Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə102/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   98   99   100   101   102   103   104   105   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

38

MƏN DƏ MƏCNUNAM

Sevgilim! Demə ki, sənin yolunda,

Məcnun tək çöllərdə qoymadim hünər.

Bu günkü sevgiyə, bu günkü anda,

Başqa səhra verdi bu, böyük bəşər.

Sevgi həmin sevgi, həsrət o həsrət,

Məni o Məcnundan ayiran cəhət

Tamam başqa şeydir, başqa dünyadir,

Düşünmə, dediyim boş bir röyadir.

Leylinin eşqinə bir sadiq kimi

Məcnun səhralari gəzdi, dolandi.

İnsanin zəkasi müvafiq kimi

Yeni səhralara yeni yol açdi.

Məcnunun hünəri duyulur elmlə,

Duyulur kağizi cizan qələmlə.

Hünər meydanidir bu gün elm, savad,

Sevənə layiqdir tək bu yerdə ad.

1968 may



Xəyal cığırı – II cı̇ld

39

ŞEH  DAMLASI

Baharda, yayda erkən 

Dan sökülür.Tarladir...

Belə yerdə gəzərkən,

Nələri xatirladir...

Üstündən torpaqlarin

Əsər sərin-sərin meh,

Güllərin, yarpaqlarin

Gözlərinə dolar şeh.

Yirğalanar çiçəklər,

Rəqs edər şeh damlasi.

Sinədəki ləçəklər

Bir çiçəyin dünyasi.

Günəşin həsrətində

Güllər, çiçəklər, otlar.

Dağdan boy göstərəndə

Ondan ilham alarlar.

Günəş qürub edəndə

Gözləri yaşla dolar...

Daim öz adətində

Dağ da, düz də hər bahar.

1968 may



Tofiq Məhəmməd oğlu Hüseynzadə

40

TƏSVİR

Bəzəkli bir otaq, bir yay axşami,

Sevgilim – o, dilbər üfürdü şami...

Bunu eyləyirdi o, bilə-bilə,

Düşdü camalindan min yeni şölə.

Günəşdən çox təmiz bir nur saçildi,

Dodağim söylədi bir xoş piçilti:

A gözəl, sən bunu etmə ki, güman,

Mən səni şam kimi sanmirdim yanan.

O gün ki, eşqimiz oldu bəyanə, 

Sən – şamsan, mən də ki – yanar pərvanə.

1968  may



Xəyal cığırı – II cı̇ld

41

SEVİRƏM

Gözəlim, sən bilmə ki,

Min xəyala gəlmə ki,

Surətini sevirəm...

Yox... yox... şəkərdən şirin,

Bülbül tək sərin-sərin

Söhbətini sevirəm.

Bir axşam göy çəməndə

Ay sularda çiməndə, 

Dedim, bari daniş, din,

Sualima «hə» dedin.

Cürətini sevirəm.

Günəş kimi, Ay kimi,

Bahar kimi, yay kimi

Vəfalisan eşqinə.

Başqa sözüm yoxdu, nə... 

Qeyrətini sevirəm.

Mənə işvə, naz etdin, 

Gah çox etdin, az etdin.

Hər şeyi bilə-bilə 

Eşqimi saldin dilə.

Qüdrətini sevirəm.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

42

Bu, sevgidə qaydadir,



Məktub nə haqq, saydadir...

Məktubun güldən zərif,

Oxuyub hərif-hərif

O, xəttini sevirəm.

Çox da, düşmüşük ayri...

Ömrümüzün bahari, 

Alovlarda yandiran,

Şeri, sözü qandiran

Həsrətini sevirəm!

03.06.1968




Xəyal cığırı – II cı̇ld

43

BÜLBÜL VƏ ÇOBAN

(Əfsanə)

Deyirlər, keçmişdə varmiş bir çoban,

Keçərmiş günləri çox xoş və rəvan.

Çixarmiş dağlara dan söküləndə,

Qaranliq çökəndə enərmiş kəndə.

Buraxib sürünü hər gün otlağa,

Enərmiş dərədə qumlu bulağa.

Olsa da bədəni bir azca uca,

Əyilib, içərmiş sudan doyunca.

Sonra uzanaraq bir göy çəmənə, 

Baxib ağir-ağir dumana-çənə.

Yaniqli-yaniqli çalirmiş tütək,

Dinlərmiş çobani hər gül, hər çiçək.

Düşəndə dağlara tütəyin səsi,

Kəsərdi quşlarin xoş cəh-cəhəsi.

Aşib neçə dərə, neçə kol, yamac,

Çobanin yanina uçardi turac.

Kəklik qaqqiltini tezcə kəsərdi,

Tütəyin səsinə çox tələsərdi.

Bülbül nəğməsini qoyardi yari,

Tərk edib həmin dəm al çəmənzari,

Dayanib bir xeyli çobandan kənar,

Ürəyi sevincli, qəlbində vüqar,

Dinlərmiş sakitcə həzin tütəyi.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

44

O, qoca dağlarin əsən küləyi



Alib qanadina bu xoş sədani,

Keçib neçə dəniz, neçə adani,

Səpərmiş aləmə mahnidan inci,

Çox imiş göylərin böyük sevinci.

Beləcə, keçirib çoban gününü,

Axşam qaytararmiş kəndə sürünü.

Bir gün yenə çoban tütək çalanda

Çiçəklər oynadi, tərpənişdi gül,

Ürək kövrələndə – həminki anda

Uçdu göy çəməndən bir sari bülbül.

Getmədi bir yerə həmişəki tək,

O, qondu çobanin yapincisina.

Daha da yaniqli inlədi tütək,

Bülbül qulaq asdi el mahnisina.

Çoban toxunmadi, duydu hər şeyi,

O, xeyli anlatdi dilsiz mahnilar.

(Bəlkə də, həyatdan edir gileyi,

Kim bilir, bəlkə də min qüssəsi var!?)

Kəsəndə tütəyin şirin sədasi,

Bülbül qanad çalib, tez uçub, getdi.

Beləymiş bülbülün nəğmə qaydasi,

Axir ki, özü tək gözələ yetdi.




Xəyal cığırı – II cı̇ld

45

Açildi çox səhər, bülbül yenə də



Yayina bilmədi köhnə həvəsdən.

Yenə də o dağda, o göy çəməndə

Qəlbinə bir qüvvət aldi o səsdən.

Nəhayət, bir axşam, həmişəki tək,

Nəğmə kəsiləndə uçub getmədi.

Bülbülü bağladi özünə tütək,

Bununla, bülbülün eşqi bitmədi.

O getdi çobanla düz çoban gilə,

Təki o tütəkdən ayrilmamaqçün.

Çoban həsrət-həsrət baxib bülbülə

Dedi ki, ey beyin, gəl dərin düşün.

Ayirmaq olarmi ürəyi candan?

Həyatin gücünə, qüdrətinə bax...

(Qəlbimdə kök salmiş bu söz haçandan,

Heyif bu hikmətdən qalmişam uzaq...)

O gündən tütəyə vurulan bülbül

Qaldi çoban gildə bir övlad kimi,

Çoban bülbül üçün yetişdirdi gül,

Yaşatdi onu da bir həyat kimi.

Oyanib səhərlər ala qaranliq

Bülbül oxuyardi bir şirin nəğmə,

Çoban da diləyib bülbülə sağliq,

Onunla batmazdi nə dərdə, qəmə...



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə