|
![](/i/favi32.png) Tofiq Huseynzade--seir--kitab 1111. indd
Tofiq Məhəmməd oğlu Hüseynzadə
148
«– Baba, elə insan varmıdır indi? –
Babam məni süzüb, sonradan dindi:
– Var oğlum, indi də belə bir insan;
Cürətdə, qüdrətdə igid Süleyman...
Dedim: – Danış görüm, deməli ki, sən,
Koroğlu, Nəbini özün görmüsən?..
– Yox, oğlum, keçmişdə yaşamış bunlar;
Süleyman qüdrətdə olan oğullar.
– Yaxşı, səni əzən azğın bəyləri
Alıb kötəkləmiş kim diri-diri?
– Sən yaxşı bilməzsən.
– Hansı oğullar?
– Partizanlar.
– Necə?
– Hə .. partizanlar...».
Tofiq Hüseynzadənin şeirlərində, doğurduğu qorxunc bə-
lalar, gətirdiyi fəsadlar üzündən bəşəriyyəti məhvə sürükləyən
müharibələr qətiyyətlə pislənilir, sülhün, salehliyin, dinc yaşa-
mağin bütün insanliq, xalq və millətlər üçün sonsuz əhəmiyyəti
vəsf olunur. Şair, «Babami axtariram» adli şeirində (23.02.1969)
II Dünya müharibəsində – Böyük Vətən müharibəsində babasi
Paşa Həsənov və onun iki qardaşi: Hasan və İsrafil Həsənov-
larin müharibəyə gedib, sağ qayitmamalarini çox təsirli könül
acilariyla qələmə almişdir:
«Müharibə qoxusu
Getsin, gəlməsin bir də…
Ərşə çıxıb yuxusu,
Xəyal cığırı – I cı̇ld
149
Dərin xəyal, fikirdə,
Nənəmin göz yaşında
Babamı axtarıram.
Ayrılıq bir gün deyil,
Sonsuzluğa çəkilmiş,
Hərdən, uzun-uzadı
Bir nöqtəyə dikilmiş
Atamın baxışında
Babamı axtarıram.
Qərinələr yoldadır…
Günlər qarışır ilə,
Ömrüm yaman haldadır…
Kor kimi əllərimlə
Əsrimizin yaşında
Babamı axtarıram!
Babamı axtarıram!..»
Şair, «Ana ürəyi» adli şeirində (1968 sentyabr) insanliği
«milyonerlərin» amansiz müharibələrindən çəkinməyə, sülhdə
yaşamağa çağirir, müharibənin bəşəriyyətə vurduğu sağalmaz
yaralari Anasinin dili ilə belə qələmə alir:
«Radio danışır...
Deyir ki, Yer üzündə
Hələ milyonerlərin
Qan-qan səsi kəsməyib,
Neçə ölkə düzündə
Tofiq Məhəmməd oğlu Hüseynzadə
150
Yırtıcı «hitlerlər»in
Pis nərəsi kəsməyib.
...Düşmənlər dönə-dönə
Silaha əl atırlar,
Başlarını, bəlkə də,
Bu, qudurğan iblislər
Dava ilə qatırlar...
...Lənətə gəlsin görüm,
Silaha əl atanlar,
Bir insanın ömrünü
Bir gülləyə satanlar!..».
Şair, 1967-ci ilin iyul ayinda yazdiği «Vyetnam nəğmələri»
adli şeirində Vyetnam xalqinin xarici işğalçilara qarşi azadliq
mübarizəsini tərənnüm edərək, həmin vaxt SSRİ dövləti tər-
kibində olan Azərbaycan xalqinin da onlarin bu mübarizəsi ilə
həmrəy olduğunu ifadə edir:
«Şan-şöhrəti ucalan,
Dillərə dastan olan
Azərbaycan danışır,
Kin, qəzəbdən alışır.
Qışqırır tez-tələsik:
– Vyetnam, səninləyik!!!»
Şair, «Ağ ev» adli şeirində (01.02.1972) dünyada bütün mü-
haribə və münaqişələrin ssenarilərinin «ağ yalanlar danişanlarin
iqamətgahi olan» – Amerika Birləşmiş Ştatlarinin dövlət başçi-
sinin oturduğu «Ağ ev»dən planlaşdirildiğini və həyata keçiril-
diyini bildirir:
Xəyal cığırı – I cı̇ld
151
«Ağ ev... insan məsləki
Olubdur talan-talan,
Həqiqətin üzünə
Qara böhtan, ağ yalan.
Burda insan dad çəkib
İşgəncədən boğulur,
Ağ ev haqqdan dəm vurub,
Haqq üzünə ağ olur.
Ağ ev... ölümlərin yuvası,
Ağ ev... ağ yalanlar dünyası,
Ağ ev... min cür fasonlu,
Ağ ev... hayıf bu ada.
Ağ evdən qara donlu
Min vay gəzir dünyada».
«Mənim əsrim» adli şeirində (07.03.1969) o, dünyanin çox
təhlükəli dövrə qədəm qoyduğunu, bəşəriyyətin taleyinin atom
bombalarini işə salacaq bircə düymədən asili qaldiğini şeirin
dili ilə qinayir:
«Əsrim atom əsridir,
Əsrim uran əsridir,
Əsrim bircə düymədə
Verdi-viran əsridir.
«Ölüm!» səsi ucalır
Bombaların içindən,
Tofiq Məhəmməd oğlu Hüseynzadə
152
Zaman özü də qorxur
Atomların gücündən.
Atom,
uran,
protonlar,
Neytronlar, fotonlar…
Bunlardır,
bəli, bunlar!
Bütün canlı həyatı
Bir iynəyə satanlar».
«Mənə bir mahni oxu» (1967 noyabr) adli şeirində, o, bütün
dünyaya, bəşəriyyətə sülh arzuladiğini, dünyanin hər yerində
yalniz «Sülh!» kəlməsinin eşidilməsini diləyir:
«Günəşdən də baxanda,
Ulduzdan da baxanda
Və yaxud da başqa bir
planetdən baxanda...
Bizim Yerin üstündə
görünməsə dərə, dağ,
Barı, orda, o zaman
Günəş tək işıq saçan
– Hər dünyanın gündüzü –
Tək görünsün –
«Sülh» sözü!!!».
Tofiq Hüseynzadənin şeirlərinin bir hissəsini də Vətəni
Göyçənin, həmçinin, tarixi Azərbaycan ərazilərinin əsrarəngiz
Dostları ilə paylaş: |
|
|