Tofiq Məhəmməd oğlu Hüseynzadə
38
MƏN DƏ MƏCNUNAM
Sevgilim! Demə ki, sənin yolunda,
Məcnun tək çöllərdə qoymadim hünər.
Bu günkü sevgiyə, bu günkü anda,
Başqa səhra verdi bu, böyük bəşər.
Sevgi həmin sevgi, həsrət o həsrət,
Məni o Məcnundan ayiran cəhət
Tamam başqa şeydir, başqa dünyadir,
Düşünmə, dediyim boş bir röyadir.
Leylinin eşqinə bir sadiq kimi
Məcnun səhralari gəzdi, dolandi.
İnsanin zəkasi müvafiq kimi
Yeni səhralara yeni yol açdi.
Məcnunun hünəri duyulur elmlə,
Duyulur kağizi cizan qələmlə.
Hünər meydanidir bu gün elm, savad,
Sevənə layiqdir tək bu yerdə ad.
1968 may
Xəyal cığırı – II cı̇ld
39
ŞEH DAMLASI
Baharda, yayda erkən
Dan sökülür.Tarladir...
Belə yerdə gəzərkən,
Nələri xatirladir...
Üstündən torpaqlarin
Əsər sərin-sərin meh,
Güllərin, yarpaqlarin
Gözlərinə dolar şeh.
Yirğalanar çiçəklər,
Rəqs edər şeh damlasi.
Sinədəki ləçəklər
Bir çiçəyin dünyasi.
Günəşin həsrətində
Güllər, çiçəklər, otlar.
Dağdan boy göstərəndə
Ondan ilham alarlar.
Günəş qürub edəndə
Gözləri yaşla dolar...
Daim öz adətində
Dağ da, düz də hər bahar.
1968 may
Tofiq Məhəmməd oğlu Hüseynzadə
40
TƏSVİR
Bəzəkli bir otaq, bir yay axşami,
Sevgilim – o, dilbər üfürdü şami...
Bunu eyləyirdi o, bilə-bilə,
Düşdü camalindan min yeni şölə.
Günəşdən çox təmiz bir nur saçildi,
Dodağim söylədi bir xoş piçilti:
A gözəl, sən bunu etmə ki, güman,
Mən səni şam kimi sanmirdim yanan.
O gün ki, eşqimiz oldu bəyanə,
Sən – şamsan, mən də ki – yanar pərvanə.
1968 may
Xəyal cığırı – II cı̇ld
41
SEVİRƏM
Gözəlim, sən bilmə ki,
Min xəyala gəlmə ki,
Surətini sevirəm...
Yox... yox... şəkərdən şirin,
Bülbül tək sərin-sərin
Söhbətini sevirəm.
Bir axşam göy çəməndə
Ay sularda çiməndə,
Dedim, bari daniş, din,
Sualima «hə» dedin.
Cürətini sevirəm.
Günəş kimi, Ay kimi,
Bahar kimi, yay kimi
Vəfalisan eşqinə.
Başqa sözüm yoxdu, nə...
Qeyrətini sevirəm.
Mənə işvə, naz etdin,
Gah çox etdin, az etdin.
Hər şeyi bilə-bilə
Eşqimi saldin dilə.
Qüdrətini sevirəm.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
42
Bu, sevgidə qaydadir,
Məktub nə haqq, saydadir...
Məktubun güldən zərif,
Oxuyub hərif-hərif
O, xəttini sevirəm.
Çox da, düşmüşük ayri...
Ömrümüzün bahari,
Alovlarda yandiran,
Şeri, sözü qandiran
Həsrətini sevirəm!
03.06.1968
Xəyal cığırı – II cı̇ld
43
BÜLBÜL VƏ ÇOBAN
(Əfsanə)
Deyirlər, keçmişdə varmiş bir çoban,
Keçərmiş günləri çox xoş və rəvan.
Çixarmiş dağlara dan söküləndə,
Qaranliq çökəndə enərmiş kəndə.
Buraxib sürünü hər gün otlağa,
Enərmiş dərədə qumlu bulağa.
Olsa da bədəni bir azca uca,
Əyilib, içərmiş sudan doyunca.
Sonra uzanaraq bir göy çəmənə,
Baxib ağir-ağir dumana-çənə.
Yaniqli-yaniqli çalirmiş tütək,
Dinlərmiş çobani hər gül, hər çiçək.
Düşəndə dağlara tütəyin səsi,
Kəsərdi quşlarin xoş cəh-cəhəsi.
Aşib neçə dərə, neçə kol, yamac,
Çobanin yanina uçardi turac.
Kəklik qaqqiltini tezcə kəsərdi,
Tütəyin səsinə çox tələsərdi.
Bülbül nəğməsini qoyardi yari,
Tərk edib həmin dəm al çəmənzari,
Dayanib bir xeyli çobandan kənar,
Ürəyi sevincli, qəlbində vüqar,
Dinlərmiş sakitcə həzin tütəyi.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
44
O, qoca dağlarin əsən küləyi
Alib qanadina bu xoş sədani,
Keçib neçə dəniz, neçə adani,
Səpərmiş aləmə mahnidan inci,
Çox imiş göylərin böyük sevinci.
Beləcə, keçirib çoban gününü,
Axşam qaytararmiş kəndə sürünü.
Bir gün yenə çoban tütək çalanda
Çiçəklər oynadi, tərpənişdi gül,
Ürək kövrələndə – həminki anda
Uçdu göy çəməndən bir sari bülbül.
Getmədi bir yerə həmişəki tək,
O, qondu çobanin yapincisina.
Daha da yaniqli inlədi tütək,
Bülbül qulaq asdi el mahnisina.
Çoban toxunmadi, duydu hər şeyi,
O, xeyli anlatdi dilsiz mahnilar.
(Bəlkə də, həyatdan edir gileyi,
Kim bilir, bəlkə də min qüssəsi var!?)
Kəsəndə tütəyin şirin sədasi,
Bülbül qanad çalib, tez uçub, getdi.
Beləymiş bülbülün nəğmə qaydasi,
Axir ki, özü tək gözələ yetdi.
Xəyal cığırı – II cı̇ld
45
Açildi çox səhər, bülbül yenə də
Yayina bilmədi köhnə həvəsdən.
Yenə də o dağda, o göy çəməndə
Qəlbinə bir qüvvət aldi o səsdən.
Nəhayət, bir axşam, həmişəki tək,
Nəğmə kəsiləndə uçub getmədi.
Bülbülü bağladi özünə tütək,
Bununla, bülbülün eşqi bitmədi.
O getdi çobanla düz çoban gilə,
Təki o tütəkdən ayrilmamaqçün.
Çoban həsrət-həsrət baxib bülbülə
Dedi ki, ey beyin, gəl dərin düşün.
Ayirmaq olarmi ürəyi candan?
Həyatin gücünə, qüdrətinə bax...
(Qəlbimdə kök salmiş bu söz haçandan,
Heyif bu hikmətdən qalmişam uzaq...)
O gündən tütəyə vurulan bülbül
Qaldi çoban gildə bir övlad kimi,
Çoban bülbül üçün yetişdirdi gül,
Yaşatdi onu da bir həyat kimi.
Oyanib səhərlər ala qaranliq
Bülbül oxuyardi bir şirin nəğmə,
Çoban da diləyib bülbülə sağliq,
Onunla batmazdi nə dərdə, qəmə...
Dostları ilə paylaş: |