Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə100/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   96   97   98   99   100   101   102   103   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

24

MƏNİ SƏSLƏ 

Eşqim təmiz, andim təmiz,

Eşqin ilə yandim təmiz.

Yada düşsə bir göy dəniz,

Gəl dayanma sən bir kəslə,

Tamaşaya məni səslə.

Günəş tezdən oyananda, 

Al şəfəqə boyananda,

Belə gözəl, xoş bir anda

Ürək dolu min həvəslə, 

Tamaşaya məni səslə.

Yada salib göyü-yeri,

Çəmənliyə durma, yeri.

Çox desə də məndən biri,

Ürəyində inam bəslə, 

Tamaşaya məni səslə.

1968 aprel



(«Gənc müəllim» qəzetinin 03.06.1968-ci il

tarixli sayında dərc olunmuşdur.)


Xəyal cığırı – II cı̇ld

25

QAYTARA BİLSƏYDİM...

Zaman firlandiqca dövr edir ömür,

İnsan yaşa dolur, ömür qocalir...

Dünənki keçən gün bu günə dönmür,

Həyatda nə varsa yerində qalir.

Tək insan qarişib, gedir torpağa,

Ulduzlar sayrişir min-min əsrlər.

Ömrümü bir anliq varaqlamağa, 

Gəlir xatirimə siz görün, nələr...

Uşaqliq illərim... boş getdi ömür,

Həyati gör necə duya bilmədim...

Torpaqda pas atib, yatdisa dəmir,

Onu gur çaylarda yuya bilmədim.

Tamaşa mən duydum axar selləri...

Ömrümdən mənasiz keçən illəri

Qaytara bilsəydim...

Çəmənin seyrinə çixanda hərdən,

Qoydum ayağimi belinə gülün.

Güllərin yarpaği töküldü dən-dən,

Bilmədim, qəlbinə dəydi bülbülün.

Bəlkə də, ağlamiş gülün telləri...

Ömrümdən mənasiz keçən illəri

Qaytara bilsəydim...




Tofiq Məhəmməd oğlu Hüseynzadə

26

Çoxuna «Sevirəm» söylədim hər vaxt,



Mənasin duymamiş ürəyin, eşqin.

Bəzən, mən yaşadim eşqlə bir saat,

Sonra ürəyimdə yaranirdi kin.

Gözalti etmişdim çox gözəlləri...

Ömrümdən mənasiz keçən illəri

Qaytara bilsəydim...

Çox vaxt böyüklərin sözündən çixib,

Ayaqda oturub, başdan danişdim.

Ağilli sözlərə laqeyd baxib,

Hərdən asta-asta güldüm, qimişdim.

Mənasiz mən saydim ötən dilləri...

Ömrümdən mənasiz keçən illəri

Qaytara bilsəydim...

Dağlara, daşlara tamaşa etdim,

Bilmədim qüdrəti, qüvvəti nədir?!

Bəzən, çox da dayaz xəyala getdim,

Çəmən öz yerində saçanda ətir.

Ən güclü, mən saydim – əsən yelləri...

Ömrümdən mənasiz ötən illəri 

Qaytara bilsəydim...

Vaxt oldu. Çixmadim həyat seyrinə,

Gəzəydim aləmi mən birər-birər.

Yaxşi deyiblər ki, insan oğluna,

«Yaşayan çox bilməz, gəzən çox bilər.»

Gəzmədim, duymadim bizim elləri...

Ömrümdən mənasiz ötən illəri

Qaytara bilsəydim...



Xəyal cığırı – II cı̇ld

27

Çox zaman yolumu sadə düşünüb, 



Bilmədim gedirəm, çatiram hara?..

Yadima, gör nələr xatirə düşüb,

Çox yolda dolaşdim, qaldim avara.

Gərək mən duyaydim o gün yollari...

Ömrümdən mənasiz ötən illəri

Qaytara bilsəydim...

Nə məna... hər bir şey getdi röya tək...

Sinəmdə sakitcə dayanmir ürək.

Çirpinir qəfəsdə qalan quş kimi,

Üşüyür, tövşəyir hey göynəyərək,

Sinəsi oxlardan vurulmuş kimi,

Çirpinir qəfəsdə qalan quş kimi.

Mən sakit edirəm. Dayan, ey ürək!

«Qaytara bilsəydim...» – bu, bir xəyaldir.

Həyatla üzbəüz deyilsək, gərək,

Ömür qişqirar ki, nə qalmaqaldir?

Sakit dur! Danişma! Söz açma bir də!

Həyat min oyunlar açar ömürdə.

Ömür nə vaxtadək qorxacaq, nədən?..

Ürəyim çirpinir kindən, qəzəbdən!

Açilir, yumulur yaziq yay kimi,

Bəzən də hay salir dəli çay kimi.

Elə ki, daşlara dəyir, dağilir,

Qayidib yerinə, sakit yiğilir.

Duyur ki, hay salib qaçsa da nələr,

Yenə də puç olur, gedir ömürlər.

1968 aprel



Tofiq Məhəmməd oğlu Hüseynzadə

28

İNSANA BAX, İNSANA

Hay-harayla dağidir qayalari kökündən,

Bəlkə, yerin qəlbinə o, yol açmaq istəyir?..

Neçə dağlar dağitmiş yarandiği ilk gündən,

Həyat baxib hünərə, qüvvətə baş da əyir.

Gəl tarixdən-tarixə qüdrətini sən sana,

Həyat eşqli-həvəsli insana bax, insana.

Şənlik səsi ucalir. Ürəklərin sevinci

Qanadlanir quş kimi, gəzir ellər-obalar.

Həyat düzür bu səsdən sinəsinə min inci,

Bu səsin təravəti, inan, həyat qədər var.

Uçur səslər-sədalar, qanadlanir hər yana,

Həyat eşqli-həvəsli insana bax, insana.

Dünən yanan o torpaq, bu gün cana gəlibdir,

Çöllər çiçək-çiçəkdir, silkələnir sünbüllər.

İnsan eşqi, əməli gör necə yüksəlibdir!?

Bu yerdə cəh-cəh vurur şirin-şirin bülbüllər.

Can verən torpaqlari qaytarir tez o cana,

Həyat eşqli-həvəsli insana bax, insana.

Zülmətlərdə doğulan yollar çiraq-çiraqdir,

Nur çilənir aləmə, Günəş kimi, Ay kimi.

Gəlin edin tamaşa, görün nə təm-təraqdir,

İnsan zehni, zəkasi aşib-daşir çay kimi.

Mən edirəm hər zaman ilhamimi bəyana,

Həyat eşqli-həvəsli insana bax, insana.




Xəyal cığırı – II cı̇ld

29

Atir keçmiş xəyali, yerdən göyə yol çəkir,



Gedir bir şimşək kimi, öz sönməyən gücüylə.

Aydan duru əməli aləmə nurlar səpir,

Xoş xatirə yaradir nəsillərdən nəsilə.

Dağ qədər güclü insan çox xoş gəlir zamana,

Həyat eşqli-həvəsli insana bax, insana.

Şerə düzə bilmədim milyon eşqi, hünəri,

Sadə bir xatirə tək bunu bildim yadigar.

Ömrüm tezcə sönməsə, onda böyük əsəri

Yazacağam insana, o, gəzsin diyar-diyar.

Bu gün sözü-söhbəti siğmayir bir dastana,

Həyat eşqli-həvəsli insana bax, insana.

1968  aprel




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə