tarixin min bir dastani.

Təkcə susmamişdir tellərin səsi,

Susmuşdur zamanin söz gülüstani.

1968 mart




Tofiq Məhəmməd oğlu Hüseynzadə

588


ALDANAN BÜLBÜL

Quşlar arasina düşdü bir sual,

Niyə bizdən yaxşi oxuyur bülbül?

Qirği söylədi ki, dayanmayaq lal,

Firildaq işlədək, tökək şirin dil.

Deyək ki, bülbülə, sənin cəh-cəhin

Bizim nəğmələrdən deyildir üstün.

Xoşuna gəlmirsən gülün, çiçəyin,

Başqa bir avazla sən başla bu gün.

Beləcə, bülbülü dilə tutdular,

Aldilar dilindən xoş nəğməsini.

Qizildan qiymətli, ona satdilar,

Qarğanin, bayquşun quru səsini.

Bülbül bu avazla oxudu xeyli,

Nəğmə yaraşmadi gözəl adina.

Gözəl nəğməsinə olmadi meyli,

Bir dəfə düşmədi yenə yadina.

Çiçəklər boynunu büküb, ağladi,

Dağlar da bülbüldən küsdü, incidi.

Güllər xoş nəğməyə yas da saxladi,

Dedilər ay aman!.. Bu dərd neçündü?



Xəyal cığırı – I cı̇ld

589


Eşitdi dağlardan o, əksi-səda,

Çiçəklər söylədi: tap öz nəğməni!

Bülbül: – Aman Allah!.. – dedi, fəryadla, 

Söylədi: Ey çiçək, dara çək məni!

Artiq olan keçdi, köməyim olun,

Qaytarim nəğməmi, peşmanam yaman.

Bilmədim qədrini nəğmədə gülün,

Bunu düşünəcəm mən xeyli zaman.

Bülbül öz gücünü sinadi o gün,

Qaytardi bayquşun çirkin səsini.

And içdi bir daha, and içdi bütün:

«Dilimə salmaram bir özgəsini».

Oxudu yenə də o xoş nəğməni,

Göyə də, yerə də bir bahar gəldi.

Tutdu min-min ətir o göy çəməni,

Bülbülün öz adi yenə yüksəldi.

1968 mart



Tofiq Məhəmməd oğlu Hüseynzadə

590


Mündəricat

Ön söz .................................................................................5

Miskin Abdal – Tofiq Hüseynzadənin ulu babasi ...............5

Tofiq Hüseynzadənin soykökü ............................................42

Tofiq Hüseynzadənin həyati haqqinda qisa məlumat ..........58

Tofiq Hüseynzadənin ədəbi yaradiciliği ..............................69

Tofiq Hüseynzadənin jurnalist kimi ictimai-siyasi 

fəaliyyəti .............................................................................81

Tofiq Hüseynzadənin şeir (nəzm) yaradiciliği ....................85

Tofiq Hüseynzadənin nəsr yaradiciliği ................................188

Tofiq Hüseynzadənin hikmətli kəlamlari  ...........................190

Ön sözə yekun .....................................................................215



«Eşqimin yollarinda» dəftərinə giriş ................... 219

Eşqimin yollarinda  .............................................................219

Şikayət .................................................................................221

Şübhələrim ..........................................................................223

Anamin səsi .........................................................................224

İnsan ....................................................................................225

Həkim ..................................................................................226

Mənim doğma Bakimdir .....................................................227

Ömür ...................................................................................229

Mənə dedilər .......................................................................230

Tar .......................................................................................231



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə