Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə103/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   99   100   101   102   103   104   105   106   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

46

Beləcə, dolandi həftələr, aylar... 



Bülbüllə çobanin səmimiyyəti, 

Onlar istəməzdi zərli saraylar,

Təkcə sevərdilər dostu, hörməti.

Bir gün yoxa çixdi bülbül yuvadan,

Çoban haray çəkdi, nalə qopardi.

Elə bil, ayildi aci röyadan,

Elə bil, könlünü sellər apardi.

Gəldi yuxu kimi bülbülün ömrü,

Sanki, nə yaranmiş, nə də yox olmuş.

Axtardi yenə də evdə hər yeri,

Tapmadi, yerində dayandi bihuş.

O gündən dərd oldu çobana bülbül,

Fikiri, xəyali başindan aşdi.

Bağçada bülbülə yaratdiği gül

Qaldi tikanlarda gözləri yaşli.

Həftələr ardinca gəlsə də aylar,

Çobanin qəlbindən çixmadi dostu.

Çobanin dərdinə yas da tutdular,

Çəmənin çiçəyi, çöllərin otu.

Yenə də götürdü çoban tütəyi,

Çaldi həzin-həzin bir el mahnisi.

Elə bil, dağlarin əsən küləyi 

Bu dərdə, möhnətə tuturdu yasi.



Xəyal cığırı – II cı̇ld

47

Çobani çox fikir, xəyallar almiş,



– Bəlkə də, vəfasiz özü tərk edib,

Bəlkə, çölü sevib, çöllərdə qalmiş,

Kim bilir, görəsən, nə olub, gedib?..

Suallar ardinca gələn suallar

Çobanin gözünü yollara qoydu. 

Ürəkdə neçə min doğan şübhələr

Çobanin ürəyini yerindən oydu.

Tütəyin səsinə gəlirdi yenə

Tütəyə ürəkdən vurulan quşlar.

Barmaqlar yaradan hər həzin nəğmə

Deyirdi: Çobanin yaman dərdi var.

Çoban çox gözlədi, çox axtardi, çox,

Bülbüldən çixmadi nə bir səs, soraq.

Elə bil, qəlbinə ilişmişdi ox,

Ömrü viran oldu, könlü min varaq.

Yenə yaşamadi bir boş həvəslə,

Bildi ki, həqiqət yaranar, ölməz.

Elə bil, dedilər: «A çoban, gözlə,

Bülbülün gələcək, sakit dolan, gəz!»

Aylar yaşa doldu, keçdi düz bir il,

Yenə həmin səhra, yenə o nəğmə...

Çobanin yadindan quş çixan deyil,

Batmişdi qüssəyə, batmişdi qəmə.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

48

Bir gün yenə çoban çalirdi tütək,



Yenə də kəsmişdi dağlarin səsi,

Torpağin döşündən baxan hər çiçək

Güldürə bilməzdi o gün hər kəsi.

Çoban xeyli çaldi... bir az keçməmiş,

Yenə də o yerdən tərpənişdi gül,

(Bu yerə nə gözəl bir həyat gəlmiş,

Çirpina-çirpina süründü bülbül).

Can atdi, can atdi çobana sari,

Qəlbi həyəcanli, o tənginəfəs.

(Bülbül də sevərmiş əhdi, ilqari,)

Çobani ayağa qaldirdi bu səs.

Bülbülü görəndə ağladi çoban,

Sevinclə, həsrətlə bağrina basdi.

Dil açdi nalədən o, çöl-biyaban;

Bu dərdə, naləyə qulaq da asdi.

Qəlbi həyəcanli, gözləri odlu...

Bilmirdi sevincdən neyləsin orda?..

Elə bil, dünyani yaratmişdi bu,

Elə bil, nur düşüb o yerə-yurda.

Sonra əllərinə alib, baxanda

Bütün varliğini götürdü heyrət!.. 

Dili bağlanmişdi, ürəyi qanda,

...Tükləri yolunmuş... yarali... şikəst...



Xəyal cığırı – II cı̇ld

49

Ağladi, söylədi gözləri yaşli:



– Söylə macərani, ay yaziq heyvan.

Neyləyim, neyləyim mən başi daşli,

Söylə ki, hardaydin sən xeyli zaman?

