Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə98/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   94   95   96   97   98   99   100   101   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

8

BUNU BİLMƏLİSƏN

Get, sevil başqa bir ürəkdə – canda, 

Nə çoxdur gözəllər Azərbaycanda.

Sanma ki, qəlbimi sən qoydun ağlar,

Eşqim bundan belə kükrəyib, çağlar.

Yanmiram heç nəyə, peymani atdin,

Qiymətsiz eşqini qiymətə satdin.

Sən məni sevsən də, sevməsən də, bil,

Mənim məhəbbətim tək qalan deyil.

1968 mart

BÜLBÜLÜN SƏSİ

Yaniqli-yaniqli bülbül oxudu,

Dedi: – «Gözəlliyin sonumu budu?..

Azad quş olaydim

                qəfəsdən uzaq,

Daha görməyəydim zil qaranliği.

Güləydi üzümə bu dərə, 

                                   o dağ,

Görəydi gözlərim firavanliği...

Qəmdən olmayaydim bir bihuş kimi,

Mən də yaşayaydim azad quş kimi! –

– Qəfəsin içində qopdu naləsi,

Dağlari bürüdü bülbülün səsi.

1968 mart




Xəyal cığırı – II cı̇ld

9

«AD» VƏ «OD»

Qoy bütün kainat eşitsin bunu,

Hünərdə doğulmuş bir böyük «Ad»am.

Mənim zəfərimin, de varmi sonu?

Bax belə eşqimlə, gücümlə şadam.

Hünərdə doğulmuş bir böyük «Ad»am.

Bir yanim qizildir, bir yanim yaqut,

Günəş başim üstə hünərlə yanir.

Ayağim altinda acliği unut,

Həyati duyduqca ürəyim sanir –

Günəş sinəm üstə hünərlə yanir.

Dilimdə şeirim, əlimdə sazim,

Əsrdən-əsrə mən yol açmişam.

Qişi harayladi: Bahari yazim,

Bax, budur, «Od» olub, şəfəq saçmişam,

Əsrdən-əsrə qanad açmişam.

1968 mart




Tofiq Məhəmməd oğlu Hüseynzadə

10

ÜMİD

Qaşlarina – yay, dedim,

On dörd günlük Ay, dedim,

Camalini hər zaman

Al Günəşə tay, dedim.

Hər nə desən, can demişəm,

Eşqim ilə yan demişəm,

Vəfaliyam, ömrümü

Sənə qurban demişəm.

Hörüklərin ilandir,

İlan kimi çalandir,

Mən desəm də, sevgilim, 

Sən söylə ki, – yalandir.

1968 mart



Xəyal cığırı – II cı̇ld

11

NİYƏ 

Dostlar, qulaq asin görək, 

Şerə nəyi düzür ürək?

İnsan ömrü bir yuxu tək,

Axi, gödək oldu, niyə?

Can bağlandi vara, ada,

Şöhrət dostu satdi yada.

Getdi insan. Bu dünyada 

Onun adi qaldi, niyə?

Ötdü qara bulud düzü,

Qaranliqlar al gündüzü.

Ürək dolu min-min arzu

Açilmamiş soldu, niyə?

Kədər oldu solum-sağim,

Yaman keçdi gənclik çağim...

Həyat məni duymadiğim

Bir zülmətə saldi, niyə?

Gəldi arzu, gəldi istək,

Vaxtsiz gəlmiş bir qonaq tək.

Yandi-yandi yaziq ürək

Qüssə-qəmlə doldu, niyə?




Tofiq Məhəmməd oğlu Hüseynzadə

12

Həyat gülür, qəh-qəh çəkir,



Yaziq insan nələr çəkir...

Məni tutan dərin fikir

Saçlarimi yoldu, niyə?

Üşü, yaziq könlüm, üşü!

Soldu, getdi dağlar döşü.

Üzümdəki bir gülüşü

Peşiman tək aldi, niyə?

Qəmli şerə dolan kimi,

Qələmini alan kimi

Deyir, həyat ilan kimi,

Deyin, məni çaldi, niyə?

1968 aprel




Xəyal cığırı – II cı̇ld

13

MƏHƏBBƏT FƏRQİ

Dostum! İkimiz də yaşidiq birgə,

Birgə olmuşuq.

Boy atib ömrümüz ildə bir tikə,

Yaşa dolmuşuq.

Böyüdük, sən qiza verdin məhəbbət, 

Mən təbiətə. 

Əzəldən həyatda belədir adət,

Heç deməsəm də. 

Sən eşqə tuş oldun, ahlar qopardin,

Mən köklü ağac.

Sən xonça bəzəyib, nişan apardin,

Mən kosmosa tac.

Hər zaman sən qizin nazini çəkdin,

Mən böyük kanal. 

Səni sevirsə də təkcə sevdiyin,

Məni bu mahal.

Nə demək, danişmaq, səndə o eşq var,

Məndə də bu eşq.

Sən ona hər zaman qildin etibar,

Mən buna sadiq.

1968 aprel



Tofiq Məhəmməd oğlu Hüseynzadə

14

BELƏ SÖYLƏDİN

Dedim: Bahar gələndə

Səni yaman anmişam.

– Ola bilər – söylədin. 

Dedim: Anam biləndə 

Utanmişam, danmişam.

– Ola bilər – söylədin.

Dedim: Budurmu peşəm?

Çox fəsillər, çox illər 

Həsrətini çəkmişəm,

Gözümdən axdi sellər.

– Ola bilər – söylədin. 

Dedim: Bəzən, olub ki,

Məni çox gec anmisan.

Elə vaxt da olub ki,

Sərin-sərin yanmisan.

– Ola bilər – söylədin.

Səni çağiran zaman

Naz eylədin, gəlmədin.

Bəlkə, deyirəm yalan, 

Qədrimi az bilmədin.

– Ola bilər – söylədin.

1968  aprel 




Xəyal cığırı – II cı̇ld

15

DƏRS   (2 və 5)

Tələbəlik ilində 

Sevinmişəm, yanmişam,

Qəlbimin bir telində 

Min bir dünya anmişam.

Mənə böyük dərs oldu

«Pis» və «Əla» qiymətim,

Qiymətlərdə duruldu

Gələcəyə zəhmətim.

«Pis» qiyməti alanda 

Bərk xəyala dalmişam,

Düşünmüşəm çox şeyi 

Keçmişi, gələcəyi.

Onda yada salanda 

Yeni qüvvət almişam.

Nə vaxt ki aldim «əla», 

Həvəsim artdi min-min...

Səadətə inamla 

Səsi getdi qəlbimin.

Dostum, mənə qulaq as,

Sən də bunu yaxşi bil!

Hər ikisi – «əla», «pis»

Ömrümdə yersiz deyil.

1968 aprel



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə