Tofiq Məhəmməd oğlu Hüseynzadə
52
SEVİNC
Əzizim, üşütmə keçdi canimdan,
Bilmirəm, təbiət güldür, çəməndir?
Gizlədə bilmirəm həyəcanimdan,
Yer nədir, göy nədir, asiman nədir?
Bu axşam üfüqdən Ay çixan zaman,
Gizlin bulaq üstə endik ikimiz.
Qəlbimdə həyəcan qopmuşdu yaman,
De, hansi qüvvədən susdu eşqimiz?
Bütün iradəmi, bütün gücümü
Yiğaraq dedim ki, sevirəm səni,
Dərin gülüşünlə doldurub cəmi,
Kənara çəkilib suladin məni.
Sən qaçdin... ürəyim o, gözəl axşam,
Həmin bulaq kimi yaman qaynadi.
Həyatda sevgiçün tək doğulmuşam,
Sən mənə bəxş etdin bu ölməz adi.
05.06.1968
Xəyal cığırı – II cı̇ld
53
GÖZƏL
Ay, qəddini düzəldərək
Durub, mənə baxan gözəl!
Gözlərini çox süzərək,
Ürəyimi yaxan gözəl!
Dərdin məni qoydu xəstə,
Bir yaxin gəl xoş həvəsdə,
Qabağimda dəstə-dəstə
Çiçək kimi qoxan gözəl.
Baxişlarin bir şux maral,
Camalindir Günəşdən al.
O, Ay kimi dayanma lal,
Ay, qarşima çixan gözəl.
Mən bataram dərdə, qəmə,
Öldür məni gəl, «yox» demə.
Bir ney kimi ürəyimə
Süzülərək, axan gözəl.
Dağ başinda yuva qurdum,
Hər gələndən səni sordum.
Düşdü elə eşqim-odum,
Şimşək kimi çaxan gözəl.
Gəl, Qəmlidən düşmə qaçaq,
Qəlbimizi tez ol, açaq.
Nə sevdali yar olacaq
Üzüyümü taxan gözəl. 07.06.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
54
AYRILIQ
Görmürəm xeyli vaxtdir
Sənin o, Ay üzünü,
qara gözünü.
Eşitmirəm nə vaxtdir,
İnan! Dedim düzünü,
şirin sözünü.
Düşündükcə səni, yar,
Ömrüm olur tarimar.
Gün gələydi,
bu dərdi
Ürəyimdən siləydim,
Səni görə biləydim.
Şimşək kimi hər gecə
Buludlari yaraydim,
haray salaydim...
Dağ aşib neçə-neçə,
Qorxmayib çən, dumandan,
qarli tufandan.
Ayağimla, əlimlə
Vuruşaydim ölümlə.
Dünya gəldi-gedərdi...
Bax, beləcə gələydim,
Səni görə biləydim.
Xəyal cığırı – II cı̇ld
55
Arzularim yamanca
Nalə çəkir sinəmdə,
hər düşünəndə.
Səni görsəm doyunca,
Ah!.. Nə dərdim, nə qəmim,
yazir qələmim.
Əcəl məni soraşsa,
Sinəm üstə dolaşsa,
Gözlərimi silərdi...
Görüb, sonra öləydim,
Səni görə biləydim.
1968 iyun
Tofiq Məhəmməd oğlu Hüseynzadə
56
İSTƏK
Ürəyimdə cavanlaşir
Min bir arzu, min bir istək,
Kəklik kimi dağlar aşir,
Gah da yanir bir Günəş tək.
Hər birində bir düşüncə
Boy qaldirib, çiçəklənir,
Söyləyəcəm mən indicə
Ürəyimə nələr gəlir...
Həkim olmaq xəyalilə
Yaşamiram heç bir zaman,
(Çox yazsam da bundan belə,
Öz hökmünü verir zaman).
Olmayaydi yer üzündə
Ürəklərdə nə ağri, dərd.
Nə də, yenə, yer üzündə
Olmayaydi bədən şikəst.
Bircə insan naləsini
Eşidəndə sinəm yanir,
Ürəyimin ilk səsini
Könül duyub, alovlanir.
Danişsam, bu, uzun gedər,
Hələ bəsdir bura qədər.
Ürəyimdən keçir bu an
Yeni qanun, yeni fərman.
Ürək dolu ey, xoş istək!
Şerə, sözə di gəl, görək.
Öz arzunu eylə bəyan,
Xəyal cığırı – II cı̇ld
57
Ruha gəlsin səni duyan.
Qələm coşur, gəlir dilə,
İstəyini yazir belə:
– Ürəklərə dərman verən
Həkim olmaq istəmirəm.
Ürəklərə fərman verən
Hakim olmaq istəyirəm!
1968 iyun
Tofiq Məhəmməd oğlu Hüseynzadə
58
ŞAİRLƏR ÖLMƏZ
Dostlar! Tələsməyin, gələr bir zaman,
Mən də dastan olub, gəzərəm dildə.
Yaxşi bilərsiniz, ürəkdən yazan
Hələ ölməmişdir bizim bu eldə.
Mənim şeirlərim səf cərgə-cərgə,
İnci, muncuq olub, sira düzülər.
Ürəklər fəth edər o, ölkə-ölkə,
Könüldən könülə bal tək süzülər.
Ruhlarin oxşayar qəm könüllərin,
Dalğin ürəklərə xoş ətir saçar.
Ömürlər çürüdən küskün illərin
Bəxtini işiqli sabaha açar.
Qəlbin atəşindən doğulub, coşar,
Titrədər könüllər, yandirar simi.
Dünya var olduqca əbədi yaşar,
Hər biri bir Günəş – ulduzlar kimi.
Fəth edər korlaşmiş, buz könülləri,
Hər donmuş ürəyə bir ilham qonar.
Dindirər lal olmuş tutqun dilləri,
Susqun ruhlarda da qiğilcim yanar.
Xəyal cığırı – II cı̇ld
59
Mən də yaşayaram əsərlərimlə,
Xalqimin ruhunda, dildə-dodaqda.
(Əsrlər dolaşan səfərlərimlə,
Şeriyyət yurdunda zəfərlərimlə,)
Qəmliyəm, həm də ki, dərd-sərlərimlə
Qalaram bir yüksək zirvədə, dağda.
1968 iyun
Tofiq Məhəmməd oğlu Hüseynzadə
60
BÜLBÜLÜN
Yaranib dünyani duyandan bəri,
Yaman vurğunuyam düzü, bülbülün.
Gözəllik özüdür – o, gözəl pəri,
Başqa bir aləmdir gözü bülbülün.
Ömrə qanad verən cəhcəhəsi var,
Axşamlar ötməyə min həvəsi var,
Nə xoş nəğməsi var, nə xoş səsi var,
Şeirə bəzəkdir sözü bülbülün.
Yarandi nəğməkar qoca dünyaya,
Güllərə naz etdi o, duya-duya,
Bu, qoca kainat tərpəndi, guya,
Gülə toxunanda üzü bülbülün.
Mən ona bənzətdim sevda yarimi,
Şad etdi ömrümü, al Baharimi,
İlhamla köklədim telli tarimi,
Oxudu nə gözəl, özü bülbülün.
22.06.1968
Dostları ilə paylaş: |