Bülbül dilə gəldi, danişdi belə:

– Gözünün yaşini döndərmə selə,

Qoparma nə bir ah, nə də fəryadlar,

Bu kökə salmamiş, bil, məni yadlar.

Cani bir, qani bir doğma qardaşin,

Hər bir yaman gündə dərdə sirdaşin

Məni oğurladi həmin, o axşam...

Düzəldi yoluna o gecə karvan.

Neçə dağlar aşdiq, dumanda, çəndə,

Nəhayət, dayandiq bir göy çəməndə.

Karvani açdilar, mən ilə xain

Getdik hüzuruna yirtici şahin.

Məni şaha verdi, söylədi ki: – «Şah,

Bu sənə yaraşir bilir ki, Allah...»

Şah o dəm qişqirdi: – «Ey xəzinədar,

Bura gəl! Nə gözəl bir sərvətim var.

Yaxşi görürsənmi bu bülbül quşu?

Baxanda insanin dağilir huşu.

Mənim dövlətim də, varim da budur,

Yubanma, gün keçir, di ayağa dur!

Karvani yola sal qizil-gümüşlə,

Sən taniş deyilsən bu nadir quşla».

Karvan yola düşdü, mən qaldim orda,

Barəmdə söhbətlər düşdü o yurda.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

50

Şah başqa quşlari unutdu tamam,



Mənimlə günləri olardi axşam.

Sixirdi qəlbimi sənin həsrətin,

Getməzdi gözümdən bu xoş surətin.

Sarayda oturan şahin «dostlari»

Məni oğurlayib bir gecə yari:

Dilimi bağlayib, saraydan uzaq

Bir yerə getdilər, səf oturaraq

«Kimə çatmalidir?», – söylədi biri,

«Mənimdir, deməyin heç yoxdur yeri». 

Düşdü mübahisə, qizişdi birdən,

Əzirdi bir-birini qalxani yerdən.

Qəfəsə bu zaman dəydi bir təpik,

Oldu şüşələri tez çilik-çilik.

Kəsdi ayağimi bir parça ayna,

Qəfəs də, tüküm də boyandi qana.

Yoldu tüklərimi xirda aynalar,

Dərdim həmin anlar olsa da nələr,

Fürsətdən keçməyib, qaçdim qəfəsdən,

Səninlə görüşə uçdum həvəsdən. 

Dedim ki, qoy bari, mən son nəfəsdə,

Dayanib sevincək, qulaği səsdə,

Eşidim son dəfə bircə tütəyi,

Oynatsin tükümü dağlar küləyi.

Mənimi, sənimi sevərmiş həyat?

Axir ki, mən sənə çatdim salamat!

Mən nələr çəkmişəm, nələr iztirab,

Qəlbimin səsinə söylə bir cavab.

De, məni yadlara satan o alçaq,

Yenəmi bu yerdə çox yaşayacaq?



Xəyal cığırı – II cı̇ld

51

Çobanin üzündə, gözündə qəzəb,



Bütün təbiəti süzərək çəp-çəp,

Çeynəyib dodağini, dedi ki: «Yox! Yox!!!

Çürüdər ürəyimi sancilmiş bu ox...

Çoban qurtarmamiş, elə, bu zaman,

Dağlarin başindan göründü karvan.

Qabaqda yeriyən o, karvan başi, 

Gördü ki, özüdür... xain qardaşi.

Yerindən siçradi aldi çomaği,

Qaçdi, bir nəfəsdə dirmaşdi daği.

Qardaşi əmr etdi. Karvan dayandi,

O, görüb bülbülü işini qandi...

Diz çökdü, yalvardi, yaladi torpaq,

Qaçdi, rəngi-ruhu oldu ağappaq.

Çoban çomağini samlayib geri,

Dedi: «Yalvarmağin qalmamiş yeri. 

Bizim nəslimizə yaraşmir bu ad,

Namussuz insani yaşatmaz həyat!»

Birinci zərbədən o, dağdan uçdu,

Tikəsi dərədən-dərəyə düşdü.

Adam var, baxmayib namusa, ara,

Doğma vətənini satir yadlara.

04.06.1968




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